Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6740/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7,831.5 manat əsas borc və 1,409.71 manat ƏDV məbləğinin, 116 AZN məbləğində dövlət rüsumunun və borc üzrə ödənişin gecikdiyi hər gün üzrə 0.1 faiz həcmində, 35 gün üçün hesablanmış 323 manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, İOSC/10/25 №-li satış və xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdehə müqavilənin tərkib hissəsi hesab olunan Xidmət sifarişi və Satınalma sifarişi ilə müəyyən olunmuş malları təchiz etməyi və xidmətləri göstərməyi, Cavabdeh isə həmin xidmət və malların dəyərini Müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər tərəfimizdən icra olunmuş, nəzərdə tutulmuş mallar təchiz edilmiş və xidmətlər göstərilmişdir. Malların təchizi və xidmətlərin göstərilməsi ilə bağlımüvafiq olaraq Cavabdeh MMC-yə aşağıdakı hesab-fakturalar göndərilmişdir. 1. İN25-00541 saylı hesab-faktura üzrə – 1.680 AZN əsas borc və 302.4 AZN ƏDV olmaqla cəmi 1,982.40 AZN; 2. İN25-00573 saylı hesab-faktura üzrə – 220 AZN əsas borc və 39.60 AZN ƏDV olmaqla cəmi 259.60 AZN; 3. İN25-00834 saylı hesabfaktura üzrə – 85 AZN əsas borc və 15.30 AZN ƏDV olmaqla cəmi 100.30 AZN. 4. İN25- 00876 saylı hesab-faktura üzrə – 108 AZN əsas borc və 19.44 AZN ƏDV olmaqla cəmi 127.44 AZN 5. İN25-00932 saylı hesab-faktura üzrə – 1,085 AZN əsas borc və 195.30 AZN ƏDV olmaqla cəmi 1,280.30 AZN 6. İN25-01098 saylı hesab-faktura üzrə – 637.20 AZN əsas borc və 114,70 AZN ƏDV olmaqla cəmi 751.90 AZN 7. İN25-01318 saylı hesabfaktura üzrə – 412 AZN əsas borc və 74.16 AZN ƏDV olmaqla cəmi 486.16 AZN 8. İN25- 01426 saylı hesab-faktura üzrə – 143.50 AZN əsas borc və 25.83 AZN ƏDV olmaqla cəmi 169.33 AZN 9. İN25-01540 saylı hesab-faktura üzrə – 456 AZN əsas borc və 82.08 AZN ƏDV olmaqla cəmi 538.08 AZN 10. İN25-01565 saylı hesab-faktura üzrə – 245 AZN əsas borc və 44.10 AZN ƏDV olmaqla cəmi 289.10 AZN 11. İN25-01762 saylı hesab-faktura üzrə – 420 AZN əsas borc və 75.60 AZN ƏDV olmaqla cəmi 495.60 AZN 12. İN25-01994 saylı hesab-faktura üzrə – 90 AZN əsas borc və 16.20 AZN ƏDV olmaqla cəmi 106.20 AZN 13. İN25-01995 saylı hesab-faktura üzrə – 1050 AZN əsas borc və 189 AZN ƏDV olmaqla cəmi 1239 AZN 14. İN25-02265 saylı hesab-faktura üzrə – 1200 AZN əsas borc və 216 AZN ƏDV olmaqla cəmi 1416 AZN Sözügedən hesab-fakturalarda göstərilən mallar üzrə Cavabdeh, tərəflər arasında qüvvədə olan müqaviləyə uyğun olaraq tərtib edilmiş təhviltəslim aktını imzalamış və bununla da malların tam və qüsursuz şəkildə təhvil alındığını, həmçinin miqdar və keyfiyyət baxımından müqavilə şərtlərinə uyğun olduğunu təsdiq etmişdir. Lakin təchiz edilmiş mallar üzrə 7,831.5 (yeddi min səkkiz yüz otuz bir manat 50 qəpik) manat əsas borc və 1,409.71 (min dörd yüz doqquz) manat ƏDV məbləği ümumilikdə 9,241.41 (doqquz min iki yüz qırx bir manat 41 qəpik) manat Cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Qeyd edək ki, müqavilənin 10.2-ci bəndinə əsasən, tərəflər müqavilə barədə meydana gələn mübahisənin Tərəflərin razılığı ilə danışıqlar yolu ilə həllimümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həlledilir. Məsələnin danışıqlar yolu ilə həlli məqsədilə Cavabdehə xx.xx.2025-ci il tarixində müvafiq pretenziya məktubu ünvanlanmış və 3 (üç) iş günü müddətində ödənişlərin icra edilməsi tələb edilmişdir. Sözügedən pretenziya məktubu ilə bağlı Cavabdehin icraçı direktoru elektron poçt vasitəsilə İddiaçıya borcun ən qısa müddət ərzində ödəniləcəyini bildirmişdir. Lakin, pretenziyada göstərilmiş müddətin bitməsinə baxmayaraq, Cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlardan məlum olur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada yerinə yetirsə də, Cavabdeh tərəfindən ona ƏDV daxil olmaqla ümumilikdə 9,241.41 AZN dəyərində malların təchizi ilə bağlı ödəniş edilməmişdir. Həmçinin Müqavilənin 6.6-cı bəndinə əsasən Tərəf, öhdəliklərin icrasının gecikdirilməsinə görə hər gecikmə günü üçün müvafiq Xidmət sifarişi və ya Satınalma sifarişi üzrə ödəniləcək ümumiməbləğin 0.1%-imiqdarında qarşı tərəfə cərimə tətbiq etmək hüququna malikdir. Buna görə də, iddiaçının müqavilədən əmələ gələn hüquqlarını təmin etmək üçün Müqavilədə nəzərdə tutulmuş cərimə məbləği daxil olmaqla Cavabdehdən müvafiq ödəniş məbləğialınıb, İddiaçıya təqdim edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etdiyini, tələb edilən borcu mübahisələndirmədiyini, məhkəmə icraatı dövründə 1680 manat əsas, 302 manat ƏDV ödədiyini, qalıq borcun da hissə-hissə olmaqla ödəniləcəyini bildirdi.
5. İddiaçıya və cavabdehə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, İOSC/10/25 №-li satış və xidmət müqaviləsinə əsasən, İddiaçı Cavabdehə müqavilənin tərkib hissəsi hesab olunan Xidmət sifarişi və Satınalma sifarişi ilə müəyyən olunmuş malları təchiz etməyi və xidmətləri göstərməyi, Cavabdeh isə həmin xidmət və malların dəyərini Müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
9. Müqavilənin 6.6-cı bəndinə əsasən bu müqavilə üzrə tərəf öhdəliklərin icrasının gecikdirilməsinə görə hər gecikmə günü üçün müvafiq SS/XS üzrə ödəniləcək ümumi məbləğin 0,1 faizi miqdarında qarşı tərəfə cərimə tətbiq etmək hüququna malikdir.
10. İddiaçı tərəfindən cavabdehə elektron qaimə fakturalar və İN25-00541 saylı hesab-faktura (1.680 AZN əsas borc və 302.4 AZN ƏDV olmaqla cəmi 1,982.40 AZN); İN25-00573 saylı hesab-faktura (220 AZN əsas borc və 39.60 AZN ƏDV olmaqla cəmi 259.60 AZN); İN25-00834 saylı hesab-faktura (85 AZN əsas borc və 15.30 AZN ƏDV olmaqla cəmi 100.30 AZN), İN25-00876 saylı hesab-faktura (108 AZN əsas borc və 19.44 AZN ƏDV olmaqla cəmi 127.44 AZN), İN25-00932 saylı hesab-faktura (1,085 AZN əsas borc və 195.30 AZN ƏDV olmaqla cəmi 1,280.30 AZN), İN25-01098 saylı hesab-faktura (637.20 AZN əsas borc və 114,70 AZN ƏDV olmaqla cəmi 751.90 AZN), İN25-01318 saylı hesab-faktura (412 AZN əsas borc və 74.16 AZN ƏDV olmaqla cəmi 486.16 AZN), İN25- 01426 saylı hesab-faktura (143.50 AZN əsas borc və 25.83 AZN ƏDV olmaqla cəmi 169.33 AZN), İN25-01540 saylı hesab-faktura (456 AZN əsas borc və 82.08 AZN ƏDV olmaqla cəmi 538.08 AZN), İN25-01565 saylı hesab-faktura (245 AZN əsas borc və 44.10 AZN ƏDV olmaqla cəmi 289.10 AZN), İN25-01762 saylı hesab-faktura (420 AZN əsas borc və 75.60 AZN ƏDV olmaqla cəmi 495.60 AZN), İN25-01994 saylı hesab-faktura (90 AZN əsas borc və 16.20 AZN ƏDV olmaqla cəmi 106.20 AZN), İN25-01995 saylı hesabfaktura (1050 AZN əsas borc və 189 AZN ƏDV olmaqla cəmi 1239 AZN), İN25-02265 saylı hesab-faktura (1200 AZN əsas borc və 216 AZN ƏDV olmaqla cəmi 1416 AZN) təqdim edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli elektron məktubdan görünür ki, cavabdeh tələb edilən ödənişin tez bir zamanda icra ediləcəyini, hazırda hesabda sərəncam olduğunu, qısa müddət ərzində ödəniş ediləcəyini iddiaçıya bildirmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, İOSC/10/25 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı və xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 9241,41 manat dəyərində malları və xidmətləri alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən bunun müqabilində hər hansı vəsait ödənilməmişdir.
20. Cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında ümumilikdə 1982 manat ƏDV daxil vəsait ödədiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 7831,50 manat əsas borc, 1409,71 manat ƏDV tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 323 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7831,50 manat əsas borc, 1409,71 manat ƏDV, 323 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 116 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7831,50 manat əsas borc, 1409,71 manat ƏDV, 323 manat dəbbə pulu, 116 manat dövlət rüsumu, ümumilikdə 9680,21 (doqquz min altı yüz səksən manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova