Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7500/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker müqaviləsi, gömrük brokeri, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 9338,32 manat xidmət haqqı, 30 manat hüquqi xidmət xərci və ödənilmiş 113,6 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə broker xidmətini göstərməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki müqaviləyə görə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Nəticədə iddiaçıya 9338,32 manat borc yaranmışdır. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. 2.2. Gömrük təmsilçiliyinə dair xidmət müqaviləsinə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu 01-də göstərilir, idxal bəyannaməsi, elektron qısa bəyannamə və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. 2.3. İddiaçı tərəfindən cavabdehə cəmi 9338,32 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 129 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDG, nömrə: 715684), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 99,50 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDG, nömrə: 715688), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 327,50 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDİ, nömrə: 563431), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 211,40 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDJ, nömrə: 587897), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 230,10 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDJ, nömrə: 587885), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 99,50 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDK, nömrə: 072930), **********-E-GB tərtibi və ********** rəsmiləşmə üçün 271,27 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDK, nömrə: 766988), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 433,81 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDR, nömrə: 316898), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 293,40 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDR, nömrə: 825712), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 329,41 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDS, nömrə: 642925), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 329,41 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDU, nömrə: 470307), **********-E-GB tərtibi və ********** rəsmiləşmə üçün 341,55 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDS, nömrə: 642925) **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 418,34 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDU, nömrə: 843660), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 396,27 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDU, nömrə: 488565), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 300 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDU, nömrə: 477504), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 565,40 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDV, nömrə: 458820), **********-E-GB tərtibi və ********** rəsmiləşmə üçün 378,10 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDW, nömrə: 153970), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 285,33 manat (xx.xx.2024-cü il tarixli, seriya: EBDW, nömrə: 811564), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 395,85 manat (xx.xx.2024-cü il tarixli, seriya: MT, nömrə: **********27), **********-E- GB tərtibi və ********** - rəsmiləşmə üçün 275,32 manat (xx.xx.2024-cü il tarixli, seriya: EBDX, nömrə: 749233), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 292,87 manat (xx.xx.2024-cü il tarixli, seriya: EBDY, nömrə: 554767), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 219,35 manat (xx.xx.2024-cü il tarixli, seriya: EBDZ, nömrə: 575294), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 678,34 manat (xx.xx.2024cü il tarixli, seriya: EBEC, nömrə: 736874), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 337,97 manat (xx.xx.2024-cü il tarixli, seriya: MT, nömrə: **********21), **********-E- GB tərtibi və ********** - rəsmiləşmə üçün 149 manat (xx.xx.2024-cü il tarixli, seriya: MT, nömrə: **********76), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 33,48 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBCO, nömrə: 205659), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 584,30 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBCO, nömrə: 205668), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 478,65 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDB, nömrə: 411442), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 311,45 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDC, nömrə: 744913), **********-E-GB tərtibi və ********** - rəsmiləşmə üçün 471,84 manat (xx.xx.2023-cü il tarixli, seriya: EBDC, nömrə: 744916) dəyərində elektron qaimələr təqdim olunmuşdur. 2.4. Cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borc ödənilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 449, 787, 788-ci və s., Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104, 121-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7500/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı cavabdehə gömrük bəyannamələrinin tərtib olunması, təmsilçilik xidmətlərinin göstərilməsini həyata keçirmişdir. Təmsilçilik xidməti dedikdə yükün anbardan təhvil alınması, gömrük prosedurlarının həyata keçirilməsi, yük ölkəyə daxil olduqdan sonra cavabdehə təhvil verilməsi nəzərdə tutulur. Hal-hazırda da cavabdehə 06 yanvar 2023-cü il tarixli müqavilə üzrə xidmət göstərilir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə həmin tarixə borc məbləği 9189,35 manat təsdiq edilmiş, akt tərtib edildikdən sonra cavabdeh tərəfindən nağd qaydada 338 manat ödəniş edilmiş, həmçinin cavabdehə yeni xidmətlər göstərilmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alıdığı ünvana göndərilməklə (çatdırılmaqla), sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla və telefonoqram ötürülməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Gömrük brokeri müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (təmsilçi qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 23/0502 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir (1.1). Sifarişçi təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu müqaviləyə əlavə edilmiş 1 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir (1.2). Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokol №1-də öz əksini tapır (1.3). Təmsilçi sifarişçiyə müqaviləyə əlavə protokol №1-də göstərdiyi xidmət növünə əsasən hesabfaktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab-fakturada göstərilən məbləğ 3 iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir (3.1). Sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəyir (3.2). Təmsilçinin göstərəcəyi əlavə xidmətlər sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir (3.3). Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır (3.4). Göstərilən xidmət və onların haqqı müqaviləyə əlavə protokol №1də öz əksini tapır (3.5).
13. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 9189,35 manat olaraq təsdiq edilmiş, qarşılıqlı hesablaşma zamanı nəzərə alınan sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixli EBEC 736874 seriya və nömrəli elektron qaimə olmuşdur.
14. Məhkəməyə təqdim edilən elektron poçt yazışmasından çıxarışdan görünür ki, “mailto:ilkin.heyderli@mybroker.azElektron ünvan 1” elektron poçt ünvanından “mailto:info@technity.azElektron ünvan 2” elektron poçt ünvanına üzləşmə aşktı göndərilərək yoxlayaraq imzalayıb geri göndərilməsi xahiş olunmuş, sonuncu tərəfindən üzləşmə aktı təsdiqlənib ilkin ünvançıya geri göndərilmişdir.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixdən sonra tərtib edilmiş elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli MT2408 11729036 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 149 manat, MT2408 11729021 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 337,97 manat dəyərində xidmətlərin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli MT2408 11729036 və MT2408 11729021 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
17. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli İUD 072978 seriya və nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən gömrük xidməti üçün 338 manat məbləğində pul iddiaçının xəzinəsinə mədaxil edilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 06 yanvar 2023-cü il tarixli 23/0502 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı öz nizamnaməsinə uyğun olaraq cavabdehin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin haqqını – müqaviləyə əlavə edilmiş 1 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə qarşılıqlı hesablaşma aparılaraq adıçəkilən müqavilə üzrə borc məbləği 9189,35 manat olaraq təsdiq edilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə həmin borc üzrə 338 manat ödəniş etmiş, daha sonra iddiaçı tərəfindən sistem tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli MT2408 11729036 və MT2408 11729021 seriya və nömrəli elektron qaimələr əsasında ümumilikdə ƏDV daxil olmaqla 486,97 manat dəyərində xidmət göstərilmiş, beləliklə, iddiaçının cavabdehə olan borcu 9338,32 (9189,35 – 338 + 486,97) manat təşkil etmişdir.
19. İddiaçı 06 yanvar 2023-cü il tarixli 23/0502 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 9338,3 manat xidmət haqqının tutulmasını tələb edir.
20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə mübahisənin həlli üçün əvvəla 06 yanvar 2023-cü il tarixli 23/0502 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilənin hüquqi təbiətinin şərh edilməsini zəruri hesab edir.
26. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.
27. Həmin Məcəllənin 22.1 – 22.4-cü maddələrinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
28. Hazırkı müqavilənin şərtlərindən görünür ki, iddiaçının gömrük təmsilçiliyi təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün olmaqla dolayı təmsilçilikdir və iddiaçı malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs, başqa sözlə gömrük brokeridir.
29. Mülki Məcəllənin 787-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
30. Broker müqaviləsi üzrə brokerin muzd almaq hüququ isə bilavasitəsi Mülki Məcəllənin 788.1-ci maddəsindən irəli gəlir.
31. Belə ki, Mülki Məcəllənin 788.1-ci maddəsinə əsasən, brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
32. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh broker müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, şərtləşdirilmiş muzdu ödəməmişdir. Belə olan halda iddiaçının sifarişçidən – cavabdehdən muzdu tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, muzdun tutulması hissəsində iddia əsaslıdır.
33. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, gömrük brokeri müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 06 yanvar 2023-cü il tarixli 23/0502 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 9338,3 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
39. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,6 manat, hüquqi yardım xərcinin 30 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
40. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən müəyyən olunur ki, 113,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. İş materiallarında olan 20 saylı vəkil bürosu ilə iddiaçı arasında bağlanmış 26 aprel 2024-cü il tarixli hüquqi xidmət göstərilməsinə dair müqavilədən görünür ki, 20 ədəd məhkəmə mübahisəsi üçün 600 manat məbləğində pulun vəkil bürosuna ödənilməsi razılaşdırılmış, xx.xx.2024-cü il tarixdə həmin məbləğ köçürülmüşdür.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və hazırkı iddianın qiymətinə (9338,32 manat) uyğun dövlət rüsumunun 113,4 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,4 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 9338,32 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,4 manat, hüquqi xidmət haqqının əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova