Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6221/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı aktların etibarsız hesab edilməsi tələbinə dair və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs SOCAR "xxxx" İB-nin Cavabdeh QSC-yə qarşı (İddiaçı MMC 3-cü şəxs olmaqla) aktların etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc tələbi və aktın etibarsız hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X4 katibliyi ilə, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X10, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 və X5 iştirakı ilə, Müstəqil tələb irəli sürən üçüncü şəxs SOCAR "xxxx" İB-nin nümayəndəsi X11 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Ekol Mühəndislik Xidmətləri” QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı aktların etibarsız hesab edilməsi tələbinə dair və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs SOCAR "xxxx" İB-nin Cavabdeh QSC-yə qarşı (İddiaçı MMC 3-cü şəxs olmaqla) aktların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri üzrə kommersiya mübahisələrinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə yaranmış 4.911.468,26 manat borcun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hesabından tutularaq İddiaçı bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "xxxx" İstehsalat Birliyi (bundan sonra İB), Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra QSC) və SOCAR-ın Ekologiya İdarəsi (bundan sonra Eİ) arasında qazma və neftli şlamın emalı üzrə xx.xx.2020-ci il tarixdə 01/05-17/407/385 saylı üç tərəfli xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə görə Eİ–nin həmin vaxt balans sahibi olduğu X9 Mərkəzində (bundan sonra TİEM) mövcud bazasından istifadə, mühafizə, təhlükəsizlik tələbləri, işıqlandırılma, işçi vəziyyətdə saxlanma, texniki xidmət, prosesin ekoloji nəzarəti və monitorinqi, laborator təhlilləri, infrastruktur, qaz, su, elektrik enerjisi, rabitə və internet təminatı, quru qalığın yerləşdirilməsi, bütün prosesin qeydiyyatını və hesabatlığını SOCAR Tullantıların idarə olunması Planına uyğun olaraq təmin edir, QSC Eİ-nin TİEM-də mövcud olan infrastrukturundan istifadə etməklə qazma və neftli şlam tullantılarını öz resursları ilə emal edərək tarif müəyyən edir və müqavilə imzalandığı gündən etibarən İB-nın sifarişi əsasında Eİ-nin TİEM-də 1 saylı yeraltı tutumda yerləşdirilmiş qazma şlam və neft şlamın eləcə də İB-nın sifarişi əsasında qazılan quyulardan formalaşmış, podratçı təşkilatlar tərəfindən təhvil verilən qazma şlamın və neft şlamın emalı xidmətini öz öhdəsinə götürür. Qeyd olunan müqavilədə göstərilmiş xidmətlərin icra olunması üçün "xxxx" qismində QSC ilə və “subpodratçı” qismində İddiaçı (MMC) arasında xx.xx.2020-ci il tarixdə 01/05- 17/423 saylı subpodrat müqaviləsi bağlanılmışdır. Subpodrat müqaviləsinin predmetinə görə “subpodratçı” qeyd olunan müqaviləyə qoşulmuş “qiymətin razılaşdırılması Protokolu”na uyğun olaraq, xidmət göstərilən ərazidə mövcud olan infrastrukturdan istifadə etməklə qazma, neftli şlam və gələcəkdə formalaşan şlam tullantılarını öz resursları ilə emal (zərərsizləşdirilməsi) işlərinin görülməsini (xidmətlərin göstərilməsini) "xxxx" isə həmin xidmətləri (işləri) qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqın ödənilməsini öhdələrinə götürür, “subpodratçı”nın "xxxx"ya təhvil verdiyi xidmətlərin (işlərin) miqdarı nəqliyyat vasitələrinin tutumlarının həcmi ilə müəyyən olunur. SOCAR**********00040020A00126 N-li xx.xx.2021-ci il tarixli əmrinə əsasən SOCAR-ın “Ekologiya İdarəsi”nin hüquq və öhdəlikləri (daşınar və daşınmaz əmlakları) "xxxx" İB-yə (İB) ötürüldüyündən sonuncunun balansında olan X2 (TİEM) X9 ilə əlaqədar (qazma şlamının təmizlənməsi və s.) xidmətlərinin göstərilməsi üçün QSC ilə İB arasında bağlanmış (xx.xx.2020-ci il tarixli 01/05-17/407/385 saylı müqavilə qüvvədən düşdüyündən) xx.xx.2022-ci il tarixli 01/05-17/41/55 N-li podrat müqaviləsi bağlanmış və bunun əsasında MMC-nin QSC-yə göstərdiyi xidmətlər 01/05-17/423 N-li xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsi üzrə davam etdirilmişdir. Qeyd olunan subpodrat müqaviləsi üzrə MMC tərəfindən QSC-yə 2023-cü ilin yanvar ayı üzrə 3182,52 ton, fevral ayı üzrə 3013,58 ton, mart ayı üzrə 2789,14 ton, aprel ayı üzrə 2280,26 ton, may ayı üzrə 2759,62 ton, iyun ayı 1574,28 ton, iyul ayıl üzrə 365,9 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərilmiş və hər ay üzrə ayrıca akt tərtib olunmuş, elektron qaimə və hesab faktura QSC-yə göndərilmişdir. Hər ay göstərilmiş xidmətlərin yuxarıda qeyd olunan həcmlərinə uyğun QSC tərəfindən MMC-yə ödənilməli olan məbləğ ƏDV daxil yanvar ayı üzrə üzrə 1046 810.39 manat, fevral ayı üzrə 991 241.80 manat, mart ayı üzrə 917 417.87 manat, aprel ayı üzrə 750 034.52 manat, may ayı üzrə 907 708.01 manat, iyun ayı üzrə 517 820.05 manat iyul ayı üzrə 120 353.66 manat təşkil edir. Qeyd olunan borc məbləğindən yalnız yanvar ayı üzrə 335 388.59 manat ödənilmişdir. Hazırda qeyd olunan subpodrat müqaviləsi üzrə QSC-nin MMC-yə xx.xx.2024-cü il vəziyyətinə 4 911 468.26 manat qalıq borcu vardır. Borcun ödənilməsi üçün MMC QSC-yə dəfələrlə müraciət etmiş, lakin borc ödənilməmişdir. Həmçinin icra olunmuş işlər üzrə MMC tərəfindən QSC-yə üzləşmə aktı təqdim olunmasına baxmayaraq, QSC tərəfindən akt imzalanmadan geri qaytarılmışdır. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün MMC QSC-yə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət etmişdir. Lakin cavabdeh pretenziya məktubunu xx.xx.2024-cü il tarixli etiraz məktubu ilə cavablandıraraq, 01/05- 17/41/55 N-li podrat müqaviləsi üzrə İB-nın QSC-yə ödəməli olduğu6 526 549,46 borc öhdəliyinin icrasından məlum səbəblərdən imtina etdiyindən, QSC ilə MMC arasında mövcud olan 01/05-17/423 N-li, xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsi üzrə yaranmış borc öhdəliyinin icrasından (ödənilməsindən) QSC imtina etdiyini bildirmişdir. Borcun tələb olunması ilə bağlı bütün zəruri tədbirlər görülərək cavabdehin ünvanına elektron qaimə fakturalar göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi bu günədək təmin olunmamışdır.
3. Cavabdeh QSC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə 01/05-17/423 saylı subpodrat müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə tərtib olunmuş aktların etibarsız hesab olunması və ilkin iddiaçının iddia etdiyi xx.xx.2024-cü il tarixə yaranmış 4911468,26 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qazma və neftli şlamın emalı ilə əlaqədar xx.xx.2020-ci il tarixdə SOCAR-ın "xxxx" İstehsalat Birliyi (bundan sonra İB), qarşılıqlı iddia tələbi üzrə iddiaçı və SOCAR-ın Ekologiya İdarəsi (bundan sonra Eİ) arasında 01/05-17/407/385 saylı üçtərəfli xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Ei-nin X9 Mərkəzində (bundan sonra TİEM) qazma və neftli şlam tullantılarını emal etmişdir, istinad olunan müqavilə üzrə göstərilən xidmətlərin icra olunması üçün qarşılıqlı iddia tələbi üzrə iddiaçı ilə “subpodratçı” qismində İddiaçı MMC arasında 18.11 2020-ci il tarixdə 01/05-17/423 saylı subpodrat müqaviləsi bağlanılmışdır. Bu müqavilənin şərtlərinə görə “subpodratçı” qazma, neftli şlam və gələcəkdə formalaşan şlam tullantılarını öz qurğusunda emal (zərərsizləşdirilməsi) işlərinin görülməsini (xidmətlərin göstərilməsini) qarşılıqlı iddia tələbi üzrə iddiaçı “Podratçı" qismində həmin xidmətləri (işləri) qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqın ödənilməsini öhdələrinə götürmüşlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı ilə İB və Eİ arasında bağlanmış 01/05-17/407/385 saylı xx.xx.2020-ci il tarixli üç tərəfli müqavilə qüvvədən düşdüyündən (SOCAR**********00040020A00126 N-li xx.xx.2021-ci il tarixli əmrinə əsasən Eİ-nin hüquq və öhdəlikləri) daşınar və daşınmaz əmlakları (TİEM daxil) İB-yə ötürülmüş, xx.xx.2022-ci il tarixdə İB ilə qarşılıqlı iddia tələbi üzrə iddiaçı arasında (iki tərəfli) 01/05- 17/41/55 N-li podrat müqaviləsi bağlanmış və bunun əsasında 01/05-17/423 N-li xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsi üzrə göstərilmiş xidmətlər davam etdirilmişdir. Subpodratçı tərəfindən qazma və neftli şlamın (şlam) emalı üzrə “WS Energy” qurğusunda göstərilmiş xidmətlər üzrə hər ay ayrıca akt tərtib olunsa da, həmin xidmətlər keyfiyyətsiz yerinə yetirilmişdir. Subpodratçının xx.xx.2020-ci il tarixdən göstərdiyi xidmətlərə diqqət yetirdikdə mübahisələndirilən aylar üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz yerinə yetirilməsi müəyyən edilmişdir. Belə ki, xidmət göstərən qurğuya verilən şlamın tərkibində mayenin miqdarının az olması nasosların iş rejiminə mənfi təsir etdiyindən, şlamın tərkibində mayenin miqdarını artırmaq üçün içməli sudan istifadə edilmişdir. Bu isə ekoloji cəhətdən yolverilməz hal sayılır. Belə vəziyyət ona dəlalət edir ki, subpodratçı tərəfindən emal edilən məhsulun keyfiyyət göstəriciləri normalara uyğun olmamışdır. Emal prosesindən sonra qurğunun çıxışında quru qalığın tərkibində yağın miqdarının normadan çox olması və tullantı yağ qarışığının tərkibində isə suyun mexaniki qarışığın həddindən artıq çox olması əldə edilən məhsulun alışma temperaturunun aşağı olması ilə nəticələnmişdir. Qeyd olunmalıdır ki, qurğunun istismar reqlamentindəki texniki parametrləri ilə faktiki göstəriciləri arasındakı uyğunsuzluqlar onun normalara cavab verməməsinin göstəricisidir. Qarşılıqlı iddia üzrə iddiaçının 647 saylı əmri ilə sonuncunun və bu sahə üzrə ixtisaslaşmış müəssisə "X14” MMC-nin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə qeyd olunan qurğunun texniki sənədləri yoxlanılarkən onun qazma şlamın emalı üçün nəzərdə tutulmadığı aşkarlanmışdır. İstehsalatda şlamın emal prosesinin pozuntusu sayılan belə hallar, emal edilmiş məhsulun keyfiyyət göstəricilərinin normalara uyğun olmamasını təsdiqləyən mötəbər subut kimi qiymətləndirilməlidir. İş materiallarının təhlilindən birmənalı olaraq belə qənaətə gəlmək olur ki, subpodratçı şlam emal edən qurğuda xidməti keyfiyyətsiz göstərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən həmin xidmətlərə görə yaranmış borcla əlaqədar subpodratçı tərəfindən təqdim olunmuş üzləşmə aktı podratçı tərəfindən təsdiq edilmədən 06 avqust 2024-cü il tarixli 04İUD-xx/xx-1577/2024 saylı məktubla geri qaytarılmışdır. İlk iddia üzrə iddiaçının xx.xx.2024-cü il tarixli pretenziya məktubuna etiraz olaraq, ilk iddia üzrə cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, TİEM-də X9 ilə əlaqədar qeyd olunan xidmətlərin göstərilməsinə dair 01/05- 17/41/55 N-li podrat müqaviləsinə məhz göstərilmiş xidmətlərin keyfiyyətsiz olması səbəbindən xx.xx.2023-cü il tarixdən verilmiş və bu səbəbdən İB həmin müqavilə əsasında İlk iddia üzrə cavabdehə yaranmış 6 526 549,46 (altı milyon beş yüz iyirmi altı min beş yüz qırx doqquz manat, 46 qəpik) borcun ödənilməsindən imtina etmişdir. Göstərilmiş xidmətlərin keyfiyyətsiz olmasını İB həmin xidmətlərin laborator analizlərini aparmış neytral təşkilatların gəldiyi laborator nəticələri və rəyləri ilə əsaslandırmışdır. Bu səbəbdən, eləcə də, subpodrat müqaviləsinin məhz podrat müqaviləsi üzrə öhdəliklərin icra olunması məqsədilə bağlandığı nəzərə alınaraq, subpodrat müqaviləsinə xx.xx.2023cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi, sözügedən müqavilələr (podrat və subpodrat müqavilələri) birbaşa əlaqəli olduğundan onlara eyni vaxtda xitam verilməli olmuşdur. İB yuxarıda qeyd olunmuş əsasla 6 526 549,46 (altı milyon beş yüz iyirmi altı min beş yüz qırx doqquz manat, 46 qəpik) manat borcu ödəməkdən imtina etdiyindən, İlk iddia üzrə cavabdeh subpodratçıya xidmətin dəyərini ödəməmiş, elektron qaimə fakturaları təmin etməmişdir. Belə ki, subpodrat müqaviləsi podrat müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra edilməsi üçün bağlanıldığından podrat müqaviləsi üzrə icra edilmiş xidmətlərə dair aktların İB tərəfindən qəbul edilməməsi və xidmət haqqının ödənilməməsi subpodratçının göstərdiyi qüsurlu xidmətin nəticəsi olmuşdur. Podrat müqaviləsi üzrə podratçı sifarişçi qarşısında subpodratçının qüsurlu xidmətinə görə də məsuliyyət daşıdığından və İB tərəfindən podrat müqaviləsinə xitam verilməsi səbəbi məhz subpodratçının təqsiri üzündən baş verdiyindən subpodratçı qüsurlu xidmətlərinə görə hazırda podratçı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən subpodratçının təqdim etdiyi aktlar mübahisələndirilir. Göstərilmiş qüsurlu xidmət də daxil olmaqla, yuxarıda göstərilən səbəblərə istinadən 18.11 2020-ci il tarixdə 01/05-17/423 saylı subpodrat müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə tərtib olunmuş aktlar etibarsız hesab edilməlidir. Aktlar etibarsız olduğu təqdirdə, göstərilmiş qüsurlu xidmətin dəyəri qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilməməli, ilk iddia üzrə iddiaçının hesabladığı borc məbləği silinməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Qeyd olunanlara əsaslanaraq ilk iddia üzrə iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia üzrə iddia tələbi əsaslı və qanuni olduğundan tam təmin edilməlidir.
5. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ilk iddia üzrə iddia tələbinin rədd olunmasını və xx.xx.2020-ci il tarixli 01/05-17/423 saylı subpodrat müqaviləsi üzrə ’’Ekol Mühəndislik Xidmətləri” QSC ilə İddiaçı MMC arasında X1ma və neftli şlamın emalı ilə əlaqədar göstərilmiş xidmətlərə görə 4 911 468.26 (ƏDV ilə birlikdə) manat məbləğ üzrə (o cümlədən, 2023-cü ilin yanvar ayı üzrə 706 892.32 manat, fevral ayı üzrə 991 241.81 manat, mart ayı üzrə 917 417.88 manat, aprel ayı üzrə 750 034.53 manat, may ayı üzrə 907 708.01 manat, iyun ayı üzrə 517 820.05 manat və iyul ayı üzrə 120 353.66 manat) tərtib olunmuş aktların etibarsız hesab olunmasına dair qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs SOCAR "xxxx" İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "xxxx" istehsalat Birliyi (İB) ilə "xxxx" QSC arasında bağlanmış 27 01.2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqaviləsi üzrə 2022ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə tərtib olunmuş aktlar etibarsız hesab olunması və yaranmış 6 526 549,51 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "xxxx" İB ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə əsasında X9 Mərkəzində (TİEM) quraşdırılmış və layihə gücü 20 ton/saat olan Almaniyanın "WSEnergy" şirkətinin istehsalı olan mexaniki separasiya üsulu ilə işləyən qurğuda neftli şlam tullantılarının zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Təmizləyici qurğunun təmizləmə effektivliyinin, eləcə də göstərilən xidmətin keyfiyyətinin hədindən artıq aşağı olması səbəbindən “Azneft" İB tərəfindən "xxxx" QSC-yə 06 iyun 2023-cü il tarixli 14-2-1/2- 1253/2023 nömrəli məktubla müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən sözügedən müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən qurğu vasitəsilə 2020-cı ilin noyabr ayından başlayaraq 2023-cü ilin iyun ayına qədər ümumilikdə 93 859,46 ton neftli şlam olmaqla, 2020-ci ildə 609,8 ton, 2021-ci ildə 35629,98 ton, 2022-ci ildə 41654,38 ton, 2023-cü ilin 7 ayı ərzində 15965,3 ton şlamın emal olunduğu, bu illər ərzində neftli şlamın emal prosesində ümumilikdə 19 ton miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı tullantısının əmələ gəldiyi göstərilmişdir. Əmələ gəlmiş 19 ton karbohidrogen və digər kimyəvi maddələr qarışığı olan tullantılar hazırda TİEM-də saxlanılır. Qurğunun fəaliyyətdə olduğu 4 il ərzində aylıq hesabatlara əlavə edilmiş analiz nəticələrinə görə təmizlənərək hücrələrdə toplanan mexaniki qarışığın tərkibində (analiz nəticələri əlavə olunur) 0,5 - 1% miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı olmuşdur. Qurğunun fəaliyyətdə olduğu dövr ərzində ümumilikdə 19 ton miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı əmələ gəldiyini nəzərə alınsa, ümumi şlamdan təmizlənmiş karbohidrogen qarışığının miqdarı 0,021% təşkil etmişdir. Belə olan halda utilizasiya üçün götürülmüş neftli şlamın tərkibində neft və neft məhsullarının, digər kimyəvi maddələrin miqdarının 1,021 % qaldığı müəyyən olunur. Qazma və neftli şlamın emalı və zərərsizləşdirilməsinə dair AMEA-nın Torpaqşünaslıq İnstitutu tərəfindən işlənmiş metodiki tövsiyədə (səh.18) 5%-dən aşağı neftlə çirklənmiş torpaqlar çox zəif çirklənmiş hesab olunur və onların emal olunaraq zərsizləşdirilməsinə hər hansı tələb yoxdur (metodiki tövsiyyə əlavə olunur). Eyni zamanda, neftli şlamın emalı və zərərsizləşdirilməsini həyata keçirən qurğunun təmizləmə effektivliyi ilə əlaqədar qeyd olunmalıdır ki, analiz nəticələrinə görə qurğunun girişində şlamda karbohidrogenlərin faizi orta hesabla 3,5%, çıxışında isə 0,5-1% olduğundan, eyni zamanda təmizləmə su ilə aparıldığından və bu səbəbdən kütlə artdığından 1 ton şlam təmizləndikdən sonda çıxışda 2 ton ağırlığında olur ki, bu da qurğunun təmizləmə effektivliyi həddindən artıq aşağı olduğunun göstəricisidir. Müqayisə üçün TİEM-də BP şirkətindən daxil olan qazma şlamını emal edən VACU dry qurğuları şlamın tərkibində olan karbohidrogen və yağların miqdarını 14%-dən 0,5%-ə qədər təmizləyir. "xxxx" İB-nin sifarişi ilə "xxxx" QSC-nin neftli şlam tullantılarının zərərsizləşdirilməsi üz m subpodratçısı olan İddiaçı MMC-nin istifadə etdiyi Almaniyanın "WSEnergy" şirkətinin istehsalı olan emal qurğusunun fəaliyyətdə olduğu 4 il müddətində neftli şlamın emalı aktlarına əlavə edilmiş şlamın analiz nəticələrində, emaldan əvvəl şlamda orta hesabla 3,5%, emaldan sonra orta hesabla 0,5-1% karbohidrogen qarışığının olduğu qeyd edilib ki, bu da neftli şlamda olan karbohidrogen qarışığının emaldan əvvəl (93 859,46 ton X 3.5 % = 3.285,081 ton) 3258,081 ton, emaldan sonra ayrılan (93 859,46 ton X 2.5 - 3 % = 2318-2789 ton) 2319-2789 ton aralığında, təmizlənərək hücrələrə doldurulmuş hissədə (93 859,46 ton X 0,5-1% = 469- 939 ton) 469-939 ton aralığında karbohidrogen qarışığı olmalı olduğu halda, cəmi ayrılmış karbohidrogenin 2319-2789 tona qarşı 19 ton olması, neftli şlam tullantılarının zərərsizləşdirilməsi sahəsində həyata keçirilmiş fəaliyyətin tam səmərəsiz olduğunu göstərir. Beləliklə, ümumilikdə 93 859,46 ton neftli şlam tələblərə və qaydalara uyğun emal edilsəydi, nəticədə ümumilikdə 19 ton miqdarında karbohidrogen deyil, mövcud normativ sənədlərə əsasən dəfələrlə çox karbohidrogen alınmalı idi, eyni zamanda şlamın emalından alınan torpaq da təmizlənmiş olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, SOCAR-ın "xxxx" İB ilə EKOL MX QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqaviləyə xitam verilməsi üçün yetərli əsaslar mövcud olmuşdur. Göstərilmiş qüsurlu xidmət də daxil olmaqla, yuxarıda göstərilən səbəblərə istinadən 27.01 2022 il tarixdə 01/05-17/41/55 saylı müqaviləsi üzrə 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə tərtib olunmuş aktlar etibarsız hesab edilməlidir.
8. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs SOCAR "xxxx" İB tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, SOCAR-ın "xxxx" İstehsalat Birliyi (İB) ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqaviləsi üzrə 2023-cü ilin yanvar ayının aktı üzrə 510 684.76 (ƏDV ilə birlikdə) manat, fevral ayının aktı üzrə 1 040 803.90 (ƏDV ilə birlikdə) manat, mart ayının aktı üzrə 963 288.78 (ƏDV ilə birlikdə) manat, aprel ayının aktı üzrə 787 536.20 (ƏDV ilə birlikdə) manat, may ayının aktı üzrə 953 093.42 (ƏDV ilə birlikdə) manat, iyun ayının aktı üzrə 543 711.05 (ƏDV ilə birlikdə) manat, iyul ayının aktı üzrə 126 372.42 (ƏDV ilə birlikdə) manat cəmi 7 ay üzrə 4 925 490.53 (ƏDV ilə birlikdə) manat məbləğini təşkil edən aktların etibarsız hesab olunması, həmçinin İB tərəfindən dövlət rüsumu qismində ödənilmiş ümumi 4259,86 manat (dörd min iki yüz əlli doqquz manat səksən altı qəpik) məbləğində pulun "xxxx" QSC-dən tutularaq İB-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək ilkin iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəril tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi SOCAR "xxxx" İB-nin Cavabdeh QSC-yə qarşı (İddiaçı MMC 3-cü şəxs olmaqla) aktların etibarsız hesab edilməsi tələbinə dair iddianın məzmununa uyğun çıxış edərək İstehsalat Birliyinin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Müştəqil tələb irəli sürən SOCAR "xxxx" İB ilə Cavabdeh QSC və SOCAR Ekologiya İdarəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli -ci il tarixli, 01/05-17/407/385 saylı qazma və neftli şlamın emalı üzrə üç tərəfli xidmət müqaviləsinə əsasən Ekologiya İdarəsi TİEM-də TİEM-in mövcüd bazasından istifadə, mühafizə, təhlükəsizlik tələbləri, işıqlandırma, işçi vəziyyətdə saxlama, texniki xidməti, prosesin ekoloji nəzarəti və monitorinqi, laborator təhlilləri, infrastruktur, qaz, su, elektrik enerjisi, rabitə və internet təminatı, quru qalığın yerləşdirilməsi, bütün prosesin qeydiyyatını və hesabatlığını SOCAR Tullantıların İdarə olunması Planına uyğun olaraq təmin edir. Ekol Mühəndislik Xidmətləri QSC tərəfindən Eİ-in TİEM-də mövcüd olan infrastrukturundan istifadə etməklə qazma və neftli şlam tullantılarını öz resursları ilə emal edərək tarif müəyyən edir və müqavilə imzalandığı gündən etibarən”Azneft” İB-in sifarişi əsasında Eİ-in TİEM-də 1 saylı yeraltı tutumda yerləşdirilmiş qazma şlam və neft şlamın eləcə də İB-in sifarişi əsasında qazılan quyulardan formalaşmış, podratçı təşkilatlar tərəfindən təhvil verilən qazma şlamın və neft şlamın emalı xidmətini öz öhdəsinə götürür.
14. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/05-17/423 saylı müqaviləyə əsasən:
15. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən "Subpodratçı" hazırki Müqaviləyə qoşulmuş “İşlərin yerinə yetirilməsi üzrə müqavilə qiymətinin razılaşdırılması haqqında” Protokoluna uyğun olaraq, xidmət göstərilən ərazidə mövcud olan infrastrukturdan istifadə etməklə qazma, neftli şlam və gələcəkdə formalaşan şlaın tullantılarını öz resursları ilə emal (zərərsizləşdirilməsi) işlərinin görülməsini (xidmətlərin göstərilməsini), "xxxx" isə həmin xidmətləri (işləri) qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqın ödənilməsini öhdələrinə götürürlər.
16. Müqavilənin 1.2-ci bəndinə əsasən “Subpodratçı”nın “Podradçf’ya təhvil verdiyi xidmətlərin (işlərin) miqdarı nəqliyyat vasitələrinin tutumlarının həcmi ilə müəyyən olunur.
17. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin qiyməti müqaviləyə əlavə olunmuş və tərəflər arasında təsdiqlənmiş “İşlərin yerinə yetirilməsi üzrə müqavilə qiymətinin razılaşdırılması haqqında” Protokoluna (və yaxud kalkulyasiya və smetalara əsasən) müəyyən edilir.
18. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında imzalandıqdan sonra işlərə başlanmasından ötrü "Sifarişçi" "lcraçı"nın bank hesabına 1000 000 (bir milyon) manat vəsaitin (ƏDV-siz) avans şəklində ödənilməsini təmin edir.
19. Müqavilənin 2.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsi üçün "xxxx" Subpodratçıya ən azı 24 (iyirmi dörd) saat əvvəlcədən sifariş göndərməlidir. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) barədə "xxxx" və “Subpodratçı” arasında hər ayın sonunda tərtib olunmuş və təsdiqlənmiş təhvil-qəbul aktları tərəflər arasında hesablaşmaların aparılmasına əsas verir.
20. Müqavilənin 2.4-cü bənidnə əsasən Müqavilə üzrə göstərilmiş xidmətlərin (yerinə yetirilmiş işlərin) qiyməti qəbul aktı və “Subpodratçı” tərəfindən təqdim olunmuş hesab faktura əsasında 1 (bir) ay ərzində «Podratçı” tərəfindən Subpodratçının hesabına köçürmə yolu ilə ödənilir.
21. Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin arasında qarşılıqlı təsdiqlənmiş razılaşdırma protokolları və s. bütün sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
22. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçının hüquqları:
23. Müqavilənin 3.1.1-ci bəndinə əsasən “Subpodratçı”dan müqavilə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
24. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bu müqavilədə göstərilən miqdardan və ərazidən başqa, digər ərazilərdə (əlavə razılaşmalar əsasında haqqı əlavə ödənilmək şərti ilə) əlavə razılaşmalarda nəzəradə tutumuş vaxtda, miqdarda, məsafədə, qiymətdə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun əlavə xidmətlərin (işlərin) yerinə yetirilməsini tələb etmək;
25. Müqavilənin 3.1.3-cü bəndinə əsasən “Subpodratçı”nın personalından xidmət göstərilən (iş görülən obyektdə) obyekt daxili rejim qaydalarına, Əməyin mühafizəsi və texniki-təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına, sanitar-gigiyenik norma və qaydalarına, obyekt rəhbərliyinin müvafiq göstəriş və tapşırıqlarına əməl etmələrini tələb etmək;
26. xx.xx.2020-ci il tarixli, 01/05-17/423 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli əlavəyə əsasən 2.6-cı bənd üzrə müqavilə üzrə işlərin görülməsi üçün podratçı subpodratçının bank hesabına ƏDV-siz 300.000 manat vəsaitini avans şəklində ödəyir.
27. Müştəqil tələb irəli sürən SOCAR "xxxx" İB ilə Cavabdeh QSC arasında bağlanmış 27 01.2022-ci il tarixli, 01/05-17/41/55 saylı qazma və neftli şlamın idarə edilməsi, zərərsizləşdirilməsi və utilizasiyası haqqında müqaviləyə əsasən:
28. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” TİEM-də "Sifarişçimin fəaliyyəti və sifarişi əsasında qazılan quyulardan əldə olunan qazma və neftli şlam tullantılarının idarə edilməsini, zərərsizləşdirilməsini, utilizasiyasını və laborator xidmətlərinin göstərilməsini, "Sifarişçi” isə həmin xidmətləri qəbul edib, dəyərinin ödənilməsini öhdələrinə götürürlər.
29. Müqavilənin 1.2-ci bəndiə əsasən “İcraçı” göstərdiyi xidmətlər nəticəsində yaranan qalığı və digər məhsulları “Sifarişçi”yə əvəzsiz olaraq təhvil verir.
30. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi”nin hüquqları:
31. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
32. Müqavilənin 2.2.2-ci bəndinə əsasən "Sifarişçi" TİEM-də təhvil aldığı tullantıların qəbulunu müvafiq sənədləşmə əsasında “İcraçı”ya həvalə edə bilər;
33. Müqavilənin 2.2.3-cü bəndinə əsasən TİEM-də xidmətlərin göstərilməsi zamanı ekoloji tələblərə (norma və qaydalara) riayət olunmasım tələb etmək;
34. Müqavilənin 2.2.4-cü bəndinə əsasən “İcraçı”nın təqsirli hərəkət/hərəkətsizliyi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini və nöqsanlaruı qısa zamanda axadan qaldırılmasım tələb etmək.
35. Müqavilənin 2.3-cü bəndinə əsasən“İcraçı”nın öhdəlikləri:
36. Müqavilənin 2.3.1-ci bəndinə əsasən TİEM-də xidmətlərin göstərilməsi üçün tərəzidə çəkilmiş tullantıları “Sifarişçi”dən təhvil- qəbul aktı əsasında təhvil alır;
37. Müqavilənin 2.3.2-ci bəndinə əsasən TİEM-də mövcud olan infrastrukturdan istifadə edərək, qazma və neftli şlam tullantılarının idarə edilməsi, zərərsizləşdirilməsi, utilizasiyası və laborator təhlillərlə əlaqədar xidmətləri göstərir;
38. Müqavilənin 2.3.3-cü bəndinə əsasən göstərilən xidmətlər zamanı formalaşan qalığı TİEM-də tutumlara yerləşdirir;
39. Müqavilənin 2.3.4-cü bəndinə əsasə tullantıların zərərsizləşdirilməsi və utilizasiyası nəticəsində alınan yağlı suyun daşınmasını və təmizlənməsini həyata keçirərək, tərəflərin səahiyyətli nümayəndələrinin iştirak: ilə aktla rəsmiləşdirib ödənilməsi üçün “Sifarişçf’yə təhvil verir;
40. Müqavilənin 2.3.5-ci bəndinə əsasən Qazma tullantılarının zərərsizləşdirilməsi və utilizasiyası prosesində formalaşan neftli tullantı məhsullarının qeydiyyatının aparılmasını və əvəzsiz olaraq TİEM-də “Sifarişçi”yə təhvil verilməsini təmin edir;
41. Müqavilənin 2.3.6-cı bəndinə əsasən TİEM-də yanğın və əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə norma və qaydalanna riayət edir;
42. Müqavilənin 2.3.7-ci bəndinə əsasən Müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının, ekoloji norma və qaydaların, qanunvericilyinin tələblərinə riayət edilməməsinə görə cavabdehlik (məsuliyyət) daşıyır.
43. Müqavilənin 2.3.8-ci bəndinə əsasən “İcraçı” xidmətin keyfiyyətli, vaxtı-vaxtında, bu sahədə mövcud normalara/qaydalara /standartlara müvafiq göstərilməsini təmin edir və buna görə məsuliyyət daşıyır.
44. "xxxx" İB ilə Cavabdeh QSC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən SOCAR-ın “Azneft'' İstehsalat Birliyi tərəfindən Baş mühəndis - baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və “Ekol Mühəndislik Xidmətləri" QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2022-ci ilin dekabr ayında X9 Mərkəzində 3005 ton, o cümlədən: X13 İdarəsi - 1008,18 ton, 28 May NQÇİ - 691,15 ton, N.Nərimanov NQÇİ - 664,11 ton, Abşeronneft NQÇİ - 299 ton, Neft-Daşları NQÇİ - 228,38 ton, Siyəzənneft NQÇİ - 15,03 ton, Ə.Əmirov NQÇİ - 90,14 ton, Bibiheybət NQÇİ - 9,01 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, xx.xx.2023-cü il tarixli akta əsasən SOCAR-ın "xxxx" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və Cavabdeh QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin yanvar ayında X9 Mərkəzində 3182.52 ton, o cümlədən: X13 İdarəsi - 1067,74 ton, 28 May NQÇİ - 731,98 ton, N.Nərimanov NQÇİ - 703,34 ton, Abşeronneft NQÇİ - 316,66 ton, Neft-Daşları NQÇİ - 241,87 ton, Siyəzənneft NQÇİ - 15,91 ton, Ə.Əmirov NQÇİ - 95,47 ton, Bibiheybət NQÇİ - 9,55 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, xx.xx.2023-cü il tarixli akta əsasən SOCAR-ın "xxxx" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və Cavabdeh QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05- 17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin fevral ayında X9 Mərkəzində 3013.58 ton, o cümlədən: X13 İdarəsi - 1011,06 ton, 28 May NQÇİ - 693,12 ton, N.Nərimanov NQÇİ - 666 ton, Abşeronneft NQÇİ - 314,92 ton, Neft-Daşları NQÇİ - 229,03 ton, Ə.Əmirov NQÇİ - 90,41 ton, Bibiheybət NQÇİ - 9,04 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, xx.xx.2023-cü iİ tarixli akta əsasən SOCAR-ın "xxxx" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və Cavabdeh QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin mart ayında X9 Mərkəzində 2789.14 ton, o cümlədən: X13 İdarəsi - 935,76 ton, 28 May NQÇİ -641,5 ton, N.Nərimanov NQÇİ - 616,4 ton, Abşeronneft NQÇİ -291,47 ton, Neft- Daşları NQÇİ - 211,97 ton, Ə.Əmirov NQÇİ - 83,67 ton, Bibiheybət NQÇİ - 8,37 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, xx.xx.2023-cü il tarixli akta əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və “Ekol Mühəndislik Xidmətləri" QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin aprel ayında X9 Mərkəzində 2280.26 ton, o cümlədən: X13 İdarəsi - 765,03 ton, 28 May NQÇİ - 524,46 ton, N.Nərimanov NQÇİ - 503,93 ton, Abşeronneft NQÇİ - 238,29 ton, Neft-Daşları NQÇİ - 173,3 ton, Ə.Əmirov NQÇİ - 68,41 ton, Bibiheybət NQÇİ - 6,84 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, xx.xx.2023-cü il tarixli akta əsasən SOCAR-ın "xxxx" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəisi Orxan Qəndilov bu aktı ondan ötrü tərtib etdik ki, "xxxx" İB və Cavabdeh QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin may ayında X9 Mərkəzində 2759.62 ton, o cümlədən: X13 İdarəsi - 925,85 ton, 28 May NQÇİ - 634,71 ton, N.Nərimanov NQÇİ - 609,88 ton, Abşeronneft NQÇİ - 288,38 ton, Neft-Daşları NQÇİ - 209,73 ton, Ə.Əmirov NQÇİ - 8,28 ton, Bibiheybət NQÇİ - 82,79 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi və xx.xx.2023-cü il tarixli akta əsasən SOCAR-ın "xxxx" İstehsalat Birliyi tərəfindən Baş mühəndis - Baş direktorun birinci müavini R.Qarayev, Baş direktorun müşaviri F.Cəfərov, Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi M.Müslümov, Cavabdeh QSC tərəfindən Baş direktorun müavini Yaqub Ağasiyev, Tullantı mərkəzinin rəis müavini Mahir İskəndərov bu aktı ondan ötrü tərtib etdi ki, "xxxx" İB və Cavabdeh QSC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqavilə üzrə 2023-cü ilin iyun ayında X9 Mərkəzində 1574,28 ton, o cümlədən: X13 İdarəsi 528,17 ton, 28 May NQÇİ - 362,08 ton, N.Nərimanov NQÇİ - 347,92 ton, Abşeronneft NQÇİ 164,51 ton, Neft-Daşları NQÇİ - 119,65 ton, Ə.Əmirov NQÇİ -4,72 ton, Bibiheybət NQÇİ - 47,23 ton, qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi qeyd olunmuşdur.
45. Cavabdeh QSC və İddiaçı MMC arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 01/05-17/423 nömrəli müqavilə üzrə 2023-cü ilin yanvar ayında X9 Mərkəzində 3182.52 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin fevral ayında X9 Mərkəzində 3013.58 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin mart ayında X9 Mərkəzində 2789,14 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin aprel aynda 2280,26 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin may ayında X9 Mərkəzində 2759.62 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin iyun ayında X9 Mərkəzində 1574,28 ton qazma və neftli şlamın emalı üzrə xidmətlər göstərildiyi, 2023-cü ilin iyul ayında X9 Mərkəzində 365,9 ton qazma və neftli şiamın emalı üzrə xidmətlər göstərildiyi qeyd olunmuşdur.
46. 03.02.2023-cü il tarixli, 01/23 saylı hesab faktura üzrə 1046810,39 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 02/23 saylı hesab fakturaya əsasən 991241,80 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 03/23 saylı hesab-faktura üzrə 917417,87 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 04/23 saylı hesab-faktura üzrə 750034,52 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 05/23 saylı hesab faktura üzrə 907708,01 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 06/23 saylı hesab faktura üzrə 517820,05 manat dəyərində və xx.xx.2023-cü il tarixli, 07/23 saylı hesab faktura üzrə 120353,66 manat dəyərində ilkin iddiaçı MMC tərəfindən cavabdeh QSC işlərin görülməsi qeyd olunmuşdur.
47. xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1253/2023 saylı müqavilənin ləğv edilməsi haqqında SOCAR "xxxx" İB tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış məktubda SOCAR-ın "xxxx" İB ilə EKOL MX QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05- 17/41/55 nömrəli müqavilə əsasında TİEM-də quraşdırılmış və layihə gücü 20 ton/saat olan Almaniyanın "WSEnergy” şirkətinin istehsalı olan mexaniki separasiya üsulu ilə işləyən qurğuda neftli şlam tullantılarının zərərsizləşdirilməsi həyata keçirilir. Sözügedən qurğuda 2020-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin iyun ayına qədər, 2020-ci ildə 609,8 ton, 2021-ci ildə 35629,98 to, 2022-ci ildə 41654,38 ton, 2023-cü ilin 5 ayı ərzində 14025,12 ton olmaqla, ümumilikdə 91919,28 ton şlam emal edilmiş və bu illər ərzində neftli şlamın emal prosesində 19 ton miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı tullantı alınmışdır. Həmin tullantılar hazırda TİEM-də saxlanılır. Nəzərə alınsa ki, təmizlənərək hücrələrə doldurulan mexaniki qarışığın tərkibində 0,5 - 1% miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı qalır, ümumi şlamdan təmizlənmiş karbohidrogen qarışığının miqdarı 0,021%, təmizlənmiş qalıqda isə karbohidrogen qarışığının miqdarı 1% təşkil etdiyindən, utilizasiya üçün götürülmüş neftli şlamın tərkibində neft və neft məhsullarının, digər kimyəvi maddələrin miqdarı 1,021 % olmuşdur. Qazma və neftli şlamın emalı və zərərsizləşdirilməsinə dair AMEA-nın Torpaqşünaslıq institutu tərəfindən işlənmiş metodiki tövsiyyədə (səh. 18) 5%-dən aşağı neftlə çirklənmiş torpaqlar çox zəif çirklənmiş hesab olunur və onların emal olunaraq zərsizləşdirilməsinə hər hansı tələb yoxdur. Eyni zamanda, neftli şlamın emalı və zərərsizləşdirilməsini həyata keçirən qurğunur təmizləmə effektivliyi ilə əlaqədar qeyd olunmalıdır ki, qurğunun girişində şlamdr karbohidrogenlərin faizi orta hesabla 3,5%, çıxışında isə 0,5-1% olduğundan, eyni zamanda təmizləmə su ilə aparıldığından 1 ton şlam təmizləndikdən sonda çıxışda 2 ton həcmində olur ki, bu da qurğunun təmizləmə effektivliyi həddindən artıq aşağı olduğunu göstərir. Müqayisə üçün TİEM-də BP şirkətindən daxil olan qazma şlamını emal edən VACU dry qurğuları şlamın tərkibində olan karbohidrogen və yağların miqdarını 14% dən 0,5%-ə qədər təmizləyir. Qeyd olunanlara əsasən, "xxxx" İB ilə EKOL MX QSC arasında xx.xx.2022-ci il tarixli 01/05-17/41/55 nömrəli müqaviləyə tərəflərindən xx.xx.2022-ci il tarixindən xitam veriləcəyi diqqətə çatdırılmışdır.
48. 25.09.2024-cü il tarixli arayışa əsasən "xxxx" İB ilə Cavabdeh QSC arasında bağlanmış müqavilə çərçivəsində dekabr 2022-ci il iyul 2023-cü il dövrü ərzində aktlar əsasında ödənilməyən iş həcmləri-xx.xx.2022-ci il üzrə 3005 ton-1012593,86 manat dəyərində, xx.xx.2023-cü il üzrə 3182,52 ton-1099150,91 manat dəyərində, xx.xx.2023-cü il üzrə 3013,58 ton-1040803,90 manat dəyərində, xx.xx.2023-cü il üzrə2789,14 ton- 963288,78 manat dəyərində, xx.xx.2023-cü il üzrə 2280,26 ton-787536,25 manat dəyərində, xx.xx.2023-cü il üzrə 2759,62 ton-953093,40 manat dəyərində, xx.xx.2023-cü il üzrə 1574,28 ton-543711,05 manat dəyərində və xx.xx.2023-cü il üzrə 365,90 ton- 126371,36 manat dəyərində olmaqla cəmi 6526549,51 manat dəyərində iş görülməmişdir.
49. "xxxx" X6 layihələrin idarəedilməsi şöbəsinin mütəxəsis rəyindən görünür ki, SOCAR-ın "xxxx" İB ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05- 17/41/55 nömrəli müqavilə əsasında X9 Mərkəzində (TİEM) quraşdırılmış və layihə gücü 20 ton/saat olan Almaniyanın "WSEnergy" şirkətinin istehsalı olan mexaniki separasiya üsulu ilə işləyən qurğuda neftli şlam tullantılarının zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Təmizləyici qurğunun təmizləmə effektivliyinin, eləcə də göstərilən xidmətin keyfiyyətinin hədindən artıq aşağı olması səbəbindən "xxxx" İB tərəfindən "xxxx" QSC-yə 06 iyun 2023-cü il tarixli, 14-2-1/2-1253/2023 nömrəli məktubla müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən sözügedən müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən qurğu vasitəsilə 2020-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin iyun ayına qədər ümumilikdə 93 859,46 ton neftli şlam olmaqla, 2020-ci ildə 609,8 ton, 2021-ci ildə 35629,98 ton, 2022-ci ildə 41654,38 ton, 2023-cü ilin 7 ayı ərzində 15965,3 ton şlamın emal olunduğu, bu illər ərzində neftli şlamın emal prosesində ümumilikdə 19 ton miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı tullantısının əmələ gəldiyi göstərilmişdir. Əmələ gəlmiş 19 ton karbohidrogen və digər kimyəvi maddələr qarışığı olan tullantılar hazırda TİEM-də saxlanılır. Qurğunun fəaliyyətdə olduğu 4 il ərzində aylıq hesabatlara əlavə edilmiş analiz nəticələrinə görə təmizlənərək hücrələrdə toplanan mexaniki qarışığın tərkibində (analiz nəticələri əlavə olunur) 0,5 - 1% miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı olmuşdur. Qurğunun fəaliyyətdə olduğu dövr ərzində ümumilikdə 19 ton miqdarında karbohidrogen və digər kimyəvi maddələr qarışığı əmələ gəldiyini nəzərə alsaq, ümumi şlamdan təmizlənmiş karbohidrogen qarışığının miqdarı 0,021% təşkil etmişdir. Belə olan halda utilizasiya üçün götürülmüş neftli şlamın tərkibində neft və neft məhsullarının, digər kimyəvi maddələrin miqdarının 1,021 % qaldığı müəyyən olunur. Qazma və neftli şlamın emalı və zərərsizləşdirilməsinə dair AMEA-nın Torpaqşünaslıq İnstitutu tərəfindən işlənmiş metodiki tövsiyədə (səh. 18) 5%-dən aşağı neftlə çirklənmiş torpaqlar çox zəif çirklənmiş hesab olunur və onların emal olunaraq zərsizləşdirilməsinə hər hansı tələb yoxdur (metodiki tövsiyyə əlavə olunur). Eyni zamanda, neftli şlamın emalı və zərərsizləşdirilməsini həyata keçirən qurğunun təmizləmə effektivliyi ilə əlaqədar qeyd olunmalıdır ki, analiz nəticələrinə görə qurğunun girişində şlamda karbohidrogenlərin faizi orta hesabla 3,5%, çıxışında isə 0,5-1% olduğundan, eyni zamanda təmizləmə su ilə aparıldığından və bu səbəbdən kütlə artdığından 1 ton şlam təmizləndikdən sonda çıxışda 2 ton ağırlığında olur ki, bu da qurğunun təmizləmə effektivliyi həddindən artıq aşağı olduğunun göstəricisidir. Müqayisə üçün qeyd edirik ki, TİEM-də BP şirkətindən daxil olan qazma şlamını emal edən VACU dry qurğuları şlamın tərkibində olan karbohidrogen və yağların miqdarını 14%- dən 0,5%-ə qədər təmizləyir. "xxxx" İB-nin sifarişi ilə "xxxx" QSC-nin neftli şlam tullantılarının zərərsizləşdirilməsi üzrə subpodratçısı olan İddiaçı MMC-nin istifadə etdiyi Almaniyanın "WSEnergy" şirkətinin istehsalı olan emal qurğusunun fəaliyyətdə olduğu 4 il müddətində neftli şlamın emalı aktlarına əlavə edilmiş şlamın analiz nəticələrində, emaldan əvvəl şlamda orta hesabla 3,5%, emaldan sonra orta hesabla 0,5-1% karbohidrogen qarışığının olduğu qeyd edilib ki, bu da neftli şlamda olan karbohidrogen qarışığının emaldan əvvəl (93 859,46 ton X 3.5 % = 3.285,081 ton) 3258,081 ton, emaldan sonra ayrılan (93 859,46 ton X 2.5 - 3 % = 2318- 2789 ton) 2319-2789 ton aralığında, təmizlənərək hücrələrə doldurulmuş hissədə (93 859,46 ton X 0,5-1% = 469-939 ton) 469-939 ton aralığında karbohidrogen qarışığı olmalı olduğu halda, cəmi ayrılmış karbohidrogenin 2319- 2789 tona qarşı 19 ton olması, neftli şlam tullantılarının zərərsizləşdirilməsi sahəsində həyata keçirilmiş fəaliyyətin tam səmərəsiz olduğunu göstərir. Beləliklə, ümumilikdə 93 859,46 ton neftli şlam tələblərə və qaydalara uyğun emal edilsəydi, nəticədə ümumilikdə 19 ton miqdarında karbohidrogen deyil, mövcud normativ sənədlərə əsasən dəfələrlə çox karbohidrogen alınmalı idi, eyni zamanda şlamın emalından alınan torpaq da təmizlənmiş olardı.
50. "xxxx" İB tərəfindən məhkəməyə təqdim edilən “X17” MMC-nin Neftli şlam tullantılarının zərərsizləşdirilməsi qurğusunun giriş və çıxışlarında şlamın tərkibində olan neft və neft məhsullarının analizinə dair analitik laboratoriya hesabatından görünür ki, İddiaçı MMC-nin "WS Energy" qurğusunun neftli şlamın 05.01.23 - 14.07.23-cü il dövr üzrə analizi aparılmış və analiz nəticələrinin normativ göstəricilərə uyğun olmadığı müəyyən edilmişdir: xx.xx.2023- şlamın su tərkibi normativlərə əsasən 5 %-dən aşağı olmalı olduğu halda, 15.8%, üzvi tərkib 5 %-dən aşağı olmalı olduğu halda - 2.0%, qeyriüzvi tərkib 5 %-dən aşağı olmalı olduğu halda – 82.2%; xx.xx.2023- şlamın su tərkibi normativlərə əsasən 5 %-dən aşağı olmalı olduğu halda, 19.1%, üzvi tərkib 5 %-dən aşağı olmalı olduğu halda - 2.6%, qeyri-üzvi tərkib 5 %-dən aşağı olmalı olduğu halda – 78.3% təşkil etmiş və bu cür normativlərdən kənara çıxmalar/uyğunsuzluqlar xx.xx.2023-cü il tarixə kimi bütün analiz nəticələrində öz əksini tapmışdır.
51. Məhkəmə materialları araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" İB-nin Cavabdeh QSC-yə qarşı iddiaları təmin edilməlidir.
52. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə pul tələbinin əsasını iddiaçı ilə cavabdeh və cavabdeh ilə 3-cü şəxs arasında imzalanmış təhvil-təslim aktları dayandırğı üçün, hər üç iddiaya dair hüquqi giymətləndirməni ayrı-ayrılıqda deyil, birgə şəkildə aparılması məqsədə müvafiq hesab edilməlidir.
53. Belə ki, işin halları ondan ibarətdir ki, SOCAR-ın "xxxx" İstehsalat Birliyi (bundan sonra İB), Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra QSC) və SOCAR-ın Ekologiya İdarəsi (bundan sonra Eİ) arasında qazma və neftli şlamın emalı üzrə xx.xx.2020-ci il tarixdə 01/05-17/407/385 saylı üç tərəfli xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə görə Eİ–nin həmin vaxt balans sahibi olduğu X9 Mərkəzində (bundan sonra TİEM) mövcud bazasından istifadə, mühafizə, təhlükəsizlik tələbləri, işıqlandırılma, işçi vəziyyətdə saxlanma, texniki xidmət, prosesin ekoloji nəzarəti və monitorinqi, laborator təhlilləri, infrastruktur, qaz, su, elektrik enerjisi, rabitə və internet təminatı, quru qalığın yerləşdirilməsi, bütün prosesin qeydiyyatını və hesabatlığını SOCAR Tullantıların idarə olunması Planına uyğun olaraq təmin edir, QSC Eİ-nin TİEM-də mövcud olan infrastrukturundan istifadə etməklə qazma və neftli şlam tullantılarını öz resursları ilə emal edərək tarif müəyyən edir və müqavilə imzalandığı gündən etibarən İB-nın sifarişi əsasında Eİ-nin TİEM-də 1 saylı yeraltı tutumda yerləşdirilmiş qazma şlam və neft şlamın eləcə də İB-nın sifarişi əsasında qazılan quyulardan formalaşmış, podratçı təşkilatlar tərəfindən təhvil verilən qazma şlamın və neft şlamın emalı xidmətini öz öhdəsinə götürür. Qeyd olunan müqavilədə göstərilmiş xidmətlərin icra olunması üçün "xxxx" qismində QSC ilə və “subpodratçı” qismində İddiaçı (MMC) arasında xx.xx.2020-ci il tarixdə 01/05- 17/423 saylı subpodrat müqaviləsi bağlanılmışdır. Subpodrat müqaviləsinin predmetinə görə “subpodratçı” qeyd olunan müqaviləyə qoşulmuş “qiymətin razılaşdırılması Protokolu”na uyğun olaraq, xidmət göstərilən ərazidə mövcud olan infrastrukturdan istifadə etməklə qazma, neftli şlam və gələcəkdə formalaşan şlam tullantılarını öz resursları ilə emal (zərərsizləşdirilməsi) işlərinin görülməsini (xidmətlərin göstərilməsini) "xxxx" isə həmin xidmətləri (işləri) qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqın ödənilməsini öhdələrinə götürür, “subpodratçı”nın "xxxx"ya təhvil verdiyi xidmətlərin (işlərin) miqdarı nəqliyyat vasitələrinin tutumlarının həcmi ilə müəyyən olunur. SOCAR**********00040020A00126 N-li xx.xx.2021-ci il tarixli əmrinə əsasən SOCAR-ın “Ekologiya İdarəsi”nin hüquq və öhdəlikləri (daşınar və daşınmaz əmlakları) "xxxx" İB-yə (İB) ötürüldüyündən sonuncunun balansında olan X2 (TİEM) X9 ilə əlaqədar (qazma şlamının təmizlənməsi və s.) xidmətlərinin göstərilməsi üçün QSC ilə İB arasında bağlanmış (xx.xx.2020-ci il tarixli 01/05-17/407/385 saylı müqavilə qüvvədən düşdüyündən) xx.xx.2022-ci il tarixli 01/05-17/41/55 N-li podrat müqaviləsi bağlanmış və bunun əsasında MMC-nin QSC-yə göstərdiyi xidmətlər 01/05-17/423 N-li xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsi üzrə davam etdirildiyi və hal-hazırda ilkin iddiaçı görülmüş işlər üzrə 4911468,26 manat məbləğində pulun ilkin iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədə mübahisələndirmişdir. CavabdehQSC isə İddiaçı MMC ilə QSC arasında, 3-cü şəxs "xxxx" İB isə Cavabdeh QSC arasında xidmət müqavilələri üzrə imzalanmış təhvil-təslim aktlarının etibarlılığını məhkəmədə mübahisələndirirlər.
54. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
56. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
59. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
60. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
61. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
62. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
63. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
64. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;
65. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;
66. 776-cı maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər;
67. 776.2-ci maddəsinə əsasən, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
68. Podratın nəticələrininin qüsurlu olması ilə bağlı sadalanmış maddələrin tələbləri aşağıdakı halları və onlara müvafiq olaraq hüquq və vəzifələri müəyyən etmişdir:
69. - işlər qəbul edilmədən əvvəl podratçının icra etdiyi işlərin qüsurlu olması müəyyən edildiyi təqdirdə, sifarişçi həmin qüsurun aradan qaldırılmasını tələb edə bilər və tərəflərin sonrakı hərəkətlərindən asılı olaraq müvafiq qaydalar tətbiq edilməlidir;
70. - işlər qəbul edilmədən əvvəl sifarişçi işlərin qüsurlu olduğunu bilirsə və bununla bağlı hər hansı bir pretenziya irəli sürmürsə, həmin qüsurlarla bağlı tələb hüququna malik olmur;
71. - işlər qəbul ediləndən sonra sifarişçi qüsurları müəyyən etdikdə, tələb hüququnu bir il ərzində irəli sürməlidir.
72. Müddəaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir.
73. Lakin, sifarişçi SOCAR "xxxx" İB ilə icraçı Cavabdeh QSC arasında bağlanmış müqavilədə işlərin hansı müddətdə qəbul edilməsi şərtləri müəyyən edilməmişdir. Əksinə, müqavilənin 3.4.3-cü maddəsinə əsasən xidmətlər yerinə yetirilmədiyi və ya keyfiyyətsiz yerinə yetirildiyi halda, sifarişçinin nöqsan və çatışmazlıqları aradan qaldırılmasını tələb etmək hüququna malik olduğu göstərilmişdir (İB-nin bu hüququnun həyata keçirilməsi üçün hər-hansı müddət məhdudiyyəti müqavilədə müəyyən edilməmişdir).
74. SOCAR "xxxx" İB ilə icraçı Cavabdeh QSC arasında müntəzəm şəkildə işlərin təhvil-qəbuluna dair aktlar imzalanmış olsa da, lakin İB-nin məhkəməyə təqdim etdiyi Neftli şlam tullantılarının zərərsizləşdirilməsi qurğusunun giriş və çıxışlarında şlamın tərkibində olan neft və neft məhsullarının analizinə dair analitik laboratoriya hesabatından görünür ki, neft şlamının analizi yanvar 2023-cü il tarixindən iyul 2023-cü il tarixinə kimi davam etmişdir. Və həmin laboratoriya rəyi alınandan sonra SOCAR "xxxx" İB tərəfindən Cavabdeh QSC-yə işlərin lazımı qaydada görülməməsinə dair etirazını bildirmiş və müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2023-cü iol tarixli məktub ilə iradə ifadəsini QSC-yə çatdırmışdır.
75. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülmüş işlərin keyfiyyət dərəcəsinin müəyyən edilməsi gözlə müəyyən edilməyən və xüsusi bilik tələb olunan laboratoriya nəticələrinə əsaslandığı üçün, həmin rəy əldə olunmadan imzalanmış təhvil-təslim aktları etibarlı aktlar hesab edilə və onların mövcüdluğu işlərin lazımı qaydada icra edilməsi kimi qiymətləndirilə bilməz.
76. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, qazma və neftli şlamın emalı üçün Potrat ("xxxx" İB ilə Cavabdeh QSC arasında) və Subpodrat müqaviləsi (Cavabdeh QSC ilə İddiaçı MMC) imzalanmışdır. İşlər görülməli və nəticəsi son olaraq Sifarişçi - "xxxx" İB-nə təhvil verilməli idi. Təqdim edilmiş mütəxəsis və laboratoriya rəyləri əsasında müəyyən edilir ki, subpodratçı -İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər (neft şlamının emalı, yanvar 2023 - iyul 2023 dövrü əhatə edən) lazımı qaydada icra edilməmişdir, nəticə etibarı ilə Cavabdeh QSC-nin öz növbəsində "xxxx" İB qarşısında icra edilməyən öhdəlikləri qalmışdır.
77. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında və həmin aktlar nəticəsində Cavabdeh QSC ilə SOCAR "xxxx" İB arasında imzalanmış aktlar etibarsız hesab edilməli və müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməyən ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
79. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi rədd olunduğu üçün ödənilmiş dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-yə ödənilməli və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edildiyindən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq "xxxx" İB-yə ödənilməlidir.
V. Nəticə:
80. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
1) İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı 4.911.468,26 manat borcun tutulması tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu MMC-nin özünə aid edilsin. 2) Qarşılıqlı iddia ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixli 01/05-17/423 saylı subpodrat müqaviləsi üzrə Cavabdeh QSC ilə İddiaçı MMC arasında X1ma və neftli şlamın emalı ilə əlaqədar göstərilmiş xidmətlərə görə 4.911.468,26 (ƏDV ilə birlikdə) manat məbləğ üzrə, o cümlədən 2023-cü ilin yanvar ayı üzrə 706892,32 manat, fevral ayı üzrə 991241,81 manat, mart ayı üzrə 917417,88 manat, aprel ayı üzrə 750034,53 maat, may ayı üzrə 907708,01 manat, iyun ayı üzrə 517820,05 manat və iyul ayı üzrə 120353,66 manata dair tərtib edilmiş aktlar etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəz olaraq 3246 manat pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh QSC-yə ödənilsin. 3) İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs SOCAR-ın "xxxx" İB-nin Cavabdeh QSC-yə iddia ərizəsi təmin edilsin. Socar-ın "xxxx" İstehsalat Birliyi ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/05-17/41/55 nömrəli müqqavilə üzrə 2023-cü ilin yanvar ayının aktı üzrə 510684,76 (ƏDV ilə birlikdə) manat, fevral ayının aktı üzrə 1040803,90 manat, mart ayının aktı üzrə 963288,78 manat, aprel ayının aktı üzrə 787536,20 manat, may ayının aktı üzrə 953093,42 manat, iyun ayının aktı üzrə 543711,05 manat, iyul ayının aktı üzrə 126372,42 manat cəmi 7 ay üzrə 4925490,53 (ƏDV ilə birlikdə) manat məbləğini təşkil edən aktlar etibarsız hesab edilsin. Dövlət rüsumunun əvəzi olaraq 3253 manat pul vəsaiti Cavabdeh QSC-dən tutularaq "xxxx" İBnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova