Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-725/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, ASN/X/042/20 saylı xidmət müqaviləsinə əsasən əsas borc üzrə 14901,99 manat, əsas borcun indiyədək gecikdirilməsinə görə 2.447,44 manat pulun və 142,05 manat dövlət rüsumunun, ümumilikdə 17 491,48 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, ASN/X/042/20 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-ə müqavilə üzrə nəqliyyat vasitələri ilə xidmət göstərmişdir. İddiaçı MMC cavabdehə indiyədək ümumi dəyəri ƏDV daxil 128 539.04 (yüz iyirmi səkkiz min beş yüz otuz doqquz manat 04 qəp.) AZN təşkil etməklə özünə məxsus özüboşaldan nəqliyyat vasitələri ilə xidmət göstərmişdir. Cavabdeh MMC ASN/X/042/20saylı müqavilə əsasında göstərilmiş xidmət qarşılığında indiyədək iddiaçıya xx.xx.2020-ci il tarixdə 900 AZN AZN əsas, 162 AZN ƏDV olmaqla 1 062 AZN, xx.xx.2021-ci il tarixdə 450 AZN əsas, 81 AZN ƏDV olmaqla 531 AZN, xx.xx.2021-ci il tarixində 1825 AZN əsas, 328.50 AZN ƏDV olmaqla 2 153.50 AZN, xx.xx.2021-ci il tarixdə 5000 AZN AZN əsas, 900 AZN ƏDV olmaqla 5 900 AZN, xx.xx.2021-ci il tarixdə 22 305.54 AZN AZN əsas, 4 015 AZN ƏDV olmaqla 26 320.54 AZN, xx.xx.2021-ci il tarixdə 26 211.63 AZN AZN əsas, 4 718.09 AZN ƏDV olmaqla 30 929.72 AZN, xx.xx.2021-ci il tarixdə 6000 AZN əsas, 0.00 AZN ƏDV olmaqla 6 000 AZN, xx.xx.2021-ci il tarixdə 20 337.23 AZN əsas, 4 740.70 AZN ƏDV olmaqla 25 077.93 AZN, xx.xx.2021-ci il tarixdə 6 000 AZN əsas, 0.00 AZN ƏDV olmaqla 6000 AZN, xx.xx.2021-ci il tarixdə 0.00 AZN əsas, 4 662.36 AZN ƏDV olmaqla 4 662.36 AZN, xx.xx.2021-ci il tarixdə 5 000 AZN əsas, 0.00 AZN ƏDV olmaqla 5 000 AZN, cəmi 113 637.05 AZN ödənişlər edilmişdir. Lakin cavabdehin iddiaçının xidmət müqaviləsi əsasında xidmətlərdən istifadə etməsinə görə ona indiyədək 14901,99AZN əsas, 0.00 AZN isə ƏDV borcu olmaqla, cəmi 14901 (On dörd min doqquz yüz bir,99 qəp.) AZN borcu qalmaqda davam edir. Cavabdehin xidmətlərinin həqiqətən də həyata keçirildiyi və onların dəyəri faktını iddiaçı ilə noyabr 2020, dekabr 2020, yanvar 2021, fevral 2021, mart 2021, aprel 2021 və may 2021-ci il tarixli qarşılıqlı üzləşmə aparılaraq müvafiq yerinə yetirilmiş işlərin qəbulu aktı tərtib edilmiş, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiqləmişdir. Həmin akta əsasən göstərilmiş xidmətlərin ümumi dəyərinin 128 539,04 (yüz iyirmi səkkiz min beş yüz otuz doqquz manat 04 qəp.)AZN olması öz təsdiqini tapmışdır. Onu da qeyd edirik ki, cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli EBAT seriyalı 600362 №-li, xx.xx.2021 -ci il tarixli EBAW seriyalı 028333 №-li, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 135605 №-li, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 588289 №-li, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 815596 №-li, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 485227 №-li, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 482017 №-li qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə göstərilən rəqəmlər mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) Cavabdeh MMC (sifarişçi) arasında ASN/X/042/20 nömrəli xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişlərinə əsasən, nəqliyyat vasitələri ilə xidmətini göstərməyi, sifarişçi isə xidmətini qəbul edib bu müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icraçıya ödəməyi öhdəsinə götürür.
11. ASN/X/042/20 nömrəli xidmət müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli və xx.xx.2021-ci il tarixli 3 nömrəli Əlavə ilə təsdiq edilmiş Qiymətlərin razılaşdırılma protokolu ilə tərəflər xidmətin adı və dəyəri barədə razılığa gəlmişlər.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən göstərilmiş xidməti təsdiq edən sənəd kimi 15 günlük dövrünə görə yük daşıma qaimələrinin reyestri və 15 günlük dövr üzrə yerinə yetirilmiş xidmətin təhvil-təslim aktı müəyyən olumuşdur.
13. Müqavilə və ona əlavələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
15. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
18. İş materiallarına əlavə olunmuş 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə yerinə yetirilmiş işlərin qəbul aktlarından görünür ki, icraçı İddiaçı MMC tərəfindən sifarişçiyə müvafiq olaraq 1.062 manat, 531 manat, 2.153,50 manat, 32.220,54 manat, 30.929,72 manat, 31.077,93 manat xidmətlər göstərilmiş, Cavabdeh MMC də həmin aktları imza və möhürü ilə təsdiq etməklə icraçı tərəfindən xidmət göstərildiyini qəbul etmişdir.
19. Eyni zamanda göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə EBAT seriyalı 600362 nömrəli xx.xx.2020-ci il tarixli dəyəri 1.062 manat, EBAW seriyalı, 028333 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 531 manat, EBAX seriyalı, 135605 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 2.153,50 manat, EBAY seriyalı, 588289 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 32.220,54 manat, EBAZ seriyalı, 815596 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30.929,72 manat, EBBB seriyalı, 485227 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 31.077,93 manat, EBBD seriyalı, 482017 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30.564,35 manat olan elektron qaimələr göndərilmişdir.
20. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 128.539,04 manat təşkil edir.
21. Hazırda iddiaçı cavabdeh tərəfindən 113.637,05 manat məbləğində ödəniş edildiyini və cavabdehin nəticədə 14.901,99 (128.539,04-113.637,05) manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
23. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
24. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 14.901,99 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
25. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 2.447,44 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya xx.xx.2024-cü il tarixdə, iddia ərizəsi məhkəməyə isə təxmini 9 ay sonra yəi,xx.xx.2024-cü il tarixdə verilmişdir.
27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 558,82 (14.901,99x5/100=745,09 (1 il üçün) 745,09/12=62,09 (1 ay üçün) 62,09x9=558,82 (9 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 142,05 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə 142,05 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
30. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,38 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 14.901 (on dörd min doqquz yüz bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 558 (beş yüz əlli səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 136 (bir yüz otuz altı) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov