Məhkəmə qərarları › İş №e-2-2(113)-6389/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6389/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6389/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6389,21 manat əsas borc, 319 manat borc üzrə dəbbə pulu, 202 manat borcun gecikdirilməsi ilə bağlı dəymiş əlavə maddi zərər, 90 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 10:30-a, xx.xx.2025-ci il tarixə saat 11:45-ə və xx.xx.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməklərinin üzürlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə dörd hazırlıq iclaslarından yalnız bir dəfə xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, iddianın əsasını təşkil edən cavabdehin sifarişlərinə dair sənədləri və xidmətlərin təhvil-təslim aktların təqdim edilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, bundan sonra keçirilən iki iclasda iştirak etməmiş, nə də ki, sənədləri EMİS vasitəsi ilə təqdim etməmişdir. İştirak etməməsinin səbəbinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, nə də ki, hazırlıq iclasın iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəf heç bir əsaslı sənəd/sübut təqdim etmədən hazırlıq iclaslarında iştirak etmir, ona görə də iddianın baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə xx.xx.2025-ci il tarixli, **********22 saylı qəbzə əsasən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar