Məhkəmə qərarları › İş №e-2-2(113)-6296/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6296/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6296/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə haqqı, mediasiya xərci ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 36.51 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh"xxxx" MMC arasında 9 mart 2011-ci il tarixli, 0888 saylı Xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə 11 ədəd nömrə təqdim etməyi, sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və danışıq haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 36.51 manat ödənilməmiş borcu qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 0888 saylı xidmət müqaviləsinə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə icraçı sifarişçiyə 11 ədəd nömrə təqdim edir. (nömrələrin siyahısı hazırkı müqaviləyə 1 saylı əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədər hazırkı müqaviləyə əlavə olunur), sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və danışıq haqqını vaxtı vaxtında ödənilməsini təmin edir.

6. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş rabitə xidmətlrinin haqqı bu müqavilənin 2 saylı əlavəsində göstərilib vəödəniş hesaba köçürmə yolu ilə yaxud icraçının müəyyənetdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir.

7. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və günahkar tərəf digər tərəfə vurulmuş ziyanı ödəməlidir.

8. Müqaviləyə 1 saylı əlavəyə əsasən 11 ədəd fərqli nomrələr cavabdehə verilmiş və imza və möhürlə təsdiq edilmişdir.

9. Müqaviləyə 2 saylı əlavəyə əsasən aylıq abunə haqqı 4.12 manat müəyyən edilmişdir.

10. xx.xx.2011-ci il tarixli zəmanət məktubuna əsasən Cavabdeh MMC tərəfindən hər ayın 30-a qədər İddiaçı MMC-nin vergi hesab-fakturası əsasında göstərilmiş xidmətinin dəyərinin tam həcmdə tərəflərindən ödəniləcəyinə, eyni zamanda müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər hazırkı zəmanət məktubunun qüvvədə olacağı qeyd olunmuşdur.

11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. İşdən göründüyü kimi xx.xx.2011-ci il tarixli 0888 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə icraçı sifarişçiyə 11 ədəd nömrə təqdim edir (nömrələrin siyahısı hazırkı müqaviləyə 1 saylı əlavədə əks olunur), sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və danışıq haqqını vaxtı vaxtında ödənilməsini təmin edir.

16. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmət haqlarını ödəməkdən yayınmışdır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat və dövlət rüsumunun əvəvzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2011-ci il tarixli, 0888 nömrəli xidmət müqaviləsi üzrə 36,51 manat (otuz altı manat əlli bir qəpik) manat əsas borc məbləği, 10 manat (on) manat dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar