Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6835/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı2 Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18816 (on səkkiz min səkkiz yüz on altı) manat borc, hüquqi xidmətə görə ödənilən 320 (üç yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumuna görə 148 (yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında 07 mart 2023-cü il tarixdə 3 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləsnin 1.1-ci bəndinə əsasən “Ekskavator JCB JS330” markalı texnika iddiaçıya 26 iş günü vergilər xaric olmaqla, 11000 (on bir min) manata istifadəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən cavabdeh razılaşdırılmış məbləği tam şəkildə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün cavabdehin müqavilə üzrə iddiaçıya 18816 (on səkkiz min səkkiz yüz on altı) manat borcu yaranmışdır. Buna dair cavabdehə qanunvericiliyin tələbinə uyğun pretenziya bildirişi və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin göndərilməsinə baxmayaraq, cavabdeh həmin pretenziya bildirişinə cavab verməmişdir. Hesab edilir ki, iddia tələbi qanuni və əsaslıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı2 ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 3 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən icraçı ona məxsus olan və 1 nömrəli cədvəldə əks olunmuş texnikaları sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir. 1 nömrəli cədvələ əsasən “Ekskovator JCB JS330” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı texnika 26 iş günü üçün vergi xaric olmaqla, 11000 manat xidmət haqqı müəyyən edilmişdir; 2.1-ci bəndinə əsasən texnika(lar) xidmət yerinə çatdıqdan sonra sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən icraçının göstərişi ilə texnikanı geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir; 3.1-ci bəndinə əsasən icraçı texnika(lar0 üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında xidmətlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir; 3.3-cü bəndinə əsasən bayram günlərində texnikalar xidmət göstərməsələr, həmin gün üçün icarə haqqı 50% hesablanacaq; 3.5-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir; 8.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır; 8.2-ci bəndinə əsasən icraçı müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1%-i həcmində məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 3 nömrəli xidmət müqaviləsinə əsasən cədvəldə adları göstərilən nəqliyyat vasitələri və xüsusi texnikaların Cavabdeh MMC-nin tikinti obyektlərində işləməsi barədə tabel vərəqəsindən müəyyən olunur ki, “JCB JS330” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı texnikadan istifadəyə görə 2023-cü ilin may ayı üçün Cavabdeh MMC-nin ümumi borcu 12223 manat təşkil edir.
9. İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 3 nömrəli xidmət müqaviləsinə əsasən cədvəldə adları göstərilən nəqliyyat vasitələri və xüsusi texnikaların Cavabdeh MMC-nin tikinti obyektlərində işləməsi barədə tabel vərəqəsindən müəyyən olunur ki, “JCB JS330” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı texnikadan istifadəyə görə 2023-cü ilin iyun ayı üçün Cavabdeh MMC-nin ümumi borcu 9732,9 manat təşkil edir.
10. İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 3 nömrəli xidmət müqaviləsinə əsasən cədvəldə adları göstərilən nəqliyyat vasitələri və xüsusi texnikaların Cavabdeh MMC-nin tikinti obyektlərində işləməsi barədə tabel vərəqəsindən müəyyən olunur ki, “JCB JS330” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı texnikadan istifadəyə görə 2023-cü ilin iyul ayı üçün Cavabdeh MMC-nin ümumi borcu 11861 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 758241 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9732,84 manat təşkil edir. Qaimənin əsası kimi 3 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 757615 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12222,63 manat təşkil edir. Qaimənin əsası kimi 3 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 758749 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11860,48 manat təşkil edir. Qaimənin əsası kimi 3 nömrəli müqavilə qeyd edilmişdir.
14. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı2 bank hesabına 15000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 3 saylı müqaviləyə əsasən tərtib edilmiş EBDT seriyalı, 757615 nömrəli, EBDT seriyalı, 58241 nömrəli, EBDT seriyalı, 758749 nömrəli elektron qaimələr üzrə ödənişlər qeyd edilmişdir.
15. İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, mövcud borcun 3 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 3 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icraçı ona məxsus olan və 1 nömrəli cədvəldə əks olunmuş texnikaları sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir. 1 nömrəli cədvələ əsasən “Ekskavator JCB JS330” markalı, 1**-FA-*** dövlət qeydiyyat nişanlı texnikaya görə 26 iş günü üçün vergi xaric olmaqla, 11000 manat xidmət haqqı müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, xidmət göstərilməsi üçün texnikalar təhvil verilmiş, lakin xidmət haqqı tam ödənilməmişdir.
19. İddia tələbini Cavabdeh MMC-dən 18816 manat əsas borcun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 3 saylı xidmət müqaviləsi üzrə 18816 (on səkkiz min səkkiz yüz on altı) manat borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş tabel vərəqələrindən müəyyən olunur ki, cavabdeh tərəfindən 2023-cü ilin may-iyul ayları üçün ödənilməli olan ümumi xidmət haqqı 11861+9732,9+12223=33861,9 manat təşkil edir. Bundan əlavə, "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı2 bank hesabına 15000 manat vəsait köçürülmüşdür. Belə olan halda Cavabdeh MMC tərəfindən ödənilməli olan qalıq borc 33861,9-15000=18861,9 manat olacaqdır.
21. Eləcə də, iddiaçı 320 manat hüquqi xidmətə görə ödənilən pulun, 148 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və 147,41 manat (yüz qırx yeddi manat qırx bir qəpik) (iddia qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 18816 (on səkkiz min səkkiz yüz on altı) manat əsas borc, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və 147,41 manat (yüz qırx yeddi manat qırx bir qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 19283,41 manat (on doqquz min iki yüz səksən üç manat qırx bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova