Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-655/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “pulun tutulması və s.” tələbi üzrə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi Heydərova Mülayim Akif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “pulun tutulması və s.” tələbi üzrə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Saytın hazırlanması haqqında" 17 noyabr 2021-ci il tarixli müqavilənin ləğvi və (10.125 + 1822,50) 11.947,50 manatın və 2.000 manat dəbbə pulunun Cavabdeh MMC-dən alaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia onunla əsaslandırılmışdır ki, Sifarişçi qismində İddiaçı, icraçı qismində cavabdeh "Saytın hazırlanması haqqında" ümumilikdə 20.250 manat, ƏDV ilə birgə cəmi 23.895 manat dəyərli 17 noyabr 2021-ci il tarixli müqavilə bağlayaraq İddiaçı www.khazar.org saytının hazırlanması barədə razılığa gəlmişdir. 2. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq saytın dizaynını hazırlayır və saytın hazırlanması ilə bağlı digər işləri görür, görülən işləri vaxtında sifarişçiyə müvafiq aktlarla təhvil verməyi öhdəsinə götürür. 3. Müqavilənin 2.2.3 və 2.2.4cü bəndlərinə əsasən sifarişçi görülmüş işləri müvafiq aktlarla qəbul edir, yerinə yetirilmiş işlərin dəyərini vaxtında və tam ödəyir. 4. Müqavilənin 3.1.3-cü bəndinə görə icraçı müqavilədə müəyyən edilmiş müddət ərzində işləri yüksək keyfiyyətlə görməyi öhdəsinə götürmüşdür. 5. Müqavilənin 3.3.2-ci bəndinə görə icraçı ilkin ödəniş ödənildikdən beş ay sonra işlərin son nəticələrini sifarişçiyə təqdim etməli idi. 6. Müqavilənin 4.2-ci bəndinə görə hazırkı müqavilənin 4.1-ci bəndindəki məbləğ (23.895 manat) 2 mərhələ olaraq müqavilə imzalandıqdan sonra 5 gün ərzində avans olaraq ödənilməlidir. Müqavilə imzalandığı gün təhvil-təslim imzalandığı gün ilkin mərhələ üzrə 50% ilikn ödəniş qismində, təhvil-təslim imzalandığı gün yekun mərhələ üzrə 50% yekun ödəniş qismində.
7. İddiaçı sifarişçi kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, xx.xx.2021-ci il tarixli, 1108 nömrəli Ödəniş tapşırığı ilə 10.125 manat, həmin tarixli, 1109 nömrəli ödəniş tapşırığı ilə isə 1822,50 manat cavabdehin hesabına ödəniş etmişdir. 8. Buna baxmayaraq cavabdeh müqavilənin 3.3.2-ci bəndinin tələbini pozaraq sifarişçinin ilkin ödənişindən sonrakı 5 ay ərzində nəinki işlərin son nəticələrini təhvil verməmiş, habelə qismən gördüyü işlər də xeyli qüsurlu olmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq gördüyü işlərlə bağlı sifarişçinin qeyd etdiyiciddi nöqsanlarıaradan qaldırmamışdır. 9. Universitet sifarişçi olaraq müqavilə üzrə üzərinə düşən bütün vəzifələri, o cümlədən müqavilənin 3.2.1-3.2.3cü bəndlərində göstərilən vəzifələri yerinə yetirsə də, cavabdeh adıçəkilən müqavilədə (3.1.3-cü bəndi) müəyyən edilmiş müddət ərzində yüksək keyfiyyətlə işləri görmək öhdəliyini, habelə 3.3.2-ci bəndinə görə ilkin ödəniş ödənildikdən beş ay sonra işlərin son nəticələrini sifarişçi kimi bizə təqdim etmək öhdəliyini pozmuşdur. Belə ki, müqavilənin bağlanmasından və ilkin məbləğin cavabdehə ödənilməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq bu vaxta qədər işlərin yekun nəticəsini bizə təqdim edilməmiş və yekun təhvil-təslim aktı imzalanmamışdır. 10. Daha sonra, saytın hazırlanmasında cavabdehin yol verdiyi çatışmamazılıqlar və ciddi qüsurlar dəfələrlə nümayəndəsinə təqdim edilsə də, hər hansı tədbir görülməmiş və tələblərimiz icrasız qalmışdır. 11. Nəticədə müqavilə üzrə sifarişçi Universitetə zərər dəymişdir. Belə ki, hazırda universitet özünə məxsus saytı istədiyi formada yenidən hazırlatmaq üçün başqa mütəxəsis müəsisəyə sifariş vermək məcburiyyətindədir. Bu isə o deməkdir ki, saytın hazırlanması üçün yeni müqavilə bağlanmalı və icraçıya müvafiq məbləğ ödənilməlidir. Bu halda cavabdeh ilkin olaraq ona ödənilən məbləği qaytarmalıdır ki, dəymiş zərəri aradan qaldıraq. 12. Beləliklə, aramızdakı 17 noyabr 2021-ci il tarixli müqavilə cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və nəticədə bizə zərər dəydiyindən digər tərəf olaraq müqaviləni ləğv etdik. 13. Müqavilənin 5.3-cü bəndinə uyğun olaraq ləğv etmə barədə 28 avqust 2024-cü il tarixdə poct vasitəsilə yerləşdiyi ünvana və email ünvanına göndərilməklə cavabdehə rəsmi bildiriş vermişik. Lakin cavabdeh bununla bağlı hər hansı hərəkət etməmiş və ya tərəfimizdən müqavilənin xitam edilməsinə hər hansı reaksiya verməmişdir. 14. Hazırda cavabdehlə aramızdakı müqavilə bizim tərəfimizdən ləğv edilsə də, o, hərəkətsiz olduğundan müqavilənin ləğvini, eyni zamanda müqavilədə göstərilməsə də, tərəfimizdən ona ödənilmiş pulun qanuna uyğun olaraq geri qaytarılmasını tələb edirik.
3. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi üzrə Məhkəməyə müraciət edərək, İlkin iddia üzrə iddiaçı “Xəzər” Universitetinin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı iddiası rədd olunması və ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “Xəzər” Universitetinə qarşı qarşılıqlı iddiasının təmin edilməsi, 17 noyabr 2021-ci il tarixli müqavilədə nəzərdə tutulan işlərin icraçı Cavabdeh MMC tərəfindən görülmüş hesab edilməsi, sözügedən müqaviləyə əsasən icraçı Cavabdeh MMC-yə ödənilməli olan ƏDV daxil 23.895 manat məbləğin ödənilməyən, yerdə qalan hissəsi olan 11.947,50 manat məbləğinin sifarişçi “Xəzər” Universitetindən tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və 17 noyabr 2021-ci il tarixli müqaviləyə (3.2.4-cü bəndinə) əsasən “icraçı tərəfindən görülmüş işlərin qəbulunu həyata keçirmək” borcunu (vəzifəsini) daşıyan qarşılıqlı iddia üzrə cavabdeh “Xəzər” Universitetinin (sifarişçinin) üzərinə həmin vəzifənin icra edilməsi öhdəliyinin qoyulması və müqavilə üzrə tərəflərin öhdəliyinə xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 125,84 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 17 noyabr 2021-ci il tarixli müqavilədə nəzərdə tutulan işlərin icraçı Cavabdeh MMC tərəfindən görülmüş hesab edilməsi ilə bağlı qeyd edirik ki, iş materiallarında olan sənədlərdən (e-mail yazışmalarından) də görünür ki, icraçı Cavabdeh MMCmüqavilə üzrə öhdəliyini icra etmiş və müqavilədə nəzərdə tutulan işlər icraçı tərəfindən görülmüşdür. Belə ki, yuxarıda da qeyd edildiyi kimi icraçı sifarişçi ilə razılaşdırılmış müddət ərzində işlərin görülməsi ilə əlaqədar sifarişçinin layihəsi üzrə işçi qrupunu yaratmaqla sifarişçinin səlahiyyətli şəxsləri ilə danışıqlar aparmış, sayta dair tələbləri və təklifləri aydınlaşdırmış, müqavilənin şərtlərinə uyğun olaraq saytın dizaynını hazırlamış və sifarişçiyə təhvil vermiş (sifarişçi icraçı tərəfindən hazırlanmış dizaynı qəbul etmiş) və saytın hazırlanması ilə bağlı digər işləri (mobil adaptasiya, saytın ön və arxa hissələrinin kodlaşdırılması və CMS işlərini) yüksək keyfiyyətdə görmüş, sifarişçiyə vaxtlı-vaxtında işlərin nəticələrini təqdim etmiş, işlərin gedişatı barədə və görülən işlər barəsində vaxtında sifarişçiyə məlumat vermişdir. Lakin sifarişçi isə uzun müddət təxminən 3 ilə yaxın müddətdə icraçı tərəfindən işlərin təhvil verilməsi üçün şərait yaratmamış yəni, işlərin görülməsi üçün zəruri və ətraflı məlumatlar (contentlər) təqdim edilməməklə yanaşı, saytda qüsur, nöqsan, çatışmazlıqlar olmadığı halda (ən azından sifarişçinin bununla bağlı hər hansı iradı olmamışdır) müqavilədə nəzərdə tutulmasa da belə öz istək və tələblərini icraçıya bildirməklə saytda müxtəlif dəyişikliklər barədə icraçı ilə uzun müddət yazışmalar aparmış, görülmüş işləri müvafiq Aktlarla nə qəbul etməmiş nə də ki, vaxtlı-vaxtında və Müqavilə ilə nəzərdə tutulan müddət çərçivəsində İcraçı tərəfindən görülmüş işlərin haqqını tam həcmdə ödəməmiş və təxminən 2024-cü ilin avqust ayında icraçı ilə son yazışmadan sonra saytdakı hər hansı nöqsanların, qüsurların və çatışmazlıqların mövcudluğu barədə heç bir məlumat və irad bildirilmədən, müqaviləyə xitam verilməsi barədə bildiriş göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianın məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə4 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunmalıdır.
10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddialar paralel araşdırılmalıdır.
11. İş materiallarından görünür ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2021-ci il tarixli saytın hazırlanması haqqında müqavilə bağlanmışdır.
12. Qeyd edilmiş müqavilənin 2.1-ci bəndindən görünür ki, icraçı sifarişçi üçün saytı hazırlayarkən sifarişçi ilə müqavilənin müddəalarını razılaşdırır və işlərin görülməsi ilə əlaqədar sifarişçinin səlahiyyətli şəxsləri ilə danışıqlar aparır, sayta dair tələbləri və təklifləri aydınlaşdırır, hazırki müqavilənin şərtlərinə uyğun olaraq saytın dizaynını hazırlayır və saytın hazırlanması ilə bağlı digər işləri görür, görülən işləri vaxtında sifarişçiyə müvafiq aklarla təhvil verməyi öhdəsinə götürür.
13. Müqavilənin 1-ci bəndinə əsasə saytın adı www.khazar.org olaraq razılaşdırılmışdır.
14. Müqavilənin 2.2.4-cü bəndinə əsasən yerinə yetirilmiş işlərin dəyərini vaxtında və tam ödəmək sifarişçinin öhdəliyi kimi müəyyən olunmuşdur.
15. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi görülən işlər üzrə icraçıya 23895 manat ödəyir. Məbləğə ƏDV daxildir.
16. Müqavilənin 4.2-ci bəndində göstərilən məbləğ 2 mərhələ olaraq müqavilə imzalandıqdan sonra 5 gün ərzində avans olaraq ödənilməlidir: müqavilə imzalandığı gün ilkin mərhələ üzrə 50% ilkin ödəniş qismində; təhvil-təslim imzalandığı gün yekun mərhələ üzrə 50% yekun ödəniş qismində.
17. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və hazırki iş üzrə mübahisə tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.
19. Belə ki, ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh hazırda İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən icra edilmədiyindən müqavilənin ləğv edilməsini və tərəfindən ödənilmiş 11.947,50 manat məbləğin geri qaytarılmasını tələb edir.
20. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh MMC müqavilənin şərtlərinə uyğun olaraq saytın dizaynını hazırladığını və sifarişçiyə təhvil verdiyini, işlərin gedişatı barədə və görülən işlər barəsində vaxtında sifarişçiyə məlumat verdiyini, lakin sifarişçi isə uzun müddət təxminən 3 ilə yaxın müddətdə icraçı tərəfindən işlərin təhvil verilməsi üçün şərait yaratmadığını, yəni, işlərin görülməsi üçün zəruri və ətraflı məlumatlar (contentlər) təqdim etməməklə yanaşı, saytda qüsur, nöqsan, çatışmazlıqlar olmadığı halda (ən azından sifarişçinin bununla bağlı hər hansı iradı olmamışdır) müqavilədə nəzərdə tutulmasa da belə öz istək və tələblərini icraçıya bildirməklə saytda müxtəlif dəyişikliklər barədə icraçı ilə uzun müddət yazışmalar apardığını, İcraçı tərəfindən görülmüş işlərin haqqını tam həcmdə ödəmədiyini bildirərək, müqavilə üzrə ödənilməyən qalıq 11.947,5 manat məbləğində pulun ödənilməsini və görülmüş işlərin İddiaçı tərəfindən qəbul edilməsini tələb edir.
21. İşin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, İddiaçı tərəfindən Ji Studio MMC-yə ilkin ödəniş olaraq 11.947,50 manat məbləğində ödəniş olmuşdur.
22. Məhkəmə tərəflər arasında görülmüş işlərin həcmi və dəyəri ilə bağlı mübahisə olmasını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə məhkəmə- kompüter-texniki ekspertizası təyin edilməli və ekspert qarşısında - www.khazar.jis.az saytı xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə uyğun hazırlanmışdırmı? 2. Hazırlanmış saytda hər hansı bir qüsurlar mövcuddurmu? 3. Əgər qüsurlar mövcuddursa, hansı qüsurlardır və aradan qaldırılması xərci nə qədər təşkil edir? sualları qoyulmalıdır.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində “https://khazar.jis.az/” link üzərində xx.xx.2021-ci il tarixli müqavilə şərtləri əsasında yaradılmış sayt müəyyən edilsə də, həmin sayt və saytın admin panelində rəydə qeyd olunan müəyyən çatışmamazlıqlar olunmuşdur.
24. Məhkəmə iclasında rəydə qeyd olunan çatışmazlıqlar hər iki tərəfin nümayəndəsi ilə müzakirə olunmuş, Cavabdeh MMC-nin nümayəndəsi çatışmaqlıqların əksər hissəsinin “kontent”lə bağlı olduğunu, həmin kontentin də, İddiaçı tərəfindən onlara bildirilməli olduğunu, ancaq bildirilmədiyini, digər qüsurların isə test rejimində olduğundan qeyd edilmiş halların bir həftə-10 günə tam aradan qaldıra biləcəyini bildirmiş, İddiaçı nümayəndəsi də, qüsurların əksər hissəsinin “kontent”lə bağlı olduğunu, həmin kontentin də, İddiaçı tərəfindən onlara bildirilməli olduğunu, ancaq bildirilmədiyini, qeyd edilmiş halların bir həftə-10 günə tam aradan qaldıra biləcəyini təsdiq etmişdir.
25. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öz üzərinə düşən işləri icra etmişdir. İddiaçı isə, saytın kontenti ilə bağlı məlumatları qarşı tərəfə təqdim etməmiş, sayt hazır olduqdan sonra onu qəbul etməmiş və sayt yenə də, test rejimində qalmışdır.
26. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı ona təqdim edilən sayt layihəsi ilə bağlı çatışmazlıqların icra edilməsinin Cavabdeh MMC-dən tələb etməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
27. Bu xüsusda qeyd edilməlidir ki, sifarişçinin bu növ hərəkətləri mülki dövriyyənin sabitliyi baxımından neqativ təcrübə yarada bilər. Belə ki, podratçı tərəf müəyyən işləri gördükdən sonra, xırda qüsurlar bəhanəsi ilə, sifarişçinin müqaviləni ləğv edərək, ödənişdən yayınmaq halları digər tərəfin sahibkarlıq fəaliyyətinin iflic edilməsi və sahibkarlar arasında etimadsızlığın yaranması ilə nəticələ bilər.
28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməli, xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş işlərin icrası Ji Studio MMC tərəfindən görülmüş hesab edilməli, görülmüş işlərin qəbul edilməsi öhdəliyi İddiaçı üzərinə qoyulmalı, 11.947,5 manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
29. Bundan başqa dövlət rüsumunun əvəzi olaraq 125,84 manat məbləğində pul da İddiaçındən tutularaq Cavabdeh MMC-yə ödənilsin
30. Beləliklə, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş işlərin icrası Ji Studio MMC tərəfindən görülmüş hesab edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11.947 (on bir min doqquz yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində pul İddiaçındən tutularaq Cavabdeh MMC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən görülmüş işlərin qəbul edilməsi öhdəliyi İddiaçı üzərinə qoyulsun və xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat 84 (səksən dörd) qəpik məbləğində pul İddiaçındən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov