Məhkəmə qərarları › İş №e-2-2(113)-787/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-787/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-787/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanı ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, hüquqi yardım və mediasiya xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanı ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək, 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 26608,48 ABŞ dolları, “ T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş 94127 ABŞ dolları cərimə məbləğinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 5000 manatın, mediasiya xərclərinə görə ödənilmiş 400 manatın və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 X1 SAN. VE TİC. LTD. ŞTİ ilə GEMİNİ STUDİO” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən X3 X1 SAN. VE TİC. LTD. ŞTİ. Malları satmağı, Cavabdeh isə müqavilə üzrə razılaşdırılmış Malları qəbul edərək dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. X3 X1 SAN. VE TİC. LTD. ŞTİ. tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, Cavabdehnə xx.xx.2023; xx.xx.2023; xx.xx.2023; xx.xx.2023cü il tarixlərdə mallar satılmışdır. Lakin müqavilə üzrə 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 26608,48 ABŞ dolları, 94127 ABŞ dolları tərəflərindən “T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş cərimə Cavabdeh tərəfindən geri ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 26608,48 ABŞ dolları, 94127 ABŞ dolları “T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş cərimə ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 5000 manat hüquqi yardıma görə ödəyərək xərc çəkmişdir. Həmçinin Cavabdehnə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdehlə ilkin mediasiya sessiyasında razılıq əldə edilməmiş və Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 80.462,84 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 24.138,852 ABŞ dolları, tərəflərindən “ T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş 94127 ABŞ dolları cərimə məbləğinin; hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 5000 manatın, mediasiya xərclərinə görə ödənilmiş 400 manatın və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir.

4. Ərizənin verilməsinin əsası kimi qeyd olunmuşdur ki, 80.462,84 dollar borc məbləği X3 X1 SAN. VE TİC. LTD. ŞTİ-i tərəfindən Cavabdehnə göndərilmiş qaimələr əsasında hesablanmışdır: xx.xx.2023-cü il tarixli, SFE**********073 nömrəli, 105963,61 dollar məbləğində olan qaimə, xx.xx.2022-ci il tarixli, SFE**********164 nömrəli, 1350,00 dollar məbləğində olan qaimə, xx.xx.2023-cü il tarixli, SFE**********557 nömrəli, 17278,38 dollar məbləğində olan qaimə, xx.xx.2023-cü il tarixli, SFE**********645 nömrəli, 800,00 dollar məbləğində olan qaimə, xx.xx.2023-cü il tarixli, SFE**********757 nömrəli, 32857,00 dollar məbləğində olan qaimə, xx.xx.2023-cü il tarixli, SFE**********960 mömrəli, 33115,80 dollar məbləğində olan qaimə və xx.xx.2023-cü il tarixli, SFE**********975 nömrəli, 12618,05 dollar məbləğində olan qaimə, xx.xx.2023-cü il tarixli, SFE**********364 nömrəli, 6480,00 dollar məbləğində olan qaimə 105963,61 + 1350,00 + 17278,38 + 800,00 + 32857,00 + 33115,80 + 12618,05 + 6480,00= 210.462,84 dollar məbləğində qaimə göndərilmişdir. Cavabdeh tərəfindən qaimələr üzrə ümumiləşdirilərək X3 X1 SAN. VE TİC. LTD. ŞTİ-yə ödənilmiş məbləğlər: xx.xx.2022-ci il tarixli, 70000,00 dollar ödəniş, xx.xx.2023-cü il tarixli, 10000,00 dollar ödəniş, xx.xx.2023-cü il tarixli, 10000,00 dollar ödəniş, xx.xx.2023-cü il tarixli, 40000,00 dollar ödəniş, 70000,00+10000,00+10000,00+40000,00=130000,00 dollar Yuxarıda qeyd olunan qaimələrin toplam məbləği və ödənişlərin toplam məbləğinin fərqi hesablanır: 210.462,84 -130000,00=80.462,84 dollar. Göründüyü kimi, hesablanan fərq məbləği Cavabdeh tərəfindən X3 X1 SAN. VE TİC. LTD. ŞTİ-yə ödənilməmiş borc məbləğidir. Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023 cü ildə bəyan edilmiş 35189,19 dollar məbləğ, xx.xx.2023-cü ildə 2-ci dəfə bəyan edilmiş 35225,31 dollar məbləğ ümumilikdə xx.xx.2022-ci ildə ödənilən 70000,00 dollar məbləğində olan qaiməni əks etdirir. Daha sonra, xx.xx.2023-cü il bəyan edilmiş 7947,63 dollar və xx.xx.2023-cü ildə bəyan edilmiş 32857,00 dollar toplanılaraq ödənilərək ümumilikdə xx.xx.2023-cü ildə ödənilən 40000 dollar olan qaimədə öz əksini tapmışdır. xx.xx.2023-cü ildə bəyan edilmiş 9330,75 dollar olan qaimə xx.xx.2023-cü ildə avans kimi ödənilən 10000 dolları əhatə edir. xx.xx.2023-cü ildə bəyan edilmiş 35549,17 dolların 10000 dollar məbləği xx.xx.2023 ci il tarixində qaimə ilə ödənilmiş və 25549,17 dollar borc məbləği qalmışdır. Sonuncu olaraq bəyan edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bəyannamələr üzrə Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, sonuncu olaraq X3 X1 SAN. VE TİC. LTD. ŞTİ tərəfindən 10000 dollar həcmində qaimə Cavabdeh tərəfindən bəyan edilməmişdir. Yuxarıda qeyd olunalara əsasən, Cavabdeh 80462,84 dollar məbləğində ödənilməmiş borcu vardır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən göndərlmiş SFE**********3 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə uyğun olaraq cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********0181 nömrəli, xx.xx.2023-cü il tarixli **********0201 nömrəli, xx.xx.2023-cü il tarixli **********0250 nömrəli bəyannamələrə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE**********757 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********1031 nömrəli bəyannaməyə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE202300 00 00557 NÖMRƏLİ xx.xx.2023-cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********7036 nömrəli nömrəli bəyannaməyə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE202300 00 00 975 nömrəli xx.xx.2023- cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********5348 nömrəli bəyannaməyə uyğundur. Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əmaliyyatları haqqında məlumatda qeyd olunan bəyannamələr heç də yuxarıda götərilən və digər qaimələr üzrə bizə ödənişlərin edilməsi demək deyildir. Məhkəməyə təqdim etdiyimiz digər qaimələr üzr isə cavabdeh tərəfindən ümumiyyətlə gömrük bəyannamələri üzrə məbləğlər doğru bəyan edilməmişdir. Belə ki, 10.000 dollar qaimə məbləği cavabdeh tərəfindən gömrük bəyannaməsində göstərilməmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixində verilmiş İddia ərizəsinin dəqiqləşməsinə dair izahat ərizəsində cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğlər və gömrük bəyannamələri qarşılaşdırılmış və yekun borc məbləği 80462,64 dollar məbləğində hesablanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının tələbi kifayət qədər əsaslandırılmış və sübuta yetirilmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC-yə 1350 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 105963,61 BŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 17278,38 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 800 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixli il tarixli hesab-fakturaya əsasən 32857 ABŞ dolları dəyərində, 29.072023-cü il tarixli hesab-fakturaya əsasən 33115,80 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli il hesabfakturaya əsasən 12618,05 ABŞ dolları dəyərində mal göndərildiyi və xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən isə nəqliyyat vasitəsinin gözlənilməsi ödənişi 6480 ABŞ dolları dəyərində müəyyən olunmuşdur.

10. 12.10.2022-ci il tarixli təklif alma və sifariş anketinə əsasən Cavabdeh MMC-yə 105674,8 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə isə 13732635 ABŞ dolları dəyərində mal göndərilməsi nəzərdə tutulmuş və anket formu hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

11. X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinə məxsus xx.xx.2022-ci il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 70000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 40000 ABŞ dolları məbləğində olmaqla cəmi 130000 ABŞ dolları məbləğində "xxxx" MMC tərəfindən ödənişlər edilmişdir.

12. Cavabdeh MMC-yə məxsus gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək olan məlumata əsasən X3 X1 Sanayi ve Ticaret Limited Şirkəti tərəfindən MMC-yə xx.xx.2023cü il tarixində 35189,13 ABŞ dolları dəyərində, eyni tarixdə 35225,31 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 35549,17 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 7947,63 ABŞ dolları dəyərində, eyni tarixdə 9330,75 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 32857 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 19169 ABŞ dolları dəyərində, eyni tarixdə 13946,80 ABŞ dolları dəyərində və xx.xx.2023-cü il tarixində 12618,05 ABŞ dolları olmaqla cəmi 201.832,84 ABŞ dolları dəyərində mal göndərilməsi bəyan edilmişdir.

13. 26.10.2023-cü il tarixli ödəniş qəbzinə əsasən vəkil xidmətinə görə 520 manat məbləğində ödəniş edildiyi qeyd olunmuşdur.

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə şifahi qaydada (razılaşdırılmış) bağlanılmış (alqı-satqı) malların satılmasına dair müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

17. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

18. 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

19. 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

20. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

21. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), hüquqi ünvanı Azərbaycan Respublikası olan hüquqi şəxs Cavabdeh MMCdir.

22. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

23. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar.

25. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:

26. 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

27. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Türkiyə Respublikasının hüququ tətbiq edilir.

28. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

29. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

30. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

31. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, öhdəliklərə xitam verilməsi əsasları, (icra. Bağışlanma, müddət və s.), iddia müddəti ilə bağlı, pul vəsaitlərinin gecikdirilməsinə görə faizlərin hesablanması müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır.

32. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

33. MPM-in 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

34. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

36. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

38. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Məhkəmə ilkin olaraq iddiaçının 80.462,84 ABŞ dolları əsas borca dair tələbi üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Məhkəmə iddiaçının bu tələbini bu hissədə qismən əsaslı hesab edir.

41. Belə ki, işdə olan Cavabdeh MMC-yə məxsus gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək olan məlumata əsasən X3 X1 Sanayi ve Ticaret Limited Şirkəti tərəfindən MMCyə cəmi 201.832,84 ABŞ dolları dəyərində mal göndərilməsi bəyan edildiyi, o cümlədən X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinə məxsus mühasibatlıq əməliyyatları qəbzlərinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya cəmi 130.000 ABŞ dolları məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulmalı məbləğin də həmin sənədlər əsasında yəni 71.832,84 ABŞ dolları (201.832,84-130000=71832,84 ABŞ dolları) məbləğində müəyyən edilməsini qanunauyğun və ədalətli hesab edir.

42. Göründüyü kimi tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin alqı-satqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malların alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut etdiyindən, məhkəmə tələbi əsaslı hesab edir.

43. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə əsas borc məbləğində 30% yəni 24.138,852 ABŞ dolları həcmində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

44. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

45. Qeyd olunan maddi hüquq normasından da göründüyü kimi iddiaçının hazırkı iddia tələbi üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulu məbləğini tələb etməsi üçün cavabdehlə aralarında dəbbə pulu haqqında razılaşma mövcud olmalıdır. Lakin, məhkəmə prosesi zamanı iddiaçı belə razılaşmanın olmasını sübuta yetirə bilməmişdir.

46. Bundan əlavə iddiaçı Türkiyə Respublikasında Maliyyə və Xəzinə Nazirliyinə 94127 ABŞ dolları cərimə məbləğinin ödənildiyi üçün həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd olunan məbləğin ödənilməsinə dair isə “Halkbank”-a məxsus xx.xx.2023-cü il tarixli ödəniş qəbzi təqdim olunmuşdur.

47. Bu hissədə məhkəmə qeyd edir ki, bəli, həmin qəbzdən görünür ki, iddiaçı tərəfindən 1,286.653.62 türk lirası məbləğində vergi ödənilmişdir. Lakin, həmin məbləğin məhz iş üzrə cavabdeh "xxxx" MMC-yə göndərilmiş malların ödənişinin ölkəyə daxil olmaması ilə bağlı maliyyə sanksiyasının olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qəbzin sonunda isə ("xxxx" MMC-nin ödənişinin edilməməsinə görə) göstərilən açıqlama/qeyd isə iddiaçının öz möhürü ilə təsdiq edilmiş iddiaçının yazdığı qeydir.

48. Digər tərəfdən, həmin qəbz üzrə ödənilmiş məbləğin cavabdeh MMC-nin hansı qaimə üzrə ödənişi gecikdiridiyi, gecikdirmə üçün hansı tarixin müəyyən edildiyi və bunun hansı razılaşma əsasında müəyyən edildiyi işin halları ilə müəyyən edilməmiş və iddiaçı tərəfindən də sübuta yetirilməmişdir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

51. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

52. Göründüyü kimi iddiaçı hüquqi şəxsin həmin tələblə bağlı bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (yəni ödənişin cavabdeh hüquqi əxsin ödənişinin gecikdirilməsinə görə olması barədə heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

53. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30). 61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2**7-ci il 21 yanvar tarixli Qərarları).

57. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir.

58. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri, 247 manat dövlət rüsumu və 520 manat məbləğində vəkil xərci ödənilmişdir.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

60. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

62. İddiaçı şirkət vəkil xidmətinə görə 5000 manat tələb etsə də, lakin vəkilə ödənilən yanlız 520 manata dair qəbzi məhkəməyə təqdim edə bilmişdir.

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 520 manat, ilkin mediasiya sessiyasının və dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 413 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 71.832,84 (yetmiş bir min səkkiz yüz otuz iki ABŞ dolları səksən dörd sent) ABŞ dolları borc məbləği, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 520 manat, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 413 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 X1 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar