Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6713/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RAM/RF-03/06 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil 7489,46 manat (yeddi min dörd yüz səksən doqquz qırx altı qəpik) qalıq borc, yekun borc məbləğinin gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 533 (beş yüz otuz üç) manat faiz məbləği, 150 manat vəkil xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 102 manat olmaqla, ümumilikdə 8274,46 manat (səkkiz min iki yüz yetmiş dörd manat qırx altı qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2023-cü il tarixli, RAM/Sİ-09.23-1 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi "xxxx" MMC-yə texnikalar ilə müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmişdir. “X2” indiyədək MMC "xxxx" MMC-yə özünə məxsus texnikalarla ümumi dəyəri ƏDV daxil 9123,52 manat olan xidmətləri həyata keçirmişdir. "xxxx" MMC göstərilmiş xidmətlərin qarşılığında indiyədək iddiaçıya xx.xx.2023-cü il tarixdə 1384,80 manat əsas, 249,26 manat ƏDV olmaqla, cəmi 1634,06 manat ödəniş etmiş, göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya xx.xx.2023-cü tarixli, EBDS seriyalı, 021190 nömrəli e-qaimə üzrə 6347 manat əsas, 1142,46 manat ƏDV olmaqla, cəmi 7489,46 manat borcu qalmışdır. Cavabdehə göndərilmiş e-qaimənin elektron vergi sistemi tərəfindən təsdiq edilməsinə baxmayaraq, bu vaxta qədər həmin qaiməyə etiraz və ya düzəliş, borclu tərəfindən geri dönüş edilməmişdir. Bu da onun göstəricisidir ki, borc mübahisə edilməyən öhdəliyə əsaslanır. Borcluya göstərilən xidmətlər və bunlara dair vurulmuş e-qaimə üzrə formalaşmış borca dair tərəflər arasında borcu yaradan qaimənin vurulduğu tarixdə, yəni xx.xx.2023-cü il tarixdə 2 nömrəli işi tamamlama aktı tərtib edilmiş, yekun ödəniləcək 7489,46 manat məbləğ hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 4.1-ci maddəsinə əsasən “Bu müqavilənin icrası ilə əlaqədar yaranmış fikir ayrılığı və mübahisələr ilk оlаrаq tərəflər arasında danışıqlar yolu ilə həll ediləcək .....” kimi müddəa razılaşdırılmışdır. Bunu rəhbər tutaraq borcunu ödəməsi barədə cavabdehə elektron vergi kabineti vasitəsi ilə 27.01.25-ci il tarixdə pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün 5 iş günü möhlət verilmişdir. Lakin pretenziyada göstərilən müddətdə borclu heç bir reaksiya verməmiş, borcun nə vaxt və hansı qaydada ödəniləcəyinə dair məlumat verməmiş, bununla da məsələnin məhkəmədən kənar sülh yolu ilə həllində dolayısı ilə maraqlı olmadığını nümayiş etdirmişdir. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və təqdim edilmiş qaimə və akta əsasən ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya üzrlü sayılacaq heç bir məlumat verməmişdir. Həmin müqavilənin 5.1-ci bəndində qeyd olunur ki, bu müqavilədəki öhdəliklər уеriпə yetirilmədikdə və уа layiqincə уеriпə yetirilmədikdə günahkar tərəf digər tərəfə dəyən ziyanı ödəуir. Cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıq və zənglərə baxmayaraq, öz öhdəliklərinin icrasından indiyədən qanunsuz əsassız olaraq boyun qaçırmaqda davam edir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərə görə xidmət haqqı hər təqvim ayı üzrə sifarişçi tərəfindən verilmiş sifarişlər əsasında müvafiq əlavədə razılaşdırılmış qiymətlərə müvafiq olaraq hesablanaraq müəyyən olunacaq. Həmin maddənin davamı olaraq 2.2-ci maddə isə müəyyən edir ki, müqavilənin 2.1.-ci maddəsinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı icraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaima-faktura va təhvil-təslim aktı asasında bu sənədlərin təqdim еdilməsiпdэп sопrа 15 (оn bеş) təqvim günü ərzində bank köçürməsi yolu ilə Аzərbаусаn manatında ödəniləcək. Sonuncu elektron qaimə xx.xx.2024-ci il tarixdə cavabdehə göndərilsə də, cavabdeh müqavilənin ödəniş qaydası ilə qeyd olunan şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü tarixli, MT2410 seriyalı, 10574282 nömrəli e-qaimə əsasında yaranmış ƏDV daxil 7489,46 borcun gecikdirilmə vaxtı artıq 03 noyabr 2023-cü il tarixdən 15 təqvim günü ilə hesablansa, 19 noyabr 2023-cü il tarixdən 2023-cü il üzrə noyabr və dekabr ayları, 2024-cü il üzrə 12 ay, 2025-ci il üzrə yanvar və məhkəmədə işin olacağı təxminin dövrlər olaraq fevral və mart tarixlərini də nəzərə almaqla, ümumi gecikdirilmiş məbləğ üzrə ödəniləcək 5%-lik məbləğ 533 manat təşkil edir. Bundan başqa, cavabdehin borcunu indiyədək ödəməməsi nəticəsində iddiaçı əlavə zərərə də məruz qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 449-cu maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, RAM/Sİ- 09.23-1 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin siarişi əsasında müqavilənin əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icraçı razılaşır ki, əlavələrdə razılaşdırılmış müvafiq avadanlıqlar, nəqliyyat vasitələri və ya texnika üzrə qiymət cədvəlinə müvafiq olaraq sifarişçi tərəfindən vaxtaşırı verilən sifarişlərə uyğun olaraq müvafiq avadanlıqları, nəqliyyat vasitələrini və ya texnikanı sifarişçinin təyin etdiyi yerdə bu müqavilədə, həmçinin sifarişdə göstərilmiş digər şərtlər əsasında sifarişçinin xeyrinə və onun göstərişlərinə müvafiq olaraq istismara verəcək; 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlərə görə xidmət haqqı hər təqvim ayı üzrə sifarişçi tərəfindən verilmiş sifarişçilər əsasında müvafiq əlavədə razılaşdırılmış qiymətlərə müvafiq olaraq hesablanaraq müəyyən olunacaq; 2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı icraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bu sənədlərin təqdim edilməsindən sonra 15 təqvim günü ərzində bank köçürməsi yolu ilə Azərbaycan manatında ödəniləcək; 5.1-ci bəndinə əsasən müqavilədəki öhdəliklər yerinə yetirilmədikdə və ya layiqincə yerinə yetirilmədikdə günahkar tərəf digər tərəfə dəyən ziyanı ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RAM/Sİ-09.23-1 nömrəli xidmət müqaviləsinı 1 saylı əlavəyə əsasən tərəflər müqavilənin 1.2-ci maddəsinin tələblərindən irəli gələrək 1 ədəd “RS-006 GENİE Z-60”, **-AB-*** (operator daxil) aylıq qiyməti 3000 manat olaraq razılaşmışdırlar. Aktda texnikanın icarəsinin aylıq 26 gün təşkil etdiyi qeyd olunur. Aktın 5-ci bəndinə əsasən əlavə saat üçün olan qiymət 1 saat=15 manat təşkil edir; 6-cı bəndinə əsasən operatorun yeməyi sifarişçi tərəfindən təmin olunur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 768008 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1634,06 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi RAM/Sİ-09.23-1 saylı müqavilə qeyd edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 021190 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7489,46 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi RAM/Sİ-09.23-1 saylı müqavilə qeyd edilmişdir.
10. xx.xx.2023-cü il tarixli, 001 nömrəli işi tamamlama aktından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında ümumi dəyəri 1634,06 manat (ƏDV daxil) olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, 002 nömrəli işi tamamlama aktından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında
1. Geni 260 qaldırıcı qurğu (50-АВ-049) icarəsi (dövr 01.10.23 - 31.10.23), 2. Geni S85 qaldırıcı qurğu (50-АВ-050) icarəsi (dövr 06.10.2З - 31.10.23) olmaqla, ümumi dəyəri 7489,46 manat (ƏDV daxil) olan xidmət göstərilmiş, işlər (xidmətlər) vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 7489,46 manat borcu yaranmışdır.
13. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə hesablanmış 7489,46 manat borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
16. İddia tələbininin bir hissəsini cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RAM/RF-03/06 saylı xidmət müqaviləsi üzrə ƏDV olmaqla 7489,46 manat məbləğində borcun tutulması təşkil edir.
17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, RAM/Sİ-09.23-1 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcraçı sifarişçinin sifarişi əsasında müqavilənin əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İcraçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Həmçinin cavabdeh tərəf işin hallarını mübahisələndirməmişdir.
18. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, təqdim olunmuş sübutları, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli və Cavabdehndən ƏDV daxil 7489,46 manat (yeddi min dörd yüz səksən doqquz manat qırx altı qəpik) tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, təqdim olunmuş iki elektron qaimə üzrə ümumi məbləğ 9132,52 manat (1634,06+7489,46 = 9132,52) təşkil edir. İddiaçı tərəfindən 1 qaimə üzrə (xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 768008 nömrəli qaimə üzrə 1634,06 manat) borcun ödənildiyi qeyd edilmiş, xx.xx.2023-cü il tarixli, 002 nömrəli işi tamamlama aktı və müvafiq olaraq həmin tarixli qaimə üzrə borcun (7489,46 manat) ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən həmin qaimə üzrə ödənişin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
19. İddia tələbinin digər hissəsini yekun borc məbləğinin gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 533 manat faiz məbləğinin tutulması təşkil edir.
20. Məhkəmə hesab edir ki, icra gecikdirildiyindən cavabdehdən 5%-lə hesablanmış 533 (beş yüz otuz üç) faiz borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
21. Eləcə də, iddiaçı 150 manat vəkil xidmət haqqı və 102 manat əsas iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,23 manat (yüz manat iyirmi üç qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Vəkil xərcinin tutulmasına münasibətdə məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı vəkil xərcinin ödənilməsini təsdiq edən sübutlar (qəbz, ödəniş tapşırığı və s.) iş materiallarına əlavə edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 7489,46 manat (yeddi min dörd yüz səksən doqquz manat qırx altı qəpik) borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 533 (beş yüz otuz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,23 manat (yüz manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova