Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6001/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" Firmasının direktoru X1 iştirakı ilə,ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qalıq ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firması ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli N 2X-08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ipoteka ilə yüklü olan Sumqayıt şəhəri, 47ci məhəllədə yerləşən 16-1 nömrəli qeyri-yaşayış sahəsi "xxxx" firmasına məxsusdur. Həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin kredit borcuna görə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1875/2011 saylı qətnaməsi ilə tutma “Ülviyyə 89” firmasına məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16-1 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilmiş və əmlakın açıq hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra vərəqəsi icra üçün Sumqayıt şəhəri üzrə icra şöbəsinə göndərilmişdir. Həmin qeyri-yaşayış sahəsinin hərracda satışının həyata keçirilməsi ilə bağlı sözügedən icra vərəqəsi Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən 17/63-76 saylı xx.xx.2014-cü il tarixli sifariş məktubu ilə Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. İpoteka predmetinin satılmasına dair 1-ci hərrac xx.xx.2014-cü il tarixdə keçirilmiş, hərrac baş tutmadığına görə xx.xx.2014-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Lakin təkrar hərrac da baş tutmamışdır. Təkrar hərracın baş tutumaması elan olunduqdan sonra Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli 01/2516 saylı məktubla ipoteka saxlayana təklif göndərmişdir. Təklifdə ipoteka predmetinin 30 gün ərzində yazılı surətdə hərrac vasitəsilə əldə etmək üçün keçiriləcək hərracın tarixinin müəyyənləşdirilib rəsmi məlumat verilməsi, təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipoteka əldə etmək istəyindən imtina və işin icra müddəti başa çatdığı üçün sənədlərin sifarişçiyə qaytarılacağı bildirilmişdir. Eyni zamanda, ipoteka saxlayana hərracın yekunlaşdırılması müddətində ipoteka predmeti əldə olunmayacağı təqdirdə, ipotekaya xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Həmin müddət ərzində ipoteka saxlayan "xxxx" ASC tərəfindən ipoteka predmeti əldə edilməmiş və qeyd olunan icra vərəqəsi ipoteka predmetinin satışı üzrə icra müddəti bitdiyinə görə xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra şöbəsinə geri qaytarılmış və icra məmurunun müvafiq qərarına əsasən icra sənədinin qaytarılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, ipotekanın predmeti Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16-1 nömrəli qeyriyaşayış sahəsi ipoteka saxlayan tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətdə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Firmasının direktoru X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər icra şöbəsinin "xxxx" MMC-nin sədrinə göndərdiyi hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Sumqayıt şəhəri icra şöbəsi tərəfindən Ülviyyə- 89” Firmasına məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyriyaşayış sahəsinin qiymətləndirilməsi keçirilmiş və "xxxx" MMC-yə həmin daşınmaz əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyri-yaşayış sahəsinin 20 iyun 2014-cü il tarixdə açıq hərracda satılması ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraat prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Göründüyü kimi, "xxxx" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən "xxxx" firması ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli N 2X-08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad edilməsini xahiş etsə də, tələbi aralarında ipoteka predmeti ilə bağlı müqavilə münasibətləri yaranmayan sadəcə olaraq LPO "xxxx" ASC-nin ləğvedicisi olan və hazırki tələb üzrə cavab verməli olmayan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələblə bağlı Əmanətlərin Sığortalanması Fondu cavab verməli olmadığına görə iddiaçı "xxxx" Firmasının iddiası rədd edilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Firmasının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "xxxx" firması ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli N 2X-08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad edilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Firmasının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "xxxx" firması ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli N 2X-08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16 1 nömrəli qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad edilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6001/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6001/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver