Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-706/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər 25 saylı Notariat Ofisinin notariusu X2 qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Qeydinin ləğv edilməsinə və Cavabdeh1 MMC-нə olan 3323 manat 40 qəpik borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 MMC-yə hər hansı bir məbləğdə borcu yoxdur. İddiaçının vəkili tərəfindən Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müvafiq sorğu ilə müraciət edilərək, barəsində olan 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin, həmçinin həmin icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsinin təmin edilməsi xahiş edilsə də, həmin sənədlər iddiaçıya təqdim edilməmişdir. Odur ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin və həmin icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin cavabdeh 25 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tələb edilməsi məhkəmədən xahiş edilir. Həmçinin iddiaçı hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindəki borc məbləği həqiqəti əks etdirmədiyindən, iddiaçının Cavabdeh1 MMC-nə hər hansı bir borcu olmadığından, 8İ- 4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməli və Cavabdeh1 MMC-nə olam borcu silinməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq – xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır. Hazırkı işdə cavabdehlərdən biri Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu olduğundan və mübahisənin predmeti həmin ofisin xüsusi notariusunun həyata keçirdiyi peşə fəaliyyətindən irəli gəldiyindən, yəni həmin notariusun verdiyi icra sənədinin mübahisələndirilməsi ilə bağlı olduğundan həmin tələb üzrə hüquq münasibətləri kommersiya xarakterli sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ikinci iddia tələbi – cavabdeh tərəfindən hesablanmış borcun silinməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələb predmet və hüquq münasibətləri baxımından tərəflərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olması belə hazırkı işin kommersiya məhkəməsində baxılmalı olması barədə qənaətə gəlmək üçün əsas vermir. Belə ki, hazırkı halda borcun silinməsi tələbi icra qeydinin ləğv edilməsi barədə əsas tələbdən irəli gələn və həmin tələbdən asılı olan əlavə tələbdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən qərarının 12-ci bəndində formalaşdırılmış hüquqi mövqedən də göründüyü kimi mübahisələrin məhkəmə aidiyyəti məhz əsas tələb üzrə subyektiv tərkib, predmet və hüquq münasibətlərinin xarakterinə uyğun müəyyənləşdirilir. İkincisi, o da qeyd edilməlidir ki, icra qeydinin ləğv edilməsi tələbi mübahisənin subyektiv tərkibindən asılı olmayaraq predmet baxımından ümumi məhkəmədə baxılmalı olan tələb olduğundan (əmək mübahisələri, ailə mübahisələri və s.kimi) həmin tələb kommersiya məhkəməsinə aid olan tələblə birləşdirilsə belə kommersiya məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-xü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədəəsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin yönəldiyi Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonunda yerləşdiyindən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər 25 saylı Notariat Ofisinin notariusu X2 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər 25 saylı Notariat Ofisinin notariusu X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-706/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-706/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver