Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5948/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat əsas borc və ona hesablanmış 65372,84 manat dəbbə pulunun, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat əsas borc və ona hesablanmış 49428,67 manat dəbbə pulunun, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat əsas borc və ona hesablanmış 53325,15 manat dəbbə pulunun, cəmi 267464,38 manatın, həmçinin aşağıdakı e-qaimələr üzrə ödənilməyən dəbbə pulunun: EBB seriyalı, 003085 saylı qaimə üzrə 3033,07 manat, EBBT seriyalı, 564819 saylı qaimə üzrə 3568,32 manat, EBBV seriyalı, 690685 saylı qaimə üzrə 3568,32 manat, EBBX seriyalı, 442115 saylı qaimə üzrə 4981,22 manat, EBBZ seriyalı, 209216 saylı qaimə üzrə 27831,79 manat, EBCB seriyalı, 082851 saylı qaimə üzrə 27384,92 manat, EBCC seriyalı 460336 saylı qaimə üzrə 181,02 manat, EBCC seriyalı 890989 saylı qaimə üzrə 46030,39 manat, EBCD seriyalı 590838 saylı qaimə üzrə 239,01 manat, EBCG seriyalı 250472 saylı qaimə üzrə 44351,23 manat, EBCG seriyalı 579365 saylı qaimə üzrə 199,27 manat, EBCH seriyalı 386340 saylı qaimə üzrə 38,35 manat, EBCG seriyalı 693464 saylı qaimə üzrə 22427,69 manat, EBCİ seriyalı 220914 saylı qaimə üzrə 1843,56 manat, EBCK seriyalı 214074 saylı qaimə üzrə 21,70 manat, EBCK seriyalı 215559 saylı qaimə üzrə 56,89 manat, EBCM seriyalı 200094 saylı qaimə üzrə 325,76 manat, EBCM seriyalı 515169 saylı qaimə üzrə 123,02 manat, EBCN seriyalı 945873 saylı qaimə üzrə 357,55 manat, EBDB seriyalı 055967 saylı qaimə üzrə 139,43 manat (cəmi 186702,52 manat), cəmi 186702,52 manat, eləcə də ödənilmiş 745 manat dövlət rüsumu olmaqla, ümumilikdə 454911,38 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə üzrə icraçı olaraq iddiaçı çoxsaylı xidmətlər göstərmiş və hər xidmətə görə cavabdeh tərəfindən e-qaimələr əsasında gecikmələrlə də olsa, ödənişlər olmuşdur. Lakin tərəflər arasında xx.xx.2019-cu il tarixli 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilə münasibətləri üzrə iddiaçıya cavabdeh tərəfindən göstərilən xidmətlərə görə EBCM seriyalı 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 5633,97 manat ƏDV + 31299,84 manat əsas borc daxil olmaqla, cəmi 36933,81 manat borc, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 4435,27 manat ƏDV + 24640,42 manat əsas borc daxil olmaqla, cəmi 29075,69 manat borc, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5083,97 manat ƏDV + 28244,25 manat əsas borc daxil olmaqla, cəmi 33328,22 manat bu günə qədər ödənilməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi danışıqlarda və həmçinin yazılı məktublarla yuxarıda qeyd edilən əsas borc məbləğinin və həmin borca hesablanmış dəbbə pulunun ödənilməsi tələb edilsə də, hər dəfə cavabdeh tərəfindən ödənişlə bağlı vədə əməl edilməmişdir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 02-1/19G saylı “Reklam eskizlərinin yerləşdirilməsi barədə müqavilə”nin 1-ci bəndinə əsasən müqavilənin predmetini cavabdehin reklam eskizlərinin yerləşdirilməsi təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən (xx.xx.2022-ci il tarixli 56 saylı Əlavəyə baxılmalıdır) müqavilə üzrə reklam eskizinin yerləşdirilməsinə görə aylıq xidmət haqqı müqavilənin ayrılmaz hissəsi hesab olunan X1 (Əlavələr) ilə müəyyən edilir və müəyyən edilmiş məbləğ hər ayın sonunda, növbəti ayın 5-dən gec olmayaraq icraçı tərəfindən ay ərzində yerləşdirilən faktiki reklamlara görə sifarişçiyə hesab təqdim olunur və sifarişçi hesabı aldığı tarixdən 10 (on) bank günü ərzində müəyyən olunmuş məbləğin manatla icraçının hesabına ödənilməsini təmin edir. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən əsas Əlavə olan xx.xx.2021-ci il tarixli 53 saylı Razılaşma Protokolu ilə müqavilənin 5.5-ci bəndi yeni redaksiyada tərəflər arasında təsdiq edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilmiş hesaba əsasən ödənişi müqavilə şərtlərinə uyğun vaxtda (3.1-ci bəndə uyğun) ödəmədikdə icraçı gecikdirilmiş hər gün üçün sifarişçidən ödəməli olduğu məbləğin 0,5%-i həcmində (lakin aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malikdir. E-qaimələr üzrə qeyd edilən ƏDV daxil əsas borc məbləğləri indiyə qədər ödənilməmiş, həmin gecikdirilmiş əsas borc məbləğləri üzrə dəbbə pulunun müqavilə tələbləri üzrə hesablanması xx.xx.2024-cü il tarixə olan dəbbə pulu məbləği aşağıdakı məbləğdə hesablanmışdır: - EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat əsas borc icraçı olaraq bizə müqavilə şərtinə əsasən 17 ay 14 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 65372,84 manat dəbbə pulu; - EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat əsas borc icraçı olaraq bizə müqavilə şərtinə əsasən 16 ay 22 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 49428,67 manat dəbbə pulu; - EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat əsas borc icraçı olaraq bizə müqavilə şərtinə əsasən 15 ay 21 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 53325,15 manat dəbbə pulu, yuxarıda qeyd edilənlərə əsasən EBCM seriyalı, 203704 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat əsas borc və ona hesablanmış 65372,84 manat dəbbə pulunun, EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat əsas borc və ona hesablanmış 49428,67 manat dəbbə pulunun, EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat əsas borc və ona hesablanmış 53325,15 manat dəbbə pulunun ödənilməsi tələb edilmişdir. Qaimələr üzrə ödənilməyən dəbbə pulunun cəmi 186702,52 manat təşkil edir. Beləliklə, EBCM seriyalı, 203704 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat əsas borc və ona hesablanmış 65372,84 manat dəbbə pulunun, EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat əsas borc və ona hesablanmış 49428,67 manat dəbbə pulunun, EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat əsas borc və ona hesablanmış 53325,15 manat dəbbə pulunun və əlavə olaraq bu pretenziyada qeyd edilən cədvəldəki e-qaimələr üzrə vaxtında ödənilməyən borclara görə hesablanmış cəmi 186702,52 manat dəbbə pulunun, cəmi 454166,9 manat məbləğin ödənilməsi tələb edilmişdir. Eyni zamanda aşağıda qeyd edilən qaimələr üzrə əsas borc ödənilsə də, həmin qaimələr üzrə gecikdirilmiş günlərə görə dəbbə pulu indiyə qədər ödənilməmişdir: EBB seriyalı, 003085 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 1 ay 14 gün, tələb olunan dəbbə pulu 3033,07 manat; EBBT seriyalı, 564819 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 2 ay, tələb olunan dəbbə pulu 3568,32 manat; EBBV seriyalı, 690685 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 1 ay 27 gün, tələb olunan dəbbə pulu 3568,32 manat; EBBX seriyalı, 442115 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 26925,52 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 1 ay 17 gün, tələb olunan dəbbə pulu 4981,22 manat; EBBZ seriyalı, 209216 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 22354,85 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 12 ay 19 gün, tələb olunan dəbbə pulu 27831,79 manat; EBCB seriyalı, 082851 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 21065,32 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 12 ay 21 gün, tələb olunan dəbbə pulu 27384,92 manat; EBCC seriyalı 460336 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1293,02 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 1 ay 8 gün, tələb olunan dəbbə pulu 181,02 manat;EBCC seriyalı 890989 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 35407,99 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 12 ay 25 gün, tələb olunan dəbbə pulu 46030,39 manat; EBCD seriyalı 590838 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 331,96 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 7 ay 4 gün gün, tələb olunan dəbbə pulu 239,01 manat; EBCG seriyalı 250472 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 36959,36 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 11 ay 22 gün, tələb olunan dəbbə pulu 44351,23 manat; EBCG seriyalı 579365 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 206,50 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 9 ay 13 gün, tələb olunan dəbbə pulu 199,27 manat; EBCH seriyalı 386340 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 63,91 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 5 ay 28 gün, tələb olunan dəbbə pulu 38,35 manat; EBCG seriyalı 693464 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 19168,97 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 11 ay 14 gün, tələb olunan dəbbə pulu 22427,69 manat; EBCİ seriyalı 220914 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 33519,24 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 11 gün, tələb olunan dəbbə pulu 1843,56 manat; EBCK seriyalı 214074 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 45,69 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 4 ay 15 gün, tələb olunan dəbbə pulu 21,70 manat; EBCK seriyalı 215559 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 127,84 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 4 ay 9 gün, tələb olunan dəbbə pulu 56,89 manat; EBCM seriyalı 200094 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1002,34 manat, ödəməli olduğu tarix xx.xx.2023, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 3 ay 5 gün, tələb olunan dəbbə pulu 325,76 manat; EBCM seriyalı 515169 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 177,00 manat, ödəməli olduğu tarix xx.xx.2023, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 6 ay 9 gün, tələb olunan dəbbə pulu 123,02 manat; EBCN seriyalı 945873 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1349,25 manat, ödəməli olduğu tarix xx.xx.2023, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 2 ay 13 gün, tələb olunan dəbbə pulu 357,55 manat; EBDB seriyalı 055967 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1072,53 manat, ödəməli olduğu tarix xx.xx.2023, ödəniş tarixi xx.xx.2023, gecikmə müddəti 1 ay 6 gün, tələb olunan dəbbə pulu 139,43 manat olmaqla, cəmi 186702,52 manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 460.1, 462.1, 462.3, 465.2, 443.1, 443.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin nümayəndəsi (yazılı təqdim edilmişdir) bildirmişdir ki, İddiaçı MMC-nin iddiasını qismən qəbul edirik. Hesab edirik ki, iddia tələbində göstərilən EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat, EBCN seriyalı 947199 saylı, xx.xx.2023cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat və EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat olmaqla, cəmi 99337,72 manat əsas borcun 40300,47 manat hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 4500 manat ödəniş edilib. Lakin cavabdeh həmin ödənişi nəzərə almayıb. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əməkdaşlıq haqqında müavilə bağlanıb. Həmin müqaviləyə müvafiq olaraq cavabdeh ona məxsus olan reklam qurğularını iddiaçıya satıb, iddiaçı isə razılaşdırılmış preyskurantlar üzrə reklam xidmətləri göstərib. Qeyd olunan müqaviləyə əsasən iddiaçı 94931 manat ödəməli olsa da, xx.xx.2023-cü il tarixdə cəmi 70393,75 manat ödəniş həyata keçirib. Beləliklə də, bu müqavilə üzrə iddiaçının cavabdehə 24537,25 manat borcu qalıb. Digər tərəfdən, 2022-ci ilin mart ayında iddiaçı göstərilməyən xidmət üçün də pul tələbi edir. Halbuki, həmin dövrdə “AZAL” ilə müaviləsi pozulan iddiaçı Cavabdeh MMC-yə də qismən xidmət göstərə bilib. Bu baxımdan da hesab edirik ki, göstərilməyən xidmət üçün 30000 manat vəsaitin tələb olunması əsassızdır. Hazırkı iş üzrə məhkəməyə təqdim etdiyimiz mülahizədə 2006-cı ildən fəaliyyət göstərən və əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmış Cavabdeh MMC-nin pandemiya dövründə demək olar ki, fəaliyyətsiz qalmasını, buna görə də pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısında olmasını göstərmişik. Bu barədə İddiaçı MMC məlumatlı idi və bu səbəbdən tərəflər qarşılıqlı güzəştlərə dair razılığa gəlib. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Reklam eskizinin yerləşdirilməsi barədə” Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə üzrə Reklam eskizinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı aşağıdakı cədvəl üzrə müəyyən edilir və müəyyən edilmiş məbləğ 100% qabaqcadan Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi hesab əsasında 3 bank günü ərzində İcraçının hesabına manatla ödənilir. Həmin müqavilənin 3.2-ci bəndində isə göstərilir ki, müəyyən olunmuş müddət ərzində ödəniş aparılmadığı halda, İcraçı Sifarişçinin 3 iş günü qabaqcadan xəbərdar etməklə reklam eskizi yerləşdirilmiş reklam laytboksuna verilən elektrik enerjisinin təchizatını dayandırmaq və ya 3 iş günü ərzində reklam eskizinin demontaj edilməsini Sifarişçidən tələb etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Müqaviləyə əlavə razılaşdırma protokollarında gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,5%-i həcmində (lakin aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malik olduğu göstərilir. İddia tələbindəki bütün məbləğlər isə şişirdilmiş rəqəmlərdən ibarətdir. Bir daha bildiririk ki, iddiaçı uzun müddət ərzində cavabdehə hər hansı xəbərdarlıq da etməyib. Bununla bərabər, iddiaçı cavabdeh şirkətə xidmət göstərməkdə davam edib. Belə çıxır ki, az qala illərlə hesablanan müddət İddiaçı MMC-yə dəbbə pulunun hesablanması üçün sərf edirdi. Eyni zamanda, müqavilə üzrə göstərilən xidmətlərin nəticəsini təsdiqləyən müvafiq sənədləşmə - akt olmalıdır. Lakin iddiaçı məhkəməyə tərəflərin imzaladığı hər hansı sənədi, o cümlədən təhvil-təslim aktını təqdim etməyib. Beləliklə də, hesab edirik ki, İddiaçı MMC-nin iddiası 40300,47 manat hissəsində təmin oluna bilər, qalan hissədə isə əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçının iddia tələbini 40300,47 manat hissəsində istisna olmaqla, qalan hissədə təmin edilməməsini xahiş edirik.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizlərinin yerləşdirilməsi” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı müqavilədə qeyd olunmuş şərtlərlə və müddətdə müqavilənin 3.1-ci maddəsində qeyd olunan yerlərdə sifarişçinin müraciətinə əsasən reklam eskizinin yerləşdirilməsini təmin edir. Həmin müqavilənin 2.2.10-cu maddəsinə əsasən müqavilə ilə müəyyən edilmiş xidmət haqqını müqavilə şərtlərinə uyğun və tam həcmdə icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə reklam eskizinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı 100% qabaqcadan sifarişçi tərəfindən icraçının təqdim etdiyi hesab əsasında 3 (üç) bank günü ərzində icraçının hesabına manatla ödənilir. Həmin maddəyə əsasən Cavabdeh MMC sifariş etdiyi 2 ədəd light-boxa görə biri üçün 2170,8 manat, digəri üçün 1833 manat olmaqla, ümumilikdə 4003,8 manatı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və tərəflər qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar.
8. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavə razılaşdırma protokoluna əsasən tərəflər qeyd olunan müqaviləyə müəyyən dəyişikliklər və əlavələrin edilməsi və güzəşt tətbiq edilməsi barədə razılığa gəlirlər. Əlavənin 3.1-ci maddəsinə əsasən reklam eskizlərinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı 100% olaraq qabaqcadan sifarişçi tərəfindən icraçının təqdim etdiyi hesab əsasında həmin ayın 20-nə qədər icraçının hesabına manatla ödənilir. Həmin əlavənin 2-ci bəndinə əsasən subicarəyə verən subicarəçiyə hər ay aylıq göstərilən xidmətin ümumi məbləği ƏDV-siz olaraq, 15000 manatadək olduqda 5%, 15001 manatdan 30000 manatadək olduqda 10%, 30001 manatdan 45000 manatadək olduqda 15%, 45001 manatdan 60000 manatadək olduqda 20%, 60001 manatdan 75000 manatadək olduqda 25%, 75001 manatdan yuxarı olduqda 30% güzəşt tətbiq edilir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2022-ci il tarixli, 56 nömrəli əlavə razılaşdırma protokolunun 1.1-ci maddəsinə əsasən müqavilə üzrə reklam eskizinin yerləşdirilməsinə görə aylıq xidmət haqqı müqavilənin ayrılmaz hissəsi hesab olunan əlavə razılaşdırma protokolları ilə müəyyən edilir və müəyyən edilmiş məbləğ, hər ayın sonunda, növbəti ayın 5-dən gec olmayaraq icraçı tərəfindən hər ay ərzində yerləşdirilən faktiki reklamlara görə sifarişçiyə hesab təqdim olunur və sifarişçi hesabı aldığı tarixdən 10 (on) bank günü ərzində müəyyən olunmuş məbləğin manatla icraçının hesabına ödənilməsini təmin edir. Həmin protokolun 1.2-ci bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə təqdim edilən hesablarda müqavilənin 1 saylı əlavəsinin 2-ci bölməsi ilə nəzərdə tutulmuş güzəşt və əlavələrlə müəyyən edilmiş güzəşt çıxıldıqdan sonra ödənilməli olan məbləğ qeyd edilir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2019-cu il tarixli, 35 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci maddəsinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Həmin razıalşmanın 1.1-ci bəndinə əsasən “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmışdır. Müqavilənin və Əlavələrin gigər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2020-ci il tarixli, 50 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci maddəsinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Həmin razıalşmanın 1.1-ci bəndinə əsasən “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmışdır. Müqavilənin və Əlavələrin gigər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2021-ci il tarixli, 53 nömrəli əlavə razılaşdırma protokolun 5.5-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilmiş hesaba əsasən ödənişi müqavilə şərtlərinə uyğun vaxtında ödəmədikdə, icraçı gecikdirilmiş hər gün üçün sifarişçidən ödəməli olduğu məbləğin 0,5%-i həcmində (lakin, aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malikdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2021-ci il tarixli, 55 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci maddəsinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Həmin razıalşmanın 1.1-ci bəndinə əsasən “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmışdır. Müqavilənin və Əlavələrin gigər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2019-cu il tarixli, 02-1/19G nömrəli “Reklam eskizinin yerləşdirilməsi barədə” müqaviləyə xx.xx.2022-ci il tarixli, 68 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci maddəsinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Həmin razıalşmanın 1.1-ci bəndinə əsasən “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək (hər iki gün daxil olmaqla) uzadılmışdır. Müqavilənin və Əlavələrin gigər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 003085 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17841,6 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 564819 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17841,6 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 690685 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17841,6 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 442115 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26925,52 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 209216 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22354,85 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 082851 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21065,32 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 460336 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1293,02 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 890989 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35407,99 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 590838 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 331,96 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 250472 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36959,36 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 579365 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 206,5 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 386340 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 63,91 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 693464 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30188,66 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 220914 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33519,24 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 214074 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 45,69 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 215559 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 127,84 manat (ƏDV daxil) təşkil edir.
31. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 219513 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31048,07 manat (ƏDV daxil) təşkil edir.
32. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36933,81 manat (ƏDV daxil) təşkil edir.
33. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 200094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1002,34 manat (ƏDV daxil) təşkil edir.
34. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 515169 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 177 manat (ƏDV daxil) təşkil edir.
35. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 945873 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1349,25 manat (ƏDV daxil) təşkil edir.
36. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29075,69 manat (ƏDV daxil) təşkil edir.
37. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33328,22 manat (ƏDV daxil) təşkil edir.
38. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 055967 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1072,53 manat (ƏDV daxil) təşkil edir.
39. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 10000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBS seriyalı, 003085 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
40. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 15120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBT seriyalı, 564819 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
41. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBS seriyalı, 003085 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
42. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 15120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBV seriyalı, 690685 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
43. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 22818,24 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBX seriyalı, 442115 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
44. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 13000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBZ seriyalı, 209216 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
45. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
46. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
47. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 50,85 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
48. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür.
49. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 28406,14 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCİ seriyalı, 220914 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
50. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 281,32 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCD seriyalı, 590838 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
51. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1158,92 manat köçürülmüşdür. Ödənişin təyinatıvə əsası: EBDB seriyalı, 055967 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə.
52. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 281,32 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCD seriyalı, 590838 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
53. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 54,16 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCH seriyalı, 386340 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
54. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1143,43 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCN seriyalı, 945873 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə.
55. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 849,44 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCM seriyalı, 200094 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
56. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 108,34 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCK seriyalı, 215559 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
57. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 38,72 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCK seriyalı, 214074 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.
58. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 325 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCM seriyalı, 579365 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 515169 nömrəli qaimələr.
59. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 10012,31 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBDB seriyalı, 054072 nömrəli və EBBZ seriyalı, 209216 nömrəli qaimə.
60. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 11864,41 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCB seriyalı, 082851 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.
61. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 70393,75 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCB seriyalı, 082851 nömrəli, EBCC seriyalı, 890989 nömrəli, EBCG 250472 nömrəli qaimə üzrə qalıq borc, EBCG seriyalı 693464 nömrəli qaimə üzrə qismən ödəniş.
62. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 12711,86 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCG seriyalı, 693464 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.
63. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 8474,58 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCG seriyalı 693464 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.
64. xx.xx.2024-cü il tarixli köçürülmənin aparılması haqqında bildirişdən məlum olur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına manat 4500 manat köçürülmüşdür.
65. İddiaçı MMC tərəfindən X2 Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 186702,52 manat dəbbə pulu da daxil olmaqla ümumilikdə 454166,9 manat borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
66. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 09/2024 nömrəli məktubuna cavab olaraq Cavabdeh MMC xx.xx.2024-cü il tarixli, 5 nömrəli məktubla bildirmişdir ki, Cavabdeh MMC-nin adı fəaliyyət istiqamətləri tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə aid edilmiş və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi növlərinin siyahısında göstərilmişdir. Qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 285020,26 manat dəbbə pulunun hesablanması barədə heç bir rəsmi məktub göndərilməmişdir. Bundan əlavə, cərimə faizlərinin hesablanmaması ilə bağlı Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli tövsiyyələrinin də olmasını və Komitə qərarının xx.xx.2021-ci il tarixində bildirilməsinə baxmayaraq, qeyd edilən dövr ərzində xx.xx.2019-cu il tarixli, 02- 1/19G nömrəli müqaviləyə əsasən cərimə faizlərinin hesablanmasının əsassız olduğu hesab edilir. Cavabdeh MMC-nin faktiki olaraq pandemiyadan zərərçəkmiş sahə olduğuna görə qeyd edilən dəbbə pulunun hesablanmasının uyğun olmadığı və MMC-nin maliyyə vəziyyətini nəzərə alaraq 87009,81 manat məbləğində əsasən borcun ödənilməsini 2024cü ili sonuna qədər hissə-hissə icra olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
69. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya borcu yaranmışdır.
70. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36933,81 manat əsas borc və ona hesablanmış 65372,84 manat dəbbə pulunun, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat əsas borc və ona hesablanmış 49428,67 manat dəbbə pulunun, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat əsas borc və ona hesablanmış 53325,15 manat dəbbə pulunun təşkil edir.
71. Müəyyən olunur ki, EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödənilməi məbləğ ƏDV daxil 36933,81 manat təşkil etmiş, həmin məbləğdən 4500 manat ödənilmiş, qalıq məbləğ ƏDV daxil 32433,81 manat təşkil etmişdir. Digər iki qaimə üzrə ödəniş edilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə ƏDV daxil 32433,81 manat (otuz iki min dörd yüz otuz üç manat səksən bir qəpik), xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat (iyirmi doqquz min yetmiş beş manat altmış doqquz qəpik), xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
72. Eyni zamanda həmin qaimələr üzrə dəbbə pulunun tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
73. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə 1600 (min altı yüz) manat, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə 1500 (min beş yüz) manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə1600 (min altı yüz) manat müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
74. İddia tələbinin digər hissəsini ödənişi edilən EBB seriyalı, 003085 saylı qaimə üzrə 3033,07 manat, EBBT seriyalı, 564819 saylı qaimə üzrə 3568,32 manat, EBBV seriyalı, 690685 saylı qaimə üzrə 3568,32 manat, EBBX seriyalı, 442115 saylı qaimə üzrə 4981,22 manat, EBBZ seriyalı, 209216 saylı qaimə üzrə 27831,79 manat, EBCB seriyalı, 082851 saylı qaimə üzrə 27384,92 manat, EBCC seriyalı 460336 saylı qaimə üzrə 181,02 manat, EBCC seriyalı 890989 saylı qaimə üzrə 46030,39 manat, EBCD seriyalı 590838 saylı qaimə üzrə 239,01 manat, EBCG seriyalı 250472 saylı qaimə üzrə 44351,23 manat, EBCG seriyalı 579365 saylı qaimə üzrə 199,27 manat, EBCH seriyalı 386340 saylı qaimə üzrə 38,35 manat, EBCG seriyalı 693464 saylı qaimə üzrə 22427,69 manat, EBCİ seriyalı 220914 saylı qaimə üzrə 1843,56 manat, EBCK seriyalı 214074 saylı qaimə üzrə 21,70 manat, EBCK seriyalı 215559 saylı qaimə üzrə 56,89 manat, EBCM seriyalı 200094 saylı qaimə üzrə 325,76 manat, EBCM seriyalı 515169 saylı qaimə üzrə 123,02 manat, EBCN seriyalı 945873 saylı qaimə üzrə 357,55 manat, EBDB seriyalı 055967 saylı qaimə üzrə 139,43 manat olmaqla, cəmi 186702,52 manat manat dəbbə pulunun cavabdehdən tutulması təşkil edir.
75. İddia tələbinin həmin hissəsi ilə bağlı müvafiq sübutlar (yuxarıda qeyd olunmuşdur) məhkəməyə təqdim edilmişdir.
76. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, ödənişi edilmiş, qeyd olunan elektron qaimələr üzrə ödənişlərin gecikdirilməsinə görə cərimə məbləği 10870 (on min səkkiz yüz yetmiş) manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
77. Eləcə də, iddiaçı ödənilmiş 390,94 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
78. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olara ödənilmiş dövlət rüsumuna görə 180,8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə ƏDV daxil 32433,81 manat (otuz iki min dörd yüz otuz üç manat səksən bir qəpik) borc, 1600 (min altı yüz) manat cərimə olmaqla, cəmi 34033,81 manat (otuz dörd min otuz üç manat səksən bir qəpik), xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə ƏDV daxil 29075,69 manat (iyirmi doqquz min yetmiş beş manat altmış doqquz qəpik) borc, 1500 (min beş yüz) manat cərimə olmaqla, cəmi 30575,69 manat (otuz min beş yüz yetmiş beş manat altmış doqquz qəpik), xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə ƏDV daxil 33328,22 manat (otuz üç min üç yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) borc, 1600 (min altı yüz) manat cərimə borcu olmaqla, cəmi 34928,22 manat (otuz dörd min doqquz yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) və cədvəldə qeyd olunan ödənişi edilmiş elektron qaimələr üzrə ödənişlərin gecikdirilməsinə görə 10870 (on min səkkiz yüz yetmiş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 180,8 manat (yüz səksən manat səksən qəpik) olmaqla, ümumilikdə 110588,52 manat (yüz on min beş yüz səksən səkkiz manat əlli iki qəpik) məbləğində pul vəsaiti və İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova