Məhkəmə qərarları › İş №e-2-2(113)-643/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-643/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-643/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımınca icra edilməməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Gadzhiev Abilin iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilələr və 05 may 2022-ci il tarixli üzləşmə aktı üzrə yaranmış 65572,12 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında hidroizolyasiya materiallarının satışı və bununla bağlı xidmətlərin göstərilməsi ilə əlaqədar 06 nömrəli 09 fevral 2021-ci il tarixli; 160 nömrəli 08 dekabr 2020-ci il tarixli; 159 nömrəli 08 dekabr 2020-ci il tarixli; 118 nömrəli 12 avqust 2020-ci il tarixli; 109 nömrəli 10 iyul 2020-ci il tarixli; 181 nömrəli 14 avqust 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1 və 2-ci bəndlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə sözügedən müqavilələrdə göstərilən xidmətləri və ya malları tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti müqabilində müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 09/Aves; 08/Aves; 07/Aves; 06/Aves; 05/Aves; 03/Aves nömrəli təhvil-təslim aktlarından görünür ki, yuxarıda qeyd olunan müqavilələr üzrə göstərilmiş xidmətlər və ya mallar Cavabdeh MMC tərəfindən tam şəkildə qəbul edilmişdir. Eyni zamanda, tərəflər arasında imzalanmış 25 may 2022-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 25 may 2022-ci il tarixə olan əsas borcu ƏDV istisna olmaqla (ƏDV-lər ödənilmişdir), 65572,12 manat təşkil edir. Tərəflər arasında bağlanmış 25 may 2022-ci il tarixli üzləşmə aktı üzrə 65572,12 manat borcun ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25 oktyabr 2023-cü il tarixli pretenziya məktubu göndərilmiş və sözügedən məbləğin 3 (üç) gün müddətində ödənilməsi tələb edilmişdir. Buna baxmayaraq, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə indiyədək hər hansı ödəniş edilməmişdir. Pretenziya məktubunun qarşı tərəfə çatdırıldığını təsdiq edən onlayn kargüzarlıqdan çıxarış əlavə olunur. Əlavə olaraq, hazırkı mübahisə ilə əlaqədar mediasiya sessiyası keçirilmiş və sessiyada Cavabdeh MMC-nin nümayəndəsi iştirak edərək Cavabdeh MMC-nin İddiaçı MMC-yə həqiqətən də 65,572.12 AZN (altmış beş min beş yüz yetmiş iki manat on iki qəpik) borcun olması faktını və hətta bu borca münasibətdə ƏDV-lərin ödənildiyini də etiraf etmişdir. Lakin tərəflər razılığa gələ bilmədiyindən Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Həmçinin, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci iddiaçı (İddiaçı MMC) tərəfindən ödənilmişdir. Qeyd olunan faktı təsdiq edən arayış və ödəniş qəbzi hazırki iddia ərizəsinə əlavə olunur. Bundan başqa, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehə onlayn kargüzarlıqla təqdim olunduğunu təsdiq edən müvafiq sənəd hazırkı ərizəyə əlavə olunur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, 448.2, 567, 598.1, 600.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Gadzhiev Abil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 181 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Görülmüş izolyasiya işlərinə görə xidmət haqqı – qiyməti 3410 manat, miqdarı 1 olmaqla, 3410 manat; 2) XPS 30 mm – qiyməti 4,4958 manat, miqdarı 605,01 olmaqla, 2720 manat; 3) Bikrost TKP – qiyməti 3,1 manat, miqdarı 750 olmaqla, 2325 manat; 4) Bikrost TPP – qiyməti 2,65 manat, miqdarı 1500 olmaqla, 3975 manat; 5) Stekloizol XPP – qiyməti 1,52 manat, miqdarı 774 olmaqla, 1176,48 manat; 6) Praymer AquaMast 18 L – qiyməti 35 manat, miqdarı 19 olmaqla, 665 manat, ümumilikdə 16840,35 manat (14271,48 manat + 2568,87 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri on altı min səkkiz yüz qırx manat otuz beş qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

9. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 109 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Profil künclüyü 10*15 2,5 mm (250 pm) – qiyməti 0,4661 manat, miqdarı 1250 olmaqla, 582,63 manat; 2) Setka Master 2000 160q (50 m2) – qiyməti 34,7458 manat, miqdarı 26 olmaqla, 903,39 manat; 3) Profil pəncəri kənarı 6mm-2,4m (72 pm) – qiyməti 1,1017 manat, miqdarı 1224 olmaqla, 1348,48 manat, ümumilikdə 3344,71 manat (2834,50 manat + 510,21 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri üç min üç yüz qırx dörd manat yetmiş bir qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

10. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 118 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Bikrost TPP işçiliyi 5350 m2 – qiyməti 1 manat, miqdarı 5350 olmaqla, 5350 manat; 2) Daş yunu Texnofas – qiyməti 8,2 manat, miqdarı 1810,56 olmaqla, 14846,59 manat; 3) Texnonikol Carbon EKO – qiyməti 7,6782 manat, miqdarı 1137,76 olmaqla, 8735,95 manat; 4) Bikrost TPP – qiyməti 2,6 manat, miqdarı 5350 olmaqla, 13910 manat; 5) Praymer AquaMast 18 L – qiyməti 16 manat, miqdarı 40 olmaqla, 640 manat, ümumilikdə 51309,40 manat (43482,54 manat + 7826,86 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri iyirmi bir min yeddi yüz otuz doqquz manat səksən beş qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

11. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 159 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Geatekstil – qiyməti 1,2 manat, miqdarı 2000 olmaqla, 2400 manat; 2) Praymer AquaMast 18 L – qiyməti 1,94 manat, miqdarı 540 olmaqla, 1047,60 manat; 3) Bikrost TPP – qiyməti 2,6 manat, miqdarı 5760 olmaqla, 14976 manat, ümumilikdə 21739,85 manat (18423,60 manat + 3316,25 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri iyirmi bir min yeddi yüz otuz doqquz manat səksən beş qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

12. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 160 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Bikrost TPP – qiyməti 10 manat, miqdarı 576 olmaqla, 5760 manat; ümumilikdə 6796,80 manat (5760 manat + 1036,80 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri altı min yeddi yüz doxsan altı manat səksən qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

13. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 06 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən xidmətləri müqavilənin qüvvədə olduğu müddətdə tələb olunduqca göndərməyi öz öhdəsinə ğötürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifariş tərəflər arasında razılaşdırılmış müqavilə qiyməti üzrə yerinə yetirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə sifariş olunan xidmətlər: 1) Ruberoidin vurulması – qiyməti 1 manat, miqdarı 3000 olmaqla, 3000 manat; 2) Unifleks EPP – qiyməti 3 manat, miqdarı 2600 olmaqla, 7800 manat, ümumilikdə 12744 manat (10800 manat + 1944 manat ƏDV 18%). Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə tələb olunan xidmətlərin ümumi dəyəri on iki min yeddi yüz qırx dörd manat 00 qəpik məbləğində müəyyənləşdirildi. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin qiyməti müqaviləyə əlavə edilən cədvəlləri, qiymət razılaşma protokolu və ya satıcının təqdim etdiyi elektron hesab-faktura və elektron qaiməyə əsasən müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənilir.

14. 03/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 16840,35 manat dəyərində aktda göstərilən (1) Görülmüş izolyasiya işlərinə görə xidmət haqqı – qiyməti 3410 manat, miqdarı 1 olmaqla, 3410 manat; 2) XPS 30 mm – qiyməti 4,4958 manat, miqdarı 605,01 olmaqla, 2720 manat; 3) Bikrost TKP – qiyməti 3,1 manat, miqdarı 750 olmaqla, 2325 manat; 4) Bikrost TPP – qiyməti 2,65 manat, miqdarı 1500 olmaqla, 3975 manat; 5) Stekloizol XPP – qiyməti 1,52 manat, miqdarı 774 olmaqla, 1176,48 manat; 6) Praymer AquaMast 18 L – qiyməti 35 manat, miqdarı 19 olmaqla, 665 manat, ümumilikdə 16840,35 manat (14271,48 manat + 2568,87 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

15. 05/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3344,71 manat dəyərində aktda göstərilən (1) Profil künclüyü 10*15 2,5 mm (250 pm) – qiyməti 0,4661 manat, miqdarı 1250 olmaqla, 582,63 manat; 2) Setka Master 2000 160q (50 m2) – qiyməti 34,7458 manat, miqdarı 26 olmaqla, 903,39 manat; 3) Profil pəncəri kənarı 6mm-2,4m (72 pm) – qiyməti 1,1017 manat, miqdarı 1224 olmaqla, 1348,48 manat, ümumilikdə 3344,71 manat (2834,50 manat + 510,21 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

16. 06/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 51309,40 manat dəyərində aktda göstərilən (1) Bikrost TPP işçiliyi 5350 m2 – qiyməti 1 manat, miqdarı 5350 olmaqla, 5350 manat; 2) Daş yunu Texnofas – qiyməti 8,2 manat, miqdarı 1810,56 olmaqla, 14846,59 manat; 3) Texnonikol Carbon EKO – qiyməti 7,6782 manat, miqdarı 1137,76 olmaqla, 8735,95 manat; 4) Bikrost TPP – qiyməti 2,6 manat, miqdarı 5350 olmaqla, 13910 manat; 5) Praymer AquaMast 18 L – qiyməti 16 manat, miqdarı 40 olmaqla, 640 manat, ümumilikdə 51309,40 manat (43482,54 manat + 7826,86 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

17. 07/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 21739,85 manat dəyərində aktda göstərilən (1) Geatekstil – qiyməti 1,2 manat, miqdarı 2000 olmaqla, 2400 manat; 2) Praymer AquaMast 18 L – qiyməti 1,94 manat, miqdarı 540 olmaqla, 1047,60 manat; 3) Bikrost TPP – qiyməti 2,6 manat, miqdarı 5760 olmaqla, 14976 manat, ümumilikdə 21739,85 manat (18423,60 manat + 3316,25 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

18. 08/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 12744 manat dəyərində aktda göstərilən (1) Bikrost TPP – qiyməti 10 manat, miqdarı 576 olmaqla, 5760 manat; ümumilikdə 6796,80 manat (5760 manat + 1036,80 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

19. 09/Aves nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 12744 manat dəyərində aktda göstərilən (1) Ruberoidin vurulması – qiyməti 1 manat, miqdarı 3000 olmaqla, 3000 manat; 2) Unifleks EPP – qiyməti 3 manat, miqdarı 2600 olmaqla, 7800 manat, ümumilikdə 12744 manat (10800 manat + 1944 manat ƏDV 18%)) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

20. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 65572,12 (altmış beş min beş yüz yetmiş iki manat on iki qəpik) manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. "xxxx" KB ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2018-ci il tarixdə 37300 manat (ödənişin təyinatı: xx.xx.2018-ci il tarixli müqavilə hidroizal yasıya mal), xx.xx.2019cu il tarixdə 642,82 manat (ödənişin təyinatı: müqaviləyə əsasən texnoben standart E- VHF-HX 539142), xx.xx.2020-ci il tarixdə 23797,69 manat (ödənişin təyinatı: müqaviləyə əsasən və EBAG 192509 əsasən), xx.xx.2021-ci il tarixdə 30000 manat (ödənişin təyinatı: müqaviləyə əsasən borcdan bir hissə) məbləğində vəsait köçürülmüşdür.

22. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 470929 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 51309,40 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 619319 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21739,85 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 624408 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6796,80 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 923914 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12744 manat (ƏDV daxil) təşkil edir.

26. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

27. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

30. İddia tələbini cavabdehdən 65572,12 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

31. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 65572,12 manat (altmış beş min beş yüz yetmiş iki manat on iki qəpik) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, mübahisə üzrə məhkəməyə təqdim olunan 4 elektron qaimə üzrə ƏDV məbləğləri ödənilsə də, qaimələrdən biri üzrə əsas məbləğdən qismən ödəniş edilmiş, qalan 3 qaimə üzrə isə ödəniş olunmamışdır. Qalıq borc tərəflərin tərtib etdikləri üzləşmə aktında öz əksini tapmışdır.

32. Eləcə də, iddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

33. Məhkəmə hesab edir ki, mediasiya xərci olaraq ödənilmiş 400 (dörd yüz) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 65572,12 manat (altmış beş min beş yüz yetmiş iki manat on iki qəpik) borc və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 65972,12 manat (altmış beş min doqquz yüz yetmiş iki manat on iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar