Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7748/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş zərərin ödənilməsi ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “müqavilə üzrə pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 130 965,19 (bir yüz otuz min doqquz yüz altmış beş manat 19 qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat xərcinin, cəmi 131 541,47 (bir yüz otuz bir min beş yüz qırx bir manat qırx yeddi qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 65 (altmış beş) baş "Holşteyn" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh X5 181 122,08 (bir yüz səksən bir min bir yüz iyirmi iki manat 08 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 20 (iyirmi) baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixində Agəntliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində 47 (iyirmi beş) baş iribuynuzlu heyvan aşkar edilməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 47 (qırx yeddi) baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh xx.xx.2021-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 130 965,19 (bir yüz otuz min doqquz yüz altmış beş manat 19 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. X5 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2021-ci il tarixində ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”-na müvafiq olaraq, **********9494 və **********9560 nömrəli xx.xx.2021-ci il tarixli Gömrük Bəyannamələrinə əsasən gömrük dəyəri 306514.29 manat olan 66 baş Damazlıq Holşteyn inəklər satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin 183908.57 manat vəsaitin Agentliyin hesabına güzəşt edilməsinə və "xxxx" ASC -nin bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir.
8. "xxxx" MMC ilə X5 arasında xx.xx.2021-ci il tarixli 010 №-li Müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu Müqavilənin ayrılmaz hissəsi olan “X1" göstərilən müxtəlif növ mal və ya malları satmağı, "Alıcı” isə həmin “Malı” qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 4.2-ci bəndinə əsasən “Alıcı” malın dəyərinin 40% hissəsini qabaqcadan avans olaraq ödəyir.
11. "xxxx" MMC ilə X5 arasında xx.xx.2021-ci il tarixli 01 №-li X2 əsasən 66 baş damazlıq inək Holşteynin cəmi qiyməti 319208,34 manat məbləğində razılaşdırılmışdır.
12. xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsinə əsasən Macaristandan Agrota-2L KFT tərəfindən "xxxx" MMC-yə 34 ədəd “Holstein Friesian” cinsli damazlıq iribuynuzlu düyələr gömrük dəyəri 743,40 manat olmaqla və xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsinə əsasən ixracatçı Agrota-2L KFT tərəfindən idxalçı "xxxx" MMC-yə 32 ədəd “Holstein Friesian” cinsli damazlıq iribuynuzlu düyələr gömrük dəyəri 743,40 manat olmaqla idxal edilmişdir.
13. Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında İltizama əsasən X5 Azərbaycan Respublikasının fiziki şəxsi yazılı surətdə bildirir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 66 baş Damazlıq inəklər Holşteyn: HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********,HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********,HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, HU **********, saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcək, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcək, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcək və ölkə hüdudlarından kənara çıxarmayacak, baytarın müsbət rəyi alınmadan kəsməyəcək. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcək. Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edilmişdir.
14. Hesabdan çıxarışa əsasən X5 tərəfindən heyvan alışı üçün xx.xx.2020-ci il tarixində 79853 manat məbləğində ilkin ödəniş edilmişdir.
15. xx.xx.2025-ci il tarixli Akta əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq müvəkkil kredit və lizinq təşkilatı seçilmiş Express Bank ASC tərəfindən damazlıq mal-qara alınması məqsədi ilə X4 181122,08 manat məbləğində subsisdiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmişdir.Nəticədə Fermada 65 baş damazlıq inəyin olması nəzərdə tutulsa da, faktiki olaraq 18 baş inəyin olduğu müəyyən edilmişdir. Fermada 47 baş heyvanın tələf olduğu və ya satıldığı nümayəndə tərəfindən də təsdiq edilmişdir.
16. Aqrar sığortaçı Aqrar Sığorta Fondu adından "xxxx" ASC ilə aqrar sığortalı X5 arasında bağlamış HS-**********-PS saylı şəhadətnaməyə əsasən sığorta haqqı 30324,80 manat, sığorta məbləği 319208,34 manat olmaqla müqavilənin 1 nömrəli əlavəsində göstərilən Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası məqsədi ilə müəyyən risklərlə sığortalanmışdır.
17. Real Prays qiymətləndirmə və sığorta ekspertizasının rəyinə əsasən 66 baş damazlıq heyvanın qiyməti 316800 manat məbləğində müəyyən edilmişdir.
18. Maliyyə arayışına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - Agentlik) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kreditt və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 4.4-cü bəndinə və 6.2 2-cı yarımbəndinə, “Agentliyin vəsaitindən istifadəyə dair" qaydalara əsasən satıcı Umut Agro” MMC ilə X5 arasında bağlanmış 2021-ci il 28 oktyabr tarixli ‘’10” nömrəli müqaviləyə və Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 2021-ci il 28 oktyabr tarixli İltizama uyğun olaraq X4 181 122,08 manat güzəşt (subsidiya) ayrılmış, lakin alıcı tərəfindən öhdəliklər pozulmuş və Agentliyə 130 965,19 manat zərər dəymişdir. X4 2021-ci il 28 oktyabr tarixli ”10” nömrəli alqı-satqı müqaviləsinə əsasən ayrılmış güzəşt (subsidiya) məbləğinə dair məlumatlar aşağıdakı kimidir: Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvan(lar)ın cinsi: Holşteyrı cinsli iribuynuzlu mal-qara. Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvan(lar)ın sayı: 65 baş, dəymiş zərər üzrə damazlıq heyvan(lar)ın sayı: 47 baş, damazlıq heyvan(lar)ın alqı-satqı dəyəri: 314 371,85 manat, damazlıq heyvan(lar)ın gömrük dəyəri: 301 870,13 manat, damazlıq heyvan(lar)ın dəymiş zərər üzrə gömrük dəyəri: 218 275,32 manat, damazlıq heyvan(lar)a görə Agentliyə dəymiş zərər üzrə 60% güzəşt (subsidiya): 130 965,19 manat, Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il tarixli Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi haqqında auditor hesabatına əsasən edilmiş nöqsanlar: 2024-cü ilin 1-ci rübü ərzində edilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 20 baş heyvanın təsərrüfatda olmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən aparılmış monitorinqin nəticəsi: 2025-ci il 29 aprel tarixli akta əsasən Agentliyin əməkdaşları tərəfindən təsərrüfata baxış keçirilmişdir. Belə ki, təsərrüfata baxış zamanı 47 baş heyvanın olmaması aşkar edilmişdir. Dəymiş zərərin hesablanması: 301 870,13 manat (damazlıq heyvan(lar)ın gömrük dəyəri) /65 baş (güzəşt ayrılmış heyvanların sayı) x 47 baş (dəymiş zərərə üzrə damazlıq heyvan(laı)ın sayı) -218 275,32 manat dəymiş zərər üzrə gömrük dəyəri. 218 275,32 manat (dəymiş zərər üzrə gömrük dəyəri) x 60%(güzəşt həcmi)/ 100= 130 965.19 manat dəymiş zərər üzrə güzəşt məbləği. Dəymiş zərərin cəmi məbləği: 130 965,19 (bir yüz otuz min doqquz yüz altmış beş manat, 19 qəpik) manat məbləğində müəyyən edilmişdir.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
28. 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir.
29. 7. Monitorinq və qiymətləndirmə
30. 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.”
31. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh 28 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 66 baş "Holşteyn" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh X5 181122,08 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 20 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixində Agəntliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində 47 baş iribuynuzlu heyvan aşkar edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 130 965,19 manat ziyan vurmuşdur.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi əsas məbləğ üzrə təmin edilməli, cavabdeh X3 130.965,19 manat dəymiş ziyan məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 576,28 manat məbləğində vəkil xərcinin tutulmasını xahiş edir.
34. Bakı şəhəri 22 saylı Vəkil bürosu tərəfindən "xxxx" MMC-yə göstərilmiş 300 manatlıq hüquqi xidmətə görə xx.xx.2025-ci il tarixli MT2509 11782970 saylı e-qaimə göndərilmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 576,28 manat deyil, hazırkı iş üzrə ödənilmiş hüquqi yardım xərci 300 manat cavabdehdən tutularaq iddiaçıya, iddia ərizənin verilməsinə görə ödənilməli olan 421 manat məbləğində dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 130.965,19 manat dəymiş ziyan məbləği və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 421 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova