Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-633/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: agent müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunu nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMCdən241.424,91 (iki yüz qırx bir min dörd yüz iyirmi dörd manat 91 qəpik) manat borc məbləğinin və ödənilmiş 531.50 (beş yüz otuz bir manat 50 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 20 avqust 2020-ci iltarixli, AZF/2020/48 saylı "Agent" müqaviləsinə əsasən Azerfon Loqofonu (Agent) müqavilədə müəyyən olunmuş müddəalar əsasında öz məhsulu ilə təmin edir, agent isə özünün satış şəbəkəsi vasitəsi ilə həmin məhsulların yayılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən sifariş olunmuş hər bir mıhsulun dəyəri Azerfonun qiymət cədvəllərinə müvafiq olaraq tam ödənildikdən sonra, həmin məhsullar agentə təqdim edilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən tərəflər hər hesabat ayının sonunda həmin hesabat ayı üşün üzləşmə aktı trətib etməlidirlər. Bildirmək istəyirik ki, cavabdehlə uzun müddətli əməkdaşlığı nəzərə alaraq, sonradan satışından əldə ediləcək pul vəsaitini ödəmək şərti ilə ödəmə kartları verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə və qanunla müəyyən edilmiş öhdəliklər pozularaq ödəmə kartlarının satışından əldə edilmiş pul vəsaitləri şirkətə ödənilməmişdir. Nəticədə, tərəflər arasında imzalanmış sonuncu üzləşməaktına əsasən xx.xx.2023-cü il tarixə hazırki vaxta cəmi 241.424,91 (iki yüz qırx bir min dörd yüz iyirmi dörd manat 91 qəpik) manat borc yaranmış və həmin borc məbləği cavabdeh tərəfindən ödəniməmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddiaçı Azərfon MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Loqofon MMC-ilə uzunmüddətli əməkdaşlığa əsaslanaraq satışından əldə ediləcək pul vəsaitini ödəmək şərti ilə Loqofon MMC-nə ödəmə kartları verilmişdir. Lakin cavabdeh ödəmə kartlarının satışından əldə etdiyi pul vəsaitini Azərfon MMC-nə ödəməmişdir. Nəticədə tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Loqofon MMC-nin Azərfon MMC qarşısında 241 424,91 manat borcu yaranmışdır və həmin borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Əvvəla, məlumat üçün bildirək ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində, AZF/2020/48 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən Azərfon Agenti (Loqofon MMC-ni) özünün məhsulları ilə təmin edir. Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin məhsulların yayılmasını təmin edir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirik ki, Loqofon MMC ilə Azərfon MMC arasında xx.xx.2016-cı il tarixli AZF-AG-LLE/xx-xx-2016-3 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Azərfon MMC Loqofon MMC-ni məhsullar (qoşulma dəstləri, ödəmə kartları və s.) ilə təmin edir. Loqofon MMC isə məhsulların satışından əldə etdiyi pul vəsaitini Azərfon MMC-nə ödəyir. Müqavilə əsasında Loqofon MMC-nin sifarişinə uyğun olaraq ümumilikdə 210.000 (iki yüz on min) manatlıq mallar Azərfon MMC tərəfindən Loqofon MMC-nə təqdim olunmuşdur. Həmin malların dəyəri (210.000 manat) Azərfon MMC-nin hesabına köçürülməsi üçün Loqofon MMC tərəfindən Dəmirbank ASC–nin hesabına köçürülmüşdür. Qeyd edilən məbləğ Loqofon MMC-nin Dəmirbank ASC-də olan cari hesabından silinərək, Dəmirbank ASCnin müxbir hesabına köçürülmüş və bankın hesabında saxlanılmışdır. Azərfon MMC-nin hesabına isə köçürülməmişdir. 210.000 manatın ödənilməsini təsdiq edən ödəniş tapşırıqları və hesabdan çıxarış bankdan alınmışdır. Loqofon MMC, Azərfon MMC qarşısında olan borc öhdəliyini yerinə yetirməsi üçün xx.xx.2019-cu il tarixində AFB Bank ASC-dən 200.000 manat, xx.xx.2020-ci il tarixində isə 190.000 manat kredit götürmüşdür. Həmçinin qeyd edək ki, qeyd edilən məsələ ilə əlaqədar AR Mərkəzi Bank, Dəmirbank ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna xx.xx.2017-ci il tarixində müraciət edərək müvafiq məbləğlərin köçürülməsinin təmin olunmasını xahiş etmişik. İddia ərizəsinə etiraza əlavə olunan xx.xx.2018-ci il tarixində Dəmirbank ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna Loqofon MMC qarşısında olan 233 074 manat borc öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar müraciət ünvanlanmışdır. Həmin tarixdə tələb qeydiyyata alınsada bir nəticəsi olmamışdır. xx.xx.2020-ci il tarixində də Əmanətlərin Sığortalanma Fonduna müraciət edərək Loqofon MMC-nin kreditor tələbinin təmin edilməsi xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi öz izahatında bildirmişdir ki Cavabdeh MMC-dən Azerfon” MMC-yə köçürülməli olan vəsait Dəmirbank müflis olduğu dövrə təsadüf etdiyi üçün köçürmə mümkün olmamış və vəsait yenidən Cavabdeh MMC-nin öz hesabına qayıtmışdır. Bank üzrə həmin dövrdə ləğvetmə komissisyası yaradıldığı üçün köçürmə heç cür reallaşa bilməzdi, çünki həmin zaman üçün müxbir banklara artıq qadağalar qoyulmuşdur. Nəzərə alsaq ki, fond tərəfindən ancaq fiziki şəxslərin əmanətləri sığortalanır, hüquqi şəxslərə münasibətdə isə bu öhtəliyi birmənalı olaraq, kreditorun özü daşıyır. Borc miqdarı 240000 manat civarındadır, lakin faktiki cavabdeh olaraq cavabdeh tərəfindən iddiaçıya köçürülən pul 21000 manat olmuş, həmin pul cavabdeh tərəfindən köçürülsə də, iddiaçının hesabına köçməmiş, və hal hazırda həmin məbləğ üzrə ləğv prosesində olan bankın kreditoru qismində Cavabdeh MMC tanınmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 avqust 2020-ci il tarixli, AZF/2020/48 saylı agent müqaviləsi bağlanmışdır. Müqavilənin: -2.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən olunmuş şərt və müddəalar əsasında Azerfon, Agenti Məhsullar (Qoşulma Dəstləri, Ödəmə Kartları və s.) ilə təmin edir, Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin Məhsulların yayılmasını təşkil edir.. - 2.2-ci bəndinə əsasən Azerfon öz törəmə müəssisələrinin məhsullarını onların yayılması üçün Agentə təqdim edə bilər, Agent isə həmin məhsulları öz satış şəbəkəsi vasitəsilə bu müqavilənin şərtlərinə uyğun olaraq yaymağı öz öhdəsinə götürür. - 4.1-ci maddəsinə əsasən sifariş olunmuş hər bir mıhsulun dəyəri Azerfonun qiymət cədvəllərinə müvafiq olaraq tam ödənildikdən sonra, həmin məhsullar agentə təqdim edilir. - 4.2-ci maddəsinə əsasən tərəflər hər hesabat ayının sonunda həmin hesabat ayı üşün üzləşmə aktı trətib etməlidirlər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında AZF/2020/48 saylı agent müqaviləsinə X saylı qoşma imzalanmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında AZF/2G20/48 saylı agent müqaviləsinə 2 saylı qoşma imzalanmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ödəmə kartlarının yayılması üçün komisyon haqqı imzalanmışdır.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBCB 213389 saylı xx.xx.2022-ci il tarixli 11200 manat,EBBN 780338 saylı xx.xx.2021-ci il tarixli 4800 manat,EBBF 839527 nömrəli xx.xx.2021-ci il tarixli 160 000 manat,EBBF 903739 nömrəli xx.xx.2021-ci il tarixli 400 manat,EBBN 894523 saylı xx.xx.2021-ci il tarixli 2000 manat,EBAY 968585 saylı xx.xx.2021-ci il tarixli 13 000 manat,EBBE 212948 nömrəli xx.xx.2021-ci il tarixli 52 000 manat,EBBN 365994 nömrəli xx.xx.2021-cii l tarixli 3000 manat,EBBL 432949 nömrəli xx.xx.2021-ci il tarixli 4400 manat,EBBK 326172 nömrəli xx.xx.2021-ci il tarixli 1800 manat,EBBK 704063 nömrəli xx.xx.2021-ci il tarixli 2000 manat,EBAY 970847 nömrəli xx.xx.2021-ci il tarixli 1000 manat,EBBC 568549 nömrəli xx.xx.2021-ci il tarixli 132000 manat,EBBK 373160 saylı xx.xx.2021-ci il tarixli 1200 manat,EBBO 611393 saylı xx.xx.2021-ci il tarixli 4500 manat,EBBN 364947 nömrəli xx.xx.2021-ci il tarixli 114 000 manat,EBBL 040489 nömrəli xx.xx.2021-ci il tarixli 3400 manat məbləğində elektron qaimələr göndərilmişdir.
15. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin tarixə cavabdehin iddiaçıya 241429,91 manat qalıq borcu var.
16. Əmanətlərin Sığortalanması Fondunun 12-5/2-5606/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində 50.000 (əlli min) manat məbləğində, xx.xx.2017-ci il tarixli 150 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində 60.000 (altmış min) manat məbləğində, xx.xx.2017-ci il tarixli 151 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində isə 100.000 (bir yüz min) manat məbləğində, ümumilikdə 210.000 (iki yüz on min) manat məbləğində vəsait Cavabdeh MMC-dən İddiaçı MMC-nin müvafiq nömrəli hesabına köçürülməsi məqsədilə "xxxx" ASC-nin AZ08AZER**********16AZN40060 nömrəli hesabına mədaxil edilmişdir. V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin:
- 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında agent müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, iddiaçı cavabdehi müqavilədə müəyyən olunmuş müddəalar əsasında öz məhsulu ilə təmin etmiş, cavabdeh ğz öhdəöliklərini yerinə yetirməmiş, müavilə üzrə ödənişləri ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 241 424.91 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, agent müqaviləsi, elektron qaimələr, borcun qarşılıqlı üzləşdirilməsi aktı və tərəflərin nümayəndələrinin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin sorğuya cavabı ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclaslarında izahatları ilə müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, cavabdehin iddiaçıya borcunun yaranması işin mübahisəsiz halıdır, yalnız cavabdeh 210000 manat məbləğində ödəniş tapşırığını məhkməyə təqdim edərək həin ödənişin onun tərəfindən həyata keçirildiyini qeyd etsə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, həmin ödəniş ödənişin həyata keçirildiyi Bank bağlandığından iddiaçının hesabına köçməmiş və həmin məğləğdə pul məblğində dair ləğvetmə prosesində olan "xxxx" ASC-nin kreditoru qismində cavabdeh tanınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaç ilə arasında mövcud olan agent müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən və həmin pul öhdəliyi iş materialları ilə təsdiq olunduğundan iddia təmin edilməldidir.
23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasənğhdəliyi lan ödöənişi – 241 424.91 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 241 424.91 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 241 424.91 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 531.50 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 531.50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 241 424.91 manat məbləğində əsas borc və ödənilmiş 531.50 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova