Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6482/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “malların məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “malların məhv edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra-iddiaçı) cavabdeh ”Trendora” MMC-yə (bundan sonra-cavabdeh) qarşı “malların məhv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26-cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 400 (dörd) yüz manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasına xx.xx.2025ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26-cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 01 iyul 2025-ci il tarixindən 15 iyul 2025-ci il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 02 iyul 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış "xxxx" əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 04 iyul 2025-ci il tarixli müvafiq Akt tərtib edilmişdir. Hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "xxxx" əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi "xxxx" Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi "xxxx" Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi "xxxx" Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 11 iyul 2025-ci il tarixli №3-33-1100/150Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 11 iyul 2025-ci il tarixli №150Q saylı Bildirişinə əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 15 iyul 2025-ci il tarixindən 29 iyul 2025-ci il tarixinədək uzadılmışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 02 iyul 2025-ci il tarixli №138Q saylı Bildirişin, 11 iyul 2025-ci il tarixli №3-33-1100/150Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 11 iyul 2025-ci il tarixli №150Q saylı Bildirişin İddiaçı "xxxx" Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı "xxxx" Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını qəbul etdiklərini təsdiqləyir. Hüquq sahibi "xxxx" Şirkəti isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 15 iyul 2025-ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 11 iyul 2025-ci il tarixli №3-33-1100/150Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 29 iyul 2025-ci il tarixinədək uzadılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26- cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-622/2025 saylı 21 iyul 2025-ci il tarixli Qərardadı ilə hüquq sahibi "xxxx" Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 15 iyul 2025-ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 11 iyul 2025-ci il tarixli №3-33-1100/150Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 29 iyul 2025-ci il tarixinədək uzadılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26-cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə 21 avqust 2025-ci il tarixinədək həbs qoyulmuşdur. Qeyd etmək istəyirik ki, hüquq sahibi "xxxx" Şirkətinə məxsus "xxxx" və “Lexus” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair "xxxx" Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Şirkətinin Əmtəə Nişanlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" Şirkətinə məxsus "xxxx", “Lexus” və digər beynəlxalq əmtəə nişanlarının Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024- cü il və xx.xx.2025-ci il tarixli müvafiq Sərəncamları bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin (“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması”) tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə tənzimlənir. Gömrük Məcəlləsinin 287.1-ci maddəsinin (“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri”) tələblərinə əsasən, “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər”. Gömrük Məcəlləsinin 285-ci maddəsinin tələblərinə əsasən, Gömrük orqanları buraxılışının dayandırılması haqqında Qərar qəbul edilmış malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab olunur və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir. Gömrük orqanlarının icazəsi ilə ərizəçi və bəyannaməçi, yaxud onların nümayəndələri buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və nümunələr götürə, onların tədqiqatını apara bilərlər. Gömrük Məcəlləsinin 286-ci maddəsinin tələblərinə əsasən, “Gömrük orqanı buraxılışın dayandırılması barədə bildirişi ərizəçiyə təqdim etdikdən sonra bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində ərizəçinin iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə gömrük orqanlarına məlumat daxil olmadıqda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir. Gömrük Məcəlləsinin 286.1-ci maddəsində nəzərdə tutulan işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddətdə mahiyyəti üzrə baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir. Malların pirat və ya kontrafakt olduğu müəyyən edildikdə, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.” Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci maddəsinin müvafiq müddəasına əsasən, əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 25-ci maddəsinin müvafiq müddəalarına əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 26-cı maddəsinin müvafiq müddəalarına əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinin müvafiq müddəalarına əsasən, bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 33-cü maddəsinin müvafiq müddəalarına əsasən, bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. Həmin Qanunun 34-cü maddəsinin müvafiq müddəalarına əsasən, əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən, hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən hüquq pozuntusunun obyekti olan malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər. Hüquq sahibi, kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 1000 (bir min manatdan) 50000 (əlli min manatadək) məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər. Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əqli mülkiyyət hüquqlarının pozulmasına dair mülki işlərlə əlaqədar sübutların tələb olunması və təmin edilməsi üçün tədbirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. Həmçinin, “Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi ilə əlaqədar görülən tədbirlər 2001-ci il sentyabrın 28-də Moskva şəhərində qəbul olunmuş və “Beynəlxalq Müqavilə” kimi Azərbaycan Respublikasının 12 fevral 2002-ci il tarixli, №259-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarında da müfəssəl qeyd olunmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz itisfadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, "xxxx" və “LEXUS” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal "xxxx" və “Lexus” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində "xxxx" və “Lexus” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxslər əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquq sahibi - "xxxx" Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Müvafiq Sığorta Sertifikatı bu İddia Ərizəsinə əlavə olunur. Həmin halları nəzərə alaraq, hesab edirik ki, "xxxx" əmtəə nişanlarından qeyri qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Cavabdeh MMC hüquq sahibi - "xxxx" Şirkətinin əqli mülkiyyət hüquqlarını pozur, "xxxx" Şirkətinə həmçinin, "xxxx" Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal "xxxx" məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, hüquq sahibi - "xxxx" Şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən İddiaçının (hüquq sahibi - "xxxx" Şirkətinin) iddiası təmin edilsə, yəni Cavabdeh MMC-nin idxal etdiyi "xxxx" əmtəə nişanlı kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilsə, həmin kontrafakt malların tədavülə buraxılmasının, ticarət şəbəkələrinə daxil edilməsinin, digər şəxslərə satılmasının və müxtəlif üsullarla yayılmasının qarşısı alınacaq və nəticə etibarı ilə bununla İddiaçının (hüquq sahibi - "xxxx" Şirkətinin) qanunla tanınan və qorunan müstəsna əqli mülkiyyət hüquqlarının məhdudlaşdırılması və pozulmasının qarşısı alınacaqdır və həmin hüquqları təmin ediləcəkdir. Lakin əks halda isə, məhkəmə tərəfindən iddiaçının iddiası təmin edilməsə, yəni Cavabdeh MMC-nin idxal etdiyi "xxxx" əmtəə nişanlı kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsə, həmin kontrafakt malların tədavülə buraxılmasına, ticarət şəbəkələrinə daxil edilməsinə, digər şəxslərə satılmasına və müxtəlif üsullarla yayılmasına şərait yaradılacaq və nəticə etibari ilə bununla İddiaçının qanunla tanınan və qorunan müstəsna əqli mülkiyyət hüquqları məhdudlaşdırılacaq və pozulacaqdır və həmin pozulmuş hüquqların bərpa edilməsi mümkün olmayacaqdır. İddiaçının iddia tələbinin kifayət qədər əsaslılığına dair müvafiq sübutları bu İddia Ərizəsinə əlavə olunur. Həmçinin iddiaçı müvəqqəti təminat tədbirinin görülməsi üçün məhkəməyə 10 (on) manat və hüquqi xidmətin göstərilməsi üçün müvafiq müqaviləyə əsasən 400 (dörd) yüz manat məbləğində xərc çəkilmişdir ki, həmin vəsaitlərin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini uyğun hesab edirik.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3- 33/3-2-000056/2024 nömrəli Sərəncamına görə “İddiaçı” şirkətinə məxsus "xxxx" və “Lexus” nömrəli beynəlxalq əmtəə nişanları adları altında olan malların xx.xx.2025-ci il tarixinədək reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur.
8. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitorunun online məlumat bazasına əsasən Toyota” və “Lexus” əmtəə nişanları xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
9. Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” 01 iyul 2025-ci il tarixli, 3-33-1100/138Q saylı Qərarına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş. "xxxx" əmtəə nişanlı avtomobilin ehtiyat hissələrinin buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır
10. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verilmiş 138Q saylı bildirişə əsasən, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1100/138Q nömrəli qərarına əsasən XİFMN üzrə malın adı və kodu TOYOTA əmtəə nişanlı yağ filterinin (8421 23 000 9) 01.07 2025-cı il tarixindən xx.xx.2025-ci il tarixinədək buraxılışı dayandırılmışdır.
11. Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” 11 iyul 2025-ci il tarixli, 3-33-1100/150Q saylı Qərarına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı avtomobilin ehtiyat hissələrinin buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır.
12. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” olan 150Q saylı bildirişə əsasən, Bakı Baş Gömrük İdarəsinin 01 07 2025-ci il tarixli 3-33-1100/150Q nömrəli qərarına əsasən XİFMN üzrə malın adı və kodu TOYOTA əmtəə nişanlı yağ filterinin (8421 23 000 9) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək buraxılışı dayandırılmışdır.
13. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
15. Həmin Qanunun 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
16. Həmin Qanunun 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
17. Həmin Qanunun 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
18. Həmin Qanunun 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
19. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
20. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
21. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyriqanuni təchiz olunan maldır.
22. Həmin Qanunun 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
23. Həmin Qanunun 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
24. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
25. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
26. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; 32.
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
27. Konvensiyanın 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bis maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd edilmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26-cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
30. Bundan başqa iddia ərizəsində 400 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, 2210 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Presedent” Vəkil Bürosunun hesabına 400 manat məbləğində ödəniş edilmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə görə müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, müvəqqəti təminat tədbiri barədə ərizə verilərkən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 01 iyul 2025-ci il tarixli, №3-33-1100/138Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli N25-0501 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 92Aİ533/92Aİ534 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********8556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 26-cı mal mövqeyində 3000 ədəd yağ filterləri (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Cavabdeh MMC-dən 10 manat dövlət rüsumu, 400 manat hüquqi yardıma görə xərc, ümumilikdə 410 (dörd yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova