Məhkəmə qərarları › İş №e-2-2(113)-662/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-662/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-662/2024 06.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin (“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “X11 Kompleksi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi, “tələb hüququnun ötürülməsi” barədə müqavilə və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı, İddiaçının və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin (“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “X11 Kompleksi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC-nin (“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “X11 Kompleksi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsinin icrası nəticəsində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının İddiaçı MMC-yə yaranmış 3.007.733,33 manat artıq ödəməsindən “X11 Kompleksi” MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi barədə” müqaviləsinin icrası təmin edilərək 562.356,5 manat məbləğinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı ilə “X11 Kompleksi” MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsinə və 2.445.376,83 manat məbləğindəki İddiaçı MMC-nin qalıq artıq ödəməsinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 1894 manat dövlət rüsumunun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “X11 Kompleksi” MMC ilə İddiaçı MMC arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhviltəslim edilməsinə dair akta əsasən ”X11 Kompleksi” MMC İddiaçı MMC-yə 2.550.000 manat məbləğində borc vermişdir. Həmin borc hesabına İddiaçı MMC-yə məxsus qeyriyaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına “X11 Kompleksi” MMC-nin borcu qaytarılmalı idi. 2017-ci ildə İddiaçı MMC-nin "xxxx"ASC qarşısında 76885794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus “problemli aktivlər” (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakı Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının balansına keçirilmişdir. Faktiki olaraq İddiaçı MMC 3.007.733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın İddiaçı MMC qarşısında öhdəliyi mövcuddur. Bu öhdəlik əslində İddiaçı MMC-nin “X11 Kompleksi” MMC qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə mövcud olan ******* manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə “X11 Kompleksi” MMC-nin maliyyə çətinliyi olduğundan Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından 456494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq İddiaçı MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına artıq ödəməsi olan 3007733,33 manat həmin kredit müqaviləsi üzrə 456494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. “X11 Kompleksi” MMC və İddiaçı MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqaviləyə əsasən İddiaçı MMC-nin 3007733,33 manat dəyərində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan artıq ödəməsindən 562356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində “X11 Kompleksi” MMC-yə keçirilməsi qərarlaşdırılmış və bu barədə Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına rəsmi məktublar göndərilmişdir. Məktuba cavab olaraq göstərilmişdir ki, sözügedən 3007733,33 manatdan bir hissəsi guya İddiaçı MMC-nin güzəşt müqaviləsinə əsasən digər şirkətlərə keçirilmiş və İddiaçı MMC-yə artıq ödəmə qalmamışdır. İddiaçı MMC faktiki olaraq “X11 Kompleksi” MMC-yə olan borcunu təsdiq etmiş və “tələb hüququnun ötürülməsi” barədə müqavilə müvafiq qaydada Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təqdim edilsə də, məlum olmayan səbəblərdən “tələb hüququnun ötürülməsi” barədə müqavilə icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655 və 881-ci maddələrinə əsasən borc öhdəliyinin güzəşt edilməsi nəzərdə tutulur. Bu tam qanuni əsaslarla həyata keçirilir. 562356,5 manat tələb hüququnun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq “X11 Kompleksi” MMC-yə ödənilməsi və 2445.376,83 manat dəyərindəki qalıq artıq ödəmənin isə İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Yaranmış mübahisə ilə əlaqədar İddiaçı MMC tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatınaqanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt xidməti vasitəsilə müvafiq yazılı bildiriş (mediasiyaya dəvət məktubu) göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Sözügedən mübahisə üzrə mediator X4 tərəfindən MŞB/3/2023-01145 saylı, xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı MMC tərəfindən 400 manat mediasiya xərci mediasiya təşkilatının hesabına ödənilmişdir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh QSC-yə xx.xx.2020-ci il tarixdə PR-x/20 saylı məktubla müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında öz borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1418470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X12 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ("xxxx" ASC) qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etdiklərini bildirmişlər.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun olaraq çıxış edərək, iddia tələbinin tamamilə qanunsuz və əsassız olduğu üçün rədd olunmasını xahiş etdi.

6. İddiaçıya və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən borcalana 2.550.000 manat məbləğində borc verilmiş və borc alan müqavilə şərtləri əsasında xx.xx.2023-cü il tarixədək hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür.

10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)- 1098/2017 saylı qətnaməsi ilə Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı MMC-yə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” barədə iddia tələbi qismən təmin edilmiş və İddiaçı MMC-tən 40.000.000 manat əsas borc, 36.885.794,54 manat faiz borcu olmaqla cəmi 76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 məbləğində kredit borcunun tutularaq ödənilməsi, borc tələbinin mülkiyyətində olan 82 müxtəlif adda əmlaklarınin qiymətləri müəyyən edilməklə yönəldilmiş, əmlaklar üzərinə mülkiyyət hüququna xitam verilməsi və Cavabdeh QSC BOKT-un həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş və qətnamə icra olunması üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal, Xətai və Abşeron Rayon İcra və Probasiya və Şöbələrinə göndərilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyaının xx.xx.2019-cu il tarixli, 2-2(103)-788/2019 saylı qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı inzibati-iqtisadı Məhkəməsinin 2-2(82)-1098/17 saylı, 22 dekabr 2017-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilmiş və iddia tələbi borc tələbinin üçüncü şəxs X2 qanuni istifadəsi və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7- ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 21, biok 84-də yerləşən 228,7 kv.m qeyd edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində və "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının üçüncü şəxs X2 qanuni istifadəsi və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7- ci km, “Abşeron Gənclər şəhərciyi" yaşayış kompleksi, bina 21, blok 84-də yerləşən 228,7 kv.m qeyd edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi iaarəsinə həvalə edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır.

13. Cavabdeh QSC BOKT-un Bakı şəhəri Yasmal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 3-11/2821 saylı məktubunda 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsinin icrası ilə bağlı məhkəmə tərəfindən verilmiş icra sənədinin icra olundğu qeyd olunmuşdur.

14. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1098/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

15. İddiaçı MMC-nin Cavabdeh QSC-yə ünvanladığı PR-x/20 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1098/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cəmi 76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcunun həmin qətnamədə göstərilən daşınmaz əmlaklara (82 adda) yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilən əmlaklardan biri olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 227,3 kv.m olan qeyri-yaşayış sahəsinin (yarım zirzəmi) dəyəri 566.381,20 manat əvəzinə səhvən 1.154.939,23 manat kimi göstərilmişdir. Bu texniki səhvdir, həmin əmlakın dəyəri 566.381,20 manat kimi götürülməklə və həmin texniki səhv nəzərə alınmaqla qətnamədə göstərilən bütün əmlakların dəyəri 80.181.331.94 manat kimi qəbul edilməlidir. Həmin qətnamə icra olunduqdan sonra '‘Property İnvestments” MMC-nin qətnamə üzrə əmlakların verilməsi nəticəsində Cavabdeh QSC-yə müəyyən məbləğdə artıq ödəməsi yaranmışdır. Qətnamə icra olunduqdan sonra X6 həmin qətnamədən 569.869.69 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km. “ünvan 4 ünvanında yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hissədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1098/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi həmin əmlakla bağlı hissədə ləğv edilmiş və Cavabdeh QSC-nin iddiası həmin hissədə təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-72/2020 saylı qətnaməsi ilə X3 iddiası təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, "ünvan 4 ünvanında yerləşən 228.7 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh QSC-nın mülkiyyət hüququna aid qeydiyyatda və həmin əsasında verilmiş çıxarışda dəyişiklik edilərək Cavabdeh QSC-nin əvəzinə X3 qeyd edilməsi qət edilmişdir. Həmin qətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 4 ünvanında yerləşən 228.7 kv.m. olan qeyri-yaşayış sahəsinin X5 verilməli olduğu nəzərə alınaraq, hazırkı günə İddiaçı MMC-nin borcu üzrə artıq ödəmənin 2496522,24 olduğunu hesab edilimişdir. Bundan əlavə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178 2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSCnin “X12 Müəssisəsi" MMC-yə qarşı iddiası qismən təmin edilərək, “X12 Müəssisəsi" MMC-nin cəmi 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcunun cəmiyyətin təsisçisi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və Cavabdeh QSC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh QSC-nin yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsi müvafiq çıxarışa əsasən Cavabdeh QSC-nin mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı MMC-nin borcu üzrə yaranmış 2.496.522,24 manat məbləğində artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsini, “X12 Müəssisəsi” MMC-nin borcunun qarşılığında Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qaytarılmasını xahiş edilmişdir. Əlavə olaraq İddiaçı MMC-nin borcu üzrə yaranmış 2.496.522,24 manat məbləğində artıq ödəmə məhkəmə qətnaməsi ilə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən də imtina edildiyi bildirilmişdir.

16. “X12 Müəssisəsi” MMC-nin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 178/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin “X12 Müəssisəsi” MMC-yə qarşı iddiası qismən təmin edilərək, “X12 Müəssisəsi” MMC-nin cəmi 1418470,70 ABŞ dolları məbləğində kredit borcunun cəmiyyətin təsisçisi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və Cavabdeh QSC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh QSC-nin yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsi müvafiq çıxarışa əsasən Cavabdeh QSC-nin mülkiyyətinə verilmişdir. İddiaçı MMC 14 iyul 2020-ci il tarixli məktubla Cavabdeh QSC-yə müraciət edərək, öz borcu üzrə yaranmış 2.496.502,24 manat məbləğində artıq ödəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsini, “X12 Müəssisəsi” MMC-nin borcunun qarşılığında Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0.04 ha torpaq sahəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qaytarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, həmin artıq ödəmənin 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “X12 Müəssisəsi” MMC-nin 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsinə, həmin borcun əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə qaytarılmasına etiraz edilmədiyi bildirişmişdir.

17. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, 05-01/253 saylı məktubunda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin “X12 Müəssisəsi” MMC-yə qarşı iddiası qismən təmin edilərək, “X12 Müəssisəsi” MMC-nin cəmi 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcunun cəmiyyətin təsisçisi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və Cavabdeh QSC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh QSC-nin yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsi müvafiq çıxarışa əsasən Cavabdeh QSC-nin mülkiyyətinə verilmişdir. İddiaçı MMC 14 iyul 2020-ci il tarixli məktubla Cavabdeh QSC-yə müraciət edərək, öz borcu üzrə yaranmış 2.496.502,24 manat məbləğində artıq ödəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsini, “X12 Müəssisəsi” MMC-nin borcunun qarşılığında Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qaytarılmasını xahiş etmişdir.

18. İddiaçı MMC-nin “X11 Kompleksi” MMC-ə ünvanladığı xx.xx.2023-cü il tarixli, 011 saylı məktubunda qeyd olunmuşdur ki, 07 aprel 2023-cü il tarixdə MMC-nin tələbinə əsasən Ağstafa rayonunda 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə əsasən alınmış borcun bağlanması ilə bağlı tərəflərindən bir sıra təkliflər bildirilmişdir. MMC-dən əldə edilmiş borc vəsaiti hesabına müəssisənin əmlakları təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Daha sonra müəssisənin borclu olduğu digər kreditorlardan olan "xxxx" QSC tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək, müəssisədən 76 885 794,54 manat, 168806,15 ABŞ dolları, 427,73 avro məbləğində, ümumilikdə 77173598,61 manat kredit borcunun ödənilməsi ilə bağlı borcun müəssisənin əmlaklarına yönəldilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin xx.xx.2017-ci il tarixli 2-2(82)-l098/2017 saylı qərarı üzrə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakları "xxxx" QSC-nın balansına keçirilmişdir. Faktiki olaraq müəssisə 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın İddiaçı MMC qarşısında öhdəliyi mövcuddur. Sözügedən vəsaitin ******* manat hissəsinin "xxxx" QSC-dan tələb hüququnun müvafiq qanunvericiliyə əsasən nin “X11 Kompleksi” MMC-yə keçirilməsini və bununla da öhdəliyin tam bağlanması təklif edilmişdir.

19. İddiaçı MMC ilə “X11 Kompleksi” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən:

20. “Property”-nin 3007733,33 manat dəyərində "xxxx" QSC-yə olan artıq ödəməsindən 562365,5 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində “AASK”ya keçirilsin

21. “Property”-nin "xxxx" QSC-yə olan artıq ödəməsi 2445376,83 manat müəyyən edilsin.

22. İddiaçı MMC-nin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 015 saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" QSC tərəfindən 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinə müraciət edilərək, müəssisədən 76 885 794,54 manat, 168 806,15 ABŞ dolları, 427,73 avro məbləğində, ümumilikdə 77173 598,61 manat kredit borcunun ödənilməsi ilə bağlı borcun müəssisənin əmlaklarına yönəldilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qərarı ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80 188 331,94 manat olan 82 adda daşınmaz əmlakı "xxxx" QSC-nın balansına keçirilmişdir. Faktiki olaraq müəssisə 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın İddiaçı MMC qarşısında öhdəliyi mövcuddur. Həmçinin ‘‘X11 Kompleksi'’ MMC-nin Cavabdeh BOKT QSC qarşısında 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 562356,5 manat (456494,00 manat əsas, 105862,5 manat faiz) borcu mövcuddur. “X11 Kompleksi” MMC və İddiaçı MMC arasında bağlanmış “tələb hüququnun ötürülməsi” barədə razılaşmaya əsasən İddiaçı MMC-nin 3 007 733,33 manat dəyərində "xxxx" QSC-ya olan artıq ödəməsindən 562 356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində “X11 Kompleksi” MMC-yə keçirilməsi qərarlaşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-nin 3 007 733,33 manat dəyərində "xxxx" QSC-ya olan artıq ödəməsindən 562 356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində “X11 Kompleksi” MMC-yə keçirilməsinə razılıq verilməsi xahiş edilmişdir.

23. Cavabdeh QSC BOKT-un "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13- 7/2-3-13/924/2023 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 015 saylı məktuba Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatında (bundan sonra - Cavabdeh QSC) baxılmışdır. İddiaçı MMC-nin Cavabdeh QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, PR-x/20 saylı məktubundan görünür ki, İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsi üzrə yaranmış artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)-178/2018 saylı qətnaməsi üzrə “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSCyə olan 1.418.470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X12 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ("xxxx" ASC) qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etmişdir. Eyni zamanda, bu məsələ ilə bağlı "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 05-01/253 saylı və “X12 Müəssisəsi” MMC-nin xx.xx.2020-ci il tarixli, 01-01/025 saylı müraciətləri də nəzərə alınaraq İddiaçı MMC-nin Cavabdeh QSC-yə olan borcu üzrə yaranmış artıq ödəmə hesabına “X12 Müəssisəsi” MMC-nin Cavabdeh QSCyə olan 1.418.470,70 ABŞ dolları borcu uçotdan çıxarılmış, həmin borcun əvəzində Cavabdeh QSC-yə təqdim edilmiş sözügedən torpaq sahəsi "xxxx" ASC-yə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsində qeyd olunan borc üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə hər hansı artıq ödəməsi qalmamışdır.

24. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1074/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh “X11 Kompleksi” MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı “X11 Kompleksi” MMC-nin Cavabdeh QSC BOKT-a (üçüncü şəxs "xxxx" MMC) qarşı borcun əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia təmin edilmiş, Cavabdeh Səhmdar Kredit Təşkilatı ilə “X11 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restruktrizasiya edilməsinə dair müqavilə üzrə 456494 manat əsas borc və 123868,2 manat faiz borcu olmaqla, cəmi 580362 manat kredit borcunun və ödənilmiş 400 manat mediasiya xərci, 470,36 manat dövlət rüsumu cavabdeh “X11 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, cavabdeh “X11 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 400 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-265/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(115)- 1074/2023 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ona münasibədə qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 139/2024 saylı qərarı ilə üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsmiş və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 30 noyabr tarixli, 2-2(104)-265/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

28. Məhkəmə ilk olaraq iddia tələbinin ikinci hissəsi olan – “2.445.376,83 manat məbləğindəki İddiaçı MMC-nin qalıq artıq ödəməsinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)- 1098/2017 saylı qətnaməsi qəbul olunan zaman İddiaçı MMC-nin iddiaçı Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan borc məbləğinin nə gədər olması (76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro) müəyyən edilmiş və həmin borcun müqabilində 82 adda, hər bir əmlakın ayrı-ayrılıqda dəyəri elə həmin məhkəmə araşdırılması zamanı audit rəylərinə əsasən müəyyən edilməklə qətnamədə qeyd olunmuşdur. Yəni, sözügedən qətnamə qəbul olunan zaman İddiaçı MMC Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına 76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro borc məbləğləri müqabilində 82 adda və dəyəri qeyd olunan borc məbləğlərindən artıq olan əmlakların Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçməsinə (borcların həmin əmlaklara yönəldilməsi və mülkiyyət hüququnun QSC BOKT-na keçməsinə) razılıq vermişdir. Qətnamə qəbul olunmuş və həmin qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir.

30. Hazırki iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixli qətnaməyə istinad etsə də, Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından artıq ödənilmiş pulun geri qaytarılmasını tələb. Lakin, həmin qatnamə ilə pulun verilməsi deyil, əmlaklara dair mülkiyyət hüququnun keçməsi qət edilmişdir.

31. Məhkəmə iddiaçının nümayəndəsi/vəkilindən hazırki iddia tələbinin hüquqi əsasının göstərilməsini tələb etsə də, tələbin hüquqi tərəfini əsaslandıra bilməmişdir.

32. Məhkəmə qeyd edir ki, kredit borcunun ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbləri üzrə qəbul edilən məhkəmə qətnamələrinin icrası zamanı açıq xərrac təşkil olunur, əmlaklar hərracdan satılır, borc məbləğləri ödənilir və artıq qalmış pul vəsaiti olduğu zaman artıq qalmış məbləğ ipoteka qoyana (mülkiyyətçiyə) geri qaytarılır. Və qeyd olunan məsələlər məhkəmə icraatında deyil, icra mərhələsində həll olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə də bu cür hallar müəyyən edilmiş olseydi, məhkəmə iddia ərizəsini “məhkəmədə baxılmaması əsası ilə” icraata qəbul etməkdən imtina etmiş olardı. Lakin, hazırki işdən görünür ki, qeyd olunan qətnamə üzrə borc məbləği hər-hansı ipoteka predmetlərinə yönəldilməklə satılması və borcun ödənilməsi deyil, əmlaklara birbaşa mülkiyyət hüququn keçməsi ilə “əvəzləşdirilmişdir”. Belə olan (1.əmlaklara mülkiyyət hüququnun keçməsi, 2. qətnamə üzrə hər-hansı pulun ödənilməməsi, 3. qeyd olunan 2017-ci il tarixli qətnamədən İddiaçı MMC tərəfindən ümumiyyətlə apellyasiya şikayətinin verilməməsi, 4. hazırki iş üzrə iddiaçının cavabdehə məhkəmə qətnaməsi və ya məhkəmə qətnaməsində kənar hər-hansı artıq ödənişin həyata keçirilməsi halının, sübutun və əsasının müəyyən edilməməsi) halda artıq ödənilmiş 2.445.376,83 manatın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması tələbi tamamilə əsassız və qanunsuz hesab edilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. -14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. -14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. -14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. -14.2.6. Başqa şəxsə zərər vurulması. -14.2.7. Əsassız varlanma. -14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. -14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

34. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

37. Mülki Məcəllənin sadalan normalarından da göründüyü kimi tərəflər arasında hər hansı öhdəliyin yaranması üçün zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin, məhkəmə araşdırılması zamanı iddiaçının hazırki iddia tələbinin irəli sürülməsi üçün qeyd olunan hüquqi əsaslardan hər-hansının mövcüdluğu müəyyən edilmədi.

38. Məhkəmə iddia tələbinin birinci hissəsi olan – “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsinin icrası nəticəsində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının İddiaçı MMC-yə yaranmış 3.007.733,33 manat artıq ödəməsindən “X11 Kompleksi” MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi barədə” müqaviləsinin icrası təmin edilərək 562.356,5 manat məbləğinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı ilə “X11 Kompleksi” MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsi” tələbinə dair qeyd edir ki, bu tələb də həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(82)-1098/2017 saylı qətnaməsinə istinadən irəli sürüldüyü üçün məhkəmənin yuxarıda göstərdiyi hüquqi dəyərdəldirməyə əsasən əsassız olduğu üçün rədd olunmalıdır.

39. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta zənn edilsə belə ki, İddiaçı MMC-nin hər-hansı (bu və ya digər) əsasla Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına artıq ödənişi müəyyən edilmiş olsaydı belə, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə istinadən bu cür iddia tələbinin qaldırılması üçün sübyektiv hüquqa belə malik deyil. Belə ki, xx.xx.2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən tələb hüququ İddiaçı MMC -dən “X11 Kompleksi” MMC-yə keçmişdir, “X11 Kompleksi” MMC özü qarşılqlı iddia tələbi olmaqla Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına qarşı eyni tələblə Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmış və məhkəmə tərəfindən iddiası rədd edilmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

42. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı MMC-nin Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsinin icrası nəticəsində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının İddiaçı MMC-yə yaranmış 3.007.733,33 manat artıq ödəməsindən “X11 Kompleksi” MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi barədə” müqaviləsinin icrası təmin edilərək 562.356,5 manat məbləğinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı ilə “X11 Kompleksi” MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsinə və 2.445.376,83 manat məbləğindəki İddiaçı MMC-nin qalıq artıq ödəməsinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 1894 manat dövlət rüsumunun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar