Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7502/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 35 672 (otuz beş min altı yüz yetmiş iki) manat 34 qəpik borcun, iş üzrə ödənilmiş 200(iki yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MM-dCən tutularaq İddiaçına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 saylı xidməti müqaviləyə əsasən sifarişçi texnikalar ilə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2 bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı(və ya aktları) ilə müəyyənləşdiriməsi, bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair əlavə və razılaşdırma protokolunda qeyd edilməsi nəzərdə tutulmudur. xx.xx.2024-cı il tarixli qiymətlərin razılaşdırılması barədə əlavə protokola əsasən “DEVELON DX300LCA7-M” markal ** BA *** dövlət nömrə nişanlı, “HYUNDAİ R330LC-9S” marka9lı0 C 445 dövlət nömrə nişanlı ekskavatorlarla, “CAT 336 DL” markalı1** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla, eləcə də “CAT 950 H” markalı1** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə xidmətlərin qiyməti müəyyən edilmişdir. Bundan sonra, icraçı tərəfindən müvafiq işlər görülmüş, sifarişçi ilə icraçı arasında: 1. “CAT 336 DL” markalı 1** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla 11953, 89; 2. “CAT 950 H” markalı 1** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə 3250 AZN; 3. “DEVELON DX300LCA-7M” markal, ** BA *** dövlət nömrə nişanlı ekskavatorla 13499,20; 4. “HYUNDAİ R330LC- 9S” marka9lı0 C 445 dövlət nömrə nişanlı ekskavatorla 6969,25 qəpik dəyərində görülmüş işlərin qəbulu haqqında xx.xx.2024-cü il tarixli akt imzalanmışdır. Həmin müqavilənin 3.1.3-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətinin dəyərini icraçıya ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablaşmalar bank hesabına köçürmə yolu il hayata keçirilir. İcraçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2025-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və borcunun qaytarılmasını təmin etməmişdir. İddiaçı bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdenin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində bu günə xidməti müqaviləsinə əsasən görülmüş işlərin qəbulu haqqında aktlara əsasən 35 672 (otuz beş min altı yüz yetmiş iki) manat 34 qəpik borc məbləği yaranıb.. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli, 533 saylı Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» Əlavə və X1 göstərilən texnikalar ilə xidmətlərinin göstərilməsini sifariş verib və «İcıaçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətlərin (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Əlavə və Qiymət Razılaşdırma protokolunda qeyd edilir. - 3.1.1-ci bəndinə əsasən, xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib «İcraçı»nın sərəncamına vermək sifarişçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan Əlavə və X1 qeyd edilir. - 5.1-ci bəndinə əsasən bu Müqavilə «01» Avqust 2024-cü il tarixdən «31» Dekabr 2025-cü il tarixədək bağlanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında imzalnmış qiymət razılaşması protokolunda əsasən tərəflər arasında malların adı,miqdarı,qiyməti,məbləği razılaşdırılmışdır.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən caabdehə 35672.34 manat məbləğində xidmət görülmüşdür.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən caabdehə 13239.6 manat məbləğində xidmət görülmüşdür.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən caabdehə 5711.20 manat məbləğində xidmət görülmüşdür.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən caabdehə 6652.84 manat xidmət görülmüşdür.
14. İddiaçı tərəfindən cavabdehə MT2409 11379074 saylı xx.xx.2024-cü il tarixli 35672.34 manat məbləğində elektron qaimələr göndərilmişdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, iddiaçının izahatı, müqavilə və təhvil təslim aktları ı ilə müəyyən olunur ki, İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2024-cü il tarixli, 01 saylı xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş,bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
21. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara və işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya 35672.34 manat məbləğində əsas borcun olması iş materiallarında olan sübutlar (xidmət müqaviləsi,təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
23. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 35 672 (otuz beş min altı yüz yetmiş iki) manat 34 qəpik) manat əsas borcğ və 200 (iki yüz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova