Məhkəmə qərarları › İş №e-2-2(113)-5804/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5804/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5804/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9673,64 manat əsas pul məbləği, 303,68 manat cərimə və məhkəməyə ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş barışıq sazişindən görünür ki: Nəzərə alaraq ki: A. Tərəflər arasında bağlanmış **********567 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi (bundan sonra “müqavilə”) üzrə cavabdehin iddiaçıya 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borcu (bundan sonra “əsas borc”) yaranmışdır. İddiaçı həmin borcu cavabdehdən almaq üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş hal-hazırda Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-5804/2024 nömrəli iş altında icraatdadır. İddiaçı məhkəmədən iddiaçının xeyrinə aşağıdakı cədvəldə qeyd edilənlərin tutulmasını xahiş etmişdir: Tələblərin növü Tələb məbləqləri Müqavilə üzrə pul tələbi 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borc Sifarişçi tərəfindən gecikdirilmiş ödəniş 303,68 manat (üç yüz üç manat altmış günləri üçün cərimə səkkiz qəpik) Vəkil xidmət haqqı 220 manat (iki yüz iyirmi) B. Tərəflər kommersiya mübahisəsini barışıq yolu ilə həll etmək niyyətindədirlər və barışıq sazişini imzalamağı məqbul hesab edirlər; C. Cavabdeh İddiaçıdan əsas borca endirim etməsini, əvəzində ödənişin gecikdirilməsinə görə hesablanan cərimə məbləğini və vəkil xidmət haqqını qəbul etdiyini, yəni son olaraq ümumi borcun 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) ƏDV daxil müəyyən edilməsini təklif etmişdir; D. Tərəflər yuxanda qeyd edilən təkli İləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər. Tərəflər bununla aşağıdakılarla razılaşırlar:

1. Hazırkı Barışıq sazişinin A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) ƏDV daxil müəyyən edilir;

2. Cavabdeh əsas borcu 15 noyabr 2024-cü il tarixi daxil olmaqla ödəyəcəkdir;

3. Cavabdeh Barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirdiyi təqdirdə, iddiaçı dərhal Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək e-2-2(113)-5804/2024 saylı kommersiya mübahisəsi üzrə iddia ərizəsini geri çəkəcəkdir və məhkəmədən işə xitam verilməsini xahiş edəcəkdir;

4. 7903,64 manat (yeddi min doqquz yüz üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borc, 303,68 manat (üç yüz üç manat altmış səkkiz qəpik) cərimə və 220 manat (iki yüz iyirmi) vəkil xidmət haqqı, yəni toplam 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) borc iddiaçıya ödənildiyi təqdirdə, iddiaçı, iddia ərizəsində məhkəmədən cavabdehdən tutulmasını xahiş etdiyi 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borcu, 303,68 manat (üç yüz üç manat altmış səkkiz qəpik) cərimə və 220 manat (iki yüz iyirmi) vəkil xidmət haqqını cavabdehdən tələb etməyəcəkdir;

5. Barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi İddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir;

6. Hər bir tərəf bu Barışıq sazişi vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür;

7. Hazırkı Barışıq sazişi 14 oktyabr 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır;

8. Bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur;

9. Hazırkı Barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur;

10. Hazırkı Barışıq sazişi 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar: Nəzərə alaraq ki: A. Tərəflər arasında bağlanmış **********567 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi (bundan sonra “müqavilə”) üzrə cavabdehin iddiaçıya 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borcu (bundan sonra “əsas borc”) yaranmışdır. İddiaçı həmin borcu cavabdehdən almaq üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş hal-hazırda Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-5804/2024 nömrəli iş altında icraatdadır. İddiaçı məhkəmədən iddiaçının xeyrinə aşağıdakı cədvəldə qeyd edilənlərin tutulmasını xahiş etmişdir:

Tələblərin növü Tələb məbləqləri Müqavilə üzrə pul tələbi 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borc Sifarişçi tərəfindən gecikdirilmiş ödəniş 303,68 manat (üç yüz üç manat altmış günləri üçün cərimə səkkiz qəpik) Vəkil xidmət haqqı 220 manat (iki yüz iyirmi) B. Tərəflər kommersiya mübahisəsini barışıq yolu ilə həll etmək niyyətindədirlər və barışıq sazişini imzalamağı məqbul hesab edirlər; C. Cavabdeh İddiaçıdan əsas borca endirim etməsini, əvəzində ödənişin gecikdirilməsinə görə hesablanan cərimə məbləğini və vəkil xidmət haqqını qəbul etdiyini, yəni son olaraq ümumi borcun 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) ƏDV daxil müəyyən edilməsini təklif etmişdir; D. Tərəflər yuxanda qeyd edilən təkli İləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər. Tərəflər bununla aşağıdakılarla razılaşırlar:

1. Hazırkı Barışıq sazişinin A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) ƏDV daxil müəyyən edilir;

2. Cavabdeh əsas borcu 15 noyabr 2024-cü il tarixi daxil olmaqla ödəyəcəkdir;

3. Cavabdeh Barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirdiyi təqdirdə, iddiaçı dərhal Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək e-2-2(113)-5804/2024 saylı kommersiya mübahisəsi üzrə iddia ərizəsini geri çəkəcəkdir və məhkəmədən işə xitam verilməsini xahiş edəcəkdir;

4. 7903,64 manat (yeddi min doqquz yüz üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borc, 303,68 manat (üç yüz üç manat altmış səkkiz qəpik) cərimə və 220 manat (iki yüz iyirmi) vəkil xidmət haqqı, yəni toplam 8427,32 manat (səkkiz min dörd yüz iyirmi yeddi manat otuz iki qəpik) borc iddiaçıya ödənildiyi təqdirdə, iddiaçı, iddia ərizəsində məhkəmədən cavabdehdən tutulmasını xahiş etdiyi 9673,64 manat (doqquz min altı yüz yetmiş üç manat altmış dörd qəpik) ƏDV daxil əsas borcu, 303,68 manat (üç yüz üç manat altmış səkkiz qəpik) cərimə və 220 manat (iki yüz iyirmi) vəkil xidmət haqqını cavabdehdən tələb etməyəcəkdir;

5. Barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi İddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir;

6. Hər bir tərəf bu Barışıq sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür;

7. Hazırkı Barışıq sazişi 14 oktyabr 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır;

8. Bubarışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur;

9. Hazırkı Barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur;

10. Hazırkı Barışıq sazişi 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar