Məhkəmə qərarları › İş №e-2-2(113)-6138/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6138/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6138/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin pozulması, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçını nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə 10001 (on min bir) manat əsas borc və 1800,18 manat (min səkkiz yüz manat on səkkiz qəpik) ƏDV, illik 5% olmaqla hesablanmış 1024,3 manat (min iyirmi dörd manat otuz qəpik) faiz məbləği, 300 (üç yüz) manat vəkil xərci, 129,38 manat (yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) ödənilmiş dövlət rüsumu və 12,94 manat (on iki manat doxsan dörd qəpik) müvəqqəti təminat tədbiri ilə bağlı dövlət rüsumu olmaqla, ümumilikdə 13267,80 manat (on üç min iki yüz altmış yeddi manat səksən qəpik) məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) icraçı qismində çıxış edərək, sifarişçi qismində çıxış edən Cavabdeh (bundan sonra “Cavabdeh”) ilə 04 mart 2022-ci il tarixli, 23 nömrəli müqavilə (bundan sonra “Müqavilə”) bağlamışdır. Müqavilə üzrə iddiaçı müqavilənin əlavələrində (qymət razılaşdırma protokolları) göstərilən müvafiq malları cavabdehə satmağı (xidmətləri göstərməyi), cavabdeh isə həmin malların (xidmətlərin) əvəzini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz müqavilə öhdəliklərinə sadiq qalaraq cavabdeh tərəfindən verilən sifarişləri vaxtında və lazımı keyfiyyətdə cavabdehə təqdim etmiş, təqdim edilən malları müvafiq X1 və təhvil-təslim aktları ilə rəsmiləşdirmişdir. Belə ki, tərəflər arasında 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 01 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 11283 (on bir min iki yüz səksən üç) manat, 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 02 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 8014,50 (səkkiz min on dörd manat əlli qəpik) manat, 4 mart 2022-ci il tarixində imzalanmış təhviltəslim aktı və 03 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 170 (yüz yetmiş) manat, 14 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 04 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 1484 (min dörd yüz səksən dörd) manat, 29 aprel 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 05 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 7420,8 (yeddi min dörd yüz iyirmi manat səksən qəpik) manat, 7 iyun 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 06 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 6489,13 (altı min dörd yüz səksən doqquz manat on üç qəpik) manat, 16 iyun 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 07 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 298,3 (iki yüz doxsan səkkiz manat otuz qəpik) manat, ümumilikdə isə ƏDV xaric 35159,73 (otuz beş min yüz əlli doqquz manat yetmiş üç qəpik) manat və 6328,74 (altı min üç yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) manat ƏDV məbləği olmaqla, cəmi 41488.47 (qırx bir min dörd yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə bütün məbləği ödəməli olduğu halda, göstərilən məbləğin yalnız ƏDV xaric 25158,73 (iyirmi beş min yüz əlli səkkiz manat yetmiş üç qəpik) manat hissəsini ödəmiş, ƏDV xaric 10001 (on min bir) manat əsas borc və 1800,18 (min səkkiz yüz manat on səkkiz qəpik) manat ƏDV məbləği hissəsi isə cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmaqdadır. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh təhvil-təslim aktı imzalandıqdan sonra 15 (on beş) iş günü müddətində bütün məbləğləri ödəməli olsa da, malların təqdim edilməsindən bir ildən artıq müddətin keçməsinə baxmayaraq, ƏDV xaric 10001 manat hələ də ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 442, 443.1, 445.1, 445.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı müqavilənin əlavəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən malların satışı və ya xidmətlərin göstərilməsi üzrə işləri yerinə yetirir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən sifarişçi icraçıya zəruri şərait yaratmağı, müqavilənin 1.1-ci maddəsində göstərilən malları icraçıdan qəbul etməyi, ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə təchiz ediləcək avadanlıq və cihazların və ya göstəriləcək xidmətlərin qiyməti müqavilənin 1 nömrəli əlavəsində göstərilmişdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi 1 nömrəli əlavədə əks olunmuş mal, xidmət və işlərin ilkin olaraq 30% məbləğini ödəyir. Digər 70% məbləği isə işlər tamamlandıqdan və təhvil-təslim aktı imzalandıqdan sonra 15 (on beş) iş günü müddətində icraçıya ödəyir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam ödəməyi öhdəsinə götürür.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 1 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (11283 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə 11283 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 2 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (8014,5 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə 8014,5 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 3 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (170 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə 170 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 4 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (1751,12 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə ƏDV daxil 1751,12 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 5 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (8756,54 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə ƏDV daxil 8756,54 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 6 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (7657,17 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə ƏDV daxil 7657,17 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqaviləyə 7 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu” əlavə edilmişdir. Sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (351,99 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə ƏDV daxil 351,99 manat dəyərində mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 417708 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 200,6 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 417708 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13313,94 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 414542 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9457,11 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 022304 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1751,12 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 108189 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 351,99 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 060701 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7657,17 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 107789 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8756,54 manat (ƏDV daxil) təşkil edir.

29. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

32. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 23 nömrəli müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, iddiaçıya ödəməli olduğu pul vəsaitinin bir qismi ödənilsə də, qalıq məbləğ ödənilməmişdir.

33. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 10001 manat əsas borc və 1800,18 manat ƏDV olmaqla, ümumilikdə 11801,11 manat məbləğində pulun tutulması təşkil edir.

34. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 11801,11 (on bir min səkkiz yüz bir manat on bir qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sənədlərlə (qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları, elektron qaimələr və s.) öz təsdiqini tapır.

35. İddia tələbinin digər hissəsini cavabdehdən illik 5% olmaqla hesablanmış 1024,3 manat faiz məbləğinin tutulması təşkil edir.

36. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən öhdəlik onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmişdir. Ona görə də icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

36. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (iddiaçı iddia ərizəsində hüquqi əsas kimi həmin maddəyə də istinad etmişdir) gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1024,3 (min iyirmi dörd manat otuz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, göründüyü kimi, mallar cavabdeh 2022-ci ildə (sonuncu iyun ayında) təhvil verilmiş, elektron qaimələr 2022-ci ildə cavabdehə göndərilmiş və həmin vaxtdan 2 ildən çox müddət keçmişdir, ona görə də iddiaçı həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır.

37. Eləcə də, iddiaçı 300 manat hüquqi yardım, 129,38 manat iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu və 12,94 manat müvəqqəti təminat tədbiri ilə bağlı dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci, 129,38 (yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun və 12,94 (on iki manat doxsan dörd qəpik) manat müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 10001 (on min bir) manat əsas borc, 1800,18 manat (min səkkiz yüz manat on səkkiz qəpik) ƏDV məbləği, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1024,30 manat (min iyirmi dörd manat otuz qəpik), 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,48 manat (yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) və müvəqqəti təminat tədbiri ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,84 manat (on iki manat səksən dörd qəpik) olmaqla, cəmi 13266,80 manat (on üç min iki yüz altmış altı manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar