Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-597/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1968,24 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 400 manatın, habelə müqavilənin 5.4-cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 400 manat məbləğində vəsaitin və 70 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 2838,24 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1968,24 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 400 manatın, habelə müqavilənin 5.4-cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 400 manat məbləğində vəsaitin və 70 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 2838,24 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən, sifarişə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesabfakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) gündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus “Volkswagen Passat” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 469,64 manat, xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 342,20 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 113,28 manat, “Volkswagen Touareg” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 240,72 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 802,40 manat, ümumilikdə 1968,24 manat dəyərində xidmətlər göstərilmiş, müvafiq fakturalar təqdim edilməsinə baxmayaraq göstərilən xidmətlərin dəyəri hal-hazıradək ödənilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödəniş olunmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) X2 məhkəmə iclasında iddianı əsas borc hissədə etiraf edərək, digər hissələrə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh 6 ay əvvəl fəaliyyətini dayandırmışdır. Cavabdehdə olan problemlər və diqqətsizliyi ilə əlaqədar bu borc yaranmışdır. Hazırda borcun 1968 manat hissəsini etiraf edir. Həmin pulun hissəhissə ödəmək öhdəliyini üzərinə götürür. Sonda cavabdehin nümayəndəsi iddianın əsas borc hissəsində təmin edilməsini, digər hissələrdə rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 47/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqavilədən görünür ki, iddiaçı sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd təmir kartlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus “Volkswagen Passat” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 469,64 manat, xx.xx.2020ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 342,20 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 113,28 manat, “Volkswagen Touareg” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 240,72 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 802,40 manat, ümumilikdə 1968,24 manat dəyərində xidmətlər təşkil etmişdir. 5 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus “Volkswagen Passat” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 469,64 manat, xx.xx.2020ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 342,20 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 113,28 manat, “Volkswagen Touareg” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 240,72 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 802,40 manat, ümumilikdə 1968,24 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 47/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə məxsus “Volkswagen Passat” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 469,64 manat, xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 342,20 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 113,28 manat, “Volkswagen Touareg” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 240,72 manat və xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 802,40 manat, ümumilikdə 1968,24 manat dəyərində xidmətlər göstərmiş, lakin cavabdeh tərəfindən iddiaçıya xidmətlərin dəyəri ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında 1968,24 manat əsas borcu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 47/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqaviləyə əsasən iddiaçı tərəfindən 1968,24 manat dəyərində göstərilmiş xidmət haqqı cavabdehdən tutulmaqla iddia göstərilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsindən irəli gəlir. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən cavabdeh iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Gecikdirilmiş vaxt üçün tələb olunan faizin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində göstərilən əsasa görə 400 manat ödənilməsini tələb etmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrin tarixlərini və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndini nəzərə aldıqda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 145,39 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 47,68 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 70 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 79,60 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 60,27 manat (70 manat (mediasiya xərci) – 9,73 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 60,27 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1968,24 manat borc, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 145,39 manat, 90 manat cərimə və mediasiya xərcinə görə 60,27 manat, cəmi 2263,9 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1968,24 manat borc, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 145,39 manat, 90 manat cərimə və mediasiya xərcinə görə 60,27 manat, cəmi 2263,9 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-597/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-597/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver