Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-694/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1030 manat pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 001 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehin müəssisəsində AZS İSO 9001:2020 standartının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılmasını və 2024 və 2025-ci illər üçün sertifikatlaşdırılmış Keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İddiaçı istinad edilən müqavilənin 1.1-ci bəndinin tələbinə uyğun olaraq cavabdehin müəssisəsində AZS İSO 9001:2020 standartının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idarəetmə sistemnin sertifikatlaşdırılmasınıaparmış cavabdeh isə müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 2500 AZN məbləğini iddiaçının hesabına ödəmişdir. Eynizamanda iddiaçı tərəfindən müqavilənin 1.1 bəndinə uyğun olaraq AZS İSO 9001:2020 standartının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə 17 yanvar 2024-cü il tarixində inspeksiya auditi keçirilmiş, cavabdeh isə öz öhtəliyini pozaraq müqavilənin 2.3-cü bəndində qeyd olunan 1000 AZN iddiaçının hesabına ödəməkdən imtina etmişdir. Bu bərədə Cavabdeh MMC-nin direktoru Nümayəndə PM/11 saylı 12 fevral 2024-cü il tarixli pretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 3(üç) gün müddətində müqavilə öhdəliyinin icra edərək 1000 AZN pulun İddiaçı MMC-yə ödənilməsi tələb edilib, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyicavbdeh təşkilatın direktorunun diqqətinə çatdırılıb. İş materiallarına əlavə edilimiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən 12 fevral 2024-cü il tarixli pretenziya məktubu cavabdeh müəssisənin direktoru Nümayəndə tərəfindən hüquqi ünvanda 20 fevral 2024-cü il tarixində qəbul edilmişdir. Lakin cavabdeh təşkilat tələb edilən pulməbləğini ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən 1000 AZN pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1030 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasızəruridir İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 399.1, 423.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 001 nömrəli müqavilədən görünür ki, “Sifarişçi” tapşırığı ilə “İcraçı” Cavabdeh MMC-də AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılmasmı və sertifikatlaşdırılmış Keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə 2024 və 2025-cü illər üçün inspeksiya nəzarətini həyata keçirməyi şərtləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqaviləyə əsasən görülmüş sertifikatlaşma işlərinə görə Sifarişçi İcraçıya aşağıda göstərilən məbləği 2500 AZN ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərini 100% (2500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı” nın hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər, 2024 və 2025-ci illər üçün AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il hər sertifikat üçün 1000 (bir min) AZN ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. Cavabdeh MMC-də AZS İSO 9001:2020 standartı əsasında tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin İ inspeksiya auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə 17 yanvar 2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixində keyfiyyəti idarəetmə sistemlərinin AZS İSO 9001:2020 standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi ilə bağlı audit keçirilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli B004 saylı Uyğunluq sertifikatı təqdim edilmişdir. 08 oktyabr 2024-cü il tarixli 24482 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla da təsdiq olunur. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 1000 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1000 (bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-694/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-694/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver