Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-712/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil, kreditorun nümayəndəsi Yusifov Rövşən Mahmud oğlunun, maraqlı şəxs Cabarova (Piriyeva) Günel İsrail qızının iştirakı ilə, İddiaçı müflis elan edilməsi barədə ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı MMC (kreditor “X7” MMC) ərizə ilə məhkəməyə müraciət edərək, borclu müəssisə olan İddiaçı müflis elan edilməsi və onun iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X1 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra cəmiyyət) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hal-hazırda təsisçisi X3r. Cəmiyyətin nizamnamə kapitalı 1000 manat təşkil edir. Cəmiyyətin Azərbaycan Respublikasının başqa şəhər, qəsəbə və kəndlərində, habelə xarici dövlətlərdə filial və nümayəndəlikləri yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********17 saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı daşınmaz əmlakı mövcud deyil. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, ********* saylı arayışından göründüyü kimi cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı nəqliyyat vasitəsi mövcud deyil. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cəmiyyətə ünvanladığı elektron məktubdan görünür ki, cəmiyyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Mühasibat balansından göründüyü kimi cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcud olmamışdır. Cəmiyyətin hazırkı təsisçisi X2 xx.xx.2020-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyət öz sahibkarlıq fəaliyyətini dayandırdığından, balansında yetərli əmlakı, təsərrüfat fəaliyyəti və əmlakı olmadığından, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq cəmiyyətin ödəmə qabiliyyəti olmadığından, cəmiyyətin müflis elan edilməsi, iflas prosesinin həyata keçirilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli tarixli 2-2(102)-517/2019 saylı qərarından görünür ki, həmin qərara əsasən, borclu İddiaçı MMC-dən 155992,36 manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı 155992,36 AZN borcun ödənilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli tarixli 2-2(102)-517/2019 saylı qərarı ilə təmin edilmiş tələb 2 aydan artıq müddət ərzində borclu müəssisə tərəfindən yerinə yetirilə bilmir. Mülki Prosessual Məcəlləyə əsasən həmin qərar dərhal qüvvəyə minmişdir. Bütün bunlar İddiaçı MMC-nin“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq ödəmə qabiliyyətinin olmadığını təsdiq edir. Borclu müəssisə olan İddiaçı MMC-nin nizamnamə fondu (kapitalı) 1000 manat təşkil etdiyi halda, müəssisənin kreditorunun tələbi nizamnamə kapitalından 160 dəfə artıqdır. Həmçinin cəmiyyətin təsisçisi X2 xx.xx.2020-ci il tarixli qərarı ilə cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanması qərara alınmışdır. Sadalanan işin faktiki hallarından və xüsusatlarından, habelə ərizəyə əlavə edilmiş yazılı sübutlardan göründüyü kimi iş üzrə borclu müəssisə olan İddiaçı MMC-nin ödəmə qabiliyyəti yoxdur Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Kreditorun nümayəndəsi Yusifov Rövşən Mahmud oğlu ərizəyə etiraz edərək ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və izahatında qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı Cavabdeh MMC-yə 155992 manat məbləğində pul ödəməli olduğunu, İddiaçı məhkəməyə təqdim etdiyi ərizənin əsassız olduğunu bildirdi. İddiaçı müflis hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur, cəmiyyət hal – hazırda da fəaliyyət göstərir və onun əsas məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından və borcunu ödəməkdən yayınmaqdır. Mağazalarda ərizəçinin məhsulları satılır. Bunu təsdiq edən qəbzləri və fotoşəkilləri var. “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında olan məhkəmə prosesi 1 ildən artıq müddətdə davam etmişdir. Bu məhkəmə prosesi zamanı “İddiaçı" MMC-i tərəfindən birinci, apelyasiya və kassasiya instansiyaları məhkəmələrinə dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, apelyasiya və kassasiya şikayətləri verilmişdir. Bu müraciət və şikayətlərin heç birində göstərilməmişdir ki, “İddiaçı" MMC-nin fəaliyyəti 2017-ci il tarixindən dayandırılmış və onun borcu ödəmək imkanı və vəsaiti yoxdur. Ərizədə İddiaçı MMC-i göstərmişdir ki, “Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cəmiyyətə ünvanladığı elektron məktubdan görünür ki, cəmiyyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Mühasibət balansından göründüyü kimi cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcud olmamışdır.” Lakin ərizəçi göstərməmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin hansı tarixli və hansı nömrəli məktubunda bunlar qeyd olunmuşdur. İddiaçı MMC ərizəsinə əlavə etmiş və məhkəməyə təqdim etdiyi Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 00626484 saylı Kodu olan elektron məktubda İddiaçı MMC-nin məhkəməyə verdiyi ərizəsində göstərdiyi “Mühasibət balansından göründüyü kimi cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcud olmamışdır” sözləri və cümləsi yoxdur. Bununla da sübut olunur ki, ərizəçi yalan məlumatlar vermişdir. “İddiaçı" MMC-i Məhkəmədən X1 əmlak inzibatçısı təyin edilməsini xahiş etmişdir, halbuki onun belə hüququ yoxdur və bu qanunvericiliyə ziddir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər sırasında cəmiyyətin Balansı və illik mənfəət və zərər barədə hesabat yoxdur ki, belə olan halda hüquqi şəxsin müflis hesab edilməsi qeyri-qanunidir. Beləliklə bir daha sübut olunur ki, "İddiaçı” MMC-i məhkəməyə doğru olmayan məlumatlar verərək, öz əmlakını və fəaliyyətini davam etdirməsini gizlədərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından və borcunu ödəməkdən yayınmağa çalışır. İddiaçı MMC-nin öz əmlakını gizlətməsi digər dəlillərlə də sübuta yetirilir. Belə ki, İddiaçı MMC-i elektron daşıyıcılarında “Hazır biznes (Balıq və balıq məhsullarının istehsalı) ******* nömrəli Elan yerləşdirmiş, həmin elanda göstərilmişdir: “İş adamlarının və qeyri-neft sektoruna sərmaya qoymaq istəyənlərin nəzərinə! "Balıq və balıq məhsullarının istehsalı”xxxx” ******* manat, Müəssisənin 40 sot torpaq sahəsi, Almaniya istehsalı olan vakkum qablaşdırma və pressrev avadanlıqları, qablaşdırma xətti, 100 tonluq iri soyuducu konteynerləri vardır, istehsal gücü illik 500 tondur, Müəssisənin əlavə olaraq “xxxx” və satış üzrə gələcək 7 illik maliyyə modeli də var, Şirkətin məhsulları qabağçıl mağazalar şəbəkəsində mövcuddur (Bravo, Bazarstore, Rahat, Neptun, Armo, Ailə və s.), Digər müəssisələrdən əsas fərqi ilk milli brendlər ("Dalğa”, "Balığçı”, “xxxx”), ixrac üçün üstünlüklər, uzunmüddətli fəaliyyət, Gündən-günə artan bazar payı və s., Qiymət sondur. Bu elanda digər məsələlərə də toxunulmuşdur. Bundan başqa digər elektron daşıyıcısında 2017-ci ildə şirkətin 10 milyon manata satışa çıxarılması barədə məlumat da qeyd olunmuşdur. Hər iki elektron məlumatlar, avadanlıqlar və əmlak barədə məlumatlar, satış qiymətləri ərizəçinin özü tərəfindən yerləşdirilmişdir. Yuxarıda qeyd olunanlarla sübut olunur ki, “Dalğa”, “Balığçı” və “xxxx” brendlərinin sahibi İddiaçıMMC-dir. Hal – hazırda da İddiaçı MMC bu brendlər adı altında məhsul istehsal edir və böyük supermarketlərdə satışa çıxarır. İddiaçı MMC-i özünü müflis elan etdirmək barədə məhkəməyə müraciət etdikdən sonra Bakı şəhərinin müxtəlif supermarketlərindən balıq məhsulları alındı və əmin olundu ki, həqiqətəndə bu gün İddiaçı MMC-i öz fəaliyyətini davam etdirərək “Dalğa”, “Balığçı” və “xxxx” brendləri altında satışa çıxarmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cabarova (Piriyeva) Günel İsrail qızı əmlak inzibatiçısı təyin edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda xx.xx.2017-ci l tarixli ərizəyə əsasən ərizəçinin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. - xx.xx.2017-ci il tarixli bəyannamələrin qəbul edilməsi haqqında bildirişə əsasən “xxxx” MMC-nin mənfəət vergisi üzrə vergi məbləği sıfır qeyd olunmuşdur. - Azərbaycan Respublikası DİN BDYPİ-nin cəmiyyətə ünvanladığı xx.xx.2020-ci il tarixli, 20833122 saylı məktuba əsasən İddiaçı MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in xx.xx.2020-ci il tarixli, **********17 saylı məktubunda İddiaçı MMC-nin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlakının aşkar edilmədiyi qeyd olunmuşdur. - “X6 Azerbaijan” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 08 saylı məktubda İddiaçı MMC-nin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İznibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-517/2019 saylı qərarına əsasən cəmiyyət tərəfindən ödənilməsi qərara alınmış məbləği ödəmək imkanları mövcud deyildir. Cəmiyyət uzun müddətdir ki, heç bir maliyyə-təsərrüfat fəaliyyəti göstərmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İznibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-2(102)-517/2019 saylı qərarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan borcu ümidsiz borc hesab etməyi və bu barədə məlumat verilməsi xahiş edilmişdir. - İddiaçı MMC-nin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin müflis elan edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iflas prosesinin həyata keçirilməsi və cəmiyyətin əmlak iznibatçısının təyin edilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi, iflas haqqında ərizəni tərtib etmək, imzalamaq, iflas prosesi ilə əlaqədar sənədləri məhkəməyə təqdim etmək, cəmiyyətin təmsil edilməsi üçün etibarnamə vermək, habelə iflas prosesinin başlanması haqqında kütləvi informasiya vasitələrində elanlar vermk səalhiyyətlərini, cəmiyyətin direktoru olaraq öz üzərində saxlamaq və İddiaçı MMC-nin əmlak inzibatçısı kimi fiziki şəxs X1 məhkəməyə ünvanlanan ərizədə göstərilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli sosial-iqtisadi onlayn qəzetdən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov 10C ünvanda yerləən İddiaçı MMC-nin müflis elan olunması barədə cəmiyyətin təsisçisi tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi, iddia tələbi üzrə haqzırlıq iclasının xx.xx.2021-ci il tarixdə saat 10:00-da keçirildiyi və baxışa təyin edildiyi qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı MMC sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir. MMC-nin “X7” MMC-yə alqı-satqı müqaviləsi üzrə borcu olmuş, “X7” MMC tərəfindən həmin borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli tarixli 2-2(102)-517/2019 saylı qərarından görünür ki, həmin qərara əsasən, borclu İddiaçı MMC-dən 155992,36 manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı MMC-nin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarı ilə MMC-nin müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı MMC müflis elan edilmə və iflas proseduruna başlanılması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı MMC müflis elan edilmə barədə ərizəsini “X7” MMC-yə ümumilikdə 155992,36 manat məbləğində borcu olduğu halda həmin borcun ödənilməsini təmin edəcək aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, ərizəçi qeyd olunan borcun ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq etmək üçün xx.xx.2017-ci il tarixli bəyannamələrin qəbul edilməsi haqqında bildiriş təqdim etsə də, müflis elan edilmə barədə ərizənin verildiyi tarixə maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Belə olan halda sadalanan qanunvericilik normalarını və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi İddiaçı MMC-nin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Həmçinin tələbin ikinci hissəsini təşkil edən “cəmiyyətin iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X1 əmlak inzibatçısı təyin edilməsi” tələbi ilə bağlı qeyd edir ki, həmin tələbin təmin edilməsi ərizənin ilkin hissəsi ilə bağlı olduğundan və ərizə ilk hissədə təmin edilmədiyindən hazırkı tələbə münasibət bildirilməsi məqsədəuyğun deyil. Məhkəmə işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin gətirdiyi dəlillər onun ödəmə qabiliyyətinin olmayan hesab edilməsi və müflis elan olunması üçün yetərli sayılmadığından, qurumun müflis elan olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müflis elan edilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçı müflis elan edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-712/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-712/2021
03.03.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver