Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-692/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər “Azərbaycan X4" QSC-yə və "xxxx" MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, Cavabdeh “Azərbaycan X4" QSC-nin nümayəndəsi X2, İddiaçı QSC-nin cavabdehlər “Azərbaycan X4" QSC-yə və "xxxx" MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-dən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə 91834 EURO məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə əsasən və 465 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr bağlanmışdır. xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA- 0217 müqavilələrə əsasən İddiaçı QSC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixinədək xidmətlər göstərmişdir. Cavabdeh1 QSC-nin xx.xx.2023-cü il tarixli 13-3/2- 5066/2023 saylı məktubuna əsasən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA0217 saylı müqavilələr üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüş və bununla bağlı xx.xx.2023-cü il tarixli MR-0086 saylı üç tərəfli razılaşma bağlanmışdır. Razılaşmanın 3-cü bəndinə əsasən həmin razılaşma imzalandığı tarixdən öncə yaranmış və yerinə yetirilməmiş Ötürən şəxsin hüquq və öhdəliklərinin həyata keçirilməsi Ötürən şəxs tərəfindən müqavilələrin şərtlərinə müvafiq olaraq təmin edilir, bununla bağlı Qəbul edən şəxs hər hansı məsuliyyətdən azad olunur. Razılaşmaya əsasən ötürən şəxs İddiaçı QSC xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə razılaşma imzalanan tarixədək bütün öhdəliklər tam olaraq yerinə yetirmiş və bununla bağlı cavabdehlə xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı bağlanmışdır. Təhviltəslim aktına əsasən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələrin 1.1-ci bəndində qeyd edilən öhdəliklər xx.xx.2023-cü il tarixinə tam olaraq icra edilərək, görülən işlər tam və qüsursuz qaydada cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh bugünə kimi xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA- 0217 saylı müqavilələr üzrə xidmət haqqını ödəməmişdir. Borcun ödənilməsi üçün Cavabdeh1 QSC ilə dəfələrlə şifahi görüşlər təşkil olunmuş borcun ödənməsi tələbi ilə cavabdehə xx.xx.2024-cü il tarixli H-247/2024 saylı pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cаvаbdеh xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023cü il tarixli MA-0217 saylı müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində İddiaçı QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа, tərəflərindən məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, Cavabdeh1 QSC bоrcun ödənilməsi üçün hеç bir təşəbbüs göstərməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixli XA- 1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələrə əsasən cavadehin xx.xx.2023-cü il tarixinədək olan borcu 91834 EURO borc məhkəmə qətnaməsi çıxarılan gün X3 uyğun olaraq cavabdehdən tutulmalıdır.
3. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, X6 İdarəsi iş üzrə məhkəməyə təqdim edilmiş bağlanılmış dekabr -cü il tarixli cavab məktubuilə müqavilələrin öhdəliklərini Oritson Co MMc-yə ötürülməsini bildirmiş və 3 tərəfli 30 dekabr 2023-cü il tarixli, MR-086 nömrəli müqavilə ilə öhdəlik tərəflərin imza və möhürlə təsdiq edilmişdir. Yuxarı qeyd edilənlərə əsasən hesab edir ki, Oritson Co MMC 2-ci cavabdeh kimi işə cəlb edilməli və X6 İdarəsi ilə birgə 91834 evro Mərkəzi Bankın müəyyən etdiyi bu ilki məzəmmə ilə ödənilməsi barədə Qətnamə qəbul edilməlidir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdeh “Azərbaycan X4" QSC-yə qarşı “borc” tələbinə dair iş üzrə "xxxx" MMC başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.
5. Cavabdeh “Azərbaycan X4" QSC-nin etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “İnci Group of Companies" QSC, “Azərbaycan X4" QSC və "xxxx" MMC arasında MR-0086 saylı razılaşma imzalanmışdır. Razılaşmanın şərtinə görə xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021 -ci il tarixli MA-2847 saylı və 31.01,2023-cü il tarixli MA- 0217 saylı müqavilələr üzrə öhdəliklər İddiaçı QSC tərəfindən "Orbitson CO” MMC - yə ötürülmüşdür. Qeyd olunan müqavilələrə uyğun olaraq görülmüş xidmətlər üzrə İddiaçı QSC - yə sonuncu dəfə 2023-cü ilin üçüncü rübü üzrə 86711,12 (səksən altı min yeddiz yüz on bir avro 12 sent) avro məbləğində xidmət haqqı ödənilmiş, lakin 2023 - cü ilin son rübü üzrə xidmətlər "xxxx" MMC tərəfindən göstərildiyi üçün son rüb üzrə 100735.64 (yüz min yeddi yüz otuz beş avro 65 sent) avro məbləğində ödəniş "xxxx" MMC - yə ödənilmişdir. Bu səbəbdən iddia tələbini qəbul etmir, əsassız və qanunsuz hesab edilir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2023 - cü il tarixli MA-027 saylı müqavilənin predmetini ASCO-nun lisenziya əsasında “SAP S/4HANA” elektron hesablama maşınında istifadə hüququnun əldə edilməsi təşkil etmiş, buna baxmayaraq məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatında, İddiaçı QSC -nin proqram təminatı ilə bağlı lisenziyalara malik olmadığı bildirilmişdir. Eyni zamanda, "xxxx" MMC-yə İddiaçı QSC ilə arasında hər hansı partnyorluq və ya digər müqavilə münasibətlərinin mövcud olub-olmaması, həmçinin iddiaçının "xxxx" MMC- yə məxsus olan lisenziyanı satmaq və ya bu sahədə xidmət göstərmək hüququnun olub- olmaması barədə müvafiq sorğu ünvanlanmış sorğuya xx.xx.2025 - ci il tarixli № 270125-01/25 saylı cavaba əsasən İddiaçı QSC-nin belə bir hüququnun mövcud olmadığı bildirilmişdir. İddiaçı QSC tərəfindən ASCO -ya təsdiq üçün göndərilmiş EBEC 532213, EBEC 532530 və EBEC 532808 saylı elektron qaimələr əsassız hesab edildiyindən təsdiq olunmamış və geri qaytarılmışdır. Bundan əlavə İddiaçı QSC iddia ərizəsində xx.xx.2019-cu il tarixli XA- 1677 saylı, 01,07.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021- ci il tarixli MA-2847 saylı və 31.01,2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə ASCO-nun ödənilməmiş borcunun olduğunu bildirsə də, xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2021 -ci il tarixli MA- 2847 saylı və 31.01,2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə ASCO tərəfindən İddiaçı QSC-yə xidmət haqları tamamilə ödənilmiş, yalnız xx.xx.2020 - ci il tarixli XA- 1304 saylı müqavilə üzrə hüquqlar ötürüldüyündən, sonuncu rübdə icra edilməli öhdəliklər "xxxx" MMC tərəfindən həyata keçirilmiş və ödənişlər "xxxx" MMC -yə edilmişdir. Qeyd olunanlar iddiaçının tələblərinin əsassız və qanunsuz olduğunu bir daha sübut edir. Belə ki, iddiaçı öz iddia tələblərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə prosesi zamanı, əvvəlki rüblər ərzində ASCO - ya lisenziya xidmətlərini göstərən İddiaçı QSC-nin əməkdaşlarının 4 - cü rüb ərzində "xxxx" MMC- də fəaliyyətlərini davam etdirdiklərini bildirmiş və birmənalı olaraq, ASCO - ya 2023 - cü ilin 4 - cü rübü ərzində hər hansı xidmət göstərmədiklərini etiraf etmişdir. İddiaçı QSC tərəfindən göstərilmiş xidmətlərə uyğun olaraq, ASCO tərəfindən müvafiq ödəniş edilmiş, bu səbəbdən ASCO-nun İddiaçı QSC qarşısında öhdəliyinə xitam verilmişdir. Cavabdeh1 QSC ilə "xxxx" MMC arasında MR-0086 saylı,30 dekabr 2023 - cü il tarixli Razılaşmaya əsasən həmin Razılaşmanın 1 ci bəndinə uyğun olaraq xx.xx.2020 - ci il tarixli XA-1304 saylı müqavilə üzrə qəbul edilən öhdəliklərə müvafiq olaraq 4 - cü rübə aid xidmətlərin (öhdəliklərin) fakitki olaraq yerinə yetirilməsi barədə akt imzalanmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan maliyyə arayışına əsasən baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən bir çox məsələyə aydınlıq gətirilməmişdir. 16 dekabr tarixində verilmiş sənədlərdən görünür ki, SAP və BMS Global sevices şirkətləri arasında tərəfdaşlıq müqaviləsi olmuşdur. Bu müqaviləyə əsasən lisenziyanın Azərbaycanda satılması hüququ verilmişdir BMS Global sevices şirkətinə. İddiaçı tərəfindən təqdim olunmuş protokoldan görünür ki, BMS Global şirkəti qoşulma nəticəsində ləğv edilmişdir. Bu zaman qərarla yox tərəf nizamnamə təqdim etməlidir və hüquqi varislik təsdiq edilə bilsin. Şirkətlərin təsçililərindən birinin eyni olması şirkətlərin eyni olması mənasına gəlmir. Müqavilələr mövcud olmuşdur daha əvvəl. Lakin, lisenziyaya dair iddiaçının heç bir potensialı olmamışdır ki, xidmət göstərə bilsin. Özləri tərəfindən elektron sistemə əlavə edilmiş SAP Azərbaycan şirkəti ilə BMS Group İnternational şirkəti arasındakı müqavilədən görsənir ki, iddiaçı şirkətdən söhbət getmir. Düşünür ki, burada vacib əhəmiyyətli yanılma baş vermişdir. Bura qədər olan elektron qaimələrin icrası sadəcə olaraq nəzərdən qaçmışdır. İddia ərizəsi rədd olunmalıdır.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan X4" QSC-nin nümayəndəsi yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. xx.xx.2019-cu il tarixli XA-1677 saylı müqaviləyə əsasən görülmüş işlərə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı xx.xx.2019-cu il tarixli XA-1677 saylı müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə qeyd edilən öhdəlikləri xx.xx.2023-cü il tarixinə kimi tam olaraq icra etdyini və sifarişçiyə təhvil verildiyini qeyd etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2020-ci il tarixli XA-1304 saylı müqaviləyə əsasən görülmüş işlərə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı xx.xx.2020-ci il tarixli XA-1304 saylı müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə qeyd edilən öhdəlikləri xx.xx.2023-cü il tarixinə kimi tam olaraq icra etdiyini və sifarişçiyə təhvil verildiyini qeyd etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2021-ci il tarixli 1988 MA-2847 saylı müqaviləyə əsasən görülmüş işlərə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı xx.xx.2021-ci il tarixli 1988MA-2847 saylı müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə qeyd edilən öhdəlikləri xx.xx.2023-cü il tarixinə kimi tam olaraq icra etdiyini və sifarişçiyə təhvil verildiyini qeyd etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı ilə “X4” QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli MA-0217 saylı lisenziya müqaviləsinə əsasən:
15. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti sifarişçinin sadə (qeyri-müstəsna) lisenziya əsasən “SAP S/4HANA elektron hesablama maşınında istifadə hüququnu əldə etməkdir. Ötürülən hüquqların həcmi və dəyəri məbləği bu müqaviləyə olan 1 və 2 saylı əlavə ilə müəyyən edilib.
16. xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqaviləyə əsasən görülmüş işlərə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı xx.xx.2023-cü il tarixli MA-02/17 saylı müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə qeyd edilən öhdəlikləri xx.xx.2023-cü il tarixinə kimi tam olaraq icra etdiyini və sifarişçiyə təhvil verildiyini qeyd etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
17. 12.10.2023-cü il tarixli debit haqqında bildirişə əsasən cavabdeh tərəfindən EBDP919349 saylı e-qaimə və xx.xx.2019-cu il tarixli XA-1677 saylı müqavilə üzrə 55000 manat dəyərində və xx.xx.2023-cü il tarixli debit haqqında bildirişə əsasən EBDP223047 saylı e-qaimə və xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə 173107,63 manat dəyərində ödənişlər edilmişdir.
18. Azərbycan X4 QSC, İddiaçı MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, MR-0086 saylı razılaşma bağlanmış və razılaşmaya əsasən Cavabdeh1 QSC-nin xx.xx.2023-cü il tarixli 13-3/2-5066/2023 saylı məktubuna əsasən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA0217 saylı müqavilələr üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüşdür. Razılaşmanın 3-cü bəndinə əsasən həmin razılaşma imzalandığı tarixdən öncə yaranmış və yerinə yetirilməmiş Ötürən şəxsin hüquq və öhdəliklərinin həyata keçirilməsi Ötürən şəxs tərəfindən müqavilələrin şərtlərinə müvafiq olaraq təmin edilir, bununla bağlı Qəbul edən şəxs hər hansı məsuliyyətdən azad olunur.
19. “X8 QSC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, “MR-0086 saylı, 30 dekabr 2023-cü il tarixli razılaşmaya əsasən” imzalanmış təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) (bundan sonra - Sifarişçi), sədr müavini Cəbrayıl Mahmudlunun şəxsində bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN: **********1) (bundan sonra - icraçı) direktor Tural Salahov şəxsində digər tərəfdən bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən də-MR-0086 saylı, 30 dekabr 2023-cü il tarixli Razılaşmanın 1-ci bəndinə uyğun olaraq 18.102019-cu il tarixli XA-1677 nömrəli, 01,07.2020-ci il tarixli XA-1304 nömrəli, xx.xx.2021 -ci il tarixli MA-2847 nömrəli və xx.xx.2023-cü il tarixli MA- 0217 nömrəli müqavilələr üzrə xidmətlərin göstərilməsinə dair öhdəliklər icraçıya ötürülmüşdür; 01,07.2020-ci il tarixli XA-1304 nömrəli müqavilə üzrə 4-cü rübə aid xidmətlər (öhdəliklər) faktiki olaraq İcraçı tərəfindən yerinə yetirilmişdir; Xidmətlər hazırda icraçı ilə əmək münasibətlərində olan və müvafiq hüquqlar icraçıya ötürülməzdən əvvəl də Sifarişçi üçün bu işləri icra edən işçilər tərəfindən yerinə yetirilərək tam və qüsursuz şəkildə Sifarişçiyə təhvil verilmişdir; Qeyd olunan müqavilələr üzrə 4-cü rübdən öncə yerinə yetirilən xidmətlər İcraçı tərəfindən yoxlanılmamışdır və həmin xidmətlərə görə İcraçı cavabdeh deyildir. Akt eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur Bu akt MR-0086 saylı. 30 dekabr 2023-cü il tarixli Razılaşmanın 1-ci bəndinə uyğun olaraq 01 07 2020-ci il tarixli XA-1304 nömrəli müqavilə üzrə 4-cü rübə aid və İcraçı tərəfindən göstərilən xidmətlərin haqqının ödənişi üçün əsasdır.
20. 27.03.2024-cü il tarixli debit haqqında bildirişə əsasən cavabdeh tərəfindən EBDY567423 saylı e-qaimə və xx.xx.2020-ci il tarixli XA-1304 saylı müqavilə üzrə 177889,07 manat dəyərində ödəniş edilmişdir.
21. xx.xx.2024-cü il tarixli, EBEC532530 saylı e-qaiməyə (xx.xx.2024-cü il tarixdə ləğv edildi) əsasən iddiaçı tərəfindən 23156,43 manat dəyərində, eyni tarixli EBEC532213 saylı e-qaiməyə (xx.xx.2024-cü il tarixdə ləğv edildi) əsasən 158143,74 manat dəyərində və eyni tarixli EBEC532808 saylı e-qaiməyə (xx.xx.2024-cü il tarixdə ləğv edildi) əsasən isə 16334,32 manat dəyərində e-qaimə tərtib edilmiş və cavabdehə göndərilmişdir.
22. İddiaçı QSC-nin maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli EBEC532530 saylı, EBEC532213 saylı və eyni tarixli EBEC532808 saylı e-qaimə üzrə cəmi yekun borc 91874 avro (ƏDV manat-197634 və ƏDV avro-111657) qeyd olunmuşdur.
23. "xxxx" MMC-nin cavabdeh-QSC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 270125- 01/25 saylı məktubuna əsasən "xxxx" MMC ilə "xxxx" QSC arasında tərəfdaşlıq münasibətləri və ya müqavilə öhdəlikləri mövcud olmadığı, bundan əlavə QSC-nin onlara məxsus lisenziyaları və ya xidmətləri satmaq hüququnun olmadığını təsdiq etmişdir.
24. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında yazılı qaydada bağlanmış xidmət müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, program təminatı üzrə görülmüş işlərin qalıq dəyərinin ödənilməməsindən irəli gəlir.
32. Belə ki, iddiaçı qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr bağlanmışdır. xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 müqavilələrə əsasən İddiaçı QSC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixinədək xidmətlər göstərmişdir. Cavabdeh1 QSC-nin xx.xx.2023-cü il tarixli 13-3/2-5066/2023 saylı məktubuna əsasən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA0217 saylı müqavilələr üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüş və bununla bağlı xx.xx.2023-cü il tarixli MR-0086 saylı üç tərəfli razılaşma bağlanmışdır. Razılaşmanın 3cü bəndinə əsasən həmin razılaşma imzalandığı tarixdən öncə yaranmış və yerinə yetirilməmiş Ötürən şəxsin hüquq və öhdəliklərinin həyata keçirilməsi Ötürən şəxs tərəfindən müqavilələrin şərtlərinə müvafiq olaraq təmin edilir, bununla bağlı Qəbul edən şəxs hər hansı məsuliyyətdən azad olunur. Razılaşmaya əsasən ötürən şəxs İddiaçı QSC xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə razılaşma imzalanan tarixədək bütün öhdəliklər tam olaraq yerinə yetirmiş və bununla bağlı cavabdehlə xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı bağlanmışdır. Təhviltəslim aktına əsasən xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələrin 1.1-ci bəndində qeyd edilən öhdəliklər xx.xx.2023-cü il tarixinə tam olaraq icra edilərək, görülən işlər tam və qüsursuz qaydada cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh bugünə kimi xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021-ci il tarixli MA-2847 saylı və xx.xx.2023-cü il tarixli MA- 0217 saylı müqavilələr üzrə xidmət haqqını ödəməmişdir.
33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir.
34. Belə ki, xx.xx.2023-cü il tarixində “İnci Group of Companies" QSC, “Azərbaycan X4" QSC və "xxxx" MMC arasında MR-0086 saylı razılaşma imzalanmışdır. Razılaşmanın şərtinə görə xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021 -ci il tarixli MA-2847 saylı və 31.01,2023-cü il tarixli MA- 0217 saylı müqavilələr üzrə öhdəliklər İddiaçı QSC tərəfindən "Orbitson CO” MMC - yə ötürülmüşdür. Qeyd olunan müqavilələrə uyğun olaraq görülmüş xidmətlər üzrə İddiaçı QSC - yə sonuncu dəfə 2023-cü ilin üçüncü rübü üzrə 86711,12 (səksən altı min yeddiz yüz on bir avro 12 sent) avro məbləğində xidmət haqqı ödənilmiş, lakin 2023 - cü ilin son rübü üzrə xidmətlər "xxxx" MMC tərəfindən göstərildiyi üçün son rüb üzrə 100735.64 (yüz min yeddi yüz otuz beş avro 65 sent) avro məbləğində ödəniş "xxxx" MMC - yə ödənilmişdir.
35. Eyni zamanda İddiaçı QSC tərəfindən ASCO -ya təsdiq üçün göndərilmiş EBEC 532213, EBEC 532530 və EBEC 532808 saylı elektron qaimələr (maliyyə arayışında göstərilən tələbin əsasını təşkil edən e-qaimələr) əsassız hesab edildiyindən təsdiq olunmamış və geri qaytarılmışdır.
36. Bundan əlavə İddiaçı QSC iddia ərizəsində xx.xx.2019-cu il tarixli XA-1677 saylı, 01,07.2020-ci il tarixli XA-1304 saylı, xx.xx.2021- ci il tarixli MA-2847 saylı və 31.01,2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə ASCO-nun ödənilməmiş borcunun olduğunu bildirsə də, xx.xx.2019-cu il tarixli XA-1677 saylı, xx.xx.2021 -ci il tarixli MA- 2847 saylı və xx.xx.2023-cü il tarixli MA-0217 saylı müqavilələr üzrə ASCO tərəfindən İddiaçı QSC-yə xidmət haqları tamamilə ödənilmiş, yalnız xx.xx.2020 - ci il tarixli XA- 1304 saylı müqavilə üzrə hüquqlar ötürüldüyündən, sonuncu rübdə icra edilməli öhdəliklər "xxxx" MMC tərəfindən həyata keçirilmiş və ödənişlər "xxxx" MMC -yə edilmişdir.
37. Digər tərəfdən, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına istinad etsə də, həmin aktlarda hansı həcmdə və dəyərdə işlərin görülməsi qeyd edilməmişdir. Cavabdehə göndərilən e-qaimələr isə təsdiq edilmədən geri qaytarılmışdır. Beləliklə, iddiaçı məhkəmə gedişatı zamanı öz iddiasının əsaslı olmasını təsdiq edən mötəbər və yetərli sübutları təqdim edə bilməmişdir.
38. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı da zəruri hesab edir.
39. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
40. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini cavabdehin lisenziya əsasında “SAP S/4HANA” elektron hesablaşma maşınından istifadə hüququnun əldə edilməsi təşkil etmişdir.
41. Bununla bağlı cavabdeh tərəf "xxxx" MMC-yə İddiaçı QSC ilə arasında hər hansı partnyorluq və ya digər müqavilə münasibətlərinin mövcud olub-olmaması, həmçinin iddiaçının "xxxx" MMC- yə məxsus olan lisenziyanı satmaq və ya bu sahədə xidmət göstərmək hüququnun olub- olmaması barədə müvafiq sorğu ünvanlanmış sorğuya xx.xx.2025 - ci il tarixli № 270125-01/25 saylı cavaba əsasən İddiaçı QSC-nin belə bir hüququnun mövcud olmadığı bildirilmişdir.
42. Qeyd olunanlardan da göründüyü kimi hazırkı iş üzrə iddiaçının "xxxx" MMC- yə məxsus olan lisenziyanı satmaq və ya bu sahədə xidmət göstərmək və həmin xidmətə görə pul tələb etmək üçün subyektiv hüququ da mövcud olmamışdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
46. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova