Məhkəmə qərarları › İş №e-2-2(113)-6682/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6682/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6682/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 127,95 manat (yüz iyirmi yeddi manat doxsan beş qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 30,00 (otuz manat) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:45-ə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən borc məbləğinin böyük hissəsinin ödəndiyini və hazlhazırda cəmi borcunun 13.14 manat olduğunu və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar