Məhkəmə qərarları › İş №e-2-2(113)-677/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-677/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-677/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:alqı-satqı müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı pul tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a)İddia tələbi və iddia tələbinin dəlilləri

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 31005,21 (otuz bir min beş manat iyirmi bir qəpik) manat əsas borc məbləği, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç üz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (yüz səksən dörd) manat məbləğin, cəmi 31489,21 (otuz bir min dörd yüz səksən doqquz manat irmi bir qəpik) manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İcraçı) ilə Cavabdeh (bundan sonra Sifarişçi rasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən 216/23 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə asən, İcraçımobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasınımüqavilədə göstərilən qaydada sifarişçiyə hvil verir. Sifarişçi isə malın qəbuledilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, İcraçının göstərdiyi xidmətlərə görə xidmət haqqının müqavilədə nəzərdə tutulan qaydada ödənilməməsi səbəbindən Sifarişçinin borcu yaranmışdır. ərəflər arasında imzalanmış müqavilənin 3.2-ci maddəsinə əsasən malın qəbul edilməsi və ödəmələrin vaxtında aparılması sifarişçinin vəzifələrindən biridir. Buna axmayaraq ödənişlər Sifarişçi tərəfindən vaxtında həyata keçirilməmişdir. Elektron qaiməfakturalardan aydın olur ki, İnteqral QSC tərəfindən Leadtech MMC-nə 31005,21 manat məbləğində mal təhvil verilmişdir. Lakin təhvil verilən alların ödənişi müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan ydın olur ki, Leadtech MMC-nin İnteqral QSC-nə həmin tarixə olan borcu 31005,21 manat təşkil edir. Kreditor olaraq İddiaçı QSC rəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-ə pretenziya məktubu göndərilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Borcdan heç bir ödəniş həyata eçirilməmişdir.

b)Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

3. 03.11.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" QSC-den iddiaçı "xxxx" MMC-nin xeyrinə 3802 manat (ƏDV daxil) məbləğində borcun; cavabdeh "xxxx" QSC-den iddiaçı "xxxx" MMC-nin xeyrine 320 manat meble! məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; cavabdeh "xxxx" QSC-den iddiagr "xxxx" MMC-nin xeyrine 59 manat mebleginde dövət rüsumu xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-ye qarşı pul tələbinə dair iddia ərizesi ile məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən cami 31489,21 manat pulun tutularaq "xxxx" QSC-ye barede qetname gtxartlmastnr xahiş etmişdir. Belə ki, "xxxx" MMC ile "xxxx" QSC arasrnda baglanmış 01 .1 1.2023-cü il tarixli alqı-satqı muqavilasinə əsasən lT avadanlrqları satıcı "Leadtech' MMC tarefinden alıcı "xxxx" QSC-ye satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranməş 3802 manat məbləğində borcu indiye kimi ödənilməmişdir. Tərtib olunmuş elektron qaimələrdən görünür ki, "xxxx" QSC-nin "xxxx" MMC-ye borcu 3802 manat təşkil edir.

5. Daha sonra qarşılıqlı iddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək, cavabdeh "xxxx" QSC-den iddiaçı "xxxx" MMC-nin xeyrinə 3982 manat (ƏDV daxil) məbləğində borcun; cavabdeh "xxxx" QSC-den iddiaçı "xxxx" MMC-nin xeyrine 320 manat meble! məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; cavabdeh "xxxx" QSC-den iddiagr "xxxx" MMC-nin xeyrine 59 manat mebleginde dövət rüsumu xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etmiş, ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İş üzrə ilkin iddia üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

8. Məhkəmə işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı QSC (“icraçı”) arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı, sifarişçiyə bu müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malın (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən qabaqcadan sifariş olunmuş malları təhvil aldıqdan sonra sifarişçi tərəfindən 30 (otuz) təqvim günü ərzində icraçıya sifariş olunmuş malların 100 % dəyərini ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü 699 saylı maliyyə arayışından görünür ki,xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 31005.21 manat təşkil edir.

13. İddiaçı tərəfindən cavabdehə MT2405 10119067 saylı xx.xx.2024-cü il tarixli 8384.99 manat, MT2405 10838080 nömrəli xx.xx.2024-cü il tarixli 4950 manat, MT2405 10620611 saylı xx.xx.2024-cü il tarixli 3630 manat, MT2405 10854609 saylı xx.xx.2024-cü il tarixli 3930 manat, MT2405 10307732 saylı xx.xx.2024-cü il tarixli 3125 manat, MT2405 10822188 saylı xx.xx.2024-cü il tarixli 2865 manat, MT2405 11479645 saylı xx.xx.2024-cü il tarixli 1897 manat, MT2405 00636056 saylı xx.xx.2024-cü il tarixli 1590 manat, MT2405 10143670 saylı xx.xx.2024-cü il tarixli 1270 manat, MT2405 11164443 saylı xx.xx.2024-cü il tarixli 1074 manat, MT2405 11162908 saylı xx.xx.2024-cü il tarixli 750 manat, MT2405 11047905 saylı xx.xx.2024cü il tarixli 350 manat, MT2405 11246152 saylı xx.xx.2024-cü il tarixli 347 manat, MT2404 00796893 saylı xx.xx.2024-cü il tarixli 294 manat, MT2405 11040255 saylı xx.xx.2024-cü il tarixli 253 manat, MT2405 10037632 saylı xx.xx.2024-cü il tarixli 250 manat, MT2405 10593866 saylı xx.xx.2024-cü il tarixli 206 manat, MT2405 10267542 saylı xx.xx.2024-cü il tarixli 189.99 manat, MT2405 11076623 saylı xx.xx.2024-cü il tarixli 136 manat, MT2405 10627685 saylı xx.xx.2024-cü il tarixli 115 manat, MT2405 10095656 saylı xx.xx.2024-cü il tarixli 115 manat, MT2405 10297434 saylı xx.xx.2024cü il tarixli 16.16 manat, MT2405 11470476 saylı xx.xx.2024-cü il tarixli 79 manat, MT2405 10940874 saylı xx.xx.2024-cü il tarixli 60 manat,MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat (geri qaytarılma), MQ2405 11043953 nömrəli xx.xx.2024-cü il tarixli 1380 manat məbləğində elektron qaimə göndərilmişdir.

14. Cavabdeh MMC (“icraçı”) ilə İddiaçı QSC (“sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli LDT 41/23 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı, sifarişçiyə bu müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malın (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən qabaqcadan sifariş olunmuş malları təhvil aldıqdan sonra sifarişçi tərəfindən 30 (otuz) təqvim günü ərzində icraçıya sifariş olunmuş malların 100 % dəyərini ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

15. Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə MT2405 10170367 saylı xx.xx.2024-cü il tarixli 445 manat,EBED 059171 nömrəli xx.xx.2024-cü il tarixli 1512 manat, EBED 060771 nömrəli xx.xx.2024-cü il tarixli 265 manat, EBED 508112 nömrəli xx.xx.2024cü il tarixli 1760 manat məbləğində elektron qaimələr göndərilmişdir.

16. Cavabdeh MMC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 445 manat məbləğində mal təhvil verilmişdir.

17. Cavabdeh MMC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 1512 manat məbləğində mal təhvil verilmişdir.

18. Cavabdeh MMC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 265 manat məbləğində mal təhvil verilmişdir.

19. Cavabdeh MMC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 1760 manat məbləğində mal təhvil verilmişdir.

20. "xxxx" ASC tərəfindən verilmiş ("xxxx" QSC-yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin hesabına 8011.87 manat hesabına köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş ("xxxx" QSC-yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin hesabına 2835.59 manat hesabına köçürülmüşdür. V. Tətbiq edilən hüquq:

22. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

23. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin iddiası təmin edilməli, qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiası isə rədd edilməlidir.

27. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki,ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı QSC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC arasında xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC həmin müqavilə üzrə öhdəliklərini icra edərək həmin müqavilənin şərtlərinə əsasən, icraçı mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, həmçinin böyük və kiçik məişət texnikasının müqavilədə göstərilən qaydada sifarişçiyə təhvil vermiş və müvafiq olaraq elektron qaimələr göndərmişdir.İcraçının göstərdiyi xidmətlərə görə xidmət haqqının müqavilədə nəzərdə tutulan qaydada ödənilməməsi səbəbindən sifarişçinin borcu yaranmışdır. Məhkəm qeyd edir ki, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlarla həmçinin tərəflərin təqdim etdiyi sübutlarla müəyyən edilən işin hallarından görünür ki, tərəflər arasında işin mübahisələndirilməyən halı odur ki, hər iki müqavilə üzrə alqısatqı münasibətləri mövcud olmuş, ilkin iddiaya dair hissədə cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə, ilkin iddia üzrə cavabdehin özü tərəfindən təsdiq edilmiş qaimələri mübahisələndirməmiş, qarşılıqlı iddia üzrə isə qarşələqlı iddia üzrə cavabdeh malları təhvil aldıqlarını qəbul etmiş, lakin sonradan malları geri qaytardığını bildirmiş, həmin hal üzrə sübut olaraq, malların geri qaytarılmasına dair Cavabdeh MMC tərəfindən təsdiq edilmiş MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat qaiməni məhkəməyə sübut olaraq təqdim etmişdir.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ümumi məbləği 31005,21 manat məbləğində elektron qaimələr göndərilmiş,lakin həmin qaimələrin 18872 manat məbləğində hissəsi Cavabdeh MMCnin özü tərəfindən təsdiq edilmiş, digər elektron qaimələr sistem tərəfindən avtimatik təsdiq edilmişdir.

29. Odur ki,məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən 18872 manat (elektron qaimələrin təsdiq olunmuş hissəsində) pul İddiaçı QSC-yə ödənilməlidir. Digər hissədəisə məhkəmə hesab edir ki, ilkin iddia üzrə digər malların təhvul verilməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir.

30. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki,ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı QSC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.Belə ki,ki qarşılıqlı iddiaçı öz iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən verilmiş malların dəyərinin ödənilməməsini göstərmişdir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC tərəfindən cavabdeh İddiaçı QSC-yə ümumi dəyəri 3982 manat məbləğində mal təhvil verilmişdir və cavabdeh tərəfindən iddiaçıya 3977 manat məbləğində mal geri qaytarılmışdır. Qeyd edilən hal İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş MQ2406 10885263 nömrəli xx.xx.2024-cü il tarixli 3977 manat qaimə ilə təsdiq olunur.

32. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.

33. “Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə iddiaçı tərəfindən 184 manat, qarşılıqlı iddia üzrə isə 59 manat dövlət rüsumu ödənilmişdir.

34. Hazırkı halda ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin olduğu hissəyə mütənasib olaraq 146 manat məbləğində dövlət rüsumu ilkin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaya aid edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 18872 manat (on səkkiz min səkkiz yüz yetmiş iki) pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar