Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-724/2023 03.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə 1786.04 manat məbləğində borc və mediasiya xərcinin əvəzi olaraq 60 manat miqdarında pul, ümumilikdə 1846,04 manat məbləğdə pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 fevral 2021-ci il tarixində İddiaçı MMC və Cavabdeh MMC arasında “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Cavabdeh MMC isə bunun müqabilində hazırkı müqavilə ilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək İddiaçı MMC-yə heç bir ödəniş etməmişdir. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1786.04 manat borcu yaranmışdır. Cavabdeh MMCyə dəfələrlə şifahi və yazılı müraciət edilərək yaranmış borcun ödənilməsi xahiş edilmişdir. Habelə, cavabdeh tərəfindən borcların 1.733,99 manat təşkil etdiyi dövrdə (həmin ilin may ayı ərzindəki 52.05 manat miqdarında olan borc nəzərə alınmadıqda, həmin ilin may ayından əvvəl) ünvanlanmış olan borcların hissə-hissə ödənilməsinə dair zəmanət məktubu da mövcuddur. Həmin zəmanət məktubunda yığılmış borcun xx.xx.2022-ci il tarixinə qədər hissə-hissə ödənilməsi barədə tərəflər arasında razılıq əldə olunduğu halda qeyd olunan tarixədək borcun tam ödəniləcəyinə cavabdeh tərəfdən zəmanət verilmişdir. Həmin müraciətə cəmiyyət tərəfindən baxılmış və müraciət mövcud borcun xx.xx.2022-ci il tarixinə qədər ödənilməsi şərtiylə qəbul edilmişdir. Həmçinin həmin cavabda may ayı ərzində edilmiş və əvəzi ödənilməmiş 52.05 manat miqdarındakı gedişlərlə birlikdə cari borcun 1786.04 manat təşkil etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə izahat verərək borcu ödəməkdən boyun qaçırmadığını bildirərək, borcun məbləğinin dəqiqləşdirilməli olduğunu məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 01 fevral 2021-ci il tarixli 005 nömrəli “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini, sifarişçinin (Cavabdeh MMC) sifarişi əsasında İcraçı (İddiaçı MMC) sifarişçinin əməkdaşlarına avtonəqliyyat və/vəya kuryer xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya müqavilə ilə və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə 1 nömrəli Əlavə ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilən avtonəqliyyat xidmətlərinin qiymət cədvəli və 2 nömrəli Əlavə ilə isə avtonəqliyyat xidmətləri üzrə sifariş verəcək əməkdaşların və onların telefon nömrələrinin siyahısı tərəflər arasında razılaşdırılmışdır. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlərə Xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin əməkdaşlarına müvafiq avtonəqliyyat xidmətləri (taksi xidməti) göstərilmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İddiaçı hazırda cavabdehə müqavilə üzrə xidmətin göstərildiyini və ilk olaraq cavabdehin xidmət haqqı olaraq 1.786 manat borcunun qaldığını bildirmiş, sonradan isə qeyd edilən borcdan 200 manat ödənildiyini qəbul etmişdir Cavabdeh iddiaya etiraz etmiş və iddiaçıya müəyyən ödənişlərin edildiyini bildirərək, borcun məbləğinin dəqiqləşdirilməli olduğunu qeyd etmiş və bir müddət əvvəl iddiaçının əməkdaşının kart hesabına 200 manat pul köçürdüyünü qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş zəmanət məktubundan görünür ki, Cavabdeh MMC 1.733,99 manat məbləğində borcun olduğunu qəbul etmiş və qeyd edilmiş borcun xx.xx.2022-ci il tarixədək hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin məktubuna cavab olaraq qarşı tərəf borcun xx.xx.2022-ci il tarixədək tam ödənilməsini xahiş etmiş və borcun köhnə borc olaraq 1.733,99 manat və may ayında gedişlərinin 52,05 manat olduğunu, ümumilikdə 1.786,04 manat məbləğində olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən qeyd edilmiş Zəmanət məktubunun onlar tərəfindən verilməsi soruşulmuş, cavabdeh tərəf də, qeyd edilmiş zəmanət məktubunun həqiqətən də Cavabdeh MMC tərəfindən verildiyini təsdiq etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə 1.733,99 manat dəyərində xidmətin göstərilməsi işin müəyyən olunmuş halıdır. Qeyd edilmiş zəmanət məktubundan sonra da, hər iki tərəf məhkəmə iclasında qeyd etmişlər ki, 200 manat məbləğində pul ödənilmişdir. Bunu da, nəzərə alaraq məhkəmə qeyd edir ki, 1.533,99 manat dəyərində xidmətin göstərilməsi halı öz təsdiqini tapmış olur. İddiaçının digər 2022-ci ilin may ayı ərzində cavabdehə 52 manat məbləğində xidmətin göstərilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, bu hissədə iddiaçı qeyd edilən halı yəni, may ayında cavabdehə 52 manat dəyərində xidmətin göstərilməsini sübut edə bilməmişdir. Belə ki, may ayı ərzində taksi xidmətlərinin göstərilməsi barədə təqdim edilmiş sübutlardan onun məhz cavabehə xidmətin göstərilməsi ilə bağlı olduğunu müəyyən etmək mümkün deyildir. Həmçinin də, cavabdeh tərəf məhkəmə iclasında iddiaçının onlara may ayı üçün heç bir xidmətin göstərilmədiyini bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən 1.533,99 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/5-03772 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 60 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005 nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən əsas borc üzrə 1.533 (bir min beş yüz otuz üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-724/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-724/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver