Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7459/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli Umico Market platformasında satıcı üçün № OM-11/072021 saylı müqavilə, xx.xx.2022-ci il tarixli №U01927 saylı xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsiümumilikdə əsas borc 250121,92 manat məbləğində pul vəsaiti, müqavilənin 7.1-ci maddəsinə əsasən hər bir gün üçün ödənilməmiş məbləğin 0.5%-i hesablanmaqla 12506,05 manat cərimə, ümumillikdə, 262627,05 manat pul məbləği ona ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini düzgün formada etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli DM-540/122023 saylı diler müqaviləsi 13.3-ci bəndi və xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı diler müqaviləsi 19.3-cü bəndi əsasən tərəflərdən hər hansı birinin səlahiyyətli nümayəndəsinə yazılı iddia göndərildiyi tarixdən sonra 30 təqvim günü ərzində danışlar yolu ilə həllinə dair razılıq əldə olunmazsa, Sazişin icrası, habelə onun pozulması və ya qüvvəsinə xitam verilməsi ilə əlaqədar yaranan bütün mübahisələrin, fikir ayrılıqları və münaqişələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən sonuncu dəfə “onlayn kagüzarlıq” vasitəsi ilə xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə müqavilə üzrə görülmüş işlərin dəyərinin 3 gün ərzində ödənilməsi tələb edilmiş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı məktub ünvanlanmışdır. Halbuki tərəflər arasında imzalanmış müqavilə üzrə 30 gün müddət müəyyən edilmiş, hazırda isə həmin vaxtdan 30 gün müddət keçmədən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ********* nömrəli qəbz üzrə ödənilmiş 553 (beş yüz əlli üç) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7459/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7459/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver