Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7880/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. X1, Aqrarkredit QSC BOKT-dan yaşıl tütün becərərək Azərtütün ASK MMC-yə təhvil vermək üçün götürdüyü 3350.0 manat kredit borcunun ödənilməsində, Azərtütün ASK MMC, fermerlər və Aqrarkredit QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsi;
2. X3 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini icra edən ASK Tütün MMC–yə məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı birinci tələbə (zaminlik öhdəliyini götürməsi haqqında bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsi) ayrıca iddia tələbi qaydasında baxılmalı deyil və həmin tələblə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən məhkəmə icraatı çərçivəsində vəsatət ilə məhkəməyə müraciət edilə bilər. Bundan əlavə iddiaçı tərəfindən qaldırılmış ikinci tələbin məzmunu və kimə qarşı yönəldilməsi aydın şəkildə ifadə edilməmiş, buna görə də iddia ərizəsinin mümkünlüyü ilə bağlı digər əsasların mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova