Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7336/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X3 X5 Professional Excellence” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh “X3 X5 Professional Excellence” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinədək 6910,84 manat məbləğində əsas borc; 3005,00 manat ərimə borcu; hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 325 manat; məhkəməyə müraciət etmək üçün ödənilmiş 121 manat dövlət rüsumu olmaqla cəmi 10.361 manatın cavabdeh “X3 X5 Professional Excellence” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutaraq İddiaçınə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 10 dekabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.Tərəflərin hüquq və vəzifələri 1.1.Cavabdeh “X3 X5 Professional Excellence" MMC iddiaçı “Baku Holiday" Məhdud Məsuliyyətli Cəmiyyəti” tərəfindən tələb edilən 6910,84 manat (altı min doqquz yüz on manat səksən dörd qəpik) məbləğində əsas borcu, 1500 manat (min beş yüz) cərimə borcu; hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat; məhkəməyə müraciət etmək üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunu xx.xx.2024 tarixinə qədər 6910,84 manat (altı min doqquz yüz on manat səksən dörd qəpik) əsəas bor məbləğinin, 3455 AZN ( üç min dörd yüz əlli beş manat) hissəni və qalıq məbləğin tam ödənişini xx.xx.2025-ci il tarixinə qədər ödəməyi üzərinə öhdəlik götürür. 2.Digər müddəalar 2.1.Bu Saziş cavabdeh tərəfindən öhdəlikləri icra edilənə qədər qüvvədədir. 2.2.Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.3.Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.4.Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X3 X5 Professional Excellence” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 10 dekabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.Tərəflərin hüquq və vəzifələri 1.1.Cavabdeh “X3 X5 Professional Excellence" MMC iddiaçı “Baku Holiday" Məhdud Məsuliyyətli Cəmiyyəti” tərəfindən tələb edilən 6910,84 manat (altı min doqquz yüz on manat səksən dörd qəpik) məbləğində əsas borcu, 1500 manat (min beş yüz) cərimə borcu; hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat; məhkəməyə müraciət etmək üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunu xx.xx.2024 tarixinə qədər 6910,84 manat (altı min doqquz yüz on manat səksən dörd qəpik) əsəas bor məbləğinin, 3455 AZN ( üç min dörd yüz əlli beş manat) hissəni və qalıq məbləğin tam ödənişini xx.xx.2025-ci il tarixinə qədər ödəməyi üzərinə öhdəlik götürür. 2.Digər müddəalar 2.1.Bu Saziş cavabdeh tərəfindən öhdəlikləri icra edilənə qədər qüvvədədir. 2.2.Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.3.Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.4.Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7336/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7336/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver