Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6596/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 325,17 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 10%, endirimləri təqdim edən obyektləri kimi isə P1157082 İD nömrəli terminal vasitəsilə ünvan 1 ünvanda qəbul ediləcək ödənişlər göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcun yaranma səbəbləri bunlardır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri X4 məkanında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 10% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixinə Banka olan borcu 325,17 AZN-dir. Qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 325,17 manat pul tutulmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6596/2025 saylı qərardadı ilə iddiaçı Rabitəbank” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, müqavilə predmetinin endirim kompaniyası təşkil etmişdir, banka məxsus kartla ödəniş etdikdə 10 faiz endirim olunur, restorana bu məqsədlə istifadəyə terminal verilmişdir. Endirim məbləğinin yarısını bank, digər yarısını isə restoran qarşılamalı idi, bank məbləği müştərinin kartına köçürmüşdür, ancaq cavabdeh öz üzəriə düşən hissə ilə bağlı ödənişləri qaytarmamışdır. İddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirdi ki, bank tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən hesab üzrə əməliyyatlara dair çıxarışdan görünür ki, məbləğ 339,38 manat təşkil etmişdir. Lakin bank ödənişlər olduğundan hazır 325,17 manat tələb edir.
6. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli,MD-CB 135 saylı endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilənin: 2.1-ci bəndində əsasən müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. 3.2-ci bəndinə əsasən bank təşkilatçıdan alıdığı endirim faizini bankın müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablayır. Hesablanmış virtual ballar yalnız bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.)və müddətdə istifadə oluna bilər. Bankı müəyyən etdiyi dövr ərzində istifadə edilməyən virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır. 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. 3.5-ci bəndinə əsasən Təşkilatçı öz müəssisələrində Banka aid Tanıtım Materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə Tanıtım Materiallarının vəziyyəti və yeri ilə tanış olmaq üçün Təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı Tanıtım materiallarını yalnız bu Müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı Bankın razılığı olmadan Bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığını bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalnız Müqavilə qüvvədə olduğu müddət ərzində Tanıtım materiallarından istifadə edə bilər və Müqaviləyə xitam verildikdən sonra dərhal, habelə Bankın tələb etdiyi halda Müqaviləyə xitam verilənədək Tanıtım materiallarını tam olaraq Banka geri qaytarmalıdır; 3.6-cı bəndinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. 4.1-ci bəndinə əsasən bankın hüquq və vəzifələri: 4.1.3-cü bəndinə əsasən tşkilatçıdan vəzifələrinin icrasını tələb etmək; 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək. 4.2-ci bəndinə əsasən təşkilatçının vəzifələri: 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif etmək. 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək .
9. “Endirim kampaniyasında iştirak edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 10%, endirimləri təqdim edən obyektləri kimi isə P1157082 İD nömrəli terminal vasitəsilə ünvan 1 ünvanda qəbul ediləcək ödənişlər göstərilmişdir.
10. “Endirim kampaniyasında iştirak edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Müqavilənin 2 saylı Əlavəsi olan bank kartlarının sahiblərinə xidmətlərin göstərilməsi zamanı endirimlərin təqdim edilməsi qaydalarının: 1.1-ci bəndinə əsasən təşkilatçı müştərilərə xidmət göstərən bütün işçilərini aşağıdakılar haqqında məlumatlandırır: -Bu qaydalar haqqında; -Endirimli mallar və xidmətlər, endirim miqdarı (faizlə) və s. məlumatlar haqqında; -Bankın hesablaşma kartının nümunəsi haqqında. 1.3-cü bəndinə təşkilatçı reklam xarakterli tanıtım materialların yerləşdirilməsinə nəzarət edir.
11. Cavabdeh məxsus xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən hesab üzrə əməliyyatlara əsasən cəmi cashback əməliyyatları 339,38 manat təşkil etmişdir.
12. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli RB-02/1559 saylı arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli MD-CB 135 N-li “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqaviləyə əsasən AZ28RBTA******************** saylı hesabı üzrə borc aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Qazmaq Restoranında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 10% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. Cavabdeh (VÖEN: **********) xx.xx.2025-cl il tarixinə Banka olan borcu 325,17 AZN-dir.
13. 01.08.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli MD-CB 135 nömrəli xidmət müqaviləsinə (endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə) əsasən, iddiaçı cavabdehdən aldığı endirim faizini özünün müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablamağı, cavabdeh öz müəssisələrində iddiaçıya aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini, müştərilər tərəfindən cavabdehin müəssisələrində xidmətin tam dəyəri iddiaçının plastik kartları ilə pos-terminallar vasitəsilə ödənildiyi hallarda endirim faizi nisbətində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 01 saylı əlavə ilə endirim miqdarı 10 faiz olaraq müəyyən edilmiş, obyekt Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala ev 124 olaraq razılaşdırılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2021-xx.xx.2022-ci tarixədək iddiaçıya məxsus kartlarla cavabdehin obyektində aparılmış əməliyyat üzrə ayrı-ayrı müştərilərə ümumilikdə 339,8 manat endirim tətbiq edilmişdir.
18. İddiaçı hazırda müştərilərə tətbiq edilmiş endirim faizi nisbətində 325,17 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
19. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra etməməsini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 325.17 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
22. İddiaçı tələbində eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir, iddiaçı həmin ödənişi təsdiq edən sənəd iş materiallarına əlavə etmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 325.17 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov