Məhkəmə qərarları › İş №e-2-2(113)-6945/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6945/2024

26.11.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6945/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1 Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sənədlərin təqdim edilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X1 Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh X1 Cəmiyyətinə (bundan sonra Cavabdeh ATSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ATSC-nin nizamnaməsinin, Cavabdeh ATSC-nin 2020-2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin; Cavabdeh ATSC-nin Emissiya prospektinin surətinin; Cavabdeh ATSC-nin 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin; Cavabdeh ATSC-nin 2019- 2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin; Cavabdeh ATSC-nin 2019-2020-2021- 2022-ci illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin; Cavabdeh ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın; Cavabdeh ATSC-nin 04 noyabr 2023-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin; Cavabdeh ATSC-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqlənərək, Cavabdeh ATSC tərəfindən təqdim edilməsi; 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli depo hesabından çıxarışa əsasən Cavabdeh ATSC-nin səhmdarıdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh ATSC-dən ASC-nin nizamnaməsinin, ATSC-nin 2020-2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ATSC-nin Emissiya prospektinin surətinin, ATSC-nin 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ATSC-nin 2019- 2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, ATSC-nin 2019-2020-2021-2022-ci illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin, ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ATSC-nin 04 noyabr 2023-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, ATSC-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh ATSC-yə müraciət etməsinə baxmayaraq, səhmdar cəmiyyəti müraciətinə cavab verməmiş və sənədlər ona təqdim edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-1.3.8-4, 107.1-ci maddələrinə istinad olunmuşdur. 4.Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. xx.xx.2021-ci il tarixli depo hesabından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ATSC-də bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 8772 adi adlı səhmə malikdir.

7. İş materiallarına əlavə olunmuş İddiaçı 02 aprel 2024-cü il tarixli məktubuna Azərbaycan Respublikasının Mərkəzi Bankının 04 aprel 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Qiymətli kağızlar bazarı haqqında“ AR Qanunun 7.2-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.

8. İşdə olan “Qiymətli kağız mülkiyyətçilərinin reyestri“ nin “emitentin buraxdığı qiymətli kağız haqqında məlumat” qrafasından görünür ki, emitent (Cavabdeh ATSC) bir qiymətli kağızın nominal dəyəri 2 manat olan, ümumi miqdarı adi adlı səhm buraxmışdır.

9. Qiymətli kağız mülkiyyətçilərinin siyahısından görünür ki, İddiaçı (35-ci sıra)adi adlı səhmə malikdir.

10. İş materiallarına ATSC-nin 2020-2023-cü illərdə ümumi yığıncağının çağırılmasına dair bildirişin əks olunduğu “Xalq” qəzetinin səhifələrinin surətləri təqdim olunmuşdur.

11. iddiaçı tərəfindən cavabdehə pretenziya ünvanlanaraq, iddia tələbində göstərilən sənədlərin ona təqdim olunması tələb edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq (106-1.3.8-4), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh X1 cəmiyyətidir və iddiaçı da həmin cəmiyyətin 8772 adi adlı səhmə malik olan səhmdarlarından biridir. İddiaçı səhmdar kimi iddia ərizəsində göstərilən sənədlərin ona təqdim edilməsi üçün cavabdehə müraciət etsə də, həmin sənədlərin ona verilməsi təmin olunmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

15. İddia tələbini Cavabdeh ATSC-nin nizamnaməsinin, Cavabdeh ATSC-nin 2020- 2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, Cavabdeh ATSC-nin Emissiya prospektinin surətinin, Cavabdeh ATSC-nin 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, Cavabdeh ATSC-nin 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, Cavabdeh ATSC-nin 2019-2020-2021-2022-ci illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin, Cavabdeh ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, Cavabdeh ATSC-nin 04 noyabr 2023-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, Cavabdeh ATSC-nin xx.xx.2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin İddiaçı təqdim edilməsi təşkil edir.

16. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, qanunvericilikdə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqları vardır.

17. İddiaçı da Cavabdeh X1 Cəmiyyətində 8772 adi adlı səhmə sahib olduğundan onun cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.

18. Ona görə də, məhkəmə hesab edir ki, Cəmiyyətin nizamnaməsi, Cavabdeh X1 Cəmiyyətinin Emissiya prospektinin surəti, 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri, 2019-2020-2021- 2022-ci illərin maliyyə nəticələri haqqında hesabat, müəssisənin balansı, mənfəət vergisi bəyannaməsinin surətləri, “Cəmiyyətin 04 noyabr 2023-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surəti, xx.xx.2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surəti Cavabdeh X1 Cəmiyyəti tərəfindən İddiaçı verilməlidir.

19. Məhkəmə həmçinin hesab edir ki, iddianın digər hissələri, eləcə də, digər şəxslərlə icarə müqaviləsinin bağlanması barədə sübutlar təqdim olunmadığından təmin oluna bilməz.

20. İddiaçı həmçinin keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin verilməsini də tələb etmişdir, lakin məhkəmənin qənaətinə əsasən protokolların verilməsi hissəsində iddia təmin olunduğundan həmin hissənin ayrıca göstərilməsinə lüzum yoxdur.

21. Ona görə də iddia yuxarıda qeyd olunan hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır.

22. İddiaçı həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun tutulmasını da xahiş etmişdir.

23. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

24. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh X1 Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 Cəmiyyəti tərəfindən Cəmiyyətin nizamnaməsi, Cavabdeh X1 Cəmiyyətinin Emissiya prospektinin surəti, 2019-2020-2021-2022-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri, 2019-2020-2021- 2022-ci illərin maliyyə nəticələri haqqında hesabat, müəssisənin balansı, mənfəət vergisi bəyannaməsinin surətləri, “Cəmiyyətin 04 noyabr 2023-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surəti, xx.xx.2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surəti (surətlər təsdiq olunmaqla) İddiaçı təqdim edilsin. Cavabdeh X1 Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar