Məhkəmə qərarları › İş №e-2-2(113)-7213/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7213/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7213/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdehnə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdehndən 35766.00 (otuz beş min yeddi yüz altmış altı) AZN borc məbləği və 197.3 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Sifarişçi”) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh (bunda sonra “İcraçı”) arasında xx.xx.2024-cü il tarixli, EE/24/058 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, İcraçı Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyiərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsini təşkil etməyi, Sifarişçi isə həmin xidmətin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə görə,İcraçı müqavilənin predmetində nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə Sifarişçiyə təqdim olunmuş hesab-faktura üzrə tam ödəniş edildikdən sonra başlayır. 6.1-ci maddəyə görə, göstərilən xidmətlərin haqqı “X3sının maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq tərtib edilmiş və bu Müqavilənin tərkib hissəsi olan əlavə ilə müəyyən edilir. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən, görüləcək xidmətlərin haqqı olaraq 35766.00 AZN müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunan Müqavilə əsasında müəyyən olunmuş xidmət haqqı Sifarişçi tərəfindən tam və nəzərdə tutulmuş qaydada İcraçıya ödənilsə də, İcraçı Müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmək istiqamətində heç bir addım atmamış, layihə sənədləri təsdiqlənməmişdir. “Kapital Bank” tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, BD1 saylı ödəniş tapşırığından göründüyü kimi,35766.00 AZN vəsait tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh bank hesabına köçürülmüşdür. Göründüyü kimi, Müqavilə və ona 1 nömrəliəlavədə nəzərdə tutulmuş xidmət haqqı tərəfimizdən ödənilsə də, İcraçı tərəfindən nəzərdə tutulmuş xidmətlər göstərilməmişdir. Buan görə də, ödənilmiş xidmət haqqının geri qaytarılması zərurətiyaranmışdır. Tərəfimizdən Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilsə də, Cavabdeh tərəfindən Müqavilə öhdəliklərinin icrası istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən hal-hazırda məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış (Baş plan üzrə yaşayış binaları 3, 5 və C, D, E qeyri-yaşayış binaları) binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsi öhdəliyinin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdehn üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsinin təqdim etdiyi mülahizədə hazırki iş üzrə iddiaçının fəaliyyəti ilə əlaqədar X3 rəyinin almasının qanunvericiliyin məcburi tələbi olduğu, belə rəy olmadan fəaliyyətinin davam etdirə bilməyəcəyini və həmin rəyin yalnız qanun çərçivəsində kommersiya niyyəti ilə deyil, ödənilən məbləğin isə kommersiya fəaliyyətində irəli gələn, tələb və təklif əsasında formalaşmış bazar qiyməti ilə deyil, qanunverciliklə müəyyən olunmuş ekspertiza haqqı və dövlət rüsumundan ibarət olduğunu, həmçinin, kommersiya münasibətlərindən fərqli olaraq X3sı rəyinin alternativ təchizatçısının olmadığını nəzərə alaraq və hazırkı münasibətlər kommersiya münasibətləri olmadığı və məhkəmənin komrreısıya münasibətlərindən kənar işlərə baxa bilmədiyi üçün iş üzrə iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın və dəqiqləşdirmə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, öhdəliyin icra edilməməsi səbəbi iddiaçı şirkətlə bağlı kütləvi ağac kəsmə halı üçün cinayət işinin mövcüdluğudur, həmin cinayət işi yekunlaşmadığı üçün cavabdeh tərəfindən iddiaçıya nə müsbət, nə də mənfi rəy verilməyib.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EE/24/058 saylı ekoloji ekspertiza işlərinin görülməsi haqqında müqaviləyə əsasən:

11. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin predmetini Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topşubaşov küçələrinin əhatə etdiyi ərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış (Baş plan üzrə yaşayış binaları 3, 5 və C, D, E qeyri-yaşayış binaları) binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunvericiliyə uyğun olaraq X3sının həyata keçirilməsi təşkil edir.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilənin predmetində nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə Sifarişçiyə təqdim olunmuş hesab-faktura üzrə tam ödəniş edildikdən sonra başlayır.

13. Müqavilənin 4.6-cı bəndinə əsasən “İcraçı” icra etdiyi işlərin nəticələri barədə rəsmi təsdiq etdiyi rəyi “Sifarişçfyə təqdim etdiyi vaxt müqavilənin predmetində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi başa çatmış hesab olunur.

14. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçı:

15. Müqavilənin 5.2.4-cü bəndinə əsasən “Sifarişçi”nin müraciətinə uyğun xidmətləri göstərməyi öhdəsinə götürür;

16. Müqavilənin 5.2.6-cı bənidnə əsasən Müqavilədə nəzərdə tutulan müddətdə xidmətləri vaxtında və keyfiyyətlə icra etməsinə görə məsuliyyət daşıyır;

17. Müqavilənin 5.2.7-ci bəndinə əsasən yerinə yetirilmiş işləri icra aktı tərtib etməklə “Sifarişçi”yə təhvil verir.

18. Müqavilənin 6.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin haqqı “X3sının maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq tərtib edilmiş və bu Müqavilənin tərkib hissəsi olan əlavə ilə (Əlavə 1-“Qiymətlərin razılaşdırılması protokolu” və ya həmin protokolun Qeyd hissəsində sifarişçi tərəfindən bildirilən layihələndirmə işlərinə sərf etdiyi vəsaitin məbləği) müəyyən edilir.

19. xx.xx.2024-cü il tarixli, EE/24/058 saylı müqaviləyə dair qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətin dəyəri 35766 manat müəyyən edilmiş və buna dair hesabfaktura təqdim edilmişdir.

20. xx.xx.2024-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, EE/24/058 saylı müqavilə üzrə 35766 manat məbləğində pul vəsaiti cavabdehin bank hesabına köçürülmüşdür.

21. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

22. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, EE/24/058 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, İcraçı Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyiərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsini təşkil etməyi, Sifarişçi isə həmin xidmətin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən, görüləcək xidmətlərin haqqı olaraq 35766.00 AZN müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunan Müqavilə əsasında müəyyən olunmuş xidmət haqqı Sifarişçi tərəfindən tam və nəzərdə tutulmuş qaydada İcraçıya ödənilmiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsi və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

30. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

31. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

34. İşin araşdırımış hallarından göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də (35766 manat xidmət haqqını ödəsə də), cavabdeh müqavilə üzrə öhdəliyini (X3nın keçirilməsi) yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi cavabdehin nümayəndəsinin hazırlıq iclaslarında verdiyi izahatlara əsasən mübahisə edilməyən hal kimi qəbul edilmişdir. Cavabdehin öhdəliyin icra edilməməsinin iddiaçı tərəfindən ağacların kəsilməsi səbəbi ilə cinayət işinin başlanması arqumentini məhkəmə tamamilə əsassız hesab edir. Belə ki, müqavilə şərtinə əsasən rəyin nəticəsindən (müsbət və ya mənfi) asılı olmayaraq cavabdeh tərəfindən inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış (Baş plan üzrə yaşayış binaları 3, 5 və C, D, E qeyri-yaşayış binaları) binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərinin qanunvericiliyə uyğun olaraq X3sı həyata keçirilməli və nəticəsi sifarişçiyə təhvil verilməlidir.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyriyaşayış (Baş plan üzrə yaşayış binaları 3, 5 və C, D, E qeyri-yaşayış binaları) binalarının tikintisi ilə əlaqədar hazırlanımış layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsi öhdəliyi cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdehn üzərinə qoyulmalıdır.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 198 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. “X6” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

41. Məhkəmə hesab edir ki, iddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək (pul tələbini tələbdən çıxararaq, müqavilə üzrə öhdəliyin icrasını tələb etdiyi üçün) ödənilən dövlət rüsumu vəsaitinin 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə inşa olunması nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış (Baş plan üzrə yaşayış binaları 3, 5 və C, D, E qeyri-yaşayış binaları) binalarının tikintisi ilə əlaqədar hazırlanım; layihə sənədlərinin qanunverciliyə uyğun olaraq X3sının həyata keçirilməsi öhdəliyi cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdehn üzərinə qoyulsun. 100 manat dövlət rüsumu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar