Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-580/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli MF/ACS/01-2022 saylı müqavilə üzrə 45.000 manat məbləğində borcun, 10.147,17 manat məbləğində kommunal xərcin və 4.273,90 manat həcmində faiz məbləğinin "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında otelin idarə edilməsinə dair MF/ACS/01-2022 saylı Müqavilə imzalanmışdır və bu Müqavilə xx.xx.2022-ci il tarixdən qüvvədədir. Sözügedən müqavilənin 2-ci maddəsi ilə müəyyən edilib ki, müqavilə üzrə ödəniş şərtləri Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-lə müəyyən edilir. Həmin Əlavə 1-in 3-cü bəndində İddiaçı MMC tərəfindən təqdim edilən hesab əsasında hər ayın əvvəlində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 45,000 manat məbləğində ödəniş edilməsi müəyyən edilib. Eyni zamanda, Əlavə 1-in 4-cü bəndinə əsasən, elektrik, su və qazdan istifadəyə görə ödənişlərin edilməsi "xxxx" MMC-nin öhdəliyində olub. 28 mart 2022-ci il tarixdə İddiaçı MMC Müqavilənin 1-ci maddəsinin “C” bəndinə müvafiq olaraq, 30 aprel 2022-ci il tarixdən müqaviləyə xitam verilməsinə dair "xxxx" MMC-yə bildiriş göndərib. "xxxx" MMC ilk öncə 2022-ci il iyun ayının sonunadək müqavilə münasibətlərinin davam etməsini xahiş etsə də, 08 aprel 2022-ci il tarixdə MF/ACS/01-2022 saylı Müqavilənin 30 aprel 2022-ci il tarixində ləğv edilməsinə razılığını bildirib. 30 aprel 2022-ci il tarixdən tərəflər arasında imzalanmış MF/ACS/01-2022 saylı müqavilə xitam edilmiş hesab edilsə də, bu günədək "xxxx" MMC Müqavilə üzrə öhdəliyini yerinə yetirərək otelin təhvil-təslimini həyata keçirməyib və avadanlıqlarda əksikliklər və texniki çatışmazlıqlar mövcuddur. Halbuki, Müqavilə şərtlərinə əsasən, təhvil verilmə həyata keçirilməli və bu cür çatışmazlıqlar "xxxx" MMC tərəfindən aradan qaldırılmalı idi. Bundan başqa, "xxxx" MMC İddiaçı MMC tərəfindən təqdim edilmiş hesab üzrə 2022-ci ilin aprel ayı üçün aylıq ödənişi və elektrik, su və qazdan istifadəyə görə 10.147,17 manat məbləğində (kommunal xərc) ödənişləri də həyata keçirməyib. Sonradan Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin təqsiri üzündən “Abşeron Catering and Services “ MMC-yə vurulmuş 48.600 manat maddi ziyandan ilk iddiaçının öz iddia tələbində xx.xx.2022-ci il tarixli MF/ACS/01-2022 saylı müqavilə üzrə tələb etdiyi icarə haqqı məbləğinə görə 2022-ci ilin aprel ayı üzrə yalnız 10 günlük icarənin haqqı 15.000 manat və kommunal xərclərə görə yaranmış 10.147.17 manat, cəmi 25.147.17 manat “Abşeron Catering and Services “ MMC-nin İddiaçı MMC-yə olan borcundan çıxılmaqla (qarşılıqlı əvəzləşdiriliməklə) qalıq qalan 23.452,83 (iyirmi üç min dörd yüz əlli iki manat 83 qəpik) manat məbləğində pul vəsaitini vurulmuş maddi ziyan qismində, hazırki iddiaya görə 161 manat ödənilmiş dövlət rüsumunun və 530 manat müdafiə üçün çəkilmiş məhkəmə xərcləri üzrə əvəzlərin İddiaçı MMC-dən tutularaq “Abşeron Catering and Services“ MMC-yə ödənilməsi və ilk iddianın qalan hissələrdə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müvafiq otelin idarə edilməsinə dair həqiqətəndə MF/ACS/01-2022 saylı Müqavilə imzalanmışdır və həmin Müqavilə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı MMC həmin müqavilə qüvvədə olan zaman müqavilənin müddəti bitmədən öncə həmin müqavilənin 30 aprel 2022-ci il tarixindən, yəni vaxtından əvvəl ləğv edilməsi barədə niyyətini "xxxx" MMC-yə rəsmən bildirməsinə baxmayaraq, faktiki olaraq 10 aprel 2022-ci il tarixindən başlayaraq, qarşılıqlı iddiaçıya icarəyə verilmiş sahədə xəbər vermədən özbaşına təmir–bərpa işlərinə başlamış, bununla da tərəflər arasında bağlanmış müqavilənin və onun şərtlərinin pozulmasına əsas vermişdir. Belə ki, həmin vaxtdan “Abşeron Catering and Services “ MMC icarəyə götürülmüş sahədən sərbəst və rahat şəkildə istifadə edə bilməmişdir. Bildiririk ki, bu səbəbdən qarşılıqlı iddiaçı “Abşeron Catering and Services “ MMC məhz məcburiyyət qarşısında qalaraq xx.xx.2022 tarixindən İddiaçı oteldə yerləşdirilməli olan müşterisinin 54 (əlli dörd) nəfərlik isci heyətini “Mavi Dalga” otelində xx.xx.2022 tarixinədək yerləsdirilməsi nəticəsində 48.600 manat məbləğində əlavə xərc çəkməli olmuşdur. Hazırda ilkin iddia tələbindən göründüyü kimi, ilkin İddiaçı MMC-nin öz iddia tələbində “Abşeron Catering and Services “ MMC-dən tələb etdiyi kommunal xidmətlərə gorə 10.147,17 manat pul vəsati məhz 2022-ci ili mart ayı üçun təbii qazdan istifadə haqqını və xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək olan elektrik enerjisi ile baglı yaranmış sərfiyyat xərclərini əhatə edir. Belə olan halda İddiaçı MMC-yə istər pretenziya qaydasında, istərsədə mediasiya zamanı “Abşeron Catering and Services" MMC tərəfindən vaxtilə təklif edilmişdir ki, ilkin iddia ərizəsində gostərilən 10147.17 (on min bir yüz qırx yeddi manat 17 qəpik) manat məbləğində olan pul vəsaitini məhz yuxarıda qeyd olunan 48.600 (qırx səkkiz min altı yüz) AZN-dən çıxılmaqla ilk növbədə həmin hissədə olan borcun əvəzləşdirilməsi tərəflərindən təmin edilsin. Lakin İddiaçı MMC buna razı olmamışdır. Tərəflər arasında vaxtilə baglanmış müqavilənin xitam verilməsi vaxtı faktiki olaraq İddiaçı MMC-nin təqsiri üzündən məhz xx.xx.2022-ci il tarixindən baş verdiyindən, hesab edirik ki, aprel ayı üzrə icarə haqqı məbləğidə məhz həmin 10 aprel 2022-ci il tarixədək hesablanmalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi kommunal xərclərdə məhz maksimum 14 aprel 2022-ci il tarixinədək olan dövrü əhatə edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtindən də göründüyü kimi, bir aylıq icarə haqqının məbləği 45.000 manat müəyyən edildiyi halda, 10 günlük icarə haqqının məbləği 15.000 manat təşkil etməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianın məzmununa uyğun, qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianı qismən kommunal xidmətlər üzrə borc hissəsində qəbul etdiyini, digər hissələrində etiraz edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək , qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı MMC (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2022-ci il tarixdə MF/ACS/01-2022 saylı hotel idarəçiliyi haqqında müqavilə imzalanmışdır. Qeyd edilməlidir ki, müqavilənin adı “hotel idarəçiliyi haqqında müqavilə” adlansa da, müqavilənin məzmunundan və tərəflər arasında olan münasibətlərdən aydın olur ki, bağlanmış müqavilə icarə müqaviləsidir. Qeyd edilən halı da, məhkəmə iclasında hər iki tərəf təsdiq etmişlər. Müqavilənin 1 Saylı əlavəsindən görünür ki, İddiaçı Hotel 140 otaqdan ibarət olmaqla, 90 otağı aylıq 45.000 manat olmaqla Cavabdeh MMC-yə icarəyə verilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən digər halı da, ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 28 mart 2022-ci il tarixdə, 30 aprel 2022-ci il tarixdən müqaviləyə xitam verilməsinə dair elektron poçt vasitəsi ilə bildiriş vermişdir. Hazırda ilkin iddiaçı olan İddiaçı MMC icarə müqaviləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olduğunu, ona görə də aprel ayı üçün tam icarə haqqı olan 45.000 manat pulun və istifadə olunmuş kommunal xidmətlər üzrə yaranmış 10.147,17 manat borcun tutulmasını xahiş edir. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC isə Hoteldən xx.xx.2022-ci il tarixdə çıxdıqlarını, ona görə icarə haqqı üzrə 10 günə mütənasib olaraq 15.000 manat ödəməli olduqlarını, ancaq İddiaçı MMC-nin müqaviləni vaxtından əvvəl xitam verdikləri üçün müştəriləri digər X5 yerləşdirilməli olduqlarından 48.600 manat zərərə düşdüklərini, kommunal xidmətlər üzrə yaranmış 10.147,17 manat borcun da, onların xeyrinə tutulmalı pulla əvəzləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisənin həlli üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. İlkin iddia tələbinin qanuni əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 28 mart 2022-ci il tarixdə elektron poçt vasitəsi ilə 30 aprel 2022-ci il tarixdən müqaviləyə xitam verilməsinə dair bildiriş vermişdir. Qeyd edilən bildirişə cavab olaraq Cavabdeh MMC-nin direktoru Anil Kumar tərəfindən İddiaçı MMC-yə cavab olaraq xx.xx.2022-ci il tarixdə bildirilmişdir ki, “müştərilər qarşısında öhdəliklərimizin icrasını tamamlamağımız məqsədilə sizdən müqaviləni iyun ayının sonuna qədər uzatmağınızı xahiş etmək istərdik”, sonra yenidən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Anil Kumar tərəfindən İddiaçı MMCyə “bununla təsdiq edirik ki, bildirişinizi qəbut etmişik. Tələbinizə əsasən, 30 aprel bizim Mogan hotellə müqaviləmizin sonuncu günü olacaq” məzmunlu elektron məktub ünvanlamışdır. Tərəflər arasında olan yazışmaların məzmunundan görüddüyü kimi, İddiaçı MMC tərəfindən verilmiş bildiriş, Cavabdeh MMC tərəfindən qəbul edilmiş və sonuncu tərəfindən 30 aprel tarixindən müqaviləyə xitam verilməsinə razılıq verilmişdir. İşdə olan Cavabdeh MMC-nin direktoru Anil Kumar tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubun məzmunundan görünür ki, 10 aprel tarixindən İddiaçı MMC-nin özünün hotel idarəçiliyini etdiyini, qeyd edilən tarixdən sonra qonaqlarından heç birinin hoteldə qalmadığını bildirmiş və bununla bağlı icarə ilə bağlı hesab-fakturaya 10 aprel tarixinədək olan dövr üzrə düzəliş edilməsi xahiş edilmişdir. Qeyd edilən məktuba cavab olaraq İddiaçı MMC-nin direktoru Ocaktan Ozer tərəfindən Cavabdeh MMC-nin direktoru Anil Kumara xx.xx.2022-ci il tarixdə “1 apreldən etibarən tərəfinizdən heç bir qonaq müraciət etməmiş, hətta 10 aprel tarixdən etibarən mühafizəçiləriniz hoteldə olmamışdır. 18 aprelə qədər gözlədik və heç kimin əmlakın istifadə etmədiyini gördükdən sonra hoteli yeni işçi heyətimizə təqdim etmək qərarına gəldik” məzmunlu elektron məktub ünvanlanmışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, Cavabdeh MMC müqavilə münasibətlərinin 30 aprel tarixindən xitamına razılıq versə də, İddiaçı MMC özünün ünvanlamış olduğu elektron məktubunda hoteli 18 aprel tarixində faktiki olaraq təhvil almalarını qəbul etmişdir. Məhkəmə həmçinin Cavabdeh MMC-nin 10 aprel tarixində hoteldən tam olaraq çıxması dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh MMC-nin 10 aprel tarixində hoteldən tam olaraq çıxması qeyd etsə də, bundan əvvəlki məktubunda müqavilə münasibətlərinin 30 aprel tarixindən xitamına razılıq vermiş və bununla da, İddiaçı MMC-ni qeyd edilən tarixədək orada olacaqları barədə inandırmışlar. Ancaq ən əsası nəzərə alınmalıdır ki, İddiaçı MMC-nin özü, 18 aprel tarixində hoteli faktiki olaraq təhvil almalarını qəbul etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, tərəflər arasında olan icarə münasibətləri 18 aprel tarixinədək davam etmişdir və icarə haqqı 18 aprel tarixinədək hesablanmalıdır. Qeyd edilən müddət üzrə isə icarə haqqı 25.500 manat (45.000/30=1.500 ( 1 gün üçün) 1500x17=25.500 (17 gün üçün) təşkil edir. Ona görə də, icarə haqqı borcu üzrə 25.500 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə kommunal xidmətlər üzrə yaranmış 10.147,17 manat borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh öz qarşılıqlı iddia ərizəsində tələb edilən 10.147,17 manat pulun öz tələb etdikləri pul məbləğləri ilə əvəzləşdirilməsini tələb etməklə, dolayısı ilə qeyd edilmiş kommunal xidmətlər üzrə borcun olmasını qəbul etmişdir. Həmçinin də, qeyd edilməlidir ki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Azərişıq ASC” tərəfindən İddiaçı MMC-yə göndərilmiş EBBU 653850 saylı elektron qaimədən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək elektrik enerjisindən istifadəyə görə 7.749,18 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda işdə olan xx.xx.2022-ci il tarixli “Azəriqaz İB” tərəfindən İddiaçı MMCyə göndərilmiş EBBU 518297 saylı elektron qaimədən görünür ki, xx.xx.2022-ci il tarixinədək qazdan istifadəyə görə 2.828,5 manat məbləğində borc hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1 Saylı Əlavəsinin 4-cü bəndindən görünür ki, icarəçi elektrik, su və qaz ödənişlərinə görə məsuliyyət daşıyır. Göründüyü kimi, qazdan və elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləğinin cəmi 10.577,68 manat təşkil edir və hesablanmış müddət olaraq da, məhz hotelin məhz "xxxx" MMC-nin istifadəsində olduğu müddəti əhatə edir. Belə olan halda, yəni elektrik enerjisi və qazdan istifadə üzrə borcun hotelin məhz icarəçinin istifadəsində olduğu müddət ərzində yarandığından, ilkin iddia tələbində göstərilən məbləğ də, nəzərə alınmaqla kommunal xidmət haqları üzrə yaranmış borc üzrə 10.147,17 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC Mogan” MMC-nin müqaviləni vaxtından əvvəl xitam verdikləri üçün müştəriləri digər X5 yerləşdirilməli olduqlarından 48.600 manat zərərə düşdüklərini qeyd edir. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə istinad edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi aşağıdakı normaların da, nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə cavabdehin Abşeron Catering and Services” MMC Mogan” MMC-nin müqaviləni vaxtından əvvəl xitam verdikləri üçün müştəriləri digər X5 yerləşdirilməli olduqlarından 48.600 manat zərərə düşdükləri barədə dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş Cavabdeh MMC (icarəçi) ilə X2 (icarəyəverən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarə haqqı 69.000 manatdan artıq olmamaqla ( 3.1-ci bənd) X3 Cavabdeh MMC icarəyə götürmüş və elə həmin gün də, təhvil-təslim aktı imzalanmaqla qeyri-yaşayış sahəsini təhvil almışdır. Qarşılıqlı iddiada tələb edilən 48.600 manat məbləğində pul isə X1 xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. İşin araşdırılmış və yuxarıda tədqiq edilmiş sübutlardan da, göründüyü kimi, Cavabdeh MMC özü ilk öncə 30 apreldə müqavilə münasibətlərinin xitamı ilə razı olmuş, sonradan isə özü öz könüllü istəyi ilə Mogan Hoteldən çıxmışdır, yəni Mogan MMC tərəfindən onun hoteldən çıxması üçün hər hansı bir məcburedici tədbirlər görülməmişdir. Göründüyü kimi, hazırkı halda yuxarıda sadalanmış qarşılıqlı iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyil və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Ona görə də, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Həmçinin də, qeyd edilməlidir ki, kommunal xidmətlər üzrə yaranmış 10.147,17 manat borcun əvəzləşdirilməsi xahiş edilsə də, qarşılıqlı iddianın ilk hissəsi təmin edilmədiyindən, bu hissədə də, qarşılıqlı iddia rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İcarə haqqı borcu üzrə 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pul və kommunal xidmət haqları üzrə yaranmış borc üzrə 10.147 (on min yüz qırx yeddi) manat 17 (on yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçınə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-580/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-580/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver