Məhkəmə qərarları › İş №e-2-2(113)-6726/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6726/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6726/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, müqavilə öhdəliyinin lazımınca icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, ekassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-H.M.R-001 saylı, 02 mart 2023-cü il tarixli alqı-satqı və NBA-H.M.R-002 saylı 02 mart 2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin tarixdə müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 389,99 manat (üç yüz səksən doqquz manat doxsan doqquz qəpik) (ƏDV daxil) dəyərində PAX A620 tipli 1 ədəd e-kassa aparatı satılmışdır. Bundan başqa, tərəflər xidmət müqaviləsinə 1 saylı Əlavəyə uyğun olaraq kassa aparatına aylıq texniki xidmət xərcini bir aparat üçün ƏDV daxil 16,52 manat (on altı manat əlli iki qəpik) razılaşdırmışlar. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş mallara, göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya ümumilikdə 687,35 manat (altı yüz səksən yeddi manat otuz beş qəpik) borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin 473 manat (dörd yüz yetmiş üç manat) hissəsini ödəmiş və iddiaçı tərəfindən cavabdehə məxsus nəzarət-kassa aparatına göstərilən aylıq texniki xidmətə görə cavabdehin ümumilikdə 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik) borcu qalmışdır. Cavabdeh qeyd olunan məbləği hazırki tarixədək iddiaçıya ödəməmişdir. Xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, NBA-H.M.R-001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını təqdim etməyini, təmir xidmətini göstərməyini, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir; 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə razılaşma protokollarının ümumi qiymətindən ibarətdir. Hər bir protokola uyğun olaraq icraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin protokolda göstərilən məbləğ miqdarında sifarişçi tərəfindən ödənilir; 2.4-cü bəndinə əsasən müqavilə üzrə təqdim olunmuş mallar icraçı tərəfindən qaimə-faktura, xidmətlər isə akt ilə sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra 3 ay ərzində 3 hissəli ödəmə şəklində, icraçı tərəfindən təqdim edilmiş hesabfaktura əsasında hesab-fakturanın təqdim edildiyi tarixdən sonrakı 5 bank işi günü ərzində həyata keçirilir.

6. xx.xx.2023-cü il tarixli, NBA-H.M.R-001 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan qiymət razılaşdırılması protokolundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən və dəyəri 389,99 manat olan mal barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, NBA-H.M.R-002 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəçisini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən aylıq servis xidmətinə daxil olan xidmətlərin tam siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmişdir; 2.1-ci bəndinə əsasən sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən götərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsaitinin icraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir; 5.4-cü bəndinə əsasən müqavilənin 8.3-cü bəndində göstərilən tələblərə riayət edildikdə və yalnız onlayn kassa uçotdan çıxarılması başa çatdıqda müqaviləyə xitam verilmiş hesab edilir.

8. xx.xx.2023-cü il tarixli, NBA-H.M.R-002 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən müqavilə üzrə göstərilən xidmətlərin aylıq dəyəri 16,52 manat təşkil edir. Protokol tərəflərin imzası və İddiaçı MMCnin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli quraşdırılma aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 1 ədəd PAX A620 model smart-kassa təhvil verilmişdir. Akt Cavabdeh2 imzası ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 778679 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 389,99 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 nömrəli müqavilə qeyd edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 094148 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 798070 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 759741 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 976268 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 157109 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 358930 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

17. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 541670 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 836958 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

19. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 023925 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

20. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 699822 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

21. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 445664 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

22. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 975930 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

23. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 465986 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

24. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 601179 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

25. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11375168 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

26. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11815496 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

27. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11767230 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

28. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11842045 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi NBA-H.M.R-001 saylı müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir.

29. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) arasında bağlanmış NBA-H.M.R-001 saylı, 02 mart 2023-cü il tarixli alqı-satqı və NBAH.M.R-002 saylı, 02 mart 2023-cü il tarixli xidmət müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh2 təqdim olunmuş mallara, göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə aşağıdakı sənədlərə müvafiq olaraq 687,35 manat (altı yüz səksən yeddi manat otuz beş qəpik) borcu mövcud olmuşdur. Cavabdeh2 həmin borc məbləğinin 473 manat (dörd yüz yetmiş üç manat) hissəsini ödəmiş və İddiaçı MMC tərəfindən Cavabdeh2 məxsus nəzarət-kassa aparatına göstərilən aylıq texniki xidmətə görə ümumilikdə 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik) borc qalmışdır.

30. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 214,35 manat borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

33. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh2 arasında alqısatqı və xidmət müqavilələri bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilələrə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə malı təqdim etmiş və hər ay xidmət müqaviləsinə uyğun olaraq xidmətlər göstərmişdir. Lakin cavabdeh tərəfindən göstərilmiş xidmətlərin ümumi dəyəri tam ödənilməmiş, yaramış borc məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən İddiaçı MMC tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən borc məbləği qeyd edilən müddətdə ödənilməmişdir.

34. İddia tələbini Cavabdeh2 214,35 manat tutulması təşkil edir.

35. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilmiş xidmətlərə görə 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik) qalıq borc iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İş materiallarından görünür ki, tərəflər arasında eyni tarixdə 2 müqavilə bağlanmışdır (alqı-satqı və texniki xidmət). Həmin müqavilələrə 1 saylı əlavələr olan qiymət razılaşma protokollarına əsasən tərəflər mal və göstəriləcək xidmətlərin dəyəri barədə razılığa gəlmişdirlər. Həmin protokollar cavabdehin imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə hər ay xidmət göstərilmiş və göstərilmiş xidmətlərə görə iddiaçıya elektron qaimələr ünvanlanmışdır. Təqdim olunmuş mallara, göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə müvafiq olaraq 687,35 manat (altı yüz səksən yeddi manat otuz beş qəpik) ödəmə öhdəliyi olmuş, Cavabdeh2 həmin məbləğin 473 manat hissəsini ödəmiş və iddiaçı tərəfindən Cavabdeh2 məxsus nəzarət-kassa aparatına göstərilən aylıq texniki xidmətə görə ümumilikdə 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik) borc qalmışdır.

36. Eləcə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 214,35 manat (iki yüz on dörd manat otuz beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 244,35 manat (iki yüz qırx dörd manat otuz beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar