Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6145/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3048,89 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 38 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 200 manat və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 3346,89 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 aprel 2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №1088 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların atışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın zərində təqdim olunan qaimələrdə özəksini tapmışdır. Lakin, dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 sentyabr 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının əzmunundan görünür ki, 31 avqust 2021ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3098,89 manat məbləğindədir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2022-ci il tarixli, №1510 saylı maliyyə arayışına əsasən borclu şəxs xx.xx.2022-ci il tarixində 50 manat məbləğində sonuncu ödəniş etdikdən sonra İddiaçı QSC-yə olan borcu 3048,89 manat təşkil edir. Həmçinin, qeyd edirik ki, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin editorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İnteqral QSC tərəfindən xx.xx.2022-ci il tarixində tarixinə Cavabdeh ilk yazılı pretenziya öndərilmişdir. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2022-cil il tarixindən başlanmalıdır. ddianın xx.xx.2022-ci il tarixdə göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 3 ay əsasında ((3 048,89*5%)/12)*3=38,11 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2022-ci il tarixli, №1510 saylı maliyyə arayışına əsasən əsas borc məbləği - 3048,89 manat 2. Gecikdirilmiş dövr üçün illik beş faizəsasında hesablanmış borc məbləği – 38 manat 3. İlkin mediasiya sessiyası üzrə xərclər – 60 manat 4. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 200 manat. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh 3048,89 manat məbləğində borcun olması ilə bağlı izah verərək məhkəməyə bununla bağlı ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 aprel 2022-ci il tarixli 1088 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış №1088 nömrəli diler müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Cavabdeh məxsus olan malları təklif edir. Cavabdeh öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışı həyata keçirir. 01 sentyabr 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 3098,89 manat məbləğində borcu vardır. 22 iyun 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hüquqi yardım üçün “Sirius” Vəkil Bürosuna 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. 22 iyul 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 60 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müvafiq müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirsə də, Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə 3048,89 manat məbləğində olan borcunu iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 3048,89 manat məbləğində əsas borc, 60 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın gecikdirilmiş dövr üçün hesablanmış 38 manat məbləğində hissəsi ilə bağlı isə qeyd edir ki, həmin hissədə iddia rədd edilməlidir, belə ki, iddiaçı ərizəsində tələblə bağlı qanunvericiliyin hansı normasına istinad etməsini göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 3048,89 manat əsas borc, 60 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım üçün ödənilmiş xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3048,89 manat əsas borc, 60 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım üçün ödənilmiş xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6145/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6145/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver