Məhkəmə qərarları › İş №e-2-2(113)-6213/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6213/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6213/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Şirkətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməsinin binasında, nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Şirkəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh1ndən 46275,04 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 228,83 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdən iddiaçı yenidən ərizə təqdim edərək iddianı hazırki həcmdə təmin edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 58.750,72 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 266,25 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 04 sentyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, mübahisənin cavabdehlə məhkəmədənkənar qaydada həll olunduğunu bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə təqdim edərək ödənilmiş dövlət rüsumunun ərizədə göstərilən bank rekvizitlərinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz əsasında iddiaçı tərəfindən 228.83 manat, xx.xx.2025-ci il tarixli **********3 nömrəli qəbz əsasında isə 37.82 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçı tərəfindən 228.83 manat və 37.82 manat dövlət rüsumu iddiaçıya (ərizədə göstərilən rekvizitlər üzrə) geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Şirkətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli qəbz üzrə ödənilmiş 228.83 manat məbləğində və xx.xx.2025-ci il tarixli **********3 nömrəli qəbz üzrə ödənilmiş 37.82 manat məbləğində dövlət rüsumları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Şirkətinə (VÖEN: ********** Bank: "xxxx" KB ASC-nin Biznes Mərkəzi filialı Bankın VÖEN-i: ********** Kod: 512264 SWİFT: UBAZAZ22 Hesab nömrəsi (h/h): AZ69UBAZ**********0060AZN001 Müxbir hesab (m/h): AZ46NABZ******************** ) geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar