Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-751/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında bağlanılmış 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı müqaviləyə əsasən 41835,80 manat əsas məbləğ, 7530,44 manat ƏDV məbləği, 2054,88 manat məbləğində əldən çıxmış fayda və vəkilə ödənilmiş 320 manat məbləğində vəsait olmaqla, ümumilikdə 51741,12 manat məbləğində vəsaitin və 245 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanılmış 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı müqaviləyə əsasən 41835,80 manat əsas məbləğ, 7530,44 manat ƏDV məbləği, 2054,88 manat məbləğində əldən çıxmış fayda və vəkilə ödənilmiş 320 manat məbləğində vəsait olmaqla, ümumilikdə 51741,12 manat məbləğində vəsaitin və 245 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı ilə cavabdeh arasında 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən, cavabdeh iddiaçıya Müqavilənin Əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Xidmətlərin dəqiq siyahısı, eləcə də xidmət haqqının cəmi məbləği Əlavələrdə öz əksini tapmışdır və həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş, hesab-faktura təqdim edilməsindən sonra 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, xidmətlərə görə ödəniş müqavilədə göstərilən vaxtda yerinə yetirmək öhdəliyini iddiaçı öz üzərinə götürür. Eləcə də, müqavilənin 5.1-ci maddəsinə əsasən, Bu Müqavilədəki öhdəliklər yerinə yetirilmədikdə və ya layiqincə yerinə yetirilmədikdə günahkar tərəf digər tərəfə dəyən ziyanı ödəyir. İddiaçı ilə cavabdeh arasında olan borcun xx.xx.2023-cü il tarixli üzləşdirmə aktından da göründüyü kimi cavabdehin iddiaçıya 41835,80 manat əsas məbləğ, 7530,44 manat ƏDV məbləği, toplam 49366,24 manat borc bu günədək aktivdir. Beləliklə, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 21045.30 manat məbləği üzrə 964.58 manat (21045.30/12x11x5%=964.58); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 15045,47 manat məbləği üzrə 626,89 manat (15045,47/12x10x5%=626,89); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 7375,47 manat məbləği üzrə 276,58 manat (7375,47/12x9x5%=276,58); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 3540,00 manat məbləği üzrə 118 manat (3540/12x8x5%=118); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 2360 manat məbləği üzrə 68,83 manat (2360/12x7x5%=68) məbləğdə, ümumilikdə 2054,88 manat məbləğində əldən çıxmış fayda mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
9. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı Müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə Müqavilənin Əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.
12. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
13. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
15. İş materiallarında olan elektron qaimələrdən və xx.xx.2023-cü il tarixli Üzləşdirmə aktından müəyyən edildi ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir, həmçinin də, cavabdeh iddiaçıya əsas məbləğ üzrə 41835,80 manat ƏDV üzrə 7530,44 manat borcu olmasını qəbul etmişdir.
16. Göstərilənlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə dəyəri 49366,24 manat olan xidmət göstərilməsi iş materiallarında olan sənədlərlə təsdiq olunur.
17. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimələr, üzləşdirmə aktının mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməklə əldən çıxmış faydaya görə (gecikdirilmiş vaxt üçün illik 5 faiz) 2054,88 manat tələb etmiş və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı həmin məbləğləri elektron qaimənin təqdim edildiyi tarixdən hesablamışdır. Halbuki, tərəflər arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı Müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş, hesab-faktura təqdim edilməsindən sonra 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Göründüyü kimi müqavilə ilə ödənişin ödənilmə müddəti 30 təqvim günü müəyyən edilmişdir ki, bu halda həmin məbləğin ödənilməsinin gecikdirilməsi həmin müddət keçdikdən sonra hesablanmalıdır.
19. Beləliklə, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməklə tələb etdiyi gecikdirilmiş vaxta görə xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 21045.30 manat məbləği üzrə 876,89 manat (21045.30 x5%/12x10); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 15045,47 manat məbləği üzrə 564,21 manat (15045,47x5%/12x09); xx.xx.2023cü il tarixli qaiməyə əsasən, 7375,47 manat məbləği üzrə 245,85 manat (7375,47x5%/12x8); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 3540,00 manat məbləği üzrə 103,25 manat (3540x5%/12x7); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən, 2360 manat məbləği üzrə 59 manat (2360x5%/12x6) məbləğdə, ümumilikdə 1849,20 manat cavabdehdən tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
21. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 320 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
22. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
23. İş üzrə dövlət rüsumu məbləğinin 244,26 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat və dövlət rüsumuna görə 44,26 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 99,60 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, ödənilmiş 44,26 manat dövlət rüsumu məbləğindən 0,98 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) çıxılmaqla qalan 43,28 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdеh arasında bağlanılmış 11 noyabr 2022-ci il tarixli, R/H-11.22 saylı müqaviləyə əsasən 41.835,80 manat əsas məbləğ, 7.530,44 manat ƏDV məbləği, gecikdirilmiş vaxt üçün illik 5 faiz olaraq 1.849,2 manat, vəkilin göstərdiyi yardıma görə 320 manat, mediasiya xərcinə görə 200 manat və dövlət rüsumuna görə 43,28 manat cəmi 51.778,72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdеh Cavabdeh arasında bağlanılmış 11 noyabr 2022-ci il tarixli, R/H- 11.22 saylı müqaviləyə əsasən 41.835,80 manat əsas məbləğ, 7.530,44 manat ƏDV məbləği, gecikdirilmiş vaxt üçün illik 5 faiz olaraq 1.849,2 manat, vəkilin göstərdiyi yardıma görə 320 manat, mediasiya xərcinə görə 200 manat və dövlət rüsumuna görə 43,28 manat cəmi 51.778,72 manat cavabdеh Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev