Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-738/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 1580,85 (bir min beş yüz səksən manat səksən beş qəpik) manat dəbbə pulunun, ümumilikdə 14016, 31 manat (on dörd min on altı manat otuz bir qəpik) borcun, 133 (yüz otuz üç) manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat xidmət haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında 98 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icraçının mülkiyyətində olan texnika/avadanlığın bu müqavilədə müəyyən edilən şərtlər daxilində sifarişçi üçün xidmət göstərməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2ci bəndinə əsasən xidmət müddəti, texnika/avadanlığın ərazidə xidmət göstərməyə başladığı tarixdən etibarən hesablanır. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi Cavabdeh MMC icraçı İddiaçı MMC-yə aylıq 26 xidmət günü nəzərə alınmaqla 11800 manat (ƏDV daxil) xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC tərəfindən vurulmuş EBDT seriyalı, 382207 nömrəli elektron-qaimə üzrə 4810,82 manat (dörd min səkkiz yüz on manat səksən iki qəpik); MT2407 seriyalı, 10284820 nömrəli elektron-qaimə üzrə 544,62 manat (beş yüz qırx dörd manat altmış iki qəpik); MT2408 seriyalı, 10422971 nömrəli elektron-qaimə üzrə 7080,02 manat (yeddi min səksən manat iki qəpik) məbləğində,ümumilikdə isə 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) məbləğində ödənilməyən borc mövcuddur. Belə ki, borc məbləği bu günə qədər hələ də ödənilməmişdir. Qanunvericiliyə əsasən isə ödənişin gecikdirilməsi üçün müqavilə üzrə 1580,85 manat (bir min beş yüzsəksən manat səksən beş qəpik) cərimə borcu yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsi üzrə ödənilməyən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və ödəniş gecikdirildiyi üçün 1580,85 manat (bir min beş yüz səksən manat səksən beş qəpik) dəbbə pulunun ödənilməsi ilə bağlı qarşı tərəfə pretenziya göndərilmiş, lakin cavabdeh heç bir cavab verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.3, 430.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas borc məbləğindən əlavə tələb etdiyi 1580,85 manat məbləğdə dəbbə puluna aydınlıq gətirərək bildirilmişdir ki, iddiaçı ilə bağlanılan 24 iyul 2023-cü il tarixli, 98 nömrəli müqavilədə öhdəliklərin icrası zamanı hər-hansısa gecikdirilməyə görə dəbbə pulu nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı tərəf ərizəsində Cavabdeh MMC-dən 12435,46 manat məbləği əsas borc kimi tələb etsə də, görünən odur ki, iddiaçı tərəf Cavabdeh MMC-yə EBDW seriyalı, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 6036,08 manat məbləğdə borcunun olduğunu unutmuşdur. Belə olan halda da, iddiaçı tərəfin tələb etdiyi 133 manat dövlət rüsumu da əsassızdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçı tələb etdiyi hüquqi xidmətlər üçün ödənilmiş 320 manat xidmət haqqına dair sübur təqdim etməmişdir. Bu da bir daha onu sübut edir ki, iddia ərizəsində göstərilənlər həqiqəti kəsb etmir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı MMC tərəfindən qaldırılan iddia tələbinin qanunsuz və əsassız olduğu qeyd edilmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və Mülki Məcəlləyə uyğun hesablanmış 621,77 manat ( altı yüz iyirmi bir manat yetmiş yeddi qəpik) faiz məbləğinin, ümumilikdə 13057,23 manat (on üç min əlli yeddi manat iyirmi üç qəpik) borcun, 133 manat dövlət rüsumu və hüquq xidmətləri üçün ödənilmiş 320 manat pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iştirak etmələrinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçının mülkiyyətində olan texnika/avadanlığın müqavilədə müəyyən edilən şərtlər daxilində sifarişçi üçün xidmət göstərməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən texnikanın/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Aylıq xidmət cədvəli 26 gün, gündəlik 08:00-18:00-a qədər (saat 13:00-14:00 arası nahar fasiləsi və çay fasiləsi daxil) hesablanacaq. Həmin müqavilənin 5-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə göstəriləcək xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7-ci maddəsinə əsasən icraçının təqdim etdiyi texnika və/və ya avadanlıqlar işlək vəziyyətdə, texniki baxışların vaxtında keçirilməsini və saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.
9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin göstərilməsi qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin göstərilməsi qiymətinin ƏDV daxil 7080 manat olması barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 382207 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8895,45 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqaviləyə əsasən 2 nömrəli təhvil-təslim aktı qeyd edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10284820 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 544,62 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10422971 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7080,02 manat (ƏDV daxil) təşkil edir. Qaimə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında qazma xidmətinin göstərilməsi ilə bağlı olmuşdur. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqaviləyə əsasən 2 nömrəli təhvil-təslim aktı qeyd edilmişdir.
14. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2023-cü il tarixli, 1.3 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 8895,45 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2024-cü il tarixli, 2 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 544,62 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2024-cü il tarixli, 3 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 7080,02 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
20. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat əsas borcun tutulması təşkil edir.
21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, qiymət razılaşma protokolları, təhvil-təslim aktları, elektron qaimələrlə öz təsdiqini tapır. Təhvil-təslim aktları və elektron qaimələr üzrə xidmətlərin ƏDV daxil ümumi məbləği 16520,09 manat təşkil edir.
22. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən xx.xx.2024-cü il tarixli, 98 saylı xidmət müqaviləsi üzrə 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) tutularaq iddiaçıya ödənilməlidir.
23. Eyni zamanda məhkəmə cavabdehin həmin hissə ilə bağlı etirazını əsassız sayır. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 650766 nömrəli elektron qaiməni (cavabdeh tərəfindən başqa bir müqavilə üzrə hazırkı iddiaçıya göndərilmiş) məhkəməyə sübut qismində təqdim etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı baxılan mübahisə xx.xx.2024-cü il tarixli, 98 saylı xidmət müqaviləsindən irəli gələn mübahisədir. Başqa müqavilə üzrə mübahisə ilə bağlı tərəflər məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
24. Bundan əlavə iddiaçı Mülki Məcəlləyə uyğun hesablanmış 621,77 manat faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.
25. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən həmin məbləğin hansı əsasla, hansı müddət üçün tələb edildiyi, hansı qaydada hesablanması əsaslandırılmamışdır.
26. Bundan əlavə, iddiaçı cavabdehdən hüquq xidmətlər üçün ödənilmiş 320 manat xidmət haqqının iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğin ödənilməsi ilə bağlı sübut iş materiallarına əlavə edilmədiyindən həmin məbləğ cavabdehdən tutulmamalıdır.
28. Eləcə də, iddiaçı 133 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,2 manat (yüz on yeddi manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,2 manat (yüz on yeddi manat iyirmi qəpik) olmaqla, ümumilikdə 12552,66 manat (on iki min beş yüz əlli iki manat altmış altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova