Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7591/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pulun tutulması tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi Heydərova Mülayim Akif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pulun tutulması tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Partnyor Audit arasında imzalanmış 17 Aprel 2025-ci il tarixli PA- MA-170425/1200 saylı Xidmət müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 4720 manat avans ödənişinin, hüquqi yardım xidməti ilə bağlı vəkillə bağlanmış müqavilə üzrə 325 manat xidmət haqqının və 70,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Partnyor Audit arasında 17 Aprel 2025-ci il tarixli PA-MA-170425/1200 saylı Xidmət müqaviləsi (bundan sonra Müqavilə) (Əlavə 1) imzalanmışdır. İcraçı bu müqavilə ilə ona həvalə edilmiş audit xidmətlərini icra edib aidiyyati üzrə müvafiq orqana hesabatları təqdim etməli, Sifarişçi isə 9 440 manat məbləgində xidmət haqqını İcarəçiyə Müqavilədə müəyyən edilmiş qaydada ödəməli idi. İddiaçı tərəfindən 4720 manat avans məbləgi ödənilmişdir. Cavabdeh Müqavilə üzrə öhdəliklərini pozaraq, aşagıdakı nöqsanlara yol vermişdi (Əlavə 2): Maliyyə hesabatı X2 uygun olmayan formada – mənfəət bəyannaməsi əsasında tərtib olunmuşdur; Təqdim olunan hesabatın məzmun və forması Beynəlxalq Standartlara uygun hazırlanmamışdır Müqavilənin 1.2-ci bəndinə əsasən İcraçı keçirilmiş auditin nəticələrinə dair X1 (BAS) tələblərinə uyğun olaraq Auditor Rəyini və ya X5 tərtib edilməsini təmin etmək öhdəliyi götürsədə bu öhdəliyi pozmuşdur. İddiaçı-ya məlumat verilmədən maliyyə hesabatı aidiyyatı dövlət orqanına təqdim edilmişdir; Cavabdehin auditor xidmətini həyata keçirmək üçün lisenziyası yoxdur.
3. Daha sonra Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 4720 manat və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq, Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 17 Aprel 2025-ci il tarixli PA-MA- 170425/1200 saylı Xidmət müqaviləsinin 6.1, 6.2-ci bəndlərinə əsasən İddiaçı MMC müqavilənin dəyəri olan 9440 manatı "xxxx" MMC-yə müqavilə imzalandıqdan sonra tam olaraq, ödəməli olduğu halda yalnız 50 faizini ödəmişdir. İşlər tam yerinə yetirildikdən sonra isə müxtəlif bəhanələr gətirməklə ödənişdən yayınmışdır. Bu barədə İddiaçı MMCyə Pretenziya məktubu göndərilmiş, lakin iddiaçı buna məhəl qoymayaraq, Auditorlar Palatasına şikayət etmişdir. Aparılan araşdırmaya görə hər hansı pozuntu aşkar edilməmişdir. Audit Rəyinin qanuna müvafiq qaydada tərtib olunduğu təsdiqini tapmışdır. İddiaçı MMC isə işin keyfiyyətindən narazı qalaraq, məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı MMC-nin özü öhdəliklərinin kobud pozuntusuna yol vermişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7591/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
10. Azərbaycan Respublikasının Auditor Xidməti haqqında Qanunun:
- 2-ci maddəsinə əsasən Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. - 5-ci maddəsinə əsasən Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. - 8-ci maddəsinə əsasən Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır.
12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilk növbədə İddiaçı iddiasına münasibət bildirilməsini zəruri hesab edir.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2025-ci il tarixli, auditor xidmətlərinin göstərilməsi ilə bağlı PA-MA-170425/1200 saylı xidmət müqaviləsi bağlanmışdır.
14. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi təqdim etdiyi siyahıya uyğun olaraq əsas vəsaitlərin balasa mədaxili və nizamnamə kapitalına əlavə olunması üçün Auditor Rəyinin tərtib edilməsi məqsədilə ilə auditin keçirilməsini təmin və təşkil edir.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən keçirilmiş auditin nəticələrinə dair X1 (BAS) tələblərinə uyğun olaraq Auditor Rəyini və ya X5 tərtib edilməsini təmin edir.
16. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə auditor xidmətinin dəyəri Cəmiyyətin audit edilən il üzrə ümumi gəlirlərinin dövriyyəsi və AR X3 xx.xx.2023-cü il tarixli 355/5 saylı Qərarının tələblərinə uyğun olaraq hesablanıldı və minimum ƏDV daxil 9.440 manat məbləğində müəyyən edilərək tərəflər arasında razılaşdırıldı.
17. Müqavilənin 12.1-ci bəndinə əsasən bu müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş işlərin daha keyfiyyətli yerinə yetirilməsi ilə əlaqədar olaraq iştirakı qanunla tələb olunan uyğun mütəxəssisləri icraçı özü müəyyənləşdirir, seçir, yerinə yetirəcəyi işləri və ya göstərəcəyi xidmətləri ona izah edir və onunla münasibətlərini Müqavilə əsasında rəsmişləşdirir.
18. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. İşin müəyən olunmuş və mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, müqavilənin dəyərinin yarısı yəni, 4720 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür.
20. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə auditor xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
21. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
22. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
23. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
24. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Hazırda ilkin İddiaçı MMC Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərilməsinə baxmayaraq, bu xidmətlər lazımi keyfiyyətdə olmadığını, X1 tələblərinə uyğun olmadığını və ona görə də, ödənilmiş 4.720 manat məbləğində pulun geri qaytarılmasını xahiş edir.
27. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC isə ilkin iddiaya etiraz edərək, müqavilə üzrə işlərin icra edildiyini və geri qalan 4.720 manat məbləğində pulun İddiaçı MMC tərəfindən ödənilməsini tələb edir.
28. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü deyildir və ona audit fəaliyyətini həyata keçirmək üçün rəsmi icazə verilməmişdir.
29. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC-nin müvafiq icazə sənədi olmadığından, İddiaçı MMC-nin maliyyə hesabatlarının aparılması və düzgünlüyünün təsdiq edilməsi üçün vasitəçi təşkilat kimi Cavabdeh MMC ilə 0024-MHA saylı xx.xx.2025-ci il tarixli “Auditor xidməti göstərilməsi” barədə müqavilə bağlamış, audit prosesi qanunvericiliyin və X1 tələblərinə uyğun olaraq təşkilat tərəfindən təqdim olunmuş sənədlər, sübutlar əasında icra edilmiş və nəticədə xx.xx.2025-ci il tarixdə X8 Rəyi tərtib edilmiş və təhvil verilmişdir.
30. Məhkəmə bu xüsusda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə (12.1-ci bənd) audit xidmətlərin göstərilməsi ilə bağlı icraçının müəyyən edilməsinin Cavabdeh MMC-yə aid edilməsi imkanı nəzərdə tutulduğundan, rəyin məhz sonuncu tərəfindən verilməməsi, müqavilə öhdəliklərinin pozulması anlamına gəlmir.
31. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən 2025-ci ilin 02 iyun tarixində İddiaçı MMC-yə təqdim edilmiş rəy Palata tərəfindən keyfiyyətsiz hesab edilmiş, monitorinq zamanı Professional Auditor Xidmətləri” MMC tərəfindən keçirilmiş audit prosesində auditin nəticəsinə əhəmiyyətli təsir göstərəcək 500 saylı “Audit sübutları”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 700-799 saylı “Auditin nəticələri və hesabatlılıq” X2 qeyri-qənaətbəxş səviyədə əməl edilmiş, Auditor xidməti Haqqında Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə və auditorun müstəqillik prinsipinə əməl edilməmişdir.
32. Göründüyü kimi, Partnyor-Audit” MMC tərəfindən müqavilə üzrə işlər, razılaşdırılmış keyfiyyətdə olmamış və bununla da, Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən, İddiaçı MMC tərəfindən ödənilən 4.720 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır.
34. Bundan başqa, Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddi tələbinə mütənasib olaraq 67,2 manat məbləğində pul Cavabdeh MM-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
35. Eyni zamanda Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 325 manat məbləğində pul da Cavabdeh MM-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
36. Məhkəmə qeyd edir ki, ilkin iddia təmin olunduğundan, qarşılıqlı iddia əsassız hesab edilməli və rədd edilməlidir.
37. Beləliklə, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. 4.720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh MM-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh MM-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov