Məhkəmə qərarları › İş №e-2-2(113)-615/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-615/2023

10.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-615/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel İlham qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh-ya qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ümumi paylı mülkiyyət olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi, eyni zamanda cavabdeh hüquqi şəxsin VÖEN-i haqqında məlumat əldə edilməsi və bununla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş cavabdehin elektron kabinetinə göndərilməsinin qeyri-mümkünlüyünü, eləcə də tərəflərindən göndərilmiş sorğular vasitəsilə heç bir məlumat əldə etməməyini nəzərə alaraq məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi,qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olan payının onun istifadəsinə olan maneələri aradan qaldırmaqla sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, Cavabdeh xarici hüquqi şəxsdir və işə əlavə edilmiş sənədlərdə onun hüquqi ünvanı olaraq Müqəddəs Kristofer Respublikası qeyd edilmişdir. İddia ərizəsində isə cavabdehin hüquqi ünvanı olaraq ünvan 2siya prosesinin keçirilməsi barədə təklif, pretenziya qaydasında xəbərdarlıq məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhz həmin ünvana göndərilmişdir. Lakin cavabdehin iddia ərizəsində göstərilən ünvanda yerləşməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən göndərilən sənədlər cavabdehə lazımı qaydada çatdırılmamışdır. Məhkəmə tərəfindən də həmin ünvana bildiriş göndərilməsinə baxmayaraq cavabdehin iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 cavabdehin nümayəndəsinin məhkəmə iclasına gətirilməsi ilə bağlı tədbirlər gördüyünü, lakin bunun mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə məhkəmə tərəfindən iddia ərizəsi baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plennumun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” AR Ali Məhkəməsi Plennumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “13-1. Məhkəmələr izah edilsin ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh-ya qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı Bank "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar