Məhkəmə qərarları › İş №e-2-2(113)-6676/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6676/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6676/2024 30.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət xx.xx.2022-ci il tarixli, 02-02/22 nömrəli müqaviləyə uyğun olaraq, vurulmuş zərər üzrə 9074.8 manat mənfəət vergisi, 8167.35 manat əlavə dəyər vergisi olmaqla cəmi 17242.15 manat vergi, 862.11 manat əldən çıxmış fayda, 4537.4 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 22641.65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına (AZ30AİİB400400C**********102) ödənmiləsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasındaxx.xx.2022-ci il tarixli, 02-02/22 nömrəlimüqaviləyə əsasən, həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq, inert malların (mal-materialların) alqı-satqısı həyata keçirilmiş və müqabilində həmin müqavilədə nəzərdə tutulmuş digər şərtlərə əməl olunmasını"xxxx" MMC öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi orqanları tərəfindən riskli vergi ödəyicisi hesab edilməsi ilə əlaqədar cəmiyyətimizə Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********567700 nömrəli qərarla və xx.xx.2024-cü il tarixli **********837900 nömrəli Qərarla əlavə vergilər hesablanmışdır. Lakin müqavilədə və qarşılıqlı razılaşmaya uyğun olaraq göstərilənlərə əməletməyərək, xx.xx.2022-ci il tarixli, 02-02/22 nömrəli müqavilənin müvafiq şərtləri"xxxx" MMCtərəfindən pozulmuşdur. Yəni həmin MMC öz öhdəliklərinizi sonadək, tam olaraq icra etməmiş, müqavilənin şərtlərini pozaraq vəzifə səlahiyyətləriniz tam həyata keçirməmisiniz. Onu da qeyd etmək lazımdır ki, müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə ilə bağlı əmələ gələn mübahisələrin həlli Azərbaycan Respublikasının qanunvericliyi ilə tənzimlənir. Tərəfimizdən cavabdehə elektron kargüzarlıq vasitəsilə pretenziya məktubu ilə dəfələrlə müraqciət edilməsinə baxmayaraq cavabdeh hər hansıcavab verməmiş, öhdəliklərini yerinə yetirməmişdir Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdehndən İddiaçı -nə vurulmuş zərər üzrə ümumilikdə 22641.65 manat məbləğində pul vəsaitinin tutularaq bank hesabına (AZ30AİİB4004C**********102) ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəflə aralarında müqavilə olduğunu, bu müqaviləyə əsasən, qarşı tərəfdən qum və sair məhsullar alındığını, daha sonra cavabdeh tərəfin əməliyyatları əmtəəsiz əməliyyat hesab edilərək onlar tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə ƏDV məbləği kameral olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləndiyini, bununla da həmin müəssisəyə ödənilən ƏDV məbləği ləğv edildiyi, əlavə olaraq isə həmin məbləğin 20% miqdarında müəssisəyə mənfəət vergisi hesablandığını, əməliyyatların həcmi 45700 manat ətrafında olduğunu, bununla mənfəət vergisinin məbləğlərinin kammeral hesablanması nəticəsində iddiaçıya ziyan dəydiyini bildirmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4203/2024 saylı qərarı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü tarixli, **********567700 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "CRYSTAL BETON” QSC barəsində qəbul edilmiş xx.xx.2023-cü tarixli, **********567700 saylı və xx.xx.2024-cü il tarixli, **********837900 saylı qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərarın 26-cı bəndində qeyd edilmişdir ki, mübahisənin yaranmasının səbəbi kimi “BUİLD CONSTUCTİON”, “AZƏRTƏMƏLTİKİNTİ”, Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri, eyni zamanda vergi ödəyiciləri X5, X2, X1 və X6 ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırkı kommersiya iş üzrə mübahisələndirdiyi və onlara dəydiyini iddia etdiyi ziyan məbləği inzibati qaydada mübahsələndirilmiş və cavabdeh hüquqi şəxslə aparılmış alqı-satqı zamanı vergi qurumu tərəfindən hesablanmış vergi məbləğləri ilə bağlı olmuşdur. Yəni hazırkı mübahisənin yaranmasının əsası (inzibati qaydada artıq mübahilənsirilmiş və inzibati məhkəmənin qərarı ilə ləğv edilmiş) inzibati akt (xx.xx.2023-cü tarixli, **********567700 saylı və xx.xx.2024-cü il tarixli, **********837900 saylı qərarlar) və onun nəticəsində hesablanmış vergilər təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 157,93 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilə. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar