Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6076/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Salyan Qida X1 Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh MMC arasında VÖEN: **********) arasında bağlanmış SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqaviləyə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş 15941,94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) məbləğində əsas borcun; 2. 1594,20 manat (min beş yüz doxsan dörd manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə faiz borcunun; 3. xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən təhvil verilmiş, lakin qaytarılmamış bir ədəd soyuducunun qaytarılması, soyuducunu qaytarmaq mümkün olmadıqda isə onun dəyərini təşkil edən 850 (səkkiz yüz əlli) manat məbləğində pulun; 4. Hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 18706,14 manat (on səkkiz min yeddi yüz altı manat on dörd qəpik) məbləğində pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan Qida X1 Şirkəti ilə Cavabdeh MMC (VÖEN: **********) arasında SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqavilə bağlanmış, həmin müqavilələr əsasında cavabdehə pivə məhsulları satılmış, həmçinin avadanlıqlar təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən xx.xx.2023- cü il tarixli tarixdə 17 adda, 14450 manat dəyərində avadanlıqlar Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır. Belə ki, bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 19 ədəd, ümumilikdə 140941.19 (yüz qırx min doqquz yüz qırx bir manat on doqquz ) manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 124999,25 manat ( yüz iyirmi dörd min doqquz yüz doxsan doqquz manat iyirmi beş qəpik) ödəniş edilmiş, 15941.94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) hissəsi isə bu günə qədər ödənilməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 15941.94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) məbləğində ödənilməmiş borcunun qaldığını yazılı surətdə etiraf etmişdir. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilmiş 10 avqust 2024-cü il tarixli 94 saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin 15941.94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) ödənilməmiş borcu qalmışdır. Həmin maliyyə arayışında göndərilən e-qaimələrin nömrə və tarixləri, həyata keçirilən ödənişlər və icra edilməyən e-qaimələr ətraflı şəkildə qeyd edilmişdir. Belə olduğu halda, malların 2022ci ildə təhvil verilməsinə və müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 2 ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, illik 5% olmaqla, ümumilikdə (15941,94 x 5% x 2) 1594,20 manat (min beş yüz doxsan dörd manat iyirmi qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən xx.xx.2023- cü il tarixli tarixdə 17 adda, 14450 manat dəyərində avadanlıqlar Cavabdeh MMC-yə təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə bu günə qədər qaytarılmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 95 saylı maliyyə arayışına əsasən məlum olur ki, cəmi 1 adda, 850 manat dəyərində inventar üzrə avadanlıq bu günə qədər iddiaçıya qaytarılmamışdır (avadanlığın inventar nömrəsi və dəyəri maliyyə arayışında ətraflı göstərilmişdir) Cavabdeh tərəfindən əsassız olaraq borcun ödənilməsindən imtina edildiyindən, iddiaçı Salyan Qida X1 Şirkəti işin məhkəmə qaydasında həll edilməsi üçün məcbur qalıb 14 saylı vəkil bürosunun vəkili Vəkil ilə hüquqi xidmət göstərilməsi haqqında müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı vəkilin hüquqi yardım xidməti üçün 320 çü) yüz iyirmi) manat ödəniş etmişdir. Qeyd edilən məbləğ ölkə üzrə vəkillər ilə bağlanan hüquqi yardım müqaviləsi üçün müəyyən edilmiş minimum ödəniş məbləğidir. Bu səbəbdən, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilən həmin 320 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Tərəflər arasında bağlanmış SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi”nin 8.1-ci bəndinə əsasən müqavilə 2 il müddətinə bağlanmışdır. Cavabdehə 14 iyun 2024-cü il tarixli pretenziya məktubu tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilərək, müqavilə üzrə öhdəliklərinin tam şəkildə 7 gün ərzində həyata keçirilməsi tələb edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, avadanlıqlar qaytarılmamışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh MMC arasında VÖEN: **********) bağlanmış SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqaviləyə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş 15941,94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) məbləğində əsas borcun; 2. 1594,20 manat (min beş yüz doxsan dörd manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə faiz borcunun; 3. xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən təhvil verilmiş, lakin qaytarılmamış bir ədəd Uğur markalı, **********03 inventar kodlu soyuducunun qaytarılması, soyuducunu qaytarmaq mümkün olmadıqda isə onun dəyərini təşkil edən 850 (səkkiz yüz əlli) manat məbləğində pulun; 4. Hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 18706,14 manat (on səkkiz min yeddi yüz altı manat on dörd qəpik) məbləğində pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Salyan Qida X1 Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SBHT04042022 saylı distribütor müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilənin predmeti Şirkətin istehsal və (və ya) satışını təşkil etdiyi malların (bundan sonra "Məhsullar" adlandırılacaq) "Satış Ərazisi" sənədində nəzərdə tutulmuş inzibati ərazi vahidlərində fəaliyyət göstərəcək Distribütora satışını və Distribütor tərəfinindən satın alınan malların dəyərinin ödənilməsini nəzərdə tutur.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən Şirkətin öhdəlikləri:
11. Müqavilənin 1.2.1-ci bəndinə əsasənBu müqavilədə, müqavilənin əlavələrində, müqaviləyə olunmuş dəyişikliklərdə və protokollarda nəzərdə tutulmuş razılaşma şərtlərinə əməl etmək;
12. Müqavilənin 1.2.2-ci bəndinə əsasən Malları müqavilədə nəzərdə tutulmuş vəziyyətdə Distribütora təhvil vermək.
13. Müqavilənin 1.3-cü bəndinə əsasən Distribütorun öhdəlikləri:
14. Müqavilənin 1.3.1-ci bəndinə əsasən Bu müqavilədə müqavilənin əlavələrində, müqaviləyə olunmuş dəyişikliklərdə və protokollarda nəzərdə tutulmuş razılaşma şərtlərinə əməl etmək;
15. Müqavilənin 1.3.2-ci bəndinə əsasən Şirkətin istehsal və (və ya) satışını təşkil etdiyi və edəcəyi Məhsulları birbaşa özü və (və ya) nümayəndələri, sub-podratçıları vasitəsi ilə öz satış yerlərində və digər satış məntəqələrində müştərilərə satmaq və satdırmaq;
16. Müqavilənin 1.3.3-cü bəndinə əsasən Özünün cavabdehlik daşıdığı inzibati ərazi vahidlərində yerləşən və Şirkətin Məhsullarını Şirkətlə xüsusi müqavilə olmadan satan təkrar satıcıların (topdan satış, istirahət mərkəzləri, otellər və s) Şirkətin Məhsullarına olan ehtiyacını operativ olaraq təmin etmək.
17. Müqavilənin 2.3-cü bəndinə əsasən Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə (elektron qaimə faktura, malların təhvil-təslim aktı və s.) müəyyən edilir.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri ƏDV daxil olmaqla faktura ilə müəyyən olunur.
19. Müqavilənin 3.2-ci bəndiə əsasən distribütor faktura üzrə qəbul etdiyi məhsulların dəyərini fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin Şirkətə ödənilməsini təmin etməlidir.
20. Müqavilənin 4.1-ci bəndinə əsasən Bu müqavilə qüvvəyə mindiyi gündən etibarən Şirkət Distribütorun müraciəti və sifarişi əsasında sifarişi və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında təhvil verir.
21. Müqavilənin 6.7-ci bəndinə əsasən Tərəflər müntəzəm olaraq debitor və'kreditor qalıqlarını yoxlaya və üzləşmə aktı imzalaya bilərlər.
22. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/30 saylı qablaşdırılmış pivənin satışına dair distribütor müqaviləsinə əsasən:
23. Müqavilənin 1-ci bəndinə əsasən Satıcı təchiz etdiyi Məhsulun satışını təmin etmək məqsədi ilə Distribyutora vergi-hesab qaiməsində, Təhvil-təslim aktında və Əmlakın təmənnası/ ötürülməsi müqaviləsində qeyd edilmiş ticarət avadanlığım müvəqqəti pulsuz istifadəyə təqdim edir.
24. Müqavilənin 2-ci bəndinə əsasən distribyutora verilən Avadanlıq Satıcıya mülkiyyət hüququ əsasında məxsusdur və üçüncü şəxslərin onun üzərində heç bir hüququ yoxdur.
25. Müqavilənin 3-cü bəndinə əsasən avadanlığın və kompensasiyaların uçotunu aid təslim etmə qaytarma şərtləri və tərəflərin vəzifələri hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan Təchizatçı və Distribyutor arasında bağlanmış avadanlığın təslim edilməsi müqaviləsində qeyd edilib.
26. Müqavilənin 6-cı bəndinə əsasən satıcı Distribyuteriıı tapşırıqları əsasında sonuncunu pivə məhsulları (bundan sonra «Mal» adlandırılacaq) ilə təmin elməyi. Distribyutor isə Malı qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.
27. Malların dəyəri və hesablaşma qaydası:
28. Müqavilənin 1-ci bəndinə əsasən Satıcı tərəfindən təqdim edilən Malın dəyəri müvafiq Protokola əsasən müəyy ən olunur.
29. Müqavilənin 2-ci bəndinə əsasən Distribyııtor malın dəyərini hir qayda olaraq təqdim edilən hesab-faktura əsasında hesab- fakturada qeyd olunan ümumi məbləği öncədən Satıcıya ödəyir
30. Təchizat qaydası və vaxtı:
31. Müqavilənin 3-cü bəndinə əsasən Çatdırılma zamanı Məhsul partiyasının təhviltəslimi lazımi formada tərtib edilmiş qaimə - lakturalartn imzalanması və möhürün vurulması ilə rəsmiləşdirilir
32. Tərəflərin məsuliyyəti:
33. Müqavilənin 2-ci bəndinə əsasən Distribyutor tərəfindən bu müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədikdə. Distribyutor ticarət avadanlığının, çoxdövriyyəli taranın dəyərinin, o cümlədən əsas borcun, cərimələrin, həmçinin Satıcının bütün xərclərin (zərərin) ödənilinəsi ilə bağlı (o cümlədən sığorta və hüquqi xidmətlə bağlı) çəkdiyi məsrəflərin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququna malikdir.
34. Müqavilənin 3-cü bədinə əsasən distribyutor bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini (və ya onların bir hissəsini) icra etmədiyi və yu tam şəkildə icra etmədiyi təqdirdə və əgər Distribyutorun maliyyə (əmlak) vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun(larin) qaytarılması təhlükəyə məruz qala bilərsə, Satıcı bu müqaviləni birtərəfli qaydada ləğv etmək, təchizatdan imtina etmək və ticarət avadanlığının. çoxdövriyyəli taranın Distribyutordan geri qaytarılmasını tələb etmək hüququna malikdir. Tələb Distribyutor tərəfindən yerinə yetirilmədikdə isə AR qanunvericiliyinə müvafiq olaraq borcun qaytarılması ilə bağlı bütün lazımi hərəkətləri etmək hüququna malikdir.
35. “Avadanlıqların istifadəsinə dair” xx.xx.2023-cü il tarixli, 23/30 saylı müqaviləyə əsasən:
36. Müqavilənin 1-ci bəndinə əsasən Bu müqavilə üzrə İcarədar təhvil-təslim aktında müəyyən edilən avadanlığı (bundan sonra Avadanlıq) öz mülkiyyətində saxlamaqla İcarəçinin müvəqqəti istifadəsinə voıir. İcarəçi isə həmin Avadanlığı qəbul edib bu müqavilə ilə müəyyən edilən istifadə müddəti başa çatdıqdan sonra İcaradara qaytarmağı öhdəsinə götürür.
37. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilə üzrə İcarəçi ona təqdim edilmiş avadanlıqdan yalnız İcarədarın istehsal etdiyi pivə məhsullarının satışı üçün istifadə edir.
38. Müqavilənin 1.2-ci bəndinə əsasən İcarədar və İcarəçi arasında hüquq münasibətlərindən irəli gələn Öhdəklilər əvəzsiz qaydada icra edilir.
39. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi: - Əvəzsiz istifadəyə götürdüyü avadanlığı zədələmədən və istifadə qaydalarına və texniki tələblərə riayət edərək istifadə edir: - Avadanlığın istifadəsi zamanı onun saxlanılması və cari texniki xidməti üçün zəruri olan xərcləri çəkir: - Avadanlığı yalnız onun təyinatı üzrə və icarədarın pivə məhsullarının satışı üçün istifadə edir: - Avadanlığı icarədarın icazəsi olmadan üçüncü şəxslərin istifadəsinə vermir: - İcarədar tərəliııdən avadanlığa vaxtaşırı texniki baxışın keçirilməsinə mancəçilik törətmir: - Bu müqavilə iizrə avadanlığın istifadə müddəti bitdikdən sonra və müqav ilədə nəzərdə tutulmuş digər hallarda avadanlığı icaradara qaytarır. Avadanlıq qaytarılan an köhnəlmə normaları nəzərə alınmaqla saz və işlək v əziy y ətdə olmalıdır: - Avadanlığın qaytarılması tələb olunduğu hər bir halda avadanlığın qaytarılmasını 1 (bir) iş günü ərzində təmin edir.
40. 23/30 saylı Distribütor müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı Əlavəyə əsasən Uğur markalı soyuducuların (həmçinin iddia ərizəsi ilə tələb edilən **********03 inventar kodlu soyuducunun) hər birinin ayrı-ayrılıqda giyməti 850 manat müəyyən edilmişdir.
41. 27.04.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən e-qaimələr tərtib edilərək cavabdeh MMC-yə göndərilmişdir.
42. xx.xx.2024-cü il tarixli üzləşmdirmə aktına əsasən Cavabdeh MMC-yə xx.xx.2024 tarixə butulka üzrə 15941,94 manat məbləğdə “Salvan Q.M.İ.K. şirkəti“ -nə borcu qaldığını imza və möhürlə təsdiq etmişdir.
43. xx.xx.2024-cü il tarixli 94 saylı maliyyə arayışına əsasən bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 19 ədəd, ümumilikdə 140941,19 (bir yüz qırx min doqquz yüz qırx bir manat.19 qəpik) manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimeler üzrə cəmi 124999,25 (bir yüz iyirmi dörd min doqquz yüz doxsan doqquz manat, 25 qəpik) manat ödəniş edilmiş, 21903,24 (İyirmi bir min doqquz yüz üç manat 24 qəpik) manat vaxtı keçmiş məhsulların geri qaytarışını etmiş, (on beş min doqquz yüz qırx bir manat, 94 qəpik) manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən, "Hun Trading” MMC (VÖEN: **********) “Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” üzrə Salyan Qida X1 Şirkətinə olan yekun ödənilməli borcu 15941.94 (on beş min doqquz qırx bir manat, 94 qəpik) manat təşkil edir.
44. xx.xx.2024-cü il tarixli 95 maliyyə arayışına əsasən “Hun Trading" MMC (VÖEN: **********) ilə Salyan Qida X1 Şirkəti arasında “Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Salyan Qida X1 Şirkəti tərəfindən qablaşdırılmış pivə məhsulları satılması üçün, “Hun Trading" MMC-yə (VÖEN: **********) avadanlıqlar təhkim olunmuşdur. Avadanlıqların bir hissəsi geri qaytarılmamışdır. Cədvəldən də göründüyü kimi, təhkim olunmuş lakin geri qaytarılmamış inventar cəmi dəyəri 850 (səkkiz yüz əlli) manat təşkil edir.Göstərilənlərə əsasən, Cavabdeh MMC (VÖEN: ********** )“Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” üzrə Salyan Qida X1 Şirkətinə qaytarılmamış inventar üzrə qalıq borcu 850 (səkkiz yüz əlli) manat təşkil edir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
47. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
48. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
49. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
50. Salyan Qida X1 Şirkəti ilə Cavabdeh MMC (VÖEN: **********) arasında SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqavilə bağlanmış, həmin müqavilələr əsasında cavabdehə pivə məhsulları satılmış, həmçinin avadanlıqlar təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən xx.xx.2023- cü il tarixli tarixdə 17 adda, 14450 manat dəyərində avadanlıqlar Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır.
51. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və üzləşdirmə aktı ilə təsdiq olunduğu üçün pivə satışına görə ödənilməmiş 15941,94 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
52. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 15941,94 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
53. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1594,20 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.
54. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
55. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
56. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
57. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin müxtəlif aylarında, sonuncusu noyabr 2023-cü il tarixi olmaqla, e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 797 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. İddianın digər hissəsi soyuducunun və ya onun dəyərini qaytarılması ilə bağlı olmuş və məhkəmə bununla bağlı aşağıdakı hüquqi dəyərləndirlimənin aparılmasını zəruri hesab edir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
60. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
61. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
62. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
63. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2-ci bəndinə əsasən Avadanlığın qaytarılması tələb olunduğu hər bir halda avadanlığın qaytarılmasını 1 (bir) iş günü ərzində təmin edir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
65. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
66. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
67. İddiaçı tərəfindən cavabdeh MMC-dən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamış və müqavilə üzrə üzərinə götürüldüyü öhdəliyi pozmuşdur.
68. Buna görə də iddiaçının həmin tələbi də əsaslı olduğundan təmin edilməlidir.
69. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 147 manat dövlət rüsumu və 320 manat vəkil xərci cavabdehdən tələb edilmişdir.
70. Azərbaycan Respublikası MPM-in:
71. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
72. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
73. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
75. İddiaçı tərəfindən vəkil xərcinin ödənilməsinə dair sübut iş materiallarına əlavə edilmədiyi üçün, məhkəmə hesab edir ki, həmin tələb təmin edilə bilməz.
76. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 141 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən pivə məhsullarına görə ödənilməmiş 15941,94 (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) manat borc məbləği, borcun ödənilməsinin gecikdirilməsinə görə 797 (yeddi yüz doxsan yeddi) manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manat tutularaq iddiaçı Salyan Qida X1 Şirkətinə ödənilsin. Uğur markalı **********03 inventar kodlu soyuducu, olmadıqda isə onun dəyəri - 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq iddiaçı Salyan Qida X1 Şirkətinə verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova