Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-788/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X12 Sanayi və Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə (əvvəlki adı "xxxx" MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, qarşılıqlı icra, borc tələbi, əldən çıxmış fayda) X15 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri və vəkilləri Vəkil və X5, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, iddiaçı “X12 Sanayi və Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMCyə (əvvəlki adı "xxxx" MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı “X12 Sanayi və Ticaret. A.Ş” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin hesabından 983101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200000 avro və məhkəmə məsrəfləri üçün 3000 manat pulun tutularaq “X12 Sanayi və Ticaret. A.Ş” şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X12 Sanayi və Ticaret. A.Ş” ilə "xxxx" MMC arasında Azərbaycan Respublikasında Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab X10 üçün elektromexaniki avadanlıqların təchizatına dair xx.xx.2011-ci il tarixində qarşılıqlı 4.600.000 avro məbləğində müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən müqavilə çərçivəsində şirkət Mingəçevir/Zərdab və Lənkəran/Kürdəmir çirkab X10ı layihələri üçün bütün elektromexaniki avadanlıqların istehsalı və təchizatını həyata keçirmək öhdəliyini üzərinə götürmüş və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Bir müddət sonra müqavilə bağlanılan "xxxx" MMC şirkəti Azərbaycanda yerləşən "xxxx" MMC-yə ("xxxx"nun törəmə müəssisəsi) keçmişdir. Cavabdeh1 MMC rəhbərliyi bildirmişdir ki, onlar "xxxx" MMC ilə eyni şirkətdirlər, borcları onların borcu deməkdir. Bundan sonra "xxxx" MMC-nin “Gezer” şirkətinə qalan bütün borcu "xxxx" MMC tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəf 4.107.097,91 avro məbləğində hesab-fakturalı debitor borcunun müqabilində 3.123.996,87 avro ödəmiş və şirkətin 9804,10 avro debitor borcu vardır. "xxxx" MMC tərəfindən şirkətə heç bir ödəniş edilməmişdir. Şirkətə edilən bütün ödənişlər "xxxx" MMC tərəfindən həyata keçirilib. Mingəçevir/Zərdab rayonuna məxsus bütün elektromexaniki avadanlıqların istehsalı və tədarükü müqaviləsi çərçivəsində şirkətə edilən ödənişlərə dair əlavə edilmiş bank qəbzlərində ödəniş tarixi, ödənişi edən şəxs və ödəniş məbləği yazılır və bu sənədlər ərizəyə əlavə edilmişdir. Şirkətə ilk ödəniş xx.xx.2011, son ödəniş isə xx.xx.2014-cü il tarixində həyata keçirilmişdir. "xxxx" MMC şirkəti vergi ödəməmək üçün müxtəlif şirkətlər adından şirkətə ödənişlər etmişdir. Şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, "xxxx" MMC bu günə qədər müqavilə üzrə ödənilməli olan məbləğdən 983.101 avronu ödəməmişdir. Şirkət zamanla 983,101 avro məbləğində qalan debitor borcunu cavabdehdən geri almaq istərkən cavabdeh hər dəfə bu pulu yaxın vaxtlarda ödəyəcəyini bildirmiş və pulu ödəyəcəyinə inandırmışdır. Cavabdeh hər dəfə borcun gecikmə səbəbini əsaslandırmışdır. Sonuncu dəfə cavabdeh borcu ödəməməsinin başlıca səbəbi kimi Yaponiya (JİCA) əməkdaşlığı tərəfindən ayrılan kreditin gecikməsini göstərmişdir. Belə ki, Yaponiya şirkəti əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda 10 şəhərin su və kanalizasiya işlərində istifadə edilmək üçün 32.851 Milyon yuan kredit ayırmışdır. Cavabdeh bu kredit əsasında şirkətin təqdim etdiyi avadanlıqları JİCA krediti ilə tikilmiş çirkab sutəmizləyici qurğulardan biri olan Xaçmaz tullantı sutəmizləyici qurğusunda və digər qurğularda istifadə etmişdir. Lakin cavabdeh görülmüş işlər üçün krediti vaxtında ala bilmədiyi üçün borcunu da vaxtında ödəyə bilmədiyini bildirmişdir. Cavabdeh1 MMC bildirmişdir ki, borclarından müəyyən hissəsini daxili xərclərə sərf etməli olduqlarından ümumi qalan borcdan 100.000 (yüz min) avronu sonrakı müqavilələr əsasında görüləcək digər işlər dövründa ödənəcək, qalan 884.700. avro borcu ödəyəcəklərini bildirmişdilər. İşgüzar münasibətlər zədələnməsin deyə cavabdehin təklifin qəbul etmiş və cavabdeh xx.xx.2020-ci il tarixində 983.101.04 avro debitor borcundan 10 % xərc çıxılmaqla xx.xx.2020-ci il tarixinədək 884.700 avro ödəyəcəklərini rəsmi olaraq bildirmişdir. Bundan sonra Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə imzalanmış sənəddə xx.xx.2020-ci il tarixinədək 884.700 avro ödəməyi bəyan və öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixində Türkiyə İqtisadiyyat Nazirliyinin, Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmilərinin və kreditoru olduqları Cavabdeh1 MMC şirkətinin rəsmisinin iştirakı ilə onlayn görüş keçirilmiş və problemin həllinə çalışılmışdır. Bu görüşdən sonra xx.xx.2021-ci il tarixli onlayn təqdim edilmiş məktubda Cavabdeh1 MMC bir daha borcun kredit çərçivəsində ödəniş alındığı zaman ödəniləcəyini öhdəsinə götürmüşdür. Əldə olan imkanlardan istifadə edərək məlumat alımışdır ki, Yaponiya tərəfindən verilən kredit müddəti uzadılıb və JİCA kreditin son ödənişini 2021-ci ilin dekabrında etdiyini bildirib. Krediti əldə edən Cavabdeh1 MMC isə bu günə qədər heç bir ödəniş etməyib. Bu səbəbdən borclu olduğu məbləği geri qaytarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh şirkətə borclu olduğu 983.101.04 avro həcmində borcu təxminən 7 ildən artıq müddətə əsassız yerə özündə saxlayıb qazanc əldə etməsəydi bu müddət ərzində bu puldan səmərəli istifadə edib, ən azı 200.000 avro qazanc əldə etmiş olardı. Cavabdeh1 MMC borcunu ödəməklə yanaşı əlavə olaraq 200.000 avro əldən çıxmış faydanı ödəməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, 983101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200000 avro və məhkəmə məsrəfləri üçün 3000 (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) manat pulun cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq “X12 Sanayi və Ticaret. A.Ş” şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, "xxxx" MMC (indiki adı Cavabdeh2 MMC) əlavə cavabdeh kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkədən xahiş edərək, əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunanlardan, yəni cavabdeh "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarının məzmunundan aydın olur ki, cavabdeh tərəfindən borc etiraf olunur və ödənilməsi öhdəliyi birdaha yenilənir. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Bundan əlavə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən alqı-satqı müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Türk Borclar Məcəlləsinin 117-ci maddəsinə əsasən vaxtı keçmiş borcu olan şəxs kreditorun xəbərdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacak (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir. Həmin Məcəllənin 183-cü maddəsinə əsasən qanun, müqavilə və ya işin mahiyyəti buna mane olmadıqda, kreditor borclu şəxsin razılığını almadan borcu üçüncü şəxsə ötürə bilər. Həmin Məcəllənin 207-ci maddəsinə görə alqı-satqı müqaviləsi satıcının satılan malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. İddiaçı “Gezer İndustri və Ticarət LTD” ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarım bəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. İddiaçı “X12 Sanayi və Ticaret. A.Ş” ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə münasibətləri üçün Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitməmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində tərəflər arasında yəni Cavabdeh1 MMC ilə “Gezer” şirkəti arasında hər-hansı bir müqavilə olmadığından bu səbəbdən hər hansı bir öhdəliyin yaranmadığını əsas gətirərək iddiaçının cavabdeh kimi Cavabdeh1 MMC-yə qarşı hər hansı tələb üzrə subyektiv hüququnun olmamasını qeyd etmişdir. Eyni zamanda məhkəmədən iddiaçı tərəfin iddia tələbinə dair 3 (üç) illik iddia müddətinin keçməsini tətbiq etməyi məhkəmədən xahiş etmişdir. Bu fakt birbaşa təsdiq edir ki, Cavabdeh1 MMC məlum iddia tələbi üzrə özünün etiraf etdiyi kimi tərəfdir və iddiaçının tələbi üzrə cavabdehlərdən biridir. Cavabdeh Hidro Park MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı etiraz ərizəsində qeyd edir ki, 22 iyul 2020-ci il və 29 oktyabr 2021-ci il tarixli Hidro Park MMC tərəfindən iddiaçıya ünvanlanmış məktublar iddiaçının hazırkı iddia tələbi üzrə Hidro Lotus ilə bağlanmış müvafiq müqaviləyə aid deyil. Bu məktubların məzmunlarında qeyd olunanlar Cavabdeh1 MMC ilə “Gezer İndustri və Ticarət LTD” arasında müxtəlif vaxtlarda bağlanmış müqavilələr öhdəliklərinə aiddir və o müqavilələr əsasında Cavabdeh1 MMC öz öhdəliklərini tam icra etmiş və öhdəliklərini tam olaraq yerinə yetrirmişdir. Məhkəmə prosesində də qeyd edildi ki, iddiaçı “Gezer İndustri və Ticarət LTD”-nin Azərbaycan Respublikasında iddia tələbi üzrə mövcud olan müqavilələrdən başqa cavabdehlərlə, o cümlədən heç bir təşkilatla heç bir müqaviləsi olmamışdır. Əgər cavabdeh iddia edirsə ki, Hidro Park MMC ilə Gezer İndustri və Ticarət LTD arasında başqa müqavilələr və öhdəliklərin yerinə yetirilməsi mövcuddur, onda bu faktı təsdiq edən müqvilələri və sənədləri məhkəməyə təqdim etsin. Cavabdeh Hidro Park MMC belə bir sənədləri məhkəməyə təqdim edə bilməz. Buradan bir daha aydın olur ki, X12 Sanayi və Ticaret. A.Ş ilə Hidro Lotus MMC arasında xx.xx.2011-ci il tarixli müvafiq müqavilə olmuş, iddiaçı tərəf 4.107.097,91 avro dəyərində olan X10ın predmetləri Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi Elnur Musayevin məktubuna əsasən X3 adına xx.xx.2011-ci il tarixdə göndərilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində də öz əksini tapır. Tərəflər arasında olan xx.xx.2011-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC X10ın qurulacağı ərazini iddiaçı tərəfə təqdim etməli və “X12 Sanayi və Ticaret” A.Ş-dən öz növbəsində bu qurğuları qeyd olunan sahədə quraşdırmalıdır. Lakin cavabdehlər iddia tələbində nəzərdə tutulan qurğuları təhvil aldıqdan sonra bir müddət iddiaçı tərəfə qurğuların qurulacağı yeri təqdim etməmiş və qurğuları öz istəklərinə uyğun olaraq özlərinə bəlli olan yerdə qurmuşlar Cavabdeh1 MMCnin səlahiyyətli nümayəndəsi X8 Gezere göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Gezer İndustri tərəfindən Hidro Park MMC-yə göndərilən avadanlıqlar Mingəçevir/Zərdab/Lənkəran/Kürdəmir X10ının tikinti lahiyələri ləğv edildiyi üçün Hidro Park MMC bu avadanlıqlardan Xaçmaz Çirkab X10ı lahiyəsində istifadə etmək üçün T.T.Ş- İnşaat-Alkataş İnşaat və Tahhit-Alka İnşaat və Sənaye .A.Ş.-ortaqlığına satmışdır. Bu səbəbdən Gezer İndustri və Ticarət LTD göndərdiyi avadanlıqları müqavilədə göstərilən yerlərdə quraşdırmamışdır. Bu avadanlıqların Mingəçevir və ya Xaçmaz rayonunda qurulub qurulmaması barədə AZƏRSU ASC-yə xx.xx.2024-ci il tarixli sorğu məktublara bu günə qədər cavab verilməmişdir. Eyni zamanda Cavabdeh1 MMC-nin adından iddiaçıya ünvanlanan mail danışıqlarında adları qeyd olunmuş Emruz İsgəndərov (direktor), Şahin Abbasov (maliyyə direktoru) Vüsal Ruzmanov (satınalma bölməsi), Kənan İsmayılov (xarici satınalmalar şöbəsinin müdiri), Səbuhi Bayramov adlı şəxslərin Cavabdeh1 MMCdə hansı vəzifələrdə çalışdığı barədə olan xx.xx.2024-cü il tarixli vəkil sorğuya Cavabdeh1 MMC-də cavab verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh1 MMC-nin nümayəndəsinin etiraz ərizəsində iddia müddətinin tətbiqinə dair məhkəmədən xahişi birbaşa sübut edir ki, iddiaçının cavabdeh qarşı məlum iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır. Qeyd olunan etiraz ərizəsində cavabdeh tərəfin nümayəndəsi Gezer İndustri və Ticarət LTD tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktubların məzmununda konkret olaraq iddia tələbinin əsası olan xx.xx.2011-ci il tarixli müqaviləyə aid olması aydın olmadığını qeyd etmiş və bu məktubların Hidro Park MMC arasında olan digər müqavilələrə aid olduğunu bildirmişdir. Bu fakt bir daha sübut edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş bu və ya digər məktublar həqiqətən Hidro Park tərəfindən X12 Sanayi və Ticaret. A.Ş- yə göndərilmişdir və iş üzrə bu məktubların mühüm subuti əhəmiyyəti vardır. Cavabdeh tərəf yalnız bu məktubların tərəflər arasında olan başqa müqavilələrə aid olduğunu qeyd etsə də bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim etməmişdir. Təəssüflər olsun ki, iş üzrə digər cavabdeh "xxxx" MMC dəfələrlə məhkəməyə çağrılsa da məhkəmə prosesində iştirak etməmişdir. Bu fakt birbaşa sübut edir ki, cavabdeh tərəf iddia tələbini öz susqunluğu ilə dolayısı ilə etiraf edir. Digər Cavabdeh1 MMC isə iddia tələbi üzrə müqavilənin birbaşa onlarla bağlanmadığını əsas gətirərək cavabdehlikdən yayınmaq dolayısı ilə iddia tələbinin onlara qarşı deyil müqavilə tərəfi olan Hidro-Lotus MMC-yə yönəldilməsini məqsədə müvafiq hesab edirlər. Lakin iddiaçı tərəf olaraq hər iki cavabdeh məlum iddia tələbi üzrə cavabdehlik daşımalıdır və iddia tələbi müştərək qaydada hər iki cavabdehə qarşı təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil digər nümayəndə İntiqam Hacıyevin izahatındakı xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı “X12 Sanayi və Ticarət A.Ş” şirkətinin Cavabdeh1 MMC-yə qarşı sözügedən iddia tələbi ilə borc tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, “X12 Sanayi və Ticarət A.Ş” xx.xx.2011-ci il tarixində "xxxx" MMC ilə məhsuldarlığı 25.000 m3/gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3/gün olan Ələt Çirkab X10 üçün elektro-mexaniki avadanlıqların təchizatına dair müqavilə bağlamışdır. Həmin müqavilənin qiyməti isə ******* avro təşkil etmişdir. Müqavilənin 4-cü bəndi ilə işin təslim yeri və müddətləri müəyyən edilmiş, həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilə dəyəri və müqavilə qiymətinə daxil olan və daxil olmayan xərclər müəyyən edilmiş, müqavilənin 8-ci bəndi ilə isə ödəmə şərtləri müəyyən edilmişdir. İddiaçının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunsa da bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən- “Gezer İnşaat” işlərinin “Hidrolotos” tərəfindən tamamlandığı bildirildikdən sonra 4 ay ərzində hər iki qurğuya aid elektrik-mexanik montaj işlərini tamamlamalı; 4.4-cü bəndinə əsasən montaj işləri tamamlandıqdan 6 həftə sonra hər iki qurğunun işə salınma çalışmaları tamlanmalı; 4.5-ci bəndinə əsasən isə - hər iki qurğu üzrə işəsalınma çalışmalarının son 2 həftəsindən başlayaraq 1 ay ərzində işlətmə personalına təlimlər verilməsini təmin etməli idi. İddiaçının özünün də qeyd etdiyi kimi yuxarıda qeyd olunan müqavilə üzrə 4.107.097,91 avro məbləğində hesab-fakturalı debitor borcun müqabilində 3.123.996.87 avro məbləğində ödəniş həyata keçirilmişdir (2011-2014-cü illər ərzində). İddia əsl cavabdehə qarşı qaldırılarsa və müqavilə üzrə öhdəliklərin kimin tərəfindən icra olunubolunmadığı ədalətli şəkildə araşdırıla bilər. Göründüyü kimi müqavilə Cavabdeh1 MMC ilə deyil, "xxxx" MMC ilə bağlanmışdır. Lakin iddiaçı Cavabdeh1 MMC ilə heç bir müqavilə bağlamadan, heç bir razılaşma əldə etmədən öz mülahizələrinə əsaslanaraq Cavabdeh1 MMC-yə qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddiaçı 22 iyul 2020-ci il və 29 oktyabr 2021-ci il tarixli Cavabdeh1 MMC tərəfindən “X12 Sanayi və Ticaret A.Ş.”-ya təqdim edilən məktublara əsaslanaraq ödənişin Cavabdeh1 MMC tərəfindən ödənilməli olduğunu bidirmişdir. Lakin xx.xx.2020-ci il tarixli məktubun məzmunundan da aydın görünür ki, həmin məktubda “Xaçmaz şəhərinin X9 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsindən bəhs edilmişdir. İddia tələbi isə “Lənkəran və Ələt şəhərlərindəki X10 üçün elektromexaniki avadanlıqların təchizatı” ilə bağlı layihəyə yönəlmişdir. Bundan əlavə sözügedən məktubun əvvəlində ümumiyyətlə 2012-ci il tarixli razılaşma ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Amma iddiaçı “X12 Sanayi və Ticaret A.Ş.” "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni mübahisələndirmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli məktubda isə ümumiyyətlə hansı müqavilədən bəhs edildiyi qeyd olunmamışdır. Bununla əlaqədar Cavabdeh1 MMC ilə “X12 Sanayi və Ticaret A.Ş.” arasında müxtəlif vaxtlarda müxtəlif müqavilələri olmuş və həmin müqavilələr üzrə də Cavabdeh1 MMC öz öhdəliklərini tam icra etmiş və ödəmələr tam olaraq yerinə yetirilmişdir. İddiaçı tərəfindən malların "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı təhviltəslim aktları, malların gömrük idxal bəyannaməsi məhkəməyə təqdim edilməmişdir. Borc ilə bağlı iddia tələbinin əsaslandırılması hissəsində həmin sənədlərin məhkəməyə təqdim edilməsi iş üzrə əhəmiyyətlidir. Bununla bağlı məhkəmə həmin sənədlərin təqdim edilməsini iddiaçıdan tələb etməlidir. "xxxx" MMC-nin öhdəliklərinin Cavabdeh1 MMC-yə ötürülməsi ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. Bu halda öhdəliklərin müqavilə tarixi, nömrəsi göstərilməyən, mübahisə predmeti olmayan layihədən bəhs edilən məktuba əsaslanaraq iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsi tamamilə əsasızdır. Əlavə olaraq AR Mülki Məcəllənin 403-cü maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Maddənin tələbindən göründüyü kimi üçüncü şəxslə bağlı tələb yalnız müqavilə ilə müəyyənləşdirilməlidir. Müqavilədə razılaşdırılmayan şərtlər barədə, müqavilənin tərəfi olmayan heç bir hüquqi və fiziki şəxsdən hər hansı bir öhdəliyin icrası tələb edilə bilməz. Digər tərəfdən isə iddiaçının tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçının bildirdiyinə görə sonuncu ödəniş "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixində edilmişdir. Belə ki, iddiaçı “X12 Sanayi və Ticaret A.Ş.” ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixində müqavilə bağlanmışdır. Bu müqavilə üzrə isə sonuncu ödəniş xx.xx.2014-cü il tarixində həyata keçirilmişdir. İddiaçının mediasiya prosesinin tətbiqi ilə bağlı rəsmi müraciəti isə xx.xx.2023-cü il tarixində həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni xx.xx.2017-ci ilədək müddətdə həmin məbləği tələb edə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMc-nin nümayəndəsi Nümayəndə3 digər nümayəndə Cahanə Quluzadənin etirazında göstərilənləri təsdiq edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin (əvvəlki adı "xxxx" MMC) nümayəndəsi Nümayəndə2 elektron qaydada ərizə ilə müraciət edib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək qeyd etmişdir ki, iddiaçı “X12 Sanayi ve Ticaret.A.Ş.” tərəfindən irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/Kürdəmir Çirkab X10ı” layihələri üçün iddiaçı tərəfindən hər hansı işlər görülməmiş və buna müvafiq olaraq da təhvil-təslim aktları təqdim edilməmişdir. İddianın əsasını təşkil edən “X12 Sanayi ve Ticaret A.Ş.” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “məhsuldarlığı 25.000 m3/gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3/gün olan Ələt Çirkab X10 üçün elektro-mexaniki avadanlıqların təchizatına” dair müqavilənin 4-cü bəndində işin təslim yeri və müddətləri müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunsa da, bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, iddiaçı inşaat işlərinin cavabdeh tərəfindən tamamlandığını bildirilməsindən sonra 4 ay ərzində hər iki qurğuya aid elektrik-mexanik montaj işləri tamamlamalı, 4.4-cü bəndinə əsasən montaj işləri tamamlandıqdan 6 həftə sonra hər iki qurğunun işə salınma işləri tamamlanmalı, 4.5-ci bəndinə əsasən isə, hər iki qurğu üzrə işə salınma işlərinin son 2 həftəsindən başlayaraq 1 ay ərzində işlətmə personalına təlimlər verilməsini təmin etməli idi. Lakin qeyd olunan işlərin heç biri iddiaçı tərəfindən görülməmişdir. Əlavə olaraq vurğulamaq lazımdır ki, qeyd edilən layihə üzrə podratçı Cavabdeh2 MMC tərəfindən sifarişçi "xxxx" ASC-dən hər hansı vəsait alınmamışdır. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “X12 Sanayi ve Ticaret A.Ş” şirkəti və "xxxx" MMC arasında imzalanmış xx.xx.2011ci il tarixli HL.11.05-03 nömrəli müqaviləyə əsasən, “GEZER” "xxxx"-un Azərbaycan Respublikasında həyata keçirilən “Məhsuldarlığı 25.000 m3/gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3/gün olan Ələt “X1” layihələri üçün; xüsusiyyətləri əlavə edilmiş hesab proformada və “Bill of Quantity”-də təsvir olunan qurğular, material və xidmətlər təqdim edəcək. Həmin müqavilənin 7-ci bəndinə əsasən 2-ci maddədə qeyd olunan avadanlıq, material və xidmətlərin ümumi məbləği 4.600.000,00 - avro təşkil edir. Müqavilənin 8.1-ci bəndinə əsasən 3.600.000- avro müqavilə imzalandıqdan sonra "xxxx" tərəfindən əvvəlcədən ödəniləcək. GEZER HİDROLOTUS-a bu ödənişin məbləği üçün Türkiyə banklarından aldığı maksimum 3 ay müddətinə ilkin ödənişə dair zəmanət məktubu təqdim edir. Bu zəmanət məktubu avadanlıq Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra 3 gün ərzində HİDROLOTUS tərəfindən GEZER-ə qaytarılacaqdır. Avadanlıq 3 ay ərzində təhvil verilə bilmədikdə, zəmanət məktubu mənfəət kimi sayılır. 8.2-ci bəndə əsasən 600035 avro, tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokol imzalandıqdan sonra 7 gün ərzində ödəniləcək. 8.3-cü bəndinə əsasən 399965 avro, obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokol imzalandıqdan sonra 7 gün ərzində ödəniləcək. Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 008 nömrəli məktubda X12 Sanayi ve Ticaret A.Ş” firmasına qalan borcun məbləği xərclər çıxıldıqdan sonra 884,700 avro olduğu qeyd edilmişdir. Cavabdeh1 MMC tərəfindən “X12 Sanayi ve Ticaret A.Ş” şirkətinə göndərilmiş 29 oktyabr 2021-ci il tarixli 0/21 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC “X14 Sanayi ve Ticaret” şirkətindən iki ədəd çirkab su təmizləmə qurğusunu təchiz etmişdir. Cavabdeh1 MMC olaraq, təchiz edilən bu qurğuların logistika hissəsini köməklik məqsədilə yerinə yetirilmişdir. "xxxx" MMC-nin “Gezer Endüstri” ilə aralarında yaranan borcun köməklik məqsədilə həllini tapması üçün, həmin qurğunun bir ədədini “Xaçmaz şəhərinin X9 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsində istifadəsinə çalışdıq. Cavabdeh1 MMC olaraq sıradan çıxan bir çox materialları və eyni zamanda yenilənmiş texnologiya baxımından istifadəyə yararsız olan hissələrini əlavə ödəniş edərək təchiz etmişik. Gezer Endüstriyə olan borcun gecikmə səbəbi, ölkələr arası kredit sazişinin müddəti xx.xx.2020-ci il tarixində bitməsidir. Bildirmək istəyirəmki, Sifarişçi şirkəti "xxxx" ASC, Məsləhətçi şirkəti “X4 Co” LTD, Podratçı şirkəti “T.T.Ş-İnşaat & Alkataş İnşaat və Taahhüt & Alke İnşaat Sanayi ve Ticaret A.Ş” olan “Xaçmaz şəhərinin X9 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsinin kredit sazişi “X2 Agentliyi” və “Azərbaycan Respublikası “ arasında bağlanmışdır. Bizə bildirilən məlumatlara əsasən, kredit sazişinin uzadılması üçün “Azərbaycan Respublikasına” yenidən müraciət olunub. Müraciətin təsdiqi üçün saziş Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezdentinə təqdim olunmuşdur. Kredit sazişinin müddəti uzadıldıqdan və qarşı tərəfə ödəniş edildikdən sonra sizə olan borc ödəniləcəkdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli **********511100 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırki adı Cavabdeh2 MMC) (VÖEN: **********) xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və rəhbərinin Nümayəndə2 olması barədə məlumat mövcuddur. “X12 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş pretenziya məktubunda 884.700 avro məbləğində borcun beş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. “mailto:elnur.musayev@hidro-park.comElektron ünvan ” adlı istifadəçi tərəfindən “Huseyin Gezer” adlı istifadəçiyə göndərilmiş məktubda hesab-faktura məlumatları təqdim edilmiş, mallara aid hesab-fakturaların “Şahin”in adına hazırlanacağı qeyd edilmişdir. xx.xx.2012-ci il tarixli, “A” seriyalı, 624013 nömrəli heab fakturada cəmi 382.572,30 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624060 nömrəli heab fakturada cəmi 163.235,82 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624061 nömrəli heab fakturada cəmi 306.119,87 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624062 nömrəli heab fakturada cəmi 340.801,42 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624063 nömrəli heab fakturada cəmi 370.990,42 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624064 nömrəli heab fakturada cəmi 483.250,42 avro, xx.xx.2011-ci il tarixli, “A” seriyalı, 624065 nömrəli heab fakturada cəmi 517.030,35 avro məbləğində müxtəlif çeşiddə olan malların “Mingəçevir/Zərdab çirkab su təmizləyici qurğu avadanlığı “20.000 m3/gün) layihəsi üzrə “X12 Sanayi ve Ticaret A.Ş” şirkəti adından X3 adına ödənilməsi üçün tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən 382.572,30 avro dəyərində malların “X12 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən X6 adlı şəxsə göndərilməsi məlum olur. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 631.2-ci maddəsinə görə müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixli ******* avro dəyərində malın satılması və xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı daha sonra "xxxx" MMCnin (hazırda Cavabdeh2 MMC) öhdəliklərinin "xxxx" MMC-yə keçdiyini, hazırda müqavilə üzrə ödənilməli olan 983101,04 avro borcun və 200000 avro əldən çıxmış faydanın Cavabdeh1 MMC və "xxxx" MMC (hazırda Cavabdeh2 MMC) tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Cavabdeh1 MMC iddiaçının ona qarşı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığını, hazırda mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Digər Cavabdeh2 MMC isə iddia ərizəsində qeyd edilən layihələr üzrə hər-hansısa işlərin görülmədiyini, müvafiq təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmişdir. Məhkəmə Cavabdeh1 MMC tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hesab edir ki, ərizəyə münasibət bildirilməsi zəruridir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqedən də aydın olur ki, iddia müddətinin tətbiq edilib-edilməməsindən əvvəl iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyul 2015-ci il tarixli, S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh1 MMC-yə qarşı hazırda mübahisələndirilən müqavilə üzrə iddia tələbi əsaslı hesab edilməməlidir. Belə ki, Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixli müqavilə üzrə tərəf olmamış, eyni zamanda sonraki dövrlərdə həmin müqavilə üzrə "xxxx" MMC-yə (hazırda Cavabdeh2 MMC) aid öhdəliklərin Cavabdeh1 MMC-yə keçməsinə dair də məhkəməyə hər-hansısa mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 MMC-nin məktublarında isə Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab X10 üçün elektromexaniki avadanlıqların təchizatı barədə müqavilədən bəhs edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməsinə dair subyektiv hüququ yaranmamışdır. Ona görə də, Cavabdeh1 MMC-yə aid hissədə iddia tələbi müddətin ötürülməsinə görə yox, məhz iddiaçının subyektiv hüququnun yaranmaması ilə bağlı rədd edilməlidir. Məhkəmə "xxxx" MMC-yə (hazırda Cavabdeh2 MMC) münasibətdə qeyd edir ki, cavabdeh "xxxx" MMC (hazırda Cavabdeh2 MMC) iddia tələbinə etirazında iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/Kürdəmir Çirkab X10ı” layihələri üzrə iddiaçı tərəfindən hər-hansısa işlərin görülmədiyini, təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmiş, iddiaçının müqavilə öhdəliklərini tam olaraq icra etməsini mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməsi mübahisələndirildiyindən bununla bağlı sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada tam icra edilməsini təsdiq edən sübutları, yəni müqavilədə nəzərdə tutulmuş tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokolu və obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokolu məhkəməyə təqdim etməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliklərinin tam icra olunduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı ilə cavabdeh "xxxx" MMC (hazırda Cavabdeh2 MMC) arasında imzalanmış xx.xx.2011-ci il tarixli müqavilədə göndərmə müqavilə münasibətlərinin olduğu müəyyən olunur. Belə ki, həmin müqavilə üzrə iddiaçı satıcı olaraq istehsal etdiyi malı cavabdeh "xxxx" MMC-yə (hazırda Cavabdeh2 MMC) alıcı olaraq çatdırmaq, quraşdırmaq və istismara vermək öhdəliyini, sonuncu isə malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə quraşdırma və istismara vermək başa çatdıqdan sonra ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş, əvvəlcədən ödənilməli olan ******* avro "xxxx" MMC (hazırda Cavabdeh2 MMC) tərəfindən iddiaçıya ödənilmişdir, bu fakt iddiaçının nümayəndələri tərəfindən də təsdiq edilmişdir. Lakin iddiaçının satdığı malı quraşdırmaq və istismara hazır təhvil vermək öhdəliklərini icra etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda qarşılıqlı icra edilməli öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmədiyindən cavabdeh Hidro Lotus MMC (hazırda Cavabdeh2 MMC) MM-in 447.1-ci maddəsinə əsasən haqlı olaraq müqavilədən imtina edərək malın quraşdırılmasına və istismara təhvil verilməsinə görə ödəməli olduğu 983101,04 avro pulu ödəməmişdir. Beləliklə məhkəmə iddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməyərək satdığı malı quraşdırmadığına və istismara təhvil vermədiyinə görə cavabdeh "xxxx" MMC-nin (hazırda Cavabdeh2 MMC) haqlı olaraq həmin hissədə ödənişdən imtina etdiyini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbində 200000 avro əldən çıxmış fayda ilə bağlı tələb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, eyni zamanda qeyd edilən hissədə iddia tələbinin əsaslı olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X12 Sanayi və Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMCyə (əvvəlki adı "xxxx" MMC) qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-788/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-788/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver