Məhkəmə qərarları › İş №e-2-2(113)-6090/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6090/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6090/2025 05.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-009-İM-24 nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair müqaviləyə əsasən yaranmış958 (doqquz yüz əlli səkkiz) manat, 01 (bir) qəpik əsas borcun, 479 (dörd yüz yetmiş doqquz) manat cərimə borcunun, 35 (otuz beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində borclu Cavabdeh tərəfindən müvafiq borc məbləği tam şəkildə ödənilmişdir. Hazırkı vəziyyətdə hesab edirlər ki, borc məbləği könüllü şəkildə ödənildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu geri qaytarılmalıdır. Odur ki, iddia ərizəsi və əlavə sənədlərin, eləcə də iddia ərizəsinə görə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar