Məhkəmə qərarları › İş №e-2-2(113)-7072/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7072/2025

08.01.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7072/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sənədlərin təqdim edilməsi) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı2, İddiaçı1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-yə qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 qızı (bundan sonra – İddiaçılar ) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin nizamnaməsinin; 2. CavabdehASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020- 2021-2022-2023-2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərinin. 3. Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017- 2018-2019-2020-2021-2022-2023-2024-2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; 4. Cavabdeh ASC-nin Emissiya prospektinin surətinin; 5. Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014- 2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin; 6. Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022- 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının; 7. 2010-2011-2012-2013-2014-2015-2016- 2017-2018-2019-2020-2021-2022-2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətinin; 8. Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın; 9. ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün əmlak komitəsinə ödənilən vəsaitin (pulun) miqdarını göstərən qəbzin surətinin; 10. ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportunun surətinin; 11. ASC-nin istifadəsində olan torpaq və balansında olan əmlakının bir hissəsinin dövlət əhəmiyyətli yolun genişləndirilməsinə görə alınmış kompensasiyanın miqdarını təsdiq edən qəbzlərin surətinin; 12. Cavabdeh ASC-i tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqləyərək Cavabdeh ASC tərəfindən bizə təqdim edilməsi; 13. 200 (iki yüz) manat məbləğində ödədiyimiz dövlət rüsumunun əvəzinin bizə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, biz xx.xx.2025-ci il tarixli depo hesabından çıxarışlara əsasən Cavabdeh ASC-nin səhmdarıyıq. İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixdə Cavabdeh ASC-dən ASC-nin nizamnaməsinin, ASC-nin 2010-2011-2012- 2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2010-2011-2012-2013- 2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024- 2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016- 2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2010-2011- 2012-2013-2014-2015-2016-2017-2018-2019- 2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, ASCnin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018- 2019-2020-2021-2022-2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə ( fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün əmlak komitəsinə ödənilən vəsaitin (pulun) miqdarını göstərən qəbzin surətini, ASCnin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportunun surətini, ASC-nin istifadəsində olan torpaq və balansında olan əmlakının bir hissəsinin dövlət əhəmiyyətli yolun genişləndirilməsinə görə alınmış kompensasiyanın miqdarını təsdiq edən qəbzlərin surətini, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla mənə təqdim edilməsini xahiş etmişəm. Cavabdeh ASC-yə ünvanladığımız müraciətlərimizi poçt vasitəsilə göndərməyimizə dair poçt tərəfindən təqdim edilmiş sənədlər məhkəməyə təqdim olunur. İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixdə, onlayn kargüzarlıq vasitəsilə Cavabdeh ASC-nə müraciət etdik. Cavabdeh ASC-nə müraciət etməyimizə baxmayaraq Səhmdar cəmiyyəti müraciətlərimizə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin bizə təqdim etməli olduğu müraciətimizdə Səhmdar Cəmiyyətindən tələb etdiyimiz sənədlər və məlumatlar bizə təqdim edilməmişdir. Bildirmək istərdik ki, Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə bizə verilən bir sıra hüquqlarımız, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən bizə aid bir sıra hüquqların pozulması barədə tələblərimizin əsaslı olduğunu aşağıdakı hüquqi əsaslandırma və dəlillərlə sübut etməyə çalışacağıq. Hesab edirik ki, Cavabdeh ASCnin rəhbərliyini mülkiyyətçi olaraq bizim hüquqlarımızı pozması qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, nizamnamə onlara verilib, qiymətli kağızlar yarımçıqdır; yalnız 2025-ci ilə aid olanı təqdim edilmişdir. Daxili müqavilənin yalnız 2025-ci ilə aid olan hissəsi, yığıncaq protokolunun da müəyyən dövrlərə aid olanları təqdim edilmişdir. Texniki pasport da yarımçıq təqdim olunmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçılar məhkəmədənkənar qaydada da sənədləri tələb edə bilərdilər. Cavabdeh tərəf isə mövcud olan bütün sənədləri onlara təqdim etmişlər.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. İddiaçılar İddiaçı1 qızı Cavabdeh ASC-yə məktub ünvanlayaraq "Şüşəplastmas” ASCnin Nizamnaməsinin Surətini.”Şüşəplastmas”ASC-nin 2010-2011-2012-2013-2014- 2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətini.ASC-nin 2010-2011-2012-2013-2014-2015- 2016-2017-2018-2019-2020-2021 -2022-2023-2024-2025-ci ildə fiziki və digər şəxslərlə bağlanmış İCARƏ müqavilələrin şərtləri ilə birlikdə surətlərini.ASC-nin EMİSSİYA PROSPEKTİNİN SURƏTİNİ.ASC-nin2010-2011-2012-2013-2014-2015- 2016-2017-2018-2019-2020-2021 -2022-2023-2024-cü ilin yekunlarına dair keçirilmiş Səhmdarların Ümumi yığıncağının protokolunun surətini.ASC-nin2010-2011-2012- 2013-2014-2015-2016-2017-2018-2019-2020-2021 -2022-2023-2024-cü ilin yekunlarına dair keçirilmiş Səhmdarların Ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı.ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018- 2019-2020-2021-2022- 2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssənin balansının, mənfəət vergisinin, bəyannaməsinin surətini.ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə ( fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayış.ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün əmlak komitəsinə ödənilən vəsaitin ( pulun) miqdarını göstərən qəzin surətini.ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportunun surətini.ASC-nin istifadəsində olan torpaq və balansinda olan əmlakının bir hissəsinin dövlət əhəmiyyətli yolun genişləndirilməsinə görə alınmış kompensasiyanın miqdarını təsdiq edən qəbzlərin surətini.təqdim edilməsini xahiş etmişdir.

8. Cavabdeh ASC tərəfindən verilmiş saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında xx.xx.2016-cı il tarixli akta əsasən Cavabdeh ASC-də saxlanma müddəti başa çatmış, elmi - tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədləri məhv edilmək üçün seçib ayırmışdır.

9. Cavabdeh ASC tərəfindən verilmiş saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh ASC-də saxlanma müddəti başa çatmış, elmi - tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədləri məhv edilmək üçün seçib ayırmışdır.

10. Cavabdeh ASC tərəfindən verilmiş saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh ASC-də saxlanma müddəti başa çatmış, elmi - tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədləri məhv edilmək üçün seçib ayırmışdır.

11. İnvest-AZ İnvestisiya Şirkəti QSC tərəfindən verilmiş Depo Hesabından çıxarışa əsasən emitent Cavabdeh ASC-nin 594696 ədəd nomunal dəyəri 0.50 manat olan adi adlı səhmi var. İddiaçı1 6460 ədəd səhmin,İddiaçı2 isə 25880 ədəd səhmin sahibidirlər.

12. xx.xx.2025-ci il tarixli akt ilə təsdiq edilir ki,Nizamnamə (2 nüsxə), qiymətli kağzlar (2025-ci il) 2 nüsxə, icarə müqaviləsi xx.xx.2025-ciil,yığıncağın protokolu 2 nüsxə,protokol xx.xx.2018,xx.xx.2022,xx.xx.2023,xx.xx.2024,mənfətəət vergi bəyannamələri 2018-2024 cü illər üzrə,texniki pasport cavabdeh tərəfindən iddiaçılara təqdim edilmişdir. V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə İddiaçılar və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 65-ci maddəsiə əsasən Təsərrüfat cəmiyyətinin iştirakçıları:65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər;65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər;65.1.4. ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər.65.2. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının bu Məcəllədə, ortaqlığın və ya cəmiyyətin nizamnaməsində nəzərdə tutulan başqa hüquqları da ola bilər. - 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 102.1. Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.[125] 102.2. Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər. 102.3. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. 102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:[144] 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;[145] 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;[146] 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; [147] 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq.[148] 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) mülkiyyətçisinin hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir. 106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm mülkiyyətçisi səs hüququ əldə edir:[149] 106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi; 106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. 106-1.6. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı bildiriş vermək;[150] 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. 106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

14.Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 15.Materiallardan görünür ki, İddiaçılar təsisçisi olduğu ASC-dən iddia ərizəsində göstərilən sənədlərin surətlərinin ona verilməsi ilə bağlı bir neçə dəfə cavabdeh ASC-yə müraciətlər etsə də, həmin sənədlər ona təqdim edilməmiş, müraciətləri ümumiyyətlə cavablandırılmamışdır. 16.Cavabdeh ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Nizamnamə (2 nüsxə), qiymətli kağzlar (2025-ci il) 2 nüsxə, icarə müqaviləsi xx.xx.2025ciil,yığıncağın protokolu 2 nüsxə,protokol xx.xx.2018,xx.xx.2022,xx.xx.2023,xx.xx.2024,mənfətəət vergi bəyannamələri 2018-2024 cü illər üzrə,texniki pasport cavabdeh tərəfindən iddiaçılara təqdim edilmişdir. 17.Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, cavabdeh açıq səhmdar cəmiyyətinin səhmdarları olan İddiaçılar üzvü olduğu cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ümumi yığıncağın protokolları, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, səhmdarların reyestrini tələb etmək, cəmiyyətin nizaməsinin surəti almaq kimi hüquqları vardır. İddiaçılar cavabdehə rəsmi müraciət edərək iddia ərizəsində qeyd olunan sənədlərin onlara təqdim edilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən sənədlər təqdim olunmamış, yalnız iş məhkəmə icraatında olan zama n xx.xx.2025-ci il tarixli aktlar iddia ərizəsində göstərilən sənədlərdən bəziləri iddiaçılara təqdim edilmişdir. Hal-hazırda cavabdehlər aktda göstərilən sənədlərdən başqa digər hissədə iddialarını müdafiə edərək həmin sənədlərin onlara təqdim edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh tərəfindən iddiaçılara xx.xx.2025-ci il tarixli aktla təqdim edilən sənədlərdən başqa digər sənədlər təqdim edilməlidir. 18.Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq . CavabdehASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024- 2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərinin,. Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin;Cavabdeh ASCnin Emissiya prospektinin surətinin; Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015- 2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri;Cavabdeh ASC-nin 2010-2011- 2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının; 2010-2011-2012-2013-2014-2015-2016-2017-ci ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətinin;;ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün əmlak komitəsinə ödənilən vəsaitin (pulun) miqdarını göstərən qəbzin surətinin; ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportunun surətinin və ASC-nin istifadəsində olan torpaq və balansında olan əmlakının bir hissəsinin dövlət əhəmiyyətli yolun genişləndirilməsinə görə alınmış kompensasiyanın miqdarını təsdiq edən qəbzlərin surətinin təqdim edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır.

19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qisəm təmin edilsin. CavabdehASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021- 2022-2023-2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərinin,. Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021- 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin;Cavabdeh ASC-nin Emissiya prospektinin surətinin; Cavabdeh ASC-nin 2010- 2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri;Cavabdeh ASC-nin 2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019- 2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının; 2010-2011-2012-2013-2014-2015- 2016-2017-ci ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətinin;;ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün əmlak komitəsinə ödənilən vəsaitin (pulun) miqdarını göstərən qəbzin surətinin; ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportunun surətinin və ASC-nin istifadəsində olan torpaq və balansında olan əmlakının bir hissəsinin dövlət əhəmiyyətli yolun genişləndirilməsinə görə alınmış kompensasiyanın miqdarını təsdiq edən qəbzlərin surətinin təqdim edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar