Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-742/2023 08.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 78679,73 manat (yetmiş səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) əsas borc, 14162,35 manat (on dörd min yüz altmış iki manat otuz beş qəpik) ƏDV borcu, 2400 manat (iki min dörd yüz manat) cərimə borcu və 4674,4 manat (dörd min altı yüz yetmiş dörd manat qırx qəpik) gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 99916,48 manat (doxsan doqquz min doqquz yüz on altı manat qırx səkkiz qəpik) məbləğində borc pulun, eləcə də ilkin mediasiya xidməti üçün ödənilmiş 400 (dörd yüz) manat rüsumun və vəkil xidmətləri üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, R-01012020/01 nömrəli, xx.xx.2021-ci il tarixli, R-01022021/01 nömrəli və xx.xx.2022-ci il tarixli, R-28012022/39 nömrəli “Reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə Cavabdeh MMC-nin təqdim etdiyi məhsul haqqında reklamlar ATV telekanalında və 106.3 FM radiosunda yerləşdirilmiş, həmin reklamların yerləşdirilməsi ilə bağlı Cavabdeh MMC-nin ümumilikdə 87417,02 manat borcu yaranmış (2020-ci il üzrə 24228,44 manat; 2021-ci il üzrə 44684,9 manat; 2022-ci il üzrə 18503,68 manat), borcun ödənilməsi üçün göndərilmiş elektron qaimə fakturalar əsasında həmin borcun 8737,29 manat (səkkiz min yeddi yüz otuz yeddi manat iyirmi doqquz qəpik) hissəsi ödənilmiş, lakin qalan 78679,73 manat (yetmiş səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) borc bu günə kimi ödənilməmişdir. Qeyd edək ki, xx.xx.2020-ci il tarixli, R-01012020/01 nömrəli, xx.xx.2021ci il tarixli, R-01022021/01 nömrəli və xx.xx.2022-ci il tarixli, R-28012022/39 nömrəli müqavilələrin 6.5-ci bəndinə görə reklam sifarişçisi, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün ödənilməmiş məbləğin 1% həcmində İddiaçı MMC-yə cərimə ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş məbləğin 1% həcmində cərimə hesablandığı zaman 478802,18 manat (dörd yüz yetmiş səkkiz min səkkiz yüz iki manat on səkkiz qəpik) cərimə ödənilməlidir. Lakin əməkdaşlığa görə cavabdehə güzəşt edilərək 2400 manat (iki min dörd yüz) cərimə tələb olunur. Bundan başqa, Cavabdeh MMC, İddiaçı MMC-yə olan ödənilməmiş 2020-ci il üçün olan ƏDV xaric 24228,44 manat, 2021-ci il üçün olan ƏDV xaric 44684,90 manat və 2021-ci il üçün olan (ödənişlər çıxıldıqdan sonra) ƏDV xaric 9766,68 manat borcuna illik 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə Cavabdeh MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu (hər il üçün müvafiq olaraq sonuncu elektron qaimə faktura tarixindən hesablanaraq) 2020-ci il üçün 2422,88 manat (24228,44 manat x 5 % = 1211,44 / 12 ay x 24 ay (gecikdirilmiş müddət) = 2422,88 manat), 2021-ci il üçün 2048,05 manat (44684,90 manat x 5 % = 2234,24 / 12 ay x 11 ay (gecikdirilmiş müddət) = 2048,05 manat) və 2022-ci il üçün 203,47 manat (9766,68 manat x 5 % = 488,33 / 12 ay x 5 ay (gecikdirilmiş müddət) = 203,47 manat) olmaqla, ümumilikdə 4674,4 manat (dörd min altı yüz yetmiş dörd manat qırx qəpik) təşkil edir. Beləliklə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyinə və müqavilənin şərtlərini pozduğuna görə aşağıda göstərilən məbləğdə borcu yaranmışdır: əsas borc üzrə 78679,73 manat, ƏDV borcu üzrə 14162,35 manat, cərimə borcu üzrə 2400 manat, faiz borcu üzrə (5% dərəcəsi ilə) 4674,4 manat olmaqla, cəmi borc 99916,48 manat. Sözügedən borcla bağlı Cavabdeh MMC-yə yazılı və elektron qaydada pretenziya bildirişi göndərilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Qeyd olunan mübahisə ilə bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada mediasiya prosesi keçirilmiş, cavabdeh və iddiaçı ilkin olaraq işin məhkəmədənkənar həlli üçün mediasiya prosesində iştirak etsə də, tərəflər arasında heç bir razılıq əldə olunmamış və nəticədə xx.xx.2022-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli, R-01012020/01 nömrəli, xx.xx.2021-ci il tarixli, R- 01022021/01 nömrəli və xx.xx.2022-ci il tarixli, R28012022/39 nömrəli “Reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında” müqavilələrin 6.5-ci bəndinə görə reklam sifarişçisi bu müqavilənin 4.4-cü bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda o, hər müddəti ötmüş günə görə şirkətə vaxtında ödənilməmiş məbləğin 1 %-i həcmində cərimə ödəyir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Reklam satıcısı” qismində İddiaçı MMC ilə “reklam sifarişçisi” qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə R-01012020/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən reklam sifarişçisinin sifarişi əsasında reklam satıcısı bu müqaviləyə qoşulan və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavəyə (Əlavələrə) uyğun olaraq reklam məhsullarını bu müqavilə ilə müəyyən edilən müddət ərzində və şərtlər əsasında “ARB”, “ARB 24”, “ARB Günəş” telekanalları, “Azad Azərbaycan” TV (ATV), 106 və 106.3 FM diapozonlu radioda yerləşdirilməsini təmin edir, reklam sifarişçisi isə bunun müqabilində yayımda yerləşdirilmiş reklam məhsulunun dəyərini Reklam satıcısına ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən reklam satıcısı ilə reklam sifarişçisi arasında bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar, Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydalarına müvafiq olaraq həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən reklam sifarişçisinin yayımda yerləşdirmək məqsədi ilə təqdim etdiyi reklam məhsulunun yayımlanma şərtləri və razılaşdırılmış məbləği bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə (Əlavələr) ilə müəyyən edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən reklam məhsullarının efirdə faktiki yayımlanma həcmi akt ilə təsdiq olunur. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən reklam sifarişçisi bu müqavilə (və ya Əlavə Razılaşma) üzrə müəyyən edilmiş məbləği reklam satıcısının təqdim etdiyi hesab-faktura əsasında həmin hesab-fakturanı aldığı gündən 10 (on) iş günü ərzində reklam satıcısına ödəyir. - “Reklam satıcısı” qismində İddiaçı MMC ilə “reklam sifarişçisi” qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə R-01022021/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən reklam sifarişçisinin sifarişi əsasında reklam satıcısı bu müqaviləyə qoşulan və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavəyə (Əlavələrə) uyğun olaraq reklam məhsullarını bu müqavilə ilə müəyyən edilən müddət ərzində və şərtlər əsasında “ARB”, “ARB 24”, “ARB Günəş” telekanalları, “Azad Azərbaycan” TV (ATV), 106 və 106.3 FM diapozonlu radioda yerləşdirilməsini təmin edir, reklam sifarişçisi isə bunun müqabilində yayımda yerləşdirilmiş reklam məhsulunun dəyərini Reklam satıcısına ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən reklam satıcısı ilə reklam sifarişçisi arasında bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar, Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydalarına müvafiq olaraq həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən reklam sifarişçisinin yayımda yerləşdirmək məqsədi ilə təqdim etdiyi reklam məhsulunun yayımlanma şərtləri və razılaşdırılmış məbləği bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə (Əlavələr) ilə müəyyən edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən reklam məhsullarının efirdə faktiki yayımlanma həcmi akt ilə təsdiq olunur. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən reklam sifarişçisi bu müqavilə (və ya Əlavə Razılaşma) üzrə müəyyən edilmiş məbləği reklam satıcısının təqdim etdiyi hesab-faktura əsasında həmin hesab-fakturanı aldığı gündən 10 (on) iş günü ərzində reklam satıcısına ödəyir. - “Reklam satıcısı” qismində İddiaçı MMC ilə “reklam sifarişçisi” qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə R-28012022/39 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən reklam sifarişçisinin sifarişi əsasında reklam satıcısı bu müqaviləyə qoşulan və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavəyə (Əlavələrə) uyğun olaraq reklam məhsullarını bu müqavilə ilə müəyyən edilən müddət ərzində və şərtlər əsasında “ARB”, “ARB 24”, “ARB Günəş” telekanalları, “Azad Azərbaycan” TV (ATV), 106 və 106.3 FM diapozonlu radioda yerləşdirilməsini təmin edir, reklam sifarişçisi isə bunun müqabilində yayımda yerləşdirilmiş reklam məhsulunun dəyərini Reklam satıcısına ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən reklam satıcısı ilə reklam sifarişçisi arasında bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar, Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydalarına müvafiq olaraq həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən reklam sifarişçisinin yayımda yerləşdirmək məqsədi ilə təqdim etdiyi reklam məhsulunun yayımlanma şərtləri və razılaşdırılmış məbləği bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə (Əlavələr) ilə müəyyən edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən reklam məhsullarının efirdə faktiki yayımlanma həcmi akt ilə təsdiq olunur. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən reklam sifarişçisi bu müqavilə (və ya Əlavə Razılaşma) üzrə müəyyən edilmiş məbləği reklam satıcısının təqdim etdiyi hesab-faktura əsasında həmin hesab-fakturanı aldığı gündən 10 (on) iş günü ərzində reklam satıcısına ödəyir. - İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, R-01022021/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2021-ci il tarixli (Əlavə 1) razılaşma, xx.xx.2021-ci il tarixli, R- 01022021/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2021-ci il tarixli (Əlavə 2) razılaşma, xx.xx.2021-ci il tarixli, R-01022021/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2021-ci il tarixli (Əlavə 3) razılaşma, xx.xx.2021-ci il tarixli, R-01022021/01 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2021-ci il tarixli (Əlavə 4) razılaşma, xx.xx.2022-ci il tarixdə R-28012022/39 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli (Əlavə 1) razılaşma, xx.xx.2022-ci il tarixdə R-28012022/39 nömrəli reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli (Əlavə 2) razılaşma əlavə edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 158730 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1551,11 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 175087 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 801,64 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 958538 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4919,94 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 080766 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10167,82 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 739416 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1212,85 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 744388 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 917,43 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 054779 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7472,33 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 534094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 917,95 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 613266 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1229,47 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 111695 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 950,14 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 232989 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3538,35 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 528727 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2607,34 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 917355 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2235,16 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 681200 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18561,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 871507 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2471,55 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 012798 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6364,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 669112 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5315,46 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 213918 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6114,76 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 073554 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4713,30 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 852050 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 371,64 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 648525 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 434,31 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 887855 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5416,03 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 842825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1662,84 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 361060 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5844,10 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 522978 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4071 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 523343 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4840,36 manat (ƏDV daxil) təşkil edir. - “Azad Azərbaycan” MTRK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 41 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, R-01012020/01 nömrəli, xx.xx.2021-ci il tarixli, R-01022021/01 nömrəli və xx.xx.2022-ci il tarixli, R-28012022/39 nömrəli “Reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında” müqavilələr əsasında sifariş edilən məhsullar haqqında reklamlar həqiqətən aşağıda göstərilən müddətdələrdə “ATV” telekanalının, eləcə də “106 FM” və “106.3 FM” radio efirində yayımlanmışdır. Sözügedən müqavilələr əsasında “ATV” telekanalının, eləcə də “106 FM” və “106.3 FM” radio efirində yayımlanmış reklamların 2020-ci il üçün dəyəri 29436,65 manat, 2021-ci il üçün dəyəri 44066,56 manat və 2022-ci il üçün dəyəri 13913,82 manat olmaqla, ümumi dəyəri 87417,02 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ90PAHA40060AZNHC********** nömrəli hesabına xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, 4237,29 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış reklam məhsullarının yayımda yerləşdirilməsi haqqında müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 78679,73 manat (yetmiş səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) əsas borc, 14162,35 manat (on dörd min yüz altmış iki manat otuz beş qəpik) ƏDV borcu, 2400 (iki min dörd yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 4674,40 manat (dörd min altı yüz yetmiş dörd manat qırx qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 300 (üç yüz) manat və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 400 (dörd yüz) manat mediasiya və 300 (üç yüz) manat hüquqi yardım xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 78679,73 manat (yetmiş səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) əsas borc, 14162,35 manat (on dörd min yüz altmış iki manat otuz beş qəpik) ƏDV borcu, 2400 (iki min dörd yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 4674,40 manat (dörd min altı yüz yetmiş dörd manat qırx qəpik), 400 (dörd yüz) manat mediasiya xərci, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 100616,48 manat (yüz min altı yüz on altı manat qırx səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-742/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-742/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver