Məhkəmə qərarları › İş №e-2-2(113)-751/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-751/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-751/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: ticarət nümayəndəsi haqqında müqavilə, konsessiya müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu) X15 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, direktor Nümayəndə və Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli “Umico Market” platformasında satıcı üçün № OM- 11/072021 saylı müqavilə, xx.xx.2022-ci il tarixli № U01927 saylı xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsi olmaqla ümumilikdə 250121,92 manat məbləğində əsas borcun, müqavilənin 7.1-ci maddəsinə əsasən hər bir gün üçün ödənilməmiş məbləğin 0.5%-i hesablanmaqla 12506,05 manat cərimə, ümumillikdə 262627,05 manat pul məbləği iddiaçı, yəni satıcı İddiaçı MMC-yə ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli Umico Market platformasında satıcı üçün № OM-311/072021 saylı müqavilə, xx.xx.2022-ci il tarixli № U01927 saylı xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən müəyyən miqdarda mallar təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müəyyən borclar yaranmış, prentenziya məktubu göndərdikdən sonra borcun bir qismi ödənilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qarşı tərəfə prentenziya məktubu göndərilmiş, DM- 540/122023 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə MT2406 10332805, MT2406 10936327 və MT2407 10936537 saylı EQ-lərə əsasən iyun-iyul 2024 ildə 77164 manat dəyərində mallar təhvil verilib. Bu vaxta qədər ümumi borcdan 25502 manat Cavabdeh MMC tərəfindən ödənilib. Hal-hazırda bu günə olan borc 51662 manat təşkil edir. Həmçinin, iyun 2024-cü ildə edilən satışlara görə U01927 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 233010,72 manat bonus borcu yaranmış və bu günə qədər ödənilməyib. Əlavə olaraq, OM-311/072021 saylı müqaviləyə əsasən Umico Market platformasında iyul-avqust 2024-cü ildə satılan mallardan bir qisminə 8667,96 manat dəyərində borc yaranmışdır və bu günə qədər ödənilmədiyi qeyd olunmuşdur. Daha sonra İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qarşı tərəfə prentenziya məktubu ilə müraciət edərək, xx.xx.2024-cü il tarixində göndərilən pretenziyadan sonra DM- 540/122023 saylı müqaviləyə və MT2406 10332805, MT2406 10936327 və MT2407 10936537 saylı EQ-lərə əsasən 77164 manat ümumi borcdan 61430 manat ödənilib. Halhazırda bu günə olan borc 15734 manat təşkil edir. Həmçinin, iyun 2024-cü ildə iddiaçı tərəfindən edilən satışlara görə U01927 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 233010,72 manat bonus borcu yaranıb və bu günə qədər ödənilməyib. OM- 311/072021 saylı müqaviləyə əsasən Umico Market platformasında iyul 2024-cü ildə satılan mallardan bir qisminə 1377,20 manat dəyərində borc yaranmışdır və bu günə qədər ödənilməmişdir. Son olaraq, ümumi olan 250121,92 manat dəyərində borc ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, aşağıdakılara əsasən Cavabdeh MMC-yə qarşı qaldırılmış iddia tamamilə əsassızdır və rədd edilməlidir: xx.xx.2022-ci il tarixli № U01927 xidmət müqaviləsi üzrə pul tələbi ilə bağlı həmin müqavilənin 2-ci bəndinə əsasən, Partnyor proqram çərçivəsində Müştəri tərəfindən Partnyorun TMM-də aparılan əməliyyatların məbləğindən Müqavilə ilə müəyyən olunan həcmdə Müştərilərə bonus manatlarının rəsmiləşdirilməsini, eyni zamanda ayda bir dəfədən az olmamaqla, Operatora Müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqlarının ödənilməsini öz üzərinə götürür, Operator isə Partnyora sonuncunun biznesinin inkişafı üçün Proqram çərivəsində müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz üzərinə götürür. X4/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Proqram çərçivəsində Müştəri tərəfindən İstifadə edən Partnyorun TMM-də əməliyyatlar həyata keçirildikdə X9 manatlarından istifadə etməyi öhdəsinə götürür. Belə halda Operator Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabından istifadə edilmiş Bonus manatlarını silməyi, Bonus manatlarının ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, Partnyorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Hazırda iddiaçı tərəfindən həmin müqavilə üzrə tələb edilən pulun ekvivalent məbləği olan Bonus manatlarının əldə olunmasına dair əsaslı şübhələr yaranmış və bununla bağlı hüquq mühafizə orqanına müraciət edilmişdir. Belə ki, iddiaçının ticarət məntəqəsində istifadə olunmuş Bonus manatlarının, təsisçisi və qanuni təmsilçisi X12 olan "xxxx" MMC-nin ticarət məntəqəsində aparılmış əməliyyatlar üzrə əldə edilən bonus manatları olduğu müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müştərilər həmin şirkətdə mebel alqı-satqısı zamanı “Umico” müştərisi olduğunu qeyd etdikdə onların umico kartlarına 10% həcmidə Cavabdeh MMC tərəfindən bonus köçürülmüşdür. Həmin şirkətin ticarət məntəqəsində aparılmış əməliyyatlar üzrə müqavilənin bağlandığı, yəni xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 998858,94 manat ekvivalentində bonus hesablanmışdır. Dövriyyənin olduqca yüksək olması şübhə yaratmış və bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Müraciət əsasında araşdırılma aparılmış və cinayət işi başlanılmışdır. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan bonusların nağdlaşdırılması mümkün olmadığından və yalnız Cavabdeh MMC-nin partnyoru olduğu yerlərdə alış-veriş zamanı istifadə etmək mümkün olduğundan yığılmış bonuslar qeyd olunan qaydada istifadə edilərək mallar əldə olunmuş və həmin malların yenidən satışı həyata keçirilərək vəsaitlər nağdlaşdırılmışdır. Bonuslar hesabına malların aparılmasına dair əməliyyatlar, həmçinin iddiaçının satış məntəqəsində aparılmış və hazırda tələb olunan vəsait də həmin əməliyyatlar nəticəsində formalaşmış məbləğdir. İddiaçı MMC ilə partnyorluq münasibətləri olduğundan icra edilən əməliyyatlar ilə bağlı məlumatlar istənilmiş, lakin birmənalı cavabın əldə olunması mümkün olmamışdır. İddiaçı məsələni dərindən araşdırmaq üçün kömək etməyə vəd versə də, sualların cavablandırılmasından yayınmış, əməliyyatların təsdiqi üçün çeklərin mövcud olmadığını qeyd etmiş və əməliyyatların həqiqiliyi təsdiq edən sənəd təqdim edə bilməmişdir. Eyni zamanda şirkətin əməkdaşlarının verdiyi məlumatlar arasında da ziddiyətlər vardır. Belə ki, iddiaçı yalnız müqavilədən irəli gələn Proqram çərçivəsində onun ticarət məntəqəsində mobil telefona quraşdırılmış tətbiq vasitəsilə bonus manatlarının istifadə edilməsini sistemə daxil etmiş və bunun nəticəsində hazırda iddia ərizəsinə əlavə olunmuş müqavilə üzrə hesablaşmalar formalaşmışdır. Göstərilənlərə əsasən hazırda iddia tələbinin əsasını təşkil edən borcun yaranma mənbəyinin cinayət yolu ilə əldə edilmiş əmlak olduğu müəyyən olunur. İddiaçının ticarət məntəqəsində Bonus manatları hesabına aparılmış alqı-satqı əməliyyatları həmin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının bir hissəsidir və iddiaçının da bu leqallaşdırma əməliyyatında bilərəkdən iştirak etməsi, nəticədə hər hansı maddi mənfəət əldə etməsi güman olunur. Məlum olduğu kimi maliyyə sistemində pulların leqallaşdırılmasının üç fazası mövcuddur: yerləşdirmə; - təbəqələşdirmə; - inteqrasiya (istifadə). Yerləşdirmə mərhələsində pul vəsaiti maliyyə sistemlərinə edilən mədaxillər vasitəsilə daxil edilir. Təbəqələşdirmə mərhələsində, pul vəsaitləri müxtəlif təyinatla, saxta (real olmayan, əmtəəsiz) hesabfakturalardan (invoys) istifadə edilməklə adətən bir-birinə bağlı olan (hüquqi şəxsə aidiyyəti olan, qarşılıqlı surətdə asılı, törəmə, eyni hüquqi ünvana malik, direktorları və ya səhmdarları (payçıları) ortaq olan və s.) şirkətlərin hesablarına köçürülür. İnteqrasiya mərhələsində pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması fəaliyyəti ilə məşğul olan şəxslərə xas fəaliyyətlərdə, məsələn, daşınmaz əmlak investisiyaları və onların lizinqi, xeyriyyə təşkilatlarına ianələr, qiymətli metallara və daşlara, zərgərlik məmulatlarına və yüksək dəyərə malik saatlara investisiyalar və resursların ictimai layihələrdə (xeyriyyəçilik, heyvan hüquqlarının müdafiəsi və s. kimi) cəmləşdirilməsi və s. yollarla leqallaşdırılaraq istifadə olunur. Hazırda cinayət yolu ilə əldə edilən vəsait "xxxx" MMC-də aparılmış əməliyyatlarda əldə edilmiş Bonus manatlarıdır. Həmin Bonus manatlarının iddiaçının ticarət məntəqəsində istifadə olunması leqallaşdırmanın ikinci fazasını, yəni təbəqələşdirməni təşkil edir. Belə olduğu halda hesab edirik ki, "xxxx" MMC barəsində edilmiş müraciət üzrə cinayət işinin araşdırılması başa çatmadan hazırki iddia tələbinə baxılması düzgün deyildir. Yuxarıda qeyd edilən və iddaçının iştirakçı olduğu fraud əməliyyat səbəbindən, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi vəsaitin əsası olan əməliyyat üzrə təsdiqedici sənədlər, vergi qanunvericiliyə əsasən kassa qəbzlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı tələb etdiyi vəsait üzrə əsas olan əməliyyatların icrasını sübut edə bilməmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət xidmətləri üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir. Eyni Məcəllənin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz təqdim edilməlidir. Eyni Məcəllənin 50.8.13-cü maddəsinə əsasən, nəzarətkassa aparatının çeklərində ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı) olmalıdır. Belə olan halda, Vergi qanunvericiliyinə əsasən iddiaçıda aparılan əməliyyatların təsdiqini əks etdirən qəbzlər, çeklər olmalıdır. İddia edilən məbləğin ödənilməsi məqəsdilə həmin sənədlərin iddiaçı tərəfindən cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq, iddiaçı heç bir təsdiqedici sənəd bu günədək təqdim edə bilməmişdir. xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə üzrə tələbə münasibətdə həmin müqaviləyə əsasən satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsinin 11.2 – 2 maddəsinə əsasən, satıcının (yəni İddiaçı MMC-nin) iddia üçün əsasları yarandığı andan etibarən 30 (otuz) təqdim günü ərzində belə iddia qaldirması barədə Dilerin (yəni Cavabdeh MMC-nin) səlahiyyətli nümayəndəsinə yazılı şəkildə məlumat verməzsə, Diler öz öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyətdən azad edilir. Habelə, xx.xx.2021-ci il tarixli “Umico Market” platformasında satıcı üçün № OM- 11/072021 saylı müqavilə üzrə tələbə münasibətdə, həmin müqavilənin 13.2-2-ci maddəsinə əsasən, əgər satıcı (yəni İddiaçı MMC) iradları üçün əsasların yaranması anından sonra 30 (otuz) təqvim günü ərzində Cavabdeh-nun səlahiyyətli nümayəndəsinə yazılı şəkildə öz iradlarını bildirməzsə, Competo öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə məsuliyyətdən azad edilir. Yuxarıda qeyd olunan iki maddəyə əsasən, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli “Umico Market” platformasında satıcı üçün № OM-11/072021 saylı müqavilə və xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsi üzrə İddiaçı MMC qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin gətirdiyi arqumentlər əsassızdır. Cavabdehin əsas gətirdiyi arqumentdən biri budur ki, Sarıyev İbrahim hər hansı cinayət işi üzrə verdiyi ifadələrdə guya təhvil-təslim aktlarında çəkilən imzaların ona məxsus olmadığını bildirmişdir. Onların mübahisə predmeti tam mülki xarakterli məsələdir. Belə ki, cavabdehlə aralarında müqavilələr mövcuddur və qarşı tərəfdən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Bununla bağlı olaraq bütün sübutları e-sistemə əlavə etmişlər. Tərəfin əsas gətirdiyi digər arqument onların əmlakın satılması ilə əlaqədar təsdiq edən çekin olmamasıdır. Halbuki çekin təqdim edilməsi müqavilədə əsas bənd kimi qeyd edilməmişdir. Onların e-sistemə əlavə etdikləri təhvil-təslim aktları 1 müqavilə üzrədir. Malların hamısını Sarıyev İbrahim almamış, başqa şəxslərə də satılıb, lakin əksər mallar Sarıyev İbrahimə satılmışdır. Malları e-sistemə əlavə edilən təhvil-təslim aktları əsasında vermişlər, həm təhvil-təslim aktları, həm də müqavilə əsasında malları tərəfə verirlər. Əməliyyat aparılan tarixlərdə tərəfə hansı malların satılması barədə sənədlər ilə bağlı sübutları e-sistemə əlavə etmişlər, 230000 manat məbləğin hamısını Sarıyev İbrahimə satmışlar. İddiaları əsaslıdır və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, DM-540/122023 müqaviləsinin 4.3-cü bəndinə əsasən satışla əlaqələndirilməsi qeydi yoxdur. Yalnız sənədlər təqdim edilmədiyi təqdirdə qarşı tərəf ödənişi ödəməkdən imtina edə bilərdi. E-sistemə əlavə etdiyi sübutlardan da açıq-aydın görünür ki, bu müqavilə üzrə onlar bütün sənədləri tərəfə həm e-vergi sistemindən, həm də təhvil-təslim aktına əsasən göndərmişlər. xx.xx.2023-cü il tarixli xx/xx/2023/0015 saylı, xx.xx.2021-ci il tarixli KM292/072021 saylı müqavilələr ümumi müqavilələrdir, bu müqavilələr işlək müqavilə deyil, tərəflər arasında işgüzar münasibətləri təsdiq etmək üçün məhkəməyə təqdim etmişlər, həmin müqavilələr üzrə hər hansı tələbləri yoxdur. OM- 311/072021 müqavilə üzrə məhsulların verilməsi təhvil-təslim aktı, üzləşmə aktı, kassa çeki ilə təsdiqlənir. Bütün sənədləri e-sistemə əlavə etmişlər, həmin müqavilə üzrə 1377,20 manat borc məbləği qalmışdır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, birinci müqavilə U01927 saylı müqavilə bonusların hesablanması və silinməsi məsələlərini, DM-540/122023 saylı müqavilə Umico tətbiq proqramı çərçivəsində həmkarların malların qoyulub satılması, digər sonuncu OM-311/072021 saylı müqavilə cavabdehin anbarından iddiaçının mallarının satılması ilə bağlı məsələləri tənzimləyir. Belə ki, OM-311/072021 saylı müqaviləyə əsasən iddiaçı tərəf mallarını gətirib cavabdehin anbarına qoyur və mallar satıldıqca cavabdeh hissə-hissə iddiaçıya ödənişlər edir. Bir növ şəxsin məhsullarını öz anbarlarında saxlayırlar və hər hansısa verilən müddətə görə deyil malın satılıb qurtardıqdan sonra satıcı tərəfindən malın maya dəyərini tələb etdiyi pul vəsaitini tərəfə ödəyirlər, bir növ konsiqnasiya kimi. Hazırda anbarda satılmayan mallara görə də qarşı tərəf onlardan ödənişlər tələb edir. Hər müqavilə üzrə cavabdehə e-qaimələr vurulub və aldığı məlumata görə satılmayan mallara görə də onlara e-qaimələr vurulmuşdur. E-qaimələrdən imtina etməmələri barədə məlumatı yoxdur. OM-311/072021 saylı və DM-540/122023 saylı müqavilələr üzrə iddia müddəti keçmişdir. xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə üzrə tələbə münasibətdə bildirmişdir ki, həmin müqaviləyə əsasən satıcının məhsullarının “Umico Market” platformasında yerləşdirilməsi üçün diler müqaviləsinin 11.2–2 maddəsinə əsasən, satıcının iddia üçün əsasları yarandığı andan etibarən 30 təqdim günü ərzində belə iddia qaldirması barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı şəkildə məlumat verməzsə, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyət azad edilir. Habelə, xx.xx.2021-ci il tarixli “Umico Market” platformasında satıcı üçün № OM-11/072021 saylı müqavilə üzrə tələbinə münasibətdə bildirmişdir ki, həmin müqavilənin 13.2-2-ci maddəsinə əsasən, əgər satıcı iradları üçün əsasların yaranması anından sonra 30 təqvim günü ərzində Competo-nun səlahiyyətli nümayəndəsinə yazılı şəkildə öz iradlarını bildirməzsə, Competo MMC öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən sənədləri imzalayan şəxs həmin sənədləri imzalamadığını bildirir. İddia tələbində qeyd edilən bütün məbləği Sarıyev İbrahimlə bağlayıblar. Lakin hazırda məhkəmənin verdiyi suala cavab olaraq iddiaçının nümayəndəsi bəzi malların başqa şəxslərə də satıldığını bildirir. Onlar müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmırlar, sadəcə qarşı tərəf pulun köçürülməsinə dair heç bir sübut təqdim edə bilmir. Ola bilər ki, Sarıyev İbrahim bu malları bonusla deyil, nağd formada almışdır. Hər bir əməliyyatın hüquqi sənədi olur. Əgər burada hər hansı sənəd yoxdursa deməli burada heç bir əməliyyat olmamışdır. Hesab edir ki, bu əməliyyatlar həqiqi əməliyyatlar deyil və mövcud olmamışdır. Lazımı sübutlar təqdim edildikdən sonra onlar qeyd olunan borc məbləğini ödəyəcəklər. Digər iki müqavilə üzrə tələb olunan məbləğləri mübahisələndirmirlər. xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb olunan 35,50 manat məbləğ ayın axırı üçün ödənilən borc məbləğidir. Bonusların mövcud olmayan əməliyyatlara görə silinməsi ilə bağlı müvafiq orqanlara ona görə müraciət etməmişlər ki, burada onların zərəri yoxdur. Hazırda zərərçəkən subyekt kimi tanınmırlar. Lakin məhkəmə tərəfindən iddia təmin edilsə, artıq onlara zərər dəydiyi təsdiq olunacaq və onlar bunu əsas gətirərək müvafiq orqana müraciət etməli olacaqlar. xx.xx.2023-cü il tarixli xx/xx/2023/0015 saylı, xx.xx.2021ci il tarixli KM292/072021 saylı müqavilələr 3 tərəfli ümumi müqavilədir, ümumi olaraq bağlanılmışdır. OM-311/072021 saylı müqavilə üzrə 35,50 manat borcu qəbul edir, DM-540/122023 saylı müqavilə üzrə 2209 manat borcu mallar satıldıqca ödəniləcəkdir. U01927 saylı müqavilə üzrə həmin məbləği təqdim edən zaman, əməliyyatların saxta əməliyyat olmadıqlarını düşündüyündən təsdiq etmiş, ona görə də iyul ayında İbrahimlə bağlı şikayət verildikdə borc məbləğini ödəmək fikirləri olmuşdur. Həmçinin U01927 saylı müqavilə üzrə tələb edilən 233010,72 manat məbləği də şikayətdə vurulmuş zərər kimi qeyd etmişlər. Daha sonra əməliyyatlarla bağlı çeklərin təqdim edilməsi barədə qarşı tərəfə müraciət etdikdə çeklərin olmadığı bildirmişdir. Əgər bu kredit müqaviləsi anologiyası ilə götürülsə kredit müqaviləsi mövcuddudr, lakin pulun köçürülməsini təsdiq edən sənədlər, kassa-məxaric orderləri yoxdur. Müqavilə var, lakin qanunvericiliklə tələb olunan sənədlər yoxdur. Odur ki, bu əməliyyatlar sistemdə “fraud” əməliyyatlara düşüb və ödəniş olmamışdır. Müvafiq orqanlara bununla bağlı müraciət etməmə səbəbləri isə iş üzrə zərərçəkən olmamalarıdır. Belə ki, həmin məbləği “fraud” əməliyyatlar olmasına baxmayaraq, bilmədən qarşı tərəfə ödəniş etmiş olsaydılar, bu zaman zərərçəkmiş şəxs kimi tanına bilərdilər. Bonusun silinməsi zərərin dəyməsi demək deyildir. Bonusun ekvivalenti silinmiş olsa aldadılmış, zərərçəkmiş şəxs olardılar. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahim Sarıyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasına iddia ərizəsi və bildiriş təqdim edilərək iddiaya münasibət bildirməsi, həmçinin məkhəmə iclasına videokonfrans vasitəsi ilə qoşulması təklif edilmiş, lakin Bakı İstintaq Təcridxanasının əməkdaşı mobil telefonla əlaqə saxlayaraq İbrahim Sarıyevin iddiaya münasibət bildirməkdən və məhkəmə iclasına qoşulmaqdan imtina etdiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: OM-311/072021 saylı 16 iyul 2021-ci il tarixli Cavabdeh MMC (İcraçı) və "xxxx" MMC (Satıcı və ya Sifarişçi) arasında Umico Market platformasında satıcı üçün müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hazırki müqavilə Cavabdeh mükafat qarşılığında aşağıda göstərilən xidmətləri göstərmək, satıcı isə onları qəbul etmək və ödəmək öhdəliklərini götürürlər: 2.1.1 Satıcı mallarının kartlarını və qiymət təkliflərini platformada yerləşdirmək və satıcıya müştərilərin sifarişlərini emal etməyə imkan verəcək funksionalı təqdim etmək; 2.1.2 Satıcının göstərişlərini müştəriyə çatdırmaq. Həmin müqaviləyə əsasən mükafat- Competo tərəfindən müəyyən edilən və satıcı tərəfindən şəxsi kabinetdə müəyyən edilən malın relaizə olunması qiymətinə competo tərəfindən mükafatlandırmanın hesablanması üçün tətbiq olunan faiz dərəcəsidir. Mükafat malın kateqoriyasından, əməkdaşlığın seçilən modelindən, göndərişlərin çatıdırılma üsulundan və digər amillərdən asılıdır, ilkin olaraq müqavilənin bir saylı əlavəsində müəyyən edilir və müqavilənin 14.3-cü bəndində göstərilən qaydada dəyişdirilə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən Competo Müştərlərdən pul vəsaitlərini Sifarişlər üzrə Müştərilərin Satıcı qarşısında öhdəliklərinin qarşılanması üçün qəbul edir. Müqavilənin 3.2-ci bəndinə əsasən Competo Müştərinin nümayəndəsi kimi çıxış edərək Mallara görə Müştəridən alınan pul vəsaitlərinin Satıcının Tərəfdaş-banklardakı Bank hesabına daxil edilməsini təmin edir. Müqavilənin 6.1-ci bəndinə əsasən Competo gündəlik əsasla “Gün ərzində satışlar üzrə detallaşdırılmış hesabat”ı formalaşdırır və Satıcının Şəxsi kabinetinə göndərir ki, buraya, o cümlədən Satıcı tərəfindən realizə edilən mallar; onların qiyməti; Müştərinin Sifariş ödədiyi tarix; Sifarişin Müştəriyə çatdırılma tarixi və nəticəsi; Competo tərəfindən Müştərinin tapşırığı üzrə Satıcının ünvanına qəbul edilən məbləğlər; Sifarişə görə Competoya hesablanan Mükafat haqqında məlumatlar daxildir. Müqavilənin 6.3-cü bəndinə əsasən Competo hər Hesabat dövrünün (təqvim ayının) başa çatma tarixindən sonra 5 təqvim günü ərzində Satıcıya göstərilmiş xidmətlərin nəticələri üzrə aşağıdakı hesabat sənədlərini göndərir: 6.3.1. Hesabat dovrü ərzində satışlar üzrə detallaşdırılmış hesabat (Satıcının Şəxsi kabinetinə kağız surətinin təqdim edilməsi olmadan göndərilir); 6.3.2. Hesabat dövrü ərzində təqdim edilən xidmətlər haqqında Akt (6.2-ci bəndində qeyd edilən qaydada tutulan avans ödənişləri və hesablanan Mükafatın faktiki məbləği arasında fərqin göstərilməsi daxil olmaqla); 6.3.3. Balans və dövriyyənin göstərilməsi ilə hesabat dövrü üzrə üzləşdirilmə Aktı; 6.3.4. Hesab-faktura. Müqavilənin 9.1-ci bəndinə əsasən Satıcı malın müstəqil müəyyən edir və onu Şəxsi kabinetində, o cümlədən müəyyən edilən formatda şablonlar üzrə qiymət təkliflərinin import edilməsi yolu ilə göstərir. Müqavilənin 13.2-ci bəndinə əsasən əgər satıcı (yəni İddiaçı MMC) iradları üçün əsasların yaranması anından sonra 30 (otuz) təqvim günü ərzində Cavabdeh-nun səlahiyyətli nümayəndəsinə yazılı şəkildə öz iradlarını bildirməzsə, Competo öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Müqavilənin 2 saylı Əlavəsinə əsasən Competo Satıcıya aşağıdakılar daxil olmaqla çatdırılma xidmətini göstərməyi öhdəsinə götürür: a) Satıcıdan göndərişlərin qəbulunun təşkili, göndərişlərin daşınmasının təşkili, Satıcının mallarının paylayıcı mərkəzdə yerləşdirilməsi və müştərilərə pul vəsaitlərinin qəbulu ilə sifarişlərin çatdırılmasının təşkili (çatdırılma xidməti); b) sifariş müştəri tərindən müştəriyə təqdim edilənə qədər ləğv edildikdə və ya müştəri malın alınmasından imtina etdikdə, malın Müştəridən qəbulu, emalı (zərurətdə) və Satıcıya qaytarılması (qaytarılma xidməti). 2 saylı Əlavənin 7.1-ci bəndinə əsasən Competo paylayıcı mərkəz vasitəsi ilə ləğv edilmiş göndərişlərin və alınmamış malların Satıcıya geri çatdırılmasını təşkil edir. 2 saylı Əlavənin 8.2-ci bəndinə əsasən Competo Əlavənin 7-ci bölməsinə müvafiq olaraq müştərilərin almadığı göndərişləri və ya malları müştəridən təhvil alınma tarixindən və ya müştəriyə verilməsi üçün saxlanma müddətinin bitməsindən etibarən 30 (otuz) təqvim günü ərzində aşağıdakı qaydada Satıcıya qaytarır: 1) Competo paylayıcı mərkəzin ünvanının, həmçinin aparılma və utilizasiya müddətlərinin qeyd edilməsi ilə əlçatan aparılma intervallarinin göstərilməsi ilə həmin göndərişlərin aparılması zərurəti barədə bildirişi Satıcıya göndərir; 2) Satıcı bildirişin alınması tarixindən 3 (üç) təqvim günü ərzində öz gücü və vəsaitləri hesabına göndərişləri aparmalı və ya bunu Competoya həvalə etməlidir. 2 saylı Əlavənin 8.3-cü bəndinə əsasən Satıcıya qaytarılmalı olan göndərişlərin Competo paylayıcı mərkəzində ödənişsiz saxlanmasının maksimal müddəti ən çoxu 5 təqvim günü təşkil edir. İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesabından çıxarışdan görünür ki, xx.xx.2024-c il tarixdə OM-311/072021 saylı 16 iyul 2021-ci il tarixli müqavilə üzrə cəmi 6022,66 manat dəyərində “Umico Market”də müxtəlif satışlar olmuşdur. Cavabdeh MMC “operator”, İddiaçı MMC “partnyor” olmaqla imzalanmış 29 mart 2022-ci il tarixli U01927 saylı xidmət müqaviləsinə əsasən partnyor proqram çərçivəsində müştəri tərəfindən partnyorun TMM-ində (ticarət, xidmət müəssisələrinin (təşkilatlarının) ticarət məntəqəsi (malların/xidmətlərin satış məntəqəsi)) aparılan əməliyyatların məbləğində müqavilə ilə müəyyən olunan həcmdə müştərilərə bonus manatlarının maliyyələşdirilməsini, eyni zamanda ayda bir dəfədən az olmamaqla, operatora müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqqlarının ödənilməsini öz üzərinə götürür. Operator isə partnyora sonuncunun biznesinin inkişafı üçün proqram çərçivəsində, müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz öhdəsinə götürür. 3.2-ci bəndə əsasən proqram çərçivəsində müştəri tərəfindən İstifadə edən Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə X10 manatlarından istifadə etməyi öhdəsinə götürür. Belə olan halda Operator Proqramının qaydalarına uyğun olaraq Müştərinin bonus hesabından istifadə edilmiş Bonus manatlarını silməyi, Bonus manatlarının Ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, Partnyorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən müştəri- loyallıq proqramında istifadəyə dair müqavilə bağlamış fiziki şəxsdir. Müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən Tərəf digər Tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,5 faizi məbləğində cərimə ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “diler” olmaqla imzalanmış 13 dekabr 2023cü il tarixli, DM-540/122023 saylı müqaviləyə əsasən satıcı öhdəsinə götürür ki, hazırki müqavilələrdə, spesifikasiyalarda və dilerin sifarişlərində nəzərədə tutulmuş miqdarda, müddətlərdə və qiymətlərdə malları dillerə çatdıracaq və onun mülkiyyətinə verəcək. Diler isə öz növbəsində öhdəsinə götürür ki, hazırki müqavilənin şərtlərinə uyğun qaydada dilerin sifarişlərinə əsasən malları satıcıdan qəbul edəcək, satıcıya malların qiymətini ödəyəcək və müqavilədə müəyyənləşdirilmiş qaydada və şərtlərdə alqı-satqı əməliyyatları etməklə və ya malları üçüncü tərəflərə çatdırmaqla satıcıdan əldə edilmiş malların paylanmasını (satışını) həyata keçirəcəkdir. X16 satın alır və onu öz adından və öz hesabına üçüncü tərəflərə satır. Diler bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən Malların satıcısı qismində çıxış edir və bu Müqavilə üzrə öhdəliklərinə görə hər hansı üçüncü tərəf qarşısında cavabdehlik daşıyır. Diler Satıcının rəsmi dileri statusu alır və bütün Azərbaycan Respublikası ərazisində Malların tanıtımını və satışını həyata keçirir. Diler öhdəsinə götürür ki, Dilerə faktiki verilmiş Malların ödənilməsi üçün Satıcının ödəniş sənədləri (invoys, malın təhvil verilməsinə dair akt və elektron-qaimə faktura) aldıqdan sonra 60 (altmış) iş günü ərzində, Satıcının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş Malların ümumi dəyərinin 100%-i (yüz faizi) məbləğində ödəniş həyata keçirəcəkdir. Satıcının iddia üçün əsasların yarandığı andan etibarən 30 (otuz) təqvim günü ərzində belə iddia qaldırması barədə Dılerin səlahiyyətli nümayəndəsinə yazılı şəkildə məlumat verməzsə. Diler öz öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyətdən azad edilir. Həmin müqavilənin 3 saylı Əlavəsinə əsasən Tərəflər, X11 Mərkəzində müvəqqəti saxlanılma müddətinin 60 təqvim günündən çox olmaması barədə razılığa gəldilər. Əgər müvəqqəti saxlama müddəti bitdikdən sonra Mallara mülkiyyət hüququ Satıcıdan Dilerə keçməsə, o halda Dilerin, bu Əlavənin 5-ci bölməsində göstərilən qaydada X5 çıxarılmasınının təşkil etməsi hüququ var, Satıcı isə Malları çıxarmaq məcburiyyətindədir. Dilerin, razılaşdırıldığı kimi, X11 Mərkəzində müvəqqəti saxlanılma müddəti bitdikdən sonra və ya müvəqqəti saxlama ilə bağlı Diler Müraciəti ləğv edildikdə, aşağıdakı qaydada Malların Satıcıya geri qaytarmaq hüququna malikdir: Diler bu cür malların çıxarılması və məhv edilməsi müddətini əks etdirən bildirişi Satıcıya göndərir; Satıcı, bu barədə bildirişi aldığı andan etibarən 7 (yeddi) təqvim günü ərzində malı öz qüvvəsi və oz hesabına çıxarmalı və ya Dilerə məhv etməyi tapşırmaq məcburiyyətindədir; Dilerın müəyyən etdiyi qaydaya uyğun olaraq vaxt aralığına ciddi şəkildə riayət etməklə, X6 çıxarılması Satıcı tərəfindən həyata keçirilməlidir. 13 dekabr 2023-cü il tarixli, DM-540/122023 saylı Diler müqaviləsi üzrə xx.xx.2024cü il tarixli 1 nömrəli X2 və 1 nömrəli təhvil-təslim aktına, həmçinin xx.xx.2024-cü il tarixli 2 nömrəli X2 və 2 nömrəli təhvil-təslim aktlarına əsasən qeyd edilən tarixlərdə 46045 manat və 21934 manat dəyərində “TCL” markalı müxtəlif modelli televizorlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, ödəmə e-qaimə göndərildiyi gündən 20 gün ərzində razılaşdırılmışdır. 13 dekabr 2023-cü il tarixli, DM-540/122023 saylı Diler müqaviləsi üzrə xx.xx.2024cü il tarixli, MT2406 seriyalı, 10332805 saylı elektron qaiməyə əsasən 46045 manat, xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10936327 saylı elektron qaiməyə əsasən 21934 manat, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10936537 saylı elektron qaiməyə əsasən 9185 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən "xxxx" MMC-nin təsisçisi X7 barəsində fakta görə AR CM-nin 178.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli SS14/2024 saylı və xx.xx.2024-cü il tarixli İ-05-24 saylı alqısatqı müqavilələrindən məlum olur ki, İddiaçı MMC X8 təhvil-təslim aktında göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, sonuncu isə həmin Malları alır və razılaşdırılmış məbləği müəyyən edilmiş qaydada ödəyir. Satıcı malları müvafiq sənədlərlə, yəni elektron qaimə, hesab-faktura və ya təhvil-təslim aktı ilə birgə Alıcıya təhvil verir. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixli, PH0102536 saylı təhvil təslim aktına əsasən cəmi 61295 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0060277 saylı təhvil təslim aktına əsasən cəmi 22350 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0090345 saylı təhvil təslim aktına əsasən cəmi 16072 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0090203 saylı təhvil təslim aktına əsasən cəmi 29698 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0704476 saylı təhvil təslim aktına əsasən cəmi 11254 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0080342 saylı təhvil təslim aktına əsasən cəmi 15108 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0060291 saylı təhvil təslim aktına əsasən cəmi 15893 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0070103 saylı təhvil təslim aktına əsasən cəmi 3230 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH060305 saylı təhvil təslim aktına əsasən cəmi 22207 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0058228 saylı təhvil təslim aktına əsasən cəmi 2250 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0090856 saylı təhvil təslim aktına əsasən cəmi 20196 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0101654 saylı təhvil təslim aktına əsasən cəmi 7591 manat dəyərində, xx.xx.2024-cü il tarixli, PH0060283 saylı təhvil təslim aktına əsasən cəmi 32412 manat dəyərində müxtəlif çeşiddə mallar İddiaçı MMC tərəfindən X8 təhvil verilmişdir. 07 aprel 2024-cü il tarixli hesablaşma məlumatında 01-31 mart 2024-cü il hesabat dövrünə görə ümumilikdə 15924,70 manat, 07 may 2024-cü il tarixli hesablaşma məlumatında 01-30 aprel 2024-cü il hesabat dövrünə görə ümumilikdə 73398,06 manat, 07 iyun 2024-cü il tarixli hesablaşma məlumatında 01-31 may 2024-cü il hesabat dövrünə görə ümumilikdə 5491,56 manat, 07 iyul 2024-cü il tarixli hesablaşma məlumatında 01-30 iyun 2024-cü il hesabat dövrünə görə ümumilikdə 233010,72 manat Cavabdeh Şirkəti tərəfindən partnyora (İddiaçı MMC) geri qaytarılmalı olan bonus manatların cəmi göstərilmişdir. Hesablaşma məlumatlarının hər biri Cavabdeh MMC-nin möhürü, direktoru İhar Bıçağın və baş icraçı direktoru Rauf Qulaməliyevin imzası ilə təsdiq edilmişdir. “Flash card”da olan videogörüntülərdən görünür ki, İbrahim Sarıyev müxtəlif vaxtlarda iddiaçının ofisinə gələrək müxtəlif çeşidli mallar almış, təhvil-təslim aktlarını imzalamışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda ümumi olaraq, 293340,68 manat dəyərində borcun ödənilməsi tələb edilmişdir. İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesabından çıxarışdan görünür ki, xx.xx.2024-c il tarixdə Cavabdeh MMC DM540/122023 saylı müqavilə üzrə MT2406 seriyalı, 10332805 saylı, MT2406 seriyalı, 10936327 saylı və MT2407 seriyalı, 10936537 saylı elektron qaimələrə görə 29855,08 manat, MT2406 seriyalı, 10936327 saylı eletron qaiməyə görə əlavə 529,37 manat, xx.xx.2024-cü il tarixdə isə DM540/122023 saylı müqavilə üzrə MT2406 seriyalı, 10332805 saylı, MT2406 seriyalı, 10936327 saylı elektron qaimələrə görə 1932,20 manat ödəniş İddiaçı MMC-nin hesabına pul köçürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda ümumi olaraq, 250121,92 manat dəyərində borcun ödənilməsi tələb edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Competo MMC tərəfindən Shopstore MMC-yə DM540/122023 saylı müqavilə üzrə MT2406 seriyalı, 10332805 saylı elektron qaiməyə görə 1482,2 manat əsas və 266,8 manat məbləğində ƏDV ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Maddə 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Maddə 789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir. Maddə 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Maddə 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur. Maddə 801.1. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1-791.1.3cü maddələri tətbiq edilir. Maddə 802.2. Konsessionerə malların satılması barədə ayrıca müqavilələr birtipli müqavilədən asılı deyildir. Lakin birtipli müqavilədə bütün alğı-satqı müqavilələri üçün qüvvədə olan ümumi şərtlər, o cümlədən aşağıdakılar göstərilə bilər: 802.2.1. tapşıranın ümumi prays-vərəqindən konsessionerə verilən güzəşt; 802.2.2. ödənişlərin müddətləri; 802.2.3. tapşıranın qarantiyası barədə şərtlər. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı “Umico Market” platformasında satıcı üçün müqavilə, xx.xx.2022-ci il tarixli U01927 saylı Xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı Diler Müqailəsi olmaqla üç müqavilə imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli DM-540/122023 saylı müqavilə üzrə 15734 manat, xx.xx.2022-ci il tarixli U01927 saylı müqavilə üzrə 233010,72 manat, xx.xx.2021-ci il tarixli OM- 311/072021 saylı müqavilə üzrə 1377,20 manat olmaqla, ümumilkdə 250121,92 manat əsas borcun və 12.506,05 manat cərimə məbləğinin ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı və xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı müqavilələr üzrə əvvəlcə iddiaçının tələb etmək hüququnun həmin müqavilələrin şərtlərinə əsasən keçdiyini bildirmiş, sonradan isə OM-311/072021 saylı müqavilə üzrə 35,50 manat borcu qəbul etmiş, DM-540/122023 saylı müqavilə üzrə 2209 manat borcu mallar satıldıqca ödəniləcəyini bildirmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş ticarət nümayəndəsi haqqında müqavilədir. Tərəflər arasında qeyri-müəyyən müddətə bağlanmış ticarət nümayəndəsi haqqında müqavilə üzrə öhdəlik münasibətləri mövcud olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-dəki hesabından çıxarışa əsasən xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində cəmi 6022,66 manat dəyərində “Umico Market”də müxtəlif satışlar olmuşdur. Cavabdehin nümayəndəsi həmin müqavilə üzrə 35,5 manat borcu olduqlarını qalan məbləğin ödənildiyini bildirsə də, iddiaçıya ödənişin edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi etirazında həmin müqavilənin 13.2-ci bəndinə istinad edərək bildirmişdir ki, satıcı (yəni İddiaçı MMC) iradları üçün əsasların yaranması anından sonra 30 (otuz) təqvim günü ərzində Cavabdeh-nun səlahiyyətli nümayəndəsinə yazılı şəkildə öz iradlarını bildirməzsə, Competo öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə məsuliyyətdən azad edilir, buna görə də həmin müqavilə üzrə cavabdehin heç bir öhdəliyi qalmamışdır. Ancaq qeyd edilməlidir ki, həmin müqavilə üzrə mallar xx.xx.2024-cü il tarixində satılmış, iddiaçı isə satılan mallara görə 1377,2 manat ödənişi yazılı şəkildə pretenziya ilə xx.xx.2024-cü il tarixində cavabdehdən tələb etmiş, xx.xx.2024-cü il tarixində isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı müqavilədə nəzərdə tutulmuş 30 təqvim günü ərzində iradını cavabdehə bildirmişdir. Bundan başqa həmin müqavilənin 2 saylı Əlavəsinin 8.2-ci bəndinə uyğun olaraq cavabdeh malların qaytarılması barədə iddiaçıya bildiriş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də məhkəmə müqavilənin şərtlərini, “Umico Market”də malların satıldığını, satılan mallara görə ödəniş olunması barədə sübutların olmadığını, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş vaxtda pretenziya cavabdehə göndərildiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli OM-311/072021 saylı müqavilə üzrə iddiaçının tələbi əsaslı, cavabdehin etirazı isə əsassız olduğundan, həmin hissədə iddia təmin olunmalı, 1377,2 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş konsessiya müqaviləsidir. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan müvafiq malları (kontrakt mallarını) vaxtaşırı satın almış, bu malları öz adından və öz hesabına başqalarına satmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə üzrə borcunun olması iş materiallarına əlavə edilmiş təhviltəslim aktları, e-qaimələr, bank hesabından çıxarışla öz təsdiqini tapır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi X1, təhvil-təslim aktlarına, e-qaimələrə və "xxxx" ASC-dəki hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə 46045 manat, xx.xx.2024-cü il tarixdə 21934 manat, xx.xx.2024-cü il tarixdə 9185 manat dəyərində televizorlar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin məbləğdən məhkəmədə iddia qaldırılanadək 61430 manat, məhkəmədə işə baxılarkən isə 1749 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi həmin müqavilə üzrə 2209 manat borcu mallar satıldıqca ödəniləcəyini bildirmiş, iddiaçıya ödənişin edilərək qalan malın dəyərinin 2209 manat olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin müqaviləyə əsasən tərəflər arasında malların satıldıqca ödənilməsi ilə bağlı şərt nəzərdə tutulmamış, müqaviləyə görə cavabdeh faktiki verilmiş malların ödənilməsi üçün iddiaçının ödəniş sənədlərini (invoys, malın təhvil verilməsinə dair akt və elektron-qaimə faktura) aldıqdan sonra 60 iş günü ərzində, iddiaçının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş malların ümumi dəyərinin 100%-i (yüz faizi) məbləğində ödəniş həyata keçirməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi etirazında həmin müqavilənin 11.2-ci bəndinə istinad edərək bir daha bildirmişdir ki, satıcının (yəni İddiaçı MMC-nin) iddia üçün əsasları yarandığı andan etibarən 30 (otuz) təqvim günü ərzində belə iddia qaldırması barədə Dilerin (yəni Cavabdeh MMC-nin) səlahiyyətli nümayəndəsinə yazılı şəkildə məlumat verməzsə, Diler öz öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyətdən azad edilir, buna görə də həmin müqavilə üzrə də cavabdehin heç bir öhdəliyi qalmamışdır. Ancaq qeyd edilməlidir ki, həmin müqavilə üzrə mallar xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində verilmiş, cavabdehin 60 iş günü ərzində alınmış malları ödəmək hüququ olmuş, həmin tarixlərdən sonra 60 iş günü müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində başa çatmış, iddiaçı isə verdiyi mallara görə 15734 manat ödənişi yazılı şəkildə pretenziya ilə xx.xx.2024-cü il tarixində cavabdehdən tələb etmiş, xx.xx.2024-cü il tarixində isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı müqavilədə nəzərdə tutulmuş 30 təqvim günü ərzində iddia qaldıracağı barədə yazılı şəkildə cavabdehə məlumat vermişdir. Bundan başqa həmin müqavilənin 3 saylı Əlavəsinə uyğun olaraq cavabdeh malların qaytarılması barədə iddiaçıya bildiriş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının cavabdehdən xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə üzrə satdığı malların dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Bununla belə məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə ƏDV daxil 1749 manat ödəniş edildiyi, iddiaçının nümayəndələri bunu etiraf etdikləri üçün həmin məbləğ tələb olunan 15734 manatdan çıxılmalıdır. Buna görə də məhkəmə müqavilənin şərtlərini, malların təhvil verildiyini, satılan mallara görə tam ödəniş olunması barədə sübutların olmadığını, iddia qaldırıldıqdan sonra 1749 manat ödəniş olunduğunu, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş vaxtda pretenziya cavabdehə göndərildiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli № DM-540/122023 saylı müqavilə üzrə iddiaçının tələbi qismən əsaslı, cavabdehin etirazı isə tam əsassız olduğundan, həmin hissədə iddia qismən təmin olunmalı, (15734- 1749=13985) 13985 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli № U01927 saylı müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə olmasa da, mülki qanunverciliyə zidd olmayan xüsusi müqavilədir. Həmin müqaviləyə əsasən proqram çərçivəsində müştəri tərəfindən iddiaçının satış məntəqəsində əməliyyatlar həyata keçirildikdə iddiaçı müştərinin bonus manatlarından istifadə etməyi, cavabdeh isə proqramının qaydalarına uyğun olaraq müştərinin bonus hesabından istifadə edilmiş bonus manatlarını silməyi, bonus manatlarının ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, iddiaçının hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götmüşdür. Müqavilə üzrə 1 bonus 1 manata bərabər ekvivalentdə nəzərdə tutulmuşdur. İddiaçı müştəri İbrahim Sarıyevə proqram çərçivəsində müxtəlif adda mallar sataraq dəyərinə uyğun sonuncunun bonuslarından istifadə etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək iddiaçının müştəridən sildiyi bonus manatlarının ekvivalentini iddiaçının hesabına köçürməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli № U01927 saylı müqavilə üzrə 233010,72 manat borcunun olması iş materiallarına əlavə edilmiş cavabdehin imzalayaraq təsdiq etdiyi xx.xx.2024-cü il tarixli hesablaşma məlumatı ilə öz təsdiqini tapır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, alqı-satqı müqavilələrinə, təhvil-təslim aktlarına, videogörüntülərə, hesablaşma məlumatına və tərəflərin izahatlarına əsasən iddiaçı İbrahim Sarıyevə xx.xx.2024-cü il tarixdə 61295 manat, xx.xx.2024-cü il tarixdə 22350 manat, xx.xx.2024-cü il tarixdə 16072 manat, xx.xx.2024-cü il tarixdə 29698 manat, xx.xx.2024-cü il tarixdə 11254 manat, xx.xx.2024-cü il tarixdə 15108 manat, xx.xx.2024-cü il tarixdə 15893 manat, xx.xx.2024-cü il tarixdə 3230 manat, xx.xx.2024-cü il tarixdə 22207 manat, xx.xx.2024-cü il tarixdə 20196 manat, xx.xx.2024-cü il tarixdə 7591 manat və xx.xx.2024-cü il tarixdə 32412 manat olmaqla, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında cəmi 254576 manat dəyərində müxtəlif çeşiddə mallar satmış, həmin dövr ərzində 233010,72 manat dəyərində bonuslardan istifadə etmişdir. İddiaçı tərəfindən 233010,72 manat dəyərində bonuslardan istifadə edilməsini və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə həmin məbləğin geri qaytarılmalı olmasını cavabdeh xx.xx.2024-cü il taxli hesablaşma məlumatında təsdiq etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli № U01927 saylı müqavilə üzrə silinmiş bonuslara görə İbrahim Sarıyevə satılmış malların kassa qəbzlərinin iddiaçı tərəfindən təqdim edilmədiyini, eyni zamanda həmin əməliyyatları həyata keçirən şəxsin barəsində cinayət işi üzrə icraatın aparıldığını, iddiaçı ilə İbrahim Sarıyev arasında aparılan alqı-satqı üzrə əslində malların satılmadığını, bonusların əsassız silindiyini bildirmişdir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh isə həmin halları mübahisələndirmiş olsa da belə, konkret faktları, iddiaçının cinayət məsuliyyətinə cəlb edilmiş İbrahim Sarıyevlə əlbir olaraq bonusları formal silməsini, sonuncular arasında alqı-satqı olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxslə hansısa müqaviləyə zidd davranışda olması, iddiaçının əməlində cinayət tərkibi olması qənaəti məhkəmədə formalaşmamışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan satılan mallarla bağlı məlumatların tələb edilməsi, həmin məlumatların verilməməsi nəticəsində müqavilə öhdəliyinin icrasından boyun qaçırılması da yolverilməzdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin bəndlərinin məzmunundan aydın olur ki, müqavilə üzrə “operator” olan cavabdehin bununla bağlı hansısa nəzərdə tutulmuş hüququ və ya iddiaçı olan “partnyor”un belə bir vəzifəsi müəyyənləşdirilməmişdir. Ümumiyyətlə cavabdehin özü də müqavilə öhdəliyini icra etməkdən imtina etdikdən sonra iddiaçının əməlində hansısa hüquqazidd əməllərin olması ilə bağlı da önləyici tədbirlər görməmiş, müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Odur ki, iddiaçının tərəflər arasındakı müqaviləyə əsasən cavabdehdən satdığı mallara görə müştəridən istifadə etdiyi bonusların ekvivalentinin ona ödənilməsini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Bütün bu halları, xx.xx.2024-cü il tarixli hesablaşma məlumatını, iddiaçı tərəfindən bonuslardan istifadə edilməklə mallar satıldığını, cavabdehin silinmiş bonuslara görə iddiaçıya ekvivalent məbləğini köçürmək öhdəliyinin olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli № U01927 saylı müqavilə üzrə iddiaçının tələbi tam əsaslı, cavabdehin etirazı isə əsassız olduğundan, həmin hissədə də iddia təmin olunmalı, 232010,72 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 12506,05 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, U01927 nömrəli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 7000 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 553 manat dövlət rüsumunun 545,37 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, DM-540/122023 nömrəli müqavilə üzrə 13985 manat, xx.xx.2021-ci il tarixli, OM-311/072021 nömrəli müqavilə üzrə 1377,20 manat, xx.xx.2022-ci il tarixli, U01927 nömrəli müqavilə üzrə 233010,72 manat əsas və 7000 manat cərimə olmaqla, cəmi 255372 (iki yüz əlli beş min üç yüz yetmiş iki) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 545 (beş yüz qırx beş) manat 37 (otuz yeddi) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar