Məhkəmə qərarları › İş №e-2-2(113)-6675/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6675/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6675/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin təqdim edilməsi və s.” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Aqrarkredit QSC BOKT-dan yaşıl tütün becərərək Azərtütün ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, Azərtütün ASK MMC, fermerlər və Aqrarkredit QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqaviləni məhkəməyə təqdim edilməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borclan,o cümlədən hüquq və öhdəliklərini icra edən ASK Tütün MMC -yə məcbur edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin tərəflər qrafasında cavabdeh qismində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, iddia ərizəsinin əsaslandırıcı hissəsində isə cavabdeh qismində ASK X1 Cəmiyyəti göstərilsə də, hər iki adın qarşısında eyni VÖEN (**********) qeyd olunmuşdur. Qeyd edilməlidir ki, hal-hazırda ASK X1 Cəmiyyəti adlı hüquqi şəxs mövcud deyil və qeyd edilmiş hüquqi şəxsin adı artıq Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından ********** VÖEN üzrə axtarış etdikdə görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Zaqatala rayonu, Yuxarı Tala kəndidir. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarının 24-cü bəndinə əsasən Zaqatala rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin təqdim edilməsi və s.” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar